Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün441
DünənDünən3048
Bu həftəBu həftə6542
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463141

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Ermənistan Putini mitinqlərlə qarşılayacaq

alt

Ermənistanda Rusiya prezidenti Vladimir Putinin dekabrın 2-nə planlaşdırılan səfəri ilə bağlı mitinqlər planlaşdırılır. Etiraz aksiyalarını “Layiqli vətən” təşəbbüs qrupu keçirməyi düşünür. 

Təşəbbüs qrupunun bəyanatında göstərilir ki, aksiyanın məqsədi Ermənistan hökumətindən erməni xalqının ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etmək, konstitusiyaya riayət etmək, Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzv olmaq proseslərini dayandırmağı tələb etməkdir.

Aksiya saat 13:00-da Azadlıq meydanında baş tutacaq. “Azad Ermənistan”, “Azad demokratlar”, “İrs” və başqa partiya və təşkilatlar da “Layiqli vətən” təşəbbüs qrupuna qoşularaq mitinqdə iştirakla bağlı qərar qəbul ediblər.
Mitinqdən sonra Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahına yürüş planlaşdırılır.

NATO-nun baş katibi Azərbaycanı təbrik etdi

alt

"Mən Azərbaycanı, Gürcüstanı və Moldovanı Avropa İttifaqı ilə münasibətlərdə mühüm addımlar atmaq üçün cəsarətlə və ağır əmək sərf etməklə azad seçim etdiklərinə görə təbrik edirəm".
Bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen Avropa İttifaqının Vilnüsdə keçirilən III "Şərq tərəfdaşlığı" sammitinin yekunları ilə bağlı bəyanatında deyib.
Baş katib qeyd edib ki, bu gün imzalanan sazişlər islahatları, ticarəti və humanitar əlaqələri gücləndirəcək, Avropada azadlıq, sabitlik və inkişafa töhfə verəcək:
"Mən "Şərq tərəfdaşlığı" proqramını alqışlayıram. Biz siyasi assosiasiya və iqtisadi inteqrasiya prosesini inkişaf etdirəcəyik. NATO bu məqsədləri bölüşür və təhlükəsizlik sahəsində əməkdaşlıq və tərəfdaşlıq yolu ilə dəstəkləyir".

Gürcüstan və Moldova ilə Avropa Birliyi arasında assosiasiya sazişi rəsmən paraflanıb

Gürcüstan və Moldova “Şərq tərəfdaşlığı”nın Vilnüs sammiti çərçivəsində Avropa Birliyi ilə assosiasiya sazişini paraflayıblar.


APA-nın xəbərinə görə, texniki paraflanma bir gün əvvəl olsa da, rəsmi imzalar bu gün atılıb. Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili qısa çıxış edərək bu imzanın tarixi əhəmiyyətindən danışıb. Moldova baş naziri Yuri Lyanke də ölkəsi üçün çox önəmli an olduğunu vurğulayıb: “Moldova Avropa ölkəsidir və Avropa ilə eyni tarixə malikdir. Biz bir ailənin mənsublarıyıq”.

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton Gürcüstanın böhran vəziyyətlərinin idarə olunmasında iştirakına dair çərçivə sazişi də imzalayıblar. 

Vilnüsdə Gürcüstanın Avropa İttifaqı ilə assosiasiyası haqqında sazişin texniki paraflanması mərasimi keçirilmişdir

Bu gün Vilnüsdə Gürcüstanın Avropa İttifaqı ilə assosiasiyası haqqında sazişin texniki paraflanması mərasimi keçirilmişdir.
Paraflamanı Gürcüstan adından xarici işlər nazirinin birinci müavini, son üç ildə Avropa İttifaqı ilə danışıqlarda Gürcüstan nümayəndə heyətinin rəhbəri olmuş David Zalkaliani həyata keçirmişdir. Sazişin (sənədin mətni min səhifədən ibarətdir) texniki paraflanması başlanana qədər D.Zalkaliani jurnalistlərə demişdir ki, bu sənədin paraflanması Gürcüstan üçün tarixi hadisədir.
“Gürcüstanın Aİ ilə assosiasiyası haqqında sazişin paraflanmasına dair rəmzi akt” noyabrın 29-da Gürcüstan xarici işlər naziri Mayya Pancikidze və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton tərəfindən imzalanacaqdır.

Azərbaycan və Avropa İttifaqı viza ilə bağlı saziş imzaladı

alt

Azərbaycan prezidenti İlham Əliyev Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammitində iştirak edir.

Noyabrın 29-da Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammitinin rəsmi açılışı olub.

Prezident İlham Əliyev də sammitdə iştirak edir. Dövlət başçısını Litva prezidenti Dalya Qribauskayte, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Jose Manuel Barrozu qarşılayıb.

Avropa İttifaqı ölkələrinin, eləcə də “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrin dövlət və hökumət başçılarının iştirak etdikləri sammiti Litva prezidenti Dalya Qribauskayte açaraq qonaqları salamlayıb.
Sonra Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Jose Manuel Barrozu çıxış ediblər.
Daha sonra imzalanma mərasimi olub.

Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. 

Sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Litvanın xarici işlər naziri Linas Linkyaviçyus və Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imzaladılar.

Sammitin iştirakçıları birgə foto çəkdirdilər.
Tədbir işini plenar iclasla davam etdirir.

Xatırladaq ki, iki ildən bir təşkil edilən “Şərq tərəfdaşlığı” Sammiti ilk dəfə 2009-cu ilin mayında Çexiyanın paytaxtı Praqada, ikincisi isə 2011-ci ilin sentyabrında Polşanın paytaxtı Varşavada keçirilib.

Ukrayna prezidenti liderlərin sözlərini qulaqardına vurdu

alt


Avropa İttifaqı ölkələrinin liderləri Ukraynanı sazişi imzalamağa razı sala bilməyib. 

Bu barədə məlumatı “France-Presse” agentliyi yayıb. 

Litva prezidenti Dalya Qribauskayte agentliyə müsahibəsində bildirib ki, şam yeməyi zamanı liderlərin irəli sürdüyü müddəalar Yanukoviçin ağlına batmayıb: “Hələ ki biz Yanukoviçin mövqeyini dəyişmədiyini görürük” deyə prezident bildirib. 

Bəzi məlumatara görə isə, Ukraynaya 2014-cü ilin yazında yenidən sazişi imzalamaq təklif ediləcək. 

Azərbaycan və Latviya prezidentlərinin görüşü olub- FOTO

alt

Bu gün Vilnüsdə Azərbaycan prezidenti İlham Əliyevlə Latviya prezidenti Andris Berjinsin görüşü olub.

Görüşdə Azərbaycanla Latviya arasında siyasi, iqtisadi və digər sahələrdə dostluq əlaqələrinin inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyəti qeyd olunub.


İki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ukrayna prezidenti Vilnüsə getdi

alt

Ukrayna prezidenti Viktor Yanukoviç Şərq Tərəfdaşlığı Sammitinin işində iştirak etmək üçün Litvaya gedib. 

Prezidentin bu səfəri Avropa İttifaqı ilə sazişin imzalanmayacağı barədə bəyanatdan sonra ölkədə keçirilən genişmiqyaslı aksiyaların nəticəsi kimi xarakterizə olunur.

Yanukoviçin səfər proqramında ikitərəfli görüşün nəzərdə tutulmadığı bildirilir.

İlham Əliyev Litvanın baş naziri ilə görüşüb - FOTO

alt

Azərbaycan prezidenti İlham Əliyev bu gün Vilnüsdə Litvanın baş naziri Alqirdas Butkeviçius ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan tərəfindən Litvaya investisiya qoyuluşu, ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirilib.

Həmçinin görüşdə ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev Litvaya getdi

alt

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasına işgüzar səfərə gedib.

Dövlət başçısını Vilnüs Beynəlxalq Aeroportunda Litvanın rəsmi şəxsləri qarşılayıblar.

Vilnüs Sammitində- Qalmaqal

alt

Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin ilk günü qalmaqalla yadda qalıb. Belə ki, Ukraynanın baş nazirinin müavini Sergey Arbuzovun çıxışı zamanı zala bir qrup daxil olaraq etiraz aksiyası keçirib. 

Arbuzov Ukraynanın Avropaya inteqrasiya yolundan çəkilmədiyini bildirərək Ukraynanın siyasətində heç bir dəyişiklik olmadığını vurulayıb. 

Onun çıxışı zamanı zala daxil olan “Açıq siyasət” Fondunun prezidenti İqor Jdanov və bir neçə nəfər baş nazirin müaviniə etiraz ediblər. Onlar “Azadlıq qazdan vacibdir”, “Arbuzov, bizim arzularımızı öldürmə” kimi üşarlar səsləndiriblər. 

AŞPA-da internetin siyasətə təsiri müzakirə olunacaq

alt

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçiriləcək. 

Komitənin iclası Fransanın paytaxtı Parisdə noyabrın 30-da keçiriləcək. 

Milli Məclisdən bildirilib ki, yığıncaqda deputat Rafael Hüseynov iştirak edəcək. 

İclasda R. Hüseynov Avropanın təhlükədə olan mədəni irsi, çoxmədəniyyətli cəmiyyətlərin oxşar və fərqli cəhətləri, təhsilin keyfiyyətinin artırılması, dünya futbol qurumlarında idarəçiliyin təkmilləşdirilməsi, internetin siyasətə təsiri və digər müzakirə olunacaq məsələlərə münasibətini bildirəcəkdir. Səfər dekabrın 5-də başa çatacaq. 

Saytda Axtarış

Son xəbərlər