Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2564
DünənDünən3048
Bu həftəBu həftə8665
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465264

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Ermənistanın Gömrük İttifaqına qoşulmasına Bakıdan etiraz

alt

Ermənistan silahlı qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmayınca və ölkəmizin ərazi bütövlüyü bərpa olunmayınca, bu dövlətin Gömrük İttifaqına daxil olmasına Azərbaycan rəsmi şəkildə etiraz edir. Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Şöbə müdirinin fikrinə görə, Ermənistanın Dağlıq Qarabağı və ətraf yeddi rayonu zəbt edən bir işğalçı dövlət qismində hansısa ittifaqa və yaxud birliyə daxil olması beynəlxalq hüququn prinsiplərinə ziddir: 

"Hamıya məlumdur ki, BMT-nin, ATƏT-in və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsbit olunub və birmənalı şəkildə işğalçı dövlətin zəbt etdiyi əraziləri boşaltmaq tələbi ortaya qoyulub. Buna görə də Ermənistanın Gömrük İttifaqına və yaxud digər bu tipli qurumlara daxil olması yalnız işğal altında olan torpaqlar azad edildikdən sonra baş verə bilər".

Əks təqdirdə, şöbə müdirinin fikrinə görə, Ermənistanın ərazi və sərhədləri hansısa ittifaqa daxil olma məqamında Azərbaycanın pozulmuş ərazi bütövlüyü hesabına beynəlxalq yurisdiksiyalarla ziddiyyət təşkil edir: 

"Bu dövlət ya rəsmi şəkildə işğal olunmuş ərazilərə iddialı olduğunu etiraf etməli, daxil olduğu qurumlar isə bunu qəbul etməlidir, ya da ki, həmin torpaqları geri qaytarmalı və BMT çərçivəsində təsdiq olunmuş əraziləri ilə yeni ittifaqlara üzv olmalıdır".

Zahid Oruc: “ATƏT-in Varşava Bürosu casus yuvasıdır”

alt

Milli Məclisin plenar iclasında Azərbaycanın ATƏT-in Varşava Bürosu ilə əməkdaşlığından imtina edilməsi təklifi irəli sürülüb.

Deputat Zahid Oruc çıxışında Azərbaycanı ATƏT-in Varşava Bürosu ilə əməkdaşlıqdan imtina etməyə çağırıb.

Zahid Oruc ATƏT-in Varşava Bürosu prezident seçkiləri ilə bağlı yekun rəyi qərəzli adlandırıb: “ATƏT-in Varşava Bürosu casus yuvasıdır. ATƏT Minsk Qrupu nədirsə, Varşava Bürosu da odur. 220 nəfərin mövqeyi bütövlükdə seçkiləri izləyən müşahidəçilərin mövqeyi deyil. Varşava Bürosu Azərbaycanda özünə QHT-lərdən ibarət casus şəbəkəsi yaradıb və onlar vasitəsi ilə informasiya əldə edir”.

Z. Oruc bu təşkilatın prezident seçkiləri ilə bağlı yekun rəyini Azərbaycana təzyiq kimi dəyərləndirib: “Bu təşkilatla əməkdaşlıqdan imtina edilməlidir”.

YAP rəhbərliyi Qarabağ qazisinə baş çəkdi- FOTO

alt

Milli Məclisin üzvləri Bakının mərkəzində özünü yandıran Qarabağ əlilinə baş çəkiblər.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı bu gün Zaur Həsənova baş çəkiblər. Yaralının vəziyyəti ilə maraqlanan deputatlar xəstəni ziyarət etməyə gələn digər əlillərlə də görüşərək məsələ ilə yaxından tanış olublar.

S.Novruzov açıqlamasında bildirib ki, xəstənin vəziyyəti tam nəzarət altındadır: “Yaralıya nə lazımdırsa, olunur. Xəstə sağalandan sonra onun məsələsinə hüquqi qaydada baxılacaq”.

Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb.

Gürcüstan Ukraynaya nota verib

Gürcüstan Ukraynaya etiraz notası verib. Buna səbəb Ukrayna tərəfindən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də daxil olmaqla bu ölkənin 29 vətəndaşının “arzuolunmaz şəxs” siyahısına daxil edilməsi olub.

Gürcüstanın Ukraynadakı səfiri Mixuil Ukleba bildirib ki, diplomatik nümayəndəlik bu məsələ ilə bağlı izahat alınması üçün Ukrayna Xarici İşlər Nazirliyinə müraciət edib.

Qeyd edək ki, dekabrın 24-də Ali Radada Regionlar Partiyasının nümayəndəsi Oleq Tsaryov Ukrayna Təhlükəsizlik Şurasının onun 36 xarici vətəndaşın ölkəyə daxil olmasına qadağa qoyulması barədə müraciətini qəbul etdiyini bildirib. Onun fikrincə, bu xarici vətəndaşlar “ölkədə qeyri-stabillilik yaratmaq məqsədilə müxalifətlə məsləhətləşmələr aparılmasında” iştirak edirlər.

Dekabrın 20-də O.Tsaryovun siyahısına daxil edilən “Rustavi-2” televiziya kanalının müxbiri David Kakuliyanın, dekabrın 21-də isə biznesmen Georgi Kikvadzenin Ukraynaya daxil olmalarına icazə verilməyib.

“Azərbaycanın razılığı olmadan heç bir iri layihə həyata keçirilmir“- Ramiz Mehdiyev

alt

Azərbaycana qısa müddət ərzində böyük nailiyyətlər qazandıran Prezident İlham Əliyevin fəaliyyəti xaricdə də böyük maraqla izlənilir.


Axar.Az xəbər verir ki, bunu Ukraynanın “Şəxsiyyətlər” jurnalının Prezident İlham Əliyevə həsr olunan xüsusi buraxılışının təqdimat mərasimində çıxışı zamanı Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. O bildirib ki, Azərbaycanın keçid dövründə əldə etdiyi iqtisadi inkişaf, çoxsaylı nailiyyətlər yeni müstəqillik qazanan dövlətlər üçün bir nümunədir:

“Bu gün Azərbaycan dünya siyasi arenasında öz layiqli yerini tutub. Cənubi Qafqaz regionunun lideri kimi çıxışı kimi edən Azərbaycanın razılığı olmadan regionda heç bir iri layihə həyata keçirilmir. Prezident İlham Əliyevin şəxsi istedadı və bacarığı sayəsində bu gün Azərbaycan dünyanın ən surətlə inkişaf edən ölkələri sırasındadır.

Prezident İlham Əliyevin fəaliyyəti artıq Azərbaycanın hüdudlarını aşıb. Qərblə Şərq arasında körpü rolunu oynayan ölkəmiz, hazırda bir sıra iri böyük layihələrin əsas iştirakçılarından biridir. Bütün bunlar isə Azərbaycanın qarşısında yeni parlaq səhifələr açır.

Bu gün heç kim şübhə etmir ki, müasir Azərbaycan dünya dövlətləri tərəfindən tanınan, hesablaşılan nüfuzlu dövlətlərdən birinə çevrilib. Hakimiyyətdə olduğu müddətdə Prezident İlham Əliyev Azərbaycan xalqının böyük hörmət və ehtiramını qazanıb, bunun nəticəsidir ki, o, prezident seçkilərində böyük fərqlə qalib gələrək növbəti dəfə Azərbaycanın prezidenti seçildi”.

“Şəxsiyyələr” jurnalının növbəti xüsusi buraxılışının Prezident İlham Əliyevə həsr olunması yüksək qiymətləndirən Ramiz Mehdiyev, əminliklə bildirib ki, bu nəşr Ukrayna ictimaiyyətinin Prezient İlham Əliyevin həyat və fəaliyyəti haqqında daha geniş məlumat almasına kömək edəcək.

İbrahimbəyovun getməsinə Müsavatdan ilk reaksiya: “Pozitiv...”

alt

“Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyi ilə bağlı müzakirələrin onun əleyhinə aparılan kampaniya kimi dəyərləndirməsi ilə razı deyiləm. Lakin bütövlükdə hesab edirəm ki, bu məsələlərə kifayət qədər aydın yanaşa bilib və məsələnin mahiyyətini qəbul edib”.

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, R. İbrahimbəyov bütün bunları nəzərə alaraq, Milli Şuranın fəxri sədrliyindən imtina edib:

“Rüstəm İbrahimbəyovun həmin qərarına pozitiv yanaşıram və müsbət addım kimi dəyərləndirirəm. Bəyanatında Müsavat Partiyasının adını çəkməsində isə bir problem yoxdur.

Biz onun Rusiya vətəndaşı olduğunu, istər-istəməz bu dövlətin qarşısında müəyyən öhdəliklərinin mövcudluğunu, onun məşğul olduğu yaradıcılıq sahəsinin Rusiyaya aid olmasını, Rusiyanın da Azərbaycana dost olmayan bir ölkə olduğunu nəzərə alaraq, belə bir fikir bildirmişdik ki, Rüstəm İbrahimbəyovun Milli Şuranı və Azərbaycan müxalifətini təmsil etməsi ölkəmiz və demokratik qüvvələr üçün problem yarada bilər.

Məhz bu amili əsas götürərək, Rüstəm İbrahimbəyovun nə sədr, nə həmsədr, nə də fəxri sədr olmasını məqsədəuyğun hesab etməmişdik. Rüstəm İbrahimbəyovun bizim bu fikirlərimizi də əsas götürərək, Milli Şuranın fəxri sədrliyindən istefa verməsini müsbət hadisə kimi dəyərləndirirəm”. Müsavat funksioneri R. İbrahimbəyovun Milli Şuranın üzvü kimi fəaliyyətində heç bir narahatlığın olmadığını da qeyd edib: “Düşünmürəm ki, Rüstəm bəyin istefası Müsavat Partiyasının apardığı danışıqlarla bağlıdır.

Bu müzakirələri bundan sonra da davam etdirəcəyik. Azərbaycanın demokratik qüvvələrinin daha səmərəli əməkdaşlığı və müttəfiqliyi şəraitində fəaliyyətimizi davam etdirməyə çalışacağıq. Hər halda Milli Şuranın son toplantısından sonra apardığımız siyasət bir qədər aydınlaşıb”.

ATƏT PA prezidenti Azərbaycana səfər edəcək

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiç Azərbaycana səfərə dəvət olunub.


Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfindən rəsmi dəvət bu payız olub və dəvət qarşı tərəfdən qəbul olunub: “Səfərin tarixi isə yaxın vaxtlarda dəqiqləşəcək”.

Baş nazir Ərdoğan da istefa versin- VİDEO

alt

istefasını canlı yayında açıqlayan Ətraf mühit və səhərsalma naziri Bayrakdar araşdırmanın daha yaxşı aparılması üçün baş naziri də istefaya çağırıb. O, millət vəkili statusundan da imtina etdiyini bildirib. 

Keçmiş daxili işlər naziri İdris Naim Şahin AKP-dən istefa verib

altDaha bir millət vəkili AKP sıralarından istefa verib.


APA-nın məlumatına görə, keçmiş daxili işlər naziri, Ordu millət vəkili İdris Naim Şahin bu gün axşam saatlarında partiya sıralarından istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, adı korrupsiya qalmaqalında hallanan üç nazir – daxili işlər naziri Müəmmar Gülər, Şəhərsalma və ətraf mühit naziri vəzifəsindən istefa verən Ərdoğan Bayraktar və iqtisadiyyat naziri Zəfər Çağlayan bu gün istefa verib.

Antikorrupsiya əməliyyatının başlandığı 17 dekabr tarixindən bir gün əvvəl – dekabrın 16-da isə keçmiş futbolçu Hakan Şükür AKP sıralarını tərk edib.

İlham Əliyev “İlin adamı” elan edildi- FOTO

alt

A+  A-
Geniş oxucu kütləsinə malik "Hind okeanının və Ərəb dənizinin səsi" (VİOAS) jurnalı Azərbaycan Prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan edib. Jurnal bu münasibətlə cari ilin dekabr ayında dərc olunan xüsusi Milad nəşrini Azərbaycana həsr edib. 

Bu barədə AzNews.az hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən məlumat verir.

Qeyd edək ki, Seyşel adaları Respublikasında nəşr olunan VİOAS jurnalı strateji əhəmiyyətə malik olan Hind okeanı və Ərəb dənizi regionunun səsini dünyaya çatdırmaq missiyasını üzərinə götürüb. Jurnalın əsas məqsədi regiondakı əsas geosiyasi prosesləri işıqlandırmaqla yanaşı, ekosistemin qorunması və qlobal istiləşmə, dəniz quldurluğuna qarşı mübarizə, turizmin inkişaf etdirilməsi məsələlərinə diqqəti yönəltmək, eləcə də, Hind okeanında və onun sahillərində yaşayan xalqlar arasında dostluğun və mehriban münasibətlərin möhkəmləndirilməsinə töhfə verməkdir.

Eyni zamanda, hazırda BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü olmaq yönündə fəaliyyət həyata keçirən Seyşel adaları Respublikasında Azərbaycanın qurumdakı 2012-2013-cü illəri əhatə edən ikiillik fəaliyyəti dövrü diqqətlə izlənilir. Təsadüfi deyil ki, jurnalın redaksiya heyətinin oxuculara müraciətində bildirilir ki, Azərbaycan Prezidentinin "İlin adamı" seçilməsi heç də yalnız Onun xalqın böyük dəstəyi ilə növbəti dəfə prezident seçilməsi və şəxsi liderlik keyfiyyətləri ilə bağlı deyil. 

Bu qərar həm də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətinin və vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlməsinin nəticəsidir.

Bu münasibətlə, jurnalın üz qabığında "İlin adamı" kimi təqdim olunan Prezident İlham Əliyevin 10 illik fəaliyyətindən sonra 2013-cü il oktyabrın 9-da yenidən xalqın böyük dəstəyi ilə prezident seçilməsi, habelə, indiyədək ölkədə yoxsulluğu 90 faiz azaldan dövlət başçımızın ümumi daxili məhsulun həcmini 2020-ci ilədək iki dəfə artıracağı qeyd olunur.

Azərbaycanın sosial-iqtisadi və siyasi uğurlarına böyük diqqət ayıran VİOAS jurnalının sözgedən sayının ilk məqaləsi də "İlin adamı" başlığı altında Prezident İlham Əliyevin dövlət başçısı kimi 10 illik fəaliyyəti dövründə ölkəmizin keçdiyi inkişaf yoluna həsr olunub. Jurnalın nəşriyyatçı şirkətinin rəhbəri Ceyms Mançamın müəllifi olduğu məqalədə yüksək iqtisadi inkişafa nail olan, yoxsulluğun sürətlə və kəskin azaldıldığı, müasir və firavan cəmiyyətin qurulduğu Azərbaycanın son 10 ildəki nailiyyətlərini dünyada təkrarlaya biləcək ölkənin olmadığı xüsusi vurğulanır. 

Müəllif qeyd edir ki, məhz Prezident İlham Əliyevin güclü, ardıcıl və xalq tərəfindən dəstəklənən liderliyi olmadan bu yüksək göstəriciləri əldə etmək mümkün olmazdı. Bunun məntiqi nəticəsi olaraq Prezident İlham Əliyev 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində səslərin 84,59 faizini toplayaraq növbəti 5 ildə də dövlət başçısı seçilib.

Azərbaycanla bağlı şəxsi müşahidələrinə əsaslanan C.Mançam məqalədə göstərir ki, onun ölkəmizlə yaxından tanışlığı Mərkəzçi Asiya-Sakit okean Beynəlxalq Demokratların (CAPDİ) vitse-prezidenti kimi 9 oktyabr seçkilərini müşahidə etmək üçün Azərbaycana dəvət olunması və Filippin Milli Assambleyasının keçmiş sədri, hazırda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) həmsədri Xose de Venesiyanın başçılıq etdiyi müşahidəçi qrupun tərkibində ölkəmizə səfəri ilə bağlıdır.

Daha sonra Azərbaycan haqqında bir sıra məlumatların verildiyi yazıda Prezident İlham Əliyevin 1993-cü ilin oktyabrından 2003-cü ilin oktyabrınadək Azərbaycanın prezident olmuş Ulu öndər Heydər Əliyevin davamçısı olduğu vurğulanır. Qeyd olunur ki, 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ümummilli lider 2003-cü ildə vəfat edib.

Müəllif yazır ki, 52 yaşlı Prezident İlham Əliyev islahatçı lider kimi analoqu omayan inkişafa, ölkənin yüksək səviyyəli xarici əlaqələrinin qurulmasına, yoxsulluğun kəskin şəkildə azalmasına nail olub. Təsadüfi deyil ki, təxminən 10 illik fəaliyyətindən sonra Prezident İlham Əliyevə 2013-cü il seçkilərində ciddi rəqib sayılacaq siyasi fiqur olmayıb və prezidentliyə iddialı olan müxalifət namizədləri seçkilərin nəticəsində siyasi arenada layiq olduqları yerə sahibləniblər.

Ölkəmizdəki seçkiqabağı mühitlə bağlı fikirlərini də bölüşən müəllif qeyd edir ki, Azərbaycan Hava Yolları ilə Londondan Bakıya yola düşməzdən əvvəl, təsadüfən "BBC" radiosunun reportajlarının birində Azərbaycanın mənfi tonda təqdim edilməsinin şahidi olub: "Bu, mənin Bakıda gərgin, mübahisəli və sərt siyasi atmosferlə üzləşəcəyimi güman etməyimə səbəb oldu. 

Lakin xoşbəxtlikdən, mən hər zaman "cəmiyyətin nəbzinə" inanan birisi olmuşam, çünki bu, bəzən ölkənin vəziyyətini və əhval ruhiyyəsini statistikalardan və peşəkar siyasi təhlillərdən daha yaxşı izah edir. "Cəmiyyətin nəbzi" insanların həqiqi hisslərini və onların bu gün və sabahla bağlı gözləntilərini dəqiq əks etdirir. Bu nöqteyi-nəzərdən, çox keçmədən anladım ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının üzvləri tərəfindən fəal şəkildə dəstəklənir və partiyanın üzvü olmayanların çoxu seçkilərdə tanıdıqları, fəaliyyətinə bələd olduqları liderə səs verəcəklər".

Seçkilərdən sonra Prezident İlham Əliyevin xalqa müraciətində Azərbaycanın son 10 ildən artıq müddətdə dünyada ən sürətli iqtisadi artıma malik olan ölkələrdən birinə çevrilməsi ilə bağlı fikirlərini xatırladan müəllif qeyd edir ki, bu gün Azərbaycanın gələcəyi işıqlı görünür: 

"ÜDM-də böyük artımla yanaşı, neft gəlirlərinin səbəb olduğu sosial rifah ölkədə əmanətlərin üçqat artmasına səbəb olub. Seçkisonrası müraciətində Prezident Əliyev qarşıdakı illərdə ölkənin inkişafına zəmin yaradan "Azərbaycan 2020: Gələcəyə baxış" strategiyasından bəhs edib. Ümumilikdə, bu strategiya çərçivəsində ölkənin adambaşına düşən ÜDM-in həcmi 2020-ci ilədək iki dəfə artırılacaq, bu isə öz növbəsində infrastrukturun yenidən qurulması, nəqliyyat, şəhər xidmətləri və özəl sektorun inkişafına ayrılan diqqət sayəsində Azərbaycanı ənənəvi iqtisadiyyatdan biliklərə əsaslanan iqtisadiyyatı olan ölkəyə çevirəcək".

Məqaləyə əsasən, Dövlət Neft Fondundakı maliyyə vəsaitlərinin də yardımı ilə 2014-cü ildə böyük həcmdə dövlət investisiya xərclərinin iqtisadi artıma təkan verəcəyi gözlənilir. Həmçinin, yeni qaz yatağındakı kəşfiyyat işlərinin yatağın 2015-ci ildə istismarı yönündə irəliləməsi də Azərbaycanın enerji gəlirlərinin gələcəkdə daha da artacağından xəbər verir.

Müəllif, həmçinin qeyd edir ki, VİOAS jurnalının "İlin adamı" kimi Mərkəzi Asiyanın Qafqaz regionundan olan bir lideri - Prezident İlham Əliyevi seçməsi ötən əsrdən etibarən dünyanın nə qədər çox dəyişdiyini göstərir: "Bu o deməkdir ki, Azərbaycan artıq əksər gənc dövlətlər üçün inamlı və hərtərəfli inkişaf modelinə çevrilib".
Müəllifin fikrincə, Prezident İlham Əliyev ağıllı və qətiyyətli liderlik keyfiyyətlərini özündə birləşdirən, XXI əsrin başlanğıcında dövləti "üçüncü dünya" ölkəsi səviyyəsindən müasirliyə aparan dövlət xadimlərinin bir nümayəndəsidir.

Hazırkı qloballaşmanın təsiri altında güc balansının Atlantikdən Hind və Sakit okeanlarına doğru dəyişdiyinin vurğulandığı yazıda qeyd olunur ki, Seyşel adaları da bir vaxtlar "xırda dövlət" adlanırdı. Buna baxmayaraq, qloballaşma belə bir fikri deməyə əsas verir ki, "dənizlə əhatə olunmuş heç bir dövlət kiçik deyil" və kiçik ölkələrdə yaşayan xalqlar heç də mütləq şəkildə "kiçik xalqlar" deyil.
Bu baxımdan, məqalədə bildirilir ki, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan ölkə Prezidentinin ağıllı rəhbərliyi altında bu vəzifənin öhdəsindən layiqincə gəlib.

Müəllif qeyd edir ki, BMT TŞ-yə qeyri-daimi üzv seçilməsinə çalışan Seyşel adaları Respublikasının Prezidenti Ceyms Mişel bu istəyinə çatmaq üçün Prezident İlham Əliyevdən nümunə götürməlidir: "Bu baxımdan, Prezident Mişel bizim Azərbaycan Prezidentini VİOAS-ın xüsusi Milad buraxılışı üçün "İlin adamı" elan etməyimizə əsas verən liderlik keyfiyyətlərini öyrənsə, uğur qazanar".

VOİAS jurnalının qeyd olunan sayında əksini tapan "Azərbaycan beynəlxalq səviyyədə ədalətin bərpasına mühüm töhfələr verir" başlıqlı yazıda isə Azərbaycan Xarici İşlər Nazirliyinin ölkənin BMT TŞ-dəki sədrlik müddətinin başa çatması ilə əlaqədar 5 noyabr 2013-cü il tarixində dərc olunan bəyanatına istinadla Azərbaycanın BMT TŞ-yə sədrliyi dövründə beynəlxalq səviyyədə ədalətin bərpasına və beynəlxalq hüququn prinsiplərinə mühüm töhfələr verdiyi vurğulanır.

Yazıda bildirilir ki, bu müddət ərzində Azərbaycan etibarlı tərəfdaş olaraq BMT TŞ-yə üzv ölkələr və digər beynəlxalq təsisatlar və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığı davam etdirib. Həmçinin qeyd olunur ki, 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında Azərbaycan TŞ-yə sədrliyi icra edib. Bu müddət ərzində qurumda bir sıra mühüm qərarlar qəbul olunub, beynəlxalq sülh və təhlükəsizlik məsələləri müzakirə edilib.
Eləcə də, Azərbaycanın təşəbbüsü ilə BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı BMT TŞ-də yüksək səviyyəli görüş keçirilib.

Noyabrın 1-dən etibarən isə Şuraya sədrlik Azərbaycandan Çinə keçib.

Beləliklə, göründüyü kimi, Azərbaycanın sosial-iqtisai inkişaf modeli və xarici siyasət fəaliyyəti beynəlxalq səviyyədə uğurlu nümunə və model kimi qəbul olunur. Bu baxımdan, nüfuzlu VİOAS jurnalının Prezident İlham Əliyevi "İlin adamı" elan etməsi Azərbaycanın son illərdə daxili və xarici siyasətdə qazandığı uğurların müəllifi olan dövlət başçımıza beynəlxalq səviyyədə verilən yüksək qiymətin, habelə ölkəmizin dünyadakı nüfuzunun durmadan artmasının təsdiqidir.

Ermənistanın “yol xəritəsi” imzalanıb

alt

Gömrük İttifaqı ölkələri Ermənistanın bu quruma üzvlüyü ilə bağlı “yol xəritəsi”ni imzalayıblar.

Bu gün Avrasiya Ali İqtisadi Şurasının dövlət başçıları səviyyəsində keçirilən toplantısında Ermənistanın Gömrük İttifaqına üzvlüyü və Vahid İqtisadi Məkana (Rusiya, Belarus və Qazaxıstan daxildir) birləşməsi ilə bağlı tədbirlər planına dair qərar və bəyanatlar imzalanıb.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına qoşulması üçün “yol xəritəsi”ni xüsusi rəylə imzalayacaqlarını bildirib: “Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri məsələsinə dair izahat istəyirik. Gömrük İttifaqının sərhədləri məsələsi, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu sərhədlərin Ermənistanda haradan keçəcəyi açıq qalır. Ona görə də biz həmkarlarımızla birlikdə “yol xəritəsi”ni xüsusi rəylə imzalayacağıq”.

Xatırladaq ki, Ermənistan Gömrük İttifaqına qoşulmaq barədə 2013-cü ilin sentyabrında qərar qəbul edib. 

Erməni Azərbaycan diasporunun hesabına külli miqdarda pul köçürüb

alt

Ukraynanın Luqansk şəhərində erməni iş adamı həmyerliləri ilə arasında yaranmış fikir ayrılığına görə maraqlı jest edib.

Luqanks vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədri Rasim Uğurluyev açıqlamasında bildirib ki, erməni əsilli tanınmış iş adamı Robert (soyadı təhlükəsizliyi baxımından açıqlanmır) erməni diaspor təşkilatının fondu üçün nəzərdə tutduğu xeyli vəsaiti Azərbaycan diaspor təşkilatının fonduna köçürüb.
Köçürülən vəsaitin məbləği açıqlanmır.

O bu addımını erməni diaspor təşkilatı ilə aralarında yaranmış fikir ayrılığı ilə izah edib, azərbaycanlılarla, eləcə də vilayətdə yaşayan digər türkdilli xalqlarla münasibətdə erməni diaspor təşkilatının qərəzli mövqeyini tənqid edərək, etirazını bu şəkildə ifadə etdiyini deyib.

İş adamı bundan sonra da nəzərdə tutulan aylıq vəsaiti erməni diaspor təşkilatının deyil, məhz Azərbaycan diasporunun hesabına köçürəcəyini bildirib. 

Saytda Axtarış

Son xəbərlər