Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün444
DünənDünən3048
Bu həftəBu həftə6545
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463144

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Saakaşvilinin Ukraynaya girişinə qadağa qoyuldu

alt

Ukrayna Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Xidməti aralarında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin, ABŞ və Avropa Birliyi ölkələri vətəndaşlarının olduğu 36 nəfərin ölkəyə girişinin qadağan olunması barədə iqtidardakı Regionlar Partiyasının deputatı Oleq Tsarevin müraciətini təmin edib. 

Deputat xarici işlər naziri Leonid Kojara və Təhlükəsizlik Xidmətini rəhbəri Aleksandr Yakimenkonun adına müvafiq müraciəti dekabrın 8-də göndərib. O bildirib ki, bəzi əcnəbi siyasi texnoloqların və etirazların təşkili üzrə mütəxəssislərin Ukraynaya səfərləri milli təhlükəsizliyə təhdid yaradır. 

Siyahıda M. Saakaşvili ilə yanaşı daha 29 Gürcüstan vətəndaşının, eləcə də ABŞ-ın Con Hopkins Universitetinin elmi əməkdaşı Taras Kuzyo, tanınmış almaniyalı politoloq Andreas Umland və digər şəxslərin adları var.

Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvili artıq 3 Gürcüstan vətəndaşının Ukraynaya səfərinə icazə verilmədiyini söyləyib. Onlardan biri “Rustavi-2” telekanalının jurnalisti David Kakuliyadır. Səfir bu məsələni aydınlaşdırmağa çalışdığını deyib.

Abdullah Gül İlham Əliyevi təbrik etdi

alt

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrik məktubunu təqdim edirik:

"Cənab Prezident, əziz qardaşım,
Doğum gününüzü türk xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Dost və qardaş Azərbaycan son 10 ildə Sizin müdrik liderliyinizlə inkişaf sahəsində böyük irəliləyiş əldə edib və beynəlxalq arenadakı statusunu gücləndirib.

Bu prosesdə gücünü xalqlarımız arasındakı qədim qardaşlıq ənənələrindən alan Türkiyə-Azərbaycan münasibətləri də regionumuz üçün bənzərsiz sabitlik amilinə çevrilib.

Zati-aliləri, prezident seçkilərindən sonra 2013-cü il noyabrın 12-13-də ölkəmizə səfəriniz strateji əhəmiyyətə malik əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verib.

Zati-aliləri, əziz qardaşım, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzu edir, dost və qardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm".

Putin İlham Əliyevi təbrik etdi

alt

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyir və ən xoş arzularımı bildirirəm. Bizim münasibətlərimizi yüksək qiymətləndirirəm. Rusiya və Azərbaycanın dost xalqlarının rifahı naminə səmərəli birgə işimizin davam edəcəyinə əminəm. Ailənizə mənim ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm".

Gürcüstan prezidentinin Azərbaycana səfəri təxirə salındı

alt

Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfəri təxirə salınıb. Bu barədə diplomatik mənbələrdən məlumat verilib.

Qeyd edək ki, diplomatik mənbələrdən öncə verilən məlumata görə, Georgi Marqvelaşvilinin Azərbaycana bu həftəyə nəzərdə tutulan rəsmi səfəri çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivlərinin müzakirə olunacağı gözlənilirdi.
Səfərin hansı səbəbdən təxirə salınması barədə məlumat yoxdur.

Səfirliyimiz Rza Zərrabla bağlı araşdırma aparır

alt

“Biz Türkiyə mətbuatında Rza Zərrabın Bakı doğumlu olması məsələsi ilə bağlı araşdırma aparırıq”. 

Bunu Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsəvər Salmanov bildirib. Onun sözlərinə görə, artıq Rza Zərrabın Bakı doğumlu olması haqqında türk mətbuatının yazdığı xəbərlərlə bağlı Azərbaycanın müvafiq qurumlarına müraciət ediblər: 

“Əgər müvafiq qurumların apardığı araşdırmalardan sonra Rza Zərrabın Bakı doğumlu olması rəsmən təkzib edilərsə, o zaman Türkiyə qəzetlərinə bununla bağlı etirazımızı yollayacağıq”. 

Qeyd edək ki, Türkiyə mətbuatı “rüşvət əməliyyatı” zamanı həbs olunmuş azərbaycanlı iş adamı Rza Zərrabın 1984-cü il Bakıda, zəngin ailədə doğulması və kiçik yaşlarından ticarətlə məşğul olması haqqında birmənalı olaraq rəy formalaşdırır. 1984-cü ildə Azərbaycanda Sovet hakimiyyətinin meydan suladığını nəzərə alsaq, R.Zərrabın “Bakıda, zəngin ailədə doğulması və ticarətlə məşğul olması” ciddi mübahisə doğurur. 

Əlavə edək ki, R.Zərrab İran azərbaycanlısıdır və onun Bakıda doğulması, burda ticarətlə məşğul olması ilə bağlı indiyə qədər heç bir informasiya olmayıb. Türkiyədə yaşayan və şou-biznesdə olan yerli və azərbaycanlı xanımlarla münasibətinə görə gündəmə gələn R.Zərrabı türk mediası “rüşvət əməliyyatı”na qədər həmişə “İran azərbaycanlısı”, “İran vətəndaşı” olaraq təqdim edib. 

Məhz indiki məqamda onun istintaqda “Tapşırıqları Azərbaycandan alırdım” deməsinin qabardılması və bakılı kimi təqdim olunması istər-istəməz “rüşvət əməliyyatı”nda Azərbaycanın adının daha çox hallandırması məqsədilə edildiyi rəyi yaradılır.

Tiflis meri 29 min dollar girov müqabilində azadlığa buraxılıb

Tiflis şəhər məhkəməsi şəhərin meri Qiqi Uqulavanı 50 min lari (29 min dollar) girov müqabilində azadlığa buraxıb.


Qiqi Uqulava barəsində qəti imkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi bir neçə saat davam edib. Baş Prokurorluq  merin həbs edilməsini və onun səlahiyyətlərinin dayandırılmasını tələb edirdi.

Məhkəmənin qərarına əsasən, Uqulava girovu 30 gün ərzində ödəməlidir.

Qeyd edək ki, Tiflis meri Qiqi Uqulava Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının seçki kampaniyasının maliyyələşməsinə şəhər büdcəsindən 30 mln. dollaradək vəsait xərcləməkdə ittiham olunur.  

Gürcüstan XİN hazırkı mərhələdə Rusiya ilə diplomatik əlaqələrin bərpasını mümkünsüz hesab edir

Rusiya qoşunları Abxaziya və Tsxinval bölgəsində olduqları müddətdə  Rusiya ilə diplomatik əlaqələrin bərpası barədə söhbət belə gedə bilməz. Bu barədə dekabrın 21-də “Rustavi-2” telekanalının efirində Gürcüstan XİN rəhbəri Maya Pancikidze bəyan edib.

“Ərazilərimizin 20 faizi işğal altında olduğu şəraitdə Rusiya ilə diplomatik əlaqələrin bərpası mümkünsüzdür və Rusiyada da bu barədə bilirlər”, deyə Pancikidze vurğulayıb.

Rusiya ilə vizasız rejimin mümkünlüyünə toxunan Gürcüstan XİN rəhbəri hesab edir ki, bu “Gürcüstanın son bir ildə apardığı siyasət nəticəsində mümkün olub”. Bununla belə, Maya Pancikidze qeyd edib ki, Gürcüstan ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcək.  

İsa Qəmbərin müşaviri istefa səbəbini açıqladı

alt“Müsavat Partiyasının 8 il üzvü olmuşam. Siyasətə Müsavatla gəldiyimi inkar etmirəm. Başqanın müşaviri olmuşam. Bu qərarı təsadüfən vermədim. Cəmiyyətin maraqları daha vacibdir. Önəmli olan partiyalar deyil, Azərbaycandır. Bəzi dostlarımız bu istefanı Milli Şurada sədr aparatına təyinatla bağlamağa cəhd etdilər. Belə deyil”.

Bunu “Yeni Müsavat”a Müsavat Partiyasından istefa vermiş Yeganə Hacıyeva deyib.

Müsavat başqanının keçmiş müşaviri partiyadan gedəcəyi barədə 3 həftə əvvəl partiya yoldaşlarına söylədiyini də bildirib: “Bəzi üzvlərin arzuladıqlarını reallıq kimi qərara vermək istəyi anlaşılandır. Müsavatın bəzi funksionerlərinin partiyadan gedişimə verdiyi reaksiyalar məyusedici idi. Onlar bilirdilər ki, partiyadan gedəcəm. Buna bir günün içində qərar verməmişdim ki?! Amma çoxluq yazışmalarda qərarıma hörmətlə yanaşdıqlarını bildirdilər. O ki qaldı Müsavatın Milli Şuradan gedişinə, partiyanın bu birlik daxilində fəaliyyəti uğurlu olub. Bu qurumun uğurlarında Müsavatın danılmaz payı var.

Dünənə qədər partiya daxilində olan biri kimi deyirəm - sıravi üzvlərin əksəriyyəti Müsavatın Milli Şuradan çıxmasının əleyhinədirlər. Həbsdə olan Tofiq Yaqublu, Yadigar Sadıqov da Milli Şuradan getməyin əleyhinədirlər. Əgər bu baş verəcəksə partiya daxilində və cəmiyyətdə xəyal qırıqlığı yaşanacaq. Partiyaya qarşı güvən krizi yaşanacaq”.

Müsavat başqanı ilə istefasından əvvəl söhbət etdiyini deyən Y. Hacıyeva “bu qərarı verməyə təşviq ola biləcək bir söhbətimiz olmuşdu. Mənə fikirlərimi azad bildirmək üçün azad siyasətçi olmağım xatırladılmışdı. Bu barədə fikirləşəcəyimi bildirmişdim. Qərarımı da bu danışıqlardan 4 həftə sonra vermişəm. Yəni, ekspromt qərar deyildi” deyib.

Əhməd Davudoğlu: «Türkiyə İranla əlaqələri daha da gücləndirəcək»

alt«Türkiyə-İran əlaqələri çox yaxşı və qardaşlıq münasibətləri çərçivəsindədir». APA-nın «Mehr» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə İranla əlaqələrini daha da gücləndirəcək.

Ə.Davudoğlu dekabrın 18-də Pakistanda keçirilən «D-8» ölkələri Nazirlər Şurasının XVI toplantısı çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşünə də toxunub: «Biz bütün mövzuları müzakirə etdik. Xüsusilə də ikitərəfli əlaqələr, bölgənin vəziyyəti, Suriya böhranı başda olmaqla İslam dünyasındakı problemlər, qlobal məsələlər, Türkiyə rəsmilərinin İrana səfərləri və İran prezidentinin Türkiyəyə həyata keçirəcəyi səfəri haqqında fikir mübadiləsi apardıq».

Bu arada Türkiyənin xarici işlər naziri Ə.Davudoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Tərəflər müxtəlif məsələlərlə yanaşı, İranla «altılıq» ölkələri arasında keçirilən nüvə müzakirələri ilə bağlı da fikir mübadiləsi aparıblar.

Con Kerri: “ABŞ baş verən hadisələri pisləyir”

alt

"Biz insanlara zərər verən münaqişələrin olmasını istəmirik" 


“Beynəlxalq ictimaiyyət Cənubi Sudanda baş verən zorakılıq halları ilə bağlı dərin narahatlıq hissi keçirir. Biz insanlara zərər verən münaqişələrin olmasını istəmirik. Bir il əvvələ kimi Sudan dövləti xalqını sülh və firavanlıq içində idarə edirdi. Problemin həllində sülh yeganə variantdır”. 

AzNews.az ABŞ dövlət departamentinin saytına istinadən xəbər verir ki, bu sözləri Con Kerri bildirib. O, həmçinin əlavə edib: 

“Keçən axşam mən Cənubi Sudan hökumətinin prezidenti ilə danışdım. Onu Sudan vətəndaşlarının hüquqlarını qorumağa və barış istiqamətində işləməyə çağırdım. İndi çətin qərarları yalnız dialoq üsulu ilə həll etmək olar”. 

ABŞ Dövlət Departamentinin rəhbəri həmçinin, bildirib ki, Sudan rəhbərləri vətəndaşlara qarşı hücumu dayandırmalı və müxtəlif etnik qruplar arasında dialoqa yol açılmalıdır. Biz bu prosesi asanlaşdırmaq üçün öz köməyimiz təklif edirik. ABŞ Dövlət Departamentinin Cənubi Sudan üzrə səfiri Donald Booth regiona bu gün səfər edəcək. 

ABŞ nümayəndəsi çıxışında qeyd edib ki, dünən Birləşmiş Millətlər Təşkilatının ofisinə hücumu pisləyirik. BMT-yə başsağlığı veririk və Sudan hökumətini hücumlardan çəkinməyə çağırırıq. ABŞ və digər ölkələr ümid edir ki, Sudan tezliklə öz problemini həll edəcək”.

Zakir Həsənov Türkiyəyə gedir

alt

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov gələn həftə Türkiyəyə rəsmi səfərə gedəcək.

Dekabrın 24-25-də Ankarada səfərdə olacaq Z. Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, həmçinin bu ölkənin dövlət rəhbərliyi ilə görüşlər keçirəcək.

Müdafiə naziri səfər çərçivəsində Türkiyə Aviasiya Sənayesi (TAI) və ASELSAN şirkətlərinə də baş çəkəcək.

Gürcüstanın Baş naziri: Şahdəniz-2” yaxın gələcəkdə Avropanın energetika xəritəsini bütünlüklə dəyişə bilər

Gürcüstanın kütləvi informasiya vasitələri - “Rezonansi”, “Axali taoba” (“Yeni nəsil”), “Sakartvelos Respublika” (“Gürcüstan Respublikası”) qəzetləri “Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının imzalanması barədə geniş yazılar dərc etmişlər. Televiziya kanallarında da bu mövzuya ətraflı yer verilmişdir.
“Rezonansi” qəzetinin 18 dekabr tarixli nömrəsində dərc edilmiş “Gürcüstan “Şahdəniz”in genişləndirilməsindən nə qazanacaqdır” sərlövhəli məqalədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin “Şahdəniz-2” layihəsi ilə bağlı fikirləri yer almışdır. Baş nazirin sözlərinə görə, layihəyə dair yekun investisiya qərarının imzalanması Avropa üçün həlledici əhəmiyyətə malikdir. Onun fikrincə, bu layihə yaxın gələcəkdə Avropanın energetika xəritəsini bütünlüklə dəyişə bilər.
Gürcüstanın layihədən götürəcəyi fayda barədə sualı cavablandıran İ.Qaribaşvili demişdir: 5 il ərzində təxminən 700 milyon dollar həcmində sərmayə yatırımı, 2-3 min iş yeri qazanacağıq, boru kəmərinin ötürücülük qabiliyyəti 16 milyard kubmetrədək artacaq və bunun 5 faizi Gürcüstana qalacaqdır.

Saytda Axtarış

Son xəbərlər