Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün429
DünənDünən3048
Bu həftəBu həftə6530
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463129

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Prezident: “Bakı parklar, bağlar şəhərinə çevrilib”

alt

“Bakı nadir bir şəhərdir. Təkcə gözəlliyinə görə yox, ona görə ki, Bakıda bir neçə mərkəz var”

Bunu prezident İlham Əliyev Bakının Nərimanov rayonunda ucaldılan “Kitabi-Dədə Qorqud” abidəsinin və yeni salınan Dədə Qorqud parkının açılışında deyib. 

“İçərişəhər Bakının mərkəzidir. Azadlıq Meydanı, Bulvar şəhərin mərkəzidir. Yeni Bulvar, tikilməkdə olan Ağ Şəhər Bulvarı, Heydər Əliyev Mərkəzi artıq şəhərin mərkəzinə çevrilib. Heydər Əliyev Sarayının önündə və arxa hissəsində salınmış yeni parklar, - onların uzunluğu bir kilometrdən çoxdur, - mərkəzə çevrilib. Yəni, bu, şəhərimizin xüsusiyyətidir. Əlbəttə, bu parkın açılması həm insanların istirahəti üçün yeni imkanlar yaradacaq, eyni zamanda, şəhərin bu hissəsinin abadlaşdırılmasına xidmət göstərəcək. Biz gözəl şəhərimizin daha da gözəlləşdirilməsi işində bundan sonra daha böyük işlər görəcəyik”, - dövlət başçısı əlavə edib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan bu gün dünya miqyasında siyasi və iqtisadi mərkəzlərin birinə çevrilib: “Yüksək səviyyəli çoxsaylı tədbirlərin, zirvə görüşlərinin, iqtisadi forumların, dünyanın bir nömrəli iqtisadi forumu olan Davos Forumunun Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizin siyasi və iqtisadi mərkəz kimi təqdim edilməsinə xidmət göstərir. Eyni zamanda, Azərbaycan bu gün dünyanın humanitar mərkəzlərinin birinə çevrilib. Ölkəmizdə keçirilən humanitar forumlar, Mədəniyyətlərarası Dialoq Forumunun iki toplantısı, digər tədbirlər Azərbaycanı artıq dünya miqyasında bir humanitar mərkəz kimi təqdim edib. Bizim bu sahədəki rolumuz getdikcə artacaq. Çünki müasir, qloballaşan, ziddiyyətlə, toqquşmalarla dolu olan dünyada humanitar əməkdaşlığın əhəmiyyəti daha da artmalıdır. 

Azərbaycan bu sahədə nəinki bu tədbirlərə ev sahibliyi edir, eyni zamanda, öz təcrübəsini bölüşür, öz reallıqlarını ortaya qoyur və sübut edir ki, humanitar sahədə əməkdaşlıq təkcə humanitar sahə ilə məhdudlaşmır. Humanitar sahədə əməkdaşlıq dünyada gedən siyasi proseslərə müsbət təsir edir və etməlidir. 

Azərbaycanın siyasi konsepsiyası bu təməl üzərində qurulub - əməkdaşlıqdan maraqların təmin edilməsinə, qarşılıqlı yardımdan daha da dərin əməkdaşlığa. Bizim bu sahədə siyasətimiz yenə də demək istəyirəm ki, təkcə humanitar məsələlərlə məhdudlaşmır”.

“Bakı şəhəri artıq parklar, bağlar şəhərinə çevrilib. Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib və bizim bu sahədəki fəaliyyətimiz getdikcə genişlənəcək. Bakıda yeni istirahət zonalarının yaradılması ilə bağlı planlarımız var. Onların bir hissəsi icra edilir, bir hissəsi icra edilib”, - İlham Əliyev əlavə edib.

Tbilisidə Saakaşvilinin həbsi tələb edildi

alt
Gürcüstan parlamentinin Tbilisinin mərkəzindəki keçmiş binasının qarşısında eks-prezident Mixail Saakaşvilinin məhkəməyə verilməsi tələbi ilə aksiya keçirilib. “Vətəndaş fəallığı” ictimai klubunun dəstəyi ilə gənclərin iştirak etdiyi aksiyada 100-ə yaxın iştirakçı olub. Onların əllərində  “Repressiya qurbanlarını unutmayın!”, “Biz 7 noyabrı xatırlayırıq!”, “Qırmızı terror!”, “26 may yadımızdadır!” yazılan plakatlar olub. Aksiya iştirakçıları Saakaşvilini və onun ətrafını gürcü xalqına qarşı cinayətlərdə də ittiham ediblər.

Xatırladaq ki, Saakaşvili oktyabrın 30-da Brüsselə səfəri zamanı həbs olunacağından çəkindiyini bildirib: “Gürcüstanın baş naziri dəfələrlə mənə qarşı məhkəmə araşdırılması aparacağı ilə hədələyib. O, hətta bəyan edib ki, mən həbsxanada oturmalıyam. Bu, həqiqətdir”.

Gürcüstan parlamentinin nümayəndə heyəti Ermənistana səfər edəcək

Gürcüstan parlamentinin sədri David Usupaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edəcək. APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi məlumata görə, dekabrın 14-16-da Allaverdi şəhərində  Ermənistan və Gürcüstan parlamentlərarası əməkdaşlığın perspektivləri ilə bağlı plenar sessiya keçiriləcək.

Gürcüstan parlamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı tərəflər ali qanunverici orqanlarının ikitərəfli və çoxtərəfli əməkdaşlığı, eləcə də iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və mədəniyyətin inkişafında parlamentin rolu barədə məsələləri müzakirə edəcək.

Səfərin ikinci günündə Gürcüstan və Ermənistan deputatları komitə formatında görüşlər keçirəcək və yekunda  memorandum imzalanacaq.

İki ölkə arasında parlamentlərarası əməkdaşlığın inkişafı üçün təşkil olunacaq plenar sessiya ATƏT-in İrəvan ofisinin təşəbbüsü ilə baş tutacaq.

Davudoğlu erməni dəyirmanına su tökdü

alt

“1915-ci ildə ermənilərin köçürülməsi vəhşilik olub”. Bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu İrəvandan Ankaraya uçarkən təyyarədə jurnalistlərə bildirib.

ANS PRESS “Hurriyet Daily news”a istinadən bildirir ki, o söyləyib: "Mən Osmanlı imperiyası zamanı “İttihad və tərəqqi” hərəkatının rəhbərləri tərəfindən törədilmiş köçürməni tamamilə yanlış addım sayıram", - deyə o, vurğulayıb.

AXCP ilə Müsavat görüşdü

alt

AXCP ilə Müsavat Partiyasının nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə AXCP-ni partiya sədri Əli Kərimli, Ali Məclisiin sədri Həsə Kərimov, sədr müavinləri Gözəl Bayramlı, Nurəddin Məmmədli, Fuad Qəhrəmanlı təmsil edir. Müsavatdan görüşə partiya başqan İsa Qəmbər, Məclis sədri Arzu Səmədbəyli, İcra Aparatının rəhbəri Arif Hacılı və başqan müavini Gülağa Aslanlı təmsil edib.

Müsavat Partiyasının təşəbbüsü ilə keçirilən görüşdə ölkədəki ictimai-siyasi vəziyyətlə yanaşı Milli Şura ilə bağlı məsələ müzakirə olunub.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə edilib.
AXCP hər iki partiyanın əməkdaşlığının hazırkı məqamda Milli Şura çərçivəsində daha prioritet olduğunu vurğulayıb: “Bizim mövqeyimiz müttəfiqliyin bu çərçivədə davam etdirilməsinin tərəfdarı olduğunu açıqlayıb”.

Qeyd edək ki, Müsavat Partiyasının Divanı müxalifətdə olan siyasi qüvvələrlə məsləhətləşmə barədə qərar qəbul edib və bu, həmin qərara əsasən keçirilən ilk görüşdür.

Gürcüstanın baş konsulluğu açıldı- Gəncədə

alt

Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, Gürcüstanın Gəncə şəhərinə yeni təyin olunmuş ilk baş konsulu Mamuka Balavadze baş konsul kimi fəaliyyətini təsdiq edən patentini bu gün nazirliyə təqdim edib.

XİN tərəfindən baş konsul Mamuka Balavadzeyə diplomatik fəaliyyətində uğurlar arzulanıb. 

“Ermənistan Dağlıq Qarabağdan çıxmalıdır“

alt

Ermənistan Dağlıq Qarabağdan tamamilə çıxmalıdır. 

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, bunu Macarıstan Milli Assambleyasının üzvü, parlamentin Macarıstan-Azərbaycan Dostluq qrupunun sədr müavini doktor Ferenk Papsak Cəmiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırarkən bəyan edib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrindən irəli gələn tələblərdən uzun müddət boyun qaçırmaq olmaz:

"Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın legitim və dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş əraziləridir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı isə beynəlxalq hüquqa daban-dabana ziddir. Bu da Ermənistan hərbi qüvvələrinin Dağlıq Qarabağ və ətraf rayonlardan tamamilə çıxmasını tələb etməyə əsas verir. Beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycanın ərazilərindən hərbi hissələrini geri çəkməsi tələbi artıq 20 ildir ki, mövcuddur. Amma bunun heç bir nəticəsi görünmür. 

Əksinə, Ermənistan Dağlıq Qarabağda Xocalı aeroportunu işə salmaq cəhdi ilə və qondarma prezident seçkilərini keçirməklə beynəlxalq ictimaiyyəti qıcıqlandırır. Avropa İttifaqı dəfələrlə bəyan edib ki, bu seçkilər münaqişənin sülh yolu ilə həlli üçün çalışan beynəlxalq ictimaiyyətin işinə əngəl törədir".

Macar parlamentari qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti 
BMT TŞ tərəfindən 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələrlə mühakimə olunaraq BMT Nizamnaməsinin ikinci maddəsinə əsasən beynəlxalq hüququn pozulması kimi qeydə alınıb və bu vəziyyəti 2008-ci ildə BMT Baş Assambleyası da təsdiq edib:

"Buna görə də Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. 2005-ci ildə Avropa Şurası da müvafiq qətnamə qəbul edib. 2010-cu ildə Avropa Parlamenti Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən çıxması tələbi ilə çıxış edib. Bu tələb hələ də qüvvədədir. Avropa İttifaqı Dağlıq Qarabağdakı həllini tapmamış ərazi probleminə nöqtə qoymaq üçün öz tərəfdaşları ilə birgə bütün vasitələrə əl atmalıdır".(trend)

Ramil Usubov Yunanıstan səfirini qəbul etdi

alt

Dekabrın 13-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqası qəbul edib.

DİN mətbuat xidmətindən daxil olan xəbərə görə, qonağı salamlayan nazir yeni təyinat münasibətilə onu təbrik edib və uğurlar arzulayıb. Yunanıstan-Azərbaycan əlaqələrinin inkişaf dövrünü yaşadığını xatırladan daxili işlər naziri ölkələrimizin və xalqlarımızın milli maraqlarına və mənafelərinə uyğun olaraq, dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı səfərlər, ən yüksək səviyyədə imzalanmış sənədlər sayəsində birgə əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra nazir DİN-in fəaliyyət istiqamətləri və funksional vəzifələri, ölkəmizdəki kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən yeniləşmə və islahatlar prosesindən danışıb.

Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın yalnız Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini nəzərə çatdıran nazir hələ 2008-ci ildə «Azərbaycan Respublikasının Hökuməti və Yunanıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş» layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğunu xatırlatmış, həmin sənədin imzalanmasının əlaqələrin daha da genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacağını, rəhbərlik etdiyi qurumun bu işdə maraqlı olduğunu bildirib.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən səfir Dimitrios Tsounqas ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirmiş, ikitərəfli əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Mitinq təşkilatçıları polisə çağırıldı

alt

Milli Şuranın Mitinq Komitəsinin üzvləri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar. 

Bu məlumatı AzNews.az-a Mitinq Komitəsinin və AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi verib. 

S. Həzi deyib ki, onunla birgə Baş Polis İdarəsinə Müsavat Partiyası Məclisinin üzvü Tural Abbaslı və KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu dəvət edilib. S. Həzi polis idarəsində saat 17.00-da olacaqlarını da qeyd edib. 

Qeyd edək ki, Milli Şura dekabrın 15-də saat 14.00-dan 16.00-a dək paytaxtın Yasamal rayonundakı “Məhsul” Sağlamlıq Cəmiyyətinin stadionunda mitinq keçirəcək. 

Zakir Həsənov yeni rəis təyin etdi

alt

Zakir Həsənovun kadr islahatlarının ilk hədəfi hesab olunan Büdcəyə nəzarət və maliyyə idarəsinin rəisi, polkovnik Elçin Mehdiyevin yerinə yeni kadr təyin edilib.

Artıq iki aya yaxındır ki, yeni vəzifəsini icra edən Zakir Həsənov keçmiş Müdafiə naziri Səfər Əbiyevin adamı hesab olunan Elçin Mehdiyevi cəbhə bölgəsindəki hərbi hissələrdən birinə göndərdikdən sonra onun yerinə vaxtilə bir yerdə işlədiyi Daxili Qoşunların Maliyyə Şöbəsinin rəisi polkovnik-leytenant Namiq Poladovu gətirib.

Xatırladaq ki, Namiq Poladov Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il may ayının 6-da imzaladığı sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə məlumatı yalnız iki gündən sonra verə bilərlər.

Gürcüstan parlamenti Ukraynada baş verənlərlə bağlı bəyanat qəbul edib

Gürcüstan parlamenti 68 səslə Ukraynada baş verən hadisələrlə bağlı bəyanat qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, dekabrın 11-də bəyanatın mətnini deputatlara Avrointeqrasiya məsələləri üzrə parlament komitəsinin sədri, “Gürcü Arzusu”ndan olan deputat Viktor Dolidze təqdim edib. Bəyanatda Gürcüstan parlamentinin Ukraynada vətəndaşlara qarşı güc tətbiq edilməsindən narahatlığı ifadə edilib, Rusiya və digər dövlətlərin Ukraynanın daxili işlərinə müdaxilə etmək hüququna malik olmadığı vurğulanıb.

“Gürcüstan parlamenti Ukrayna xalqına azad seçkilər uğrunda mübarizədə öz həmrəyliyini nümayiş etdirir. Biz Ukrayna xalqının Avropa və Avroatlantik ailəsinin tamhüquqlu üzvü olmaq istəyini dəstəkləyirik. Mövcud problemlərə baxmayaraq, Ukrayna və Gürcüstan beynəlxalq demokratik məkanda layiqli yer tutacaq”, - deyə bəyanatda qeyd olunub.

Gürcüstan parlamenti həmçinin beynəlxalq ictimaiyyətin “Şərq Tərəfdaşlığı” ölkələrinin suverenliyini dəstəkləməsini alqışlayıb.

Gürcü deputatları Ukraynanın siyasi liderlərinin mövcud vəziyyətdən xalq üçün faydalı bir çıxış yolu tapacağına ümid etdiyini bildirib.

Putindən miqrantlara sərt qadağa

alt

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət ünvanlayıb. 

Müraciətində bır sıra məsələlərlə yanaşı, miqrantlarla bağlı problemlərə toxunan prezident bəzi təkliflər səsləndirib.

Prezident qanunları pozan miqrantlara tətbiq edilən qadağa müddətinin 10 ilə qədər artırılmasının istəyib. Putinin fikrincə, bu, miqrasiya qanunvericiliyinə əməl edilməsi sahəsində ciddi irəliləyiş əldə edilməsinə səbəb ola bilər.
Xatırladaq ki, hazırda bu qadağa 3 ildir. 

Prezidentin müracitində ofşor şirkətlərə vergi tətbiqi, orta gəlirli ailələrin mənzil şəraitinin yaxşılaşdırılması kimi məsələlər də yer alıb. 

Saytda Axtarış

Son xəbərlər