Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün415
DünənDünən3048
Bu həftəBu həftə6516
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463115

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan və Gürcüstan arasında ərazi əməkdaşlığı proqramının strategiyası müzakirə olunmuşdur

Gürcüstanın Kaxeti bölgəsinin Telavi rayonundakı Lopata kəndində “Şərq tərəfdaşlığı” ölkələrinin ərazi əməkdaşlığına dair regional konfrans keçirilmişdir.
Azərbaycanın və Gürcüstanın dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin qatıldıqları tədbirdə “Şərq tərəfdaşlığı” ölkələrinin ərazi əməkdaşlığı proqramının strategiyası məsələsi müzakirə olunmuşdur.
Toplantını proqramın rəhbəri Aleksey Sakaryev açmışdır. Avropa və Avratlantikaya inteqrasiya məsələləri üzrə Gürcüstanın dövlət nazirinin müavini Məryəm Rekviaşvili Azərbaycan-Gürcüstan münasibətlərinin uğurla davam etdirilməsindən, birgə iqtisadi layihələrin həyata keçirilməsindən və digər aktual məsələlərdən söhbət açmışdır. Nazir müavini bu tədbirin sərhədyanı ərazilərdə əməkdaşlığın inkişafına münbit şərait yaradacağına əmin olduğunu vurğulamış, ölkəsinin bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təmsilçisi Sahib Məmmədov diqqəti sərhədyanı əməkdaşlığın vacibliyinə, mülki cəmiyyətin bu proseslərdə iştirakının əhəmiyyətinə cəlb etmişdir. O qeyd etmişdir ki, Azərbaycanda xeyli sayda gürcü, Gürcüstanda isə azərbaycanlı yaşayır. Bizim birgə dəyərlərimiz vardır, onların qorunub saxlanmasına, daha da inkişaf etdirilməsinə çalışmalıyıq.
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi müdirinin müavini Ruslan Rüstəmli ölkəmizin regional əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulamış, Azərbaycan-Gürcüstan münasibətlərinin bunun daha səmərəli təşkilinə imkan verdiyini qeyd etmişdir.
Sonda “Şərq tərəfdaşlığı” ölkələrinin ərazi əməkdaşlığı proqramının strategiyası” layihəsinin təqdimatı keçirilmişdir.

Prezidentdən əfv sərəncamı

alt

Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb. 

Sərəncamda qeyd olunur ki, YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovskinin əfv olunsun.

Gürcüstanın yeni prezidenti Azərbaycana gəlir

alt

Gürcüstan prezidenti Georgi Marqvelaşvili gələn həftə Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə diplomatik mənbələrdən məlumat verilib.

G.Marqvelaşvilinin Azərbaycana səfəri çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq, regiondakı vəziyyət qiymətləndiriləcək.

Qeyd edək ki, bu, Georgi Marqvelaşvilinin prezident seçiləndən sonra Azərbaycana ilk səfəridir.

Azərbaycanda yeni siyasi partiya yaradıldı

alt

““El” Hərəkatı Partiyasını yaratdıq”.

Bunu  sözügedən partiyanın Təşkilat Komitəsinin sədri Əflan İbrahimov deyib.

Onun sözlərinə görə, bu gün təsis olunan partiyanın sədri qurultayda müəyyənləşəcək. Komitə sədrinin verdiyi məlumata əsasən, qurultayda 107 nəfər nümayəndə daxil olmaqla 120 nəfər qonaq iştirak edib.

Mixail Saakaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzində təmsil olunacaq

Gürcüstan Respublikasının sabiq prezidenti (2004-2013) Mixail Saakaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri sırasına qoşulub.


Sabiq dövlət başçılarının təmsil olunduğu Mərkəzə cari ilin noyabrında isə Rumıniyanın sabiq prezidenti (1996-2000) Emil Konstantinesku, Serbiyanın sabiq prezidenti (2004-2012) Boris Tadic, Estoniyanın sabiq prezidenti (2001-2006) Arnold Ruutel, Latviyanın sabiq prezidenti (2007-2011) Valdis Zatlers üzv olublar. Hazırda Mərkəzin sıralarında dünyanın 14 sabiq ölkə başçısı təmsil olunur.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 30 sentyabr 2012-ci il tarixində Gəncə şəhərində Latviya Respublikasının sabiq prezidenti Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Bankının sabiq I vitse-prezidenti İsmail Serageldinin rəhbərliyi ilə dünyanın bir qrup tanınmış ictimai və siyasi xadimləri tərəfindən  yaradılıb. Mərkəzin fəaliyyətinin prioritetini Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvi irsinin dünyada tanınması və təbliği  təşkil edir. Mərkəz tərəfindən görülmüş işlər və həyata keçirilmiş tədbirlər UNESCO tərəfindən yüksək qiymətləndirilərək  türk, yunan, hind, fars və kürd xalqları arasında dialoqun qurulmasında  önəmli rol oynadığı vurğulanılır.

“Sakartvelos Respublika” qəzetində “Azərbaycan region və Avropa üçün sabitliyə təminat verən ölkəyə çevrilmişdir” sərlövhəli yazı dərc olunmuşdur

Gürcüstanın nüfuzlu ən uzunömürlü nəşrlərindən olan “Sakartvelos Respublika” (“Gürcüstan Respublikası”) qəzetinin 18 dekabr tarixli nömrəsində “Azərbaycan region və Avropa üçün sabitliyə təminat verən ölkəyə çevrilmişdir” sərlövhəli məqalə dərc olunmuşdur.
Yazıda qeyd edilir ki, Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin beynəlxalq məkanda real güc kimi qəbul olunması, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlarda mövqeyinin güclənməsi və başqa məqamlar onun region və Avropa üçün sabitliyin təminatçısına, Şərqlə Qərb arasında etibarlı körpüyə çevrildiyini təsdiq edir.
Sonra oxuculara son 10 ildə Azərbaycanın keçdiyi inkişaf yolu barədə konkret faktlarla ətraflı məlumat verilmişdir. Ölkədə siyasi və iqtisadi islahatların paralel surətdə aparıldığı, demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də gürcü oxucuların diqqətinə çatdırılmışdır.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkə həyatında baş vermiş əsaslı dəyişikliklər, Prezident İlham Əliyevin varisliyə sədaqət nümunəsi sayəsində Azərbaycan-Gürcüstan münasibətlərinin daha da dərinləşdirildiyi qeyd olunur.

Rusiya Gürcüstanla vizasız rejimə keçir

alt

Rusiya Gürcüstana qarşı tətbiq etdiyi viza rejimini ləğv etməyə hazırdır. Bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib. O, bütünlüklə vizasız rejimə qayıtmağa hazır olduqlarını bildirib: “Bunun üçün ekspertlər səviyyəsində yaxşıca fikirləşmək lazımdır. Məncə, bu ölkələrimiz arasında münasibətlərin normallaşması üçün yaxşı addım olardı”. Qeyd edək ki, dünən Rusiya Xarici İşlər naziri Serqey Lavrov Gürcüstanla vizasız rejimə keçməyə hazır olmadıqlarını demişdi. 

Putin ABŞ-İran münasibətlərindən danışdı - Mövqe

alt

“ABŞ tərəfindən İrana qarşı tətbiq olunan sanksiyalar yaxşı heç nəyə gətirib çıxartmayacaq”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında deyib. Prezident bildirib ki, Rusiya üçün İran bölgədə vacib partniyorlardan biridir: “Bu gün İran istiqamətində yaxınlaşma təkcə bizim siyasətlə deyil, həm də proqmatik şəxslərin olduğu ABŞ administrasiyası ilə bağlıdır”. 

V. Putin qeyd edib ki, bütün dünya gücləri İran və İsrail münasibətlərinin normallaşmasına mane olan amillərin aradan qaldırılmasına cəhd etməlidirlər. 

Nazirliyimiz Rusiyaya rəsmi etiraz göndərəcək - VİDEO

alt

Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanın Rusiyadakı səfirliyi milli rəqsimiz olan “Uzundərə”nin OPT-də erməni rəqsi kimi təqdim edilməsinə etiraz edəcək. 

Bunu Mədəniyyət və Turizm Nazirliyin mətbuat katibi İntiqam Hümmətov bildirib. 

Nazirlik rəsmisinin sözlərinə görə, bu məsələ bir də araşdırılacaq və yaxın zamanlarda məsələ ilə bağlı ORT kanalına və eləcə də başqa müvafiq qurumlara rəsmi etiraz göndəriləcək. 

Qeyd edək ki, Rusiyanın Birinci (ORT) telekanalında yayımlanan “Sağlamlıq” verilişində aparıcı Yelena Malışeva Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” filmində də istifadə olunan Azərbaycanın məşhur milli rəqs havası “Uzundərə”nin erməni mədəniyyətinə aid olduğunu bildirib. Sonra da erməni rəqqas bu mahnının sədaları altında rəqs edib. Həmin fraqmeti təqdim edirik:

Tiflis meri külli miqdarda dövlət vəsaitini israf etməkdə ittiham olunur

Gürcüstan Baş prokurorluğu Tiflis meri Gigi Uqulavanı külli miqdarda dövlət vəsaitini israf etməkdə ittiham edib.


Istintaq meri 2012-ci ildə “Vahid Milli Hərəkat” Partiyasının seçkiqabağı kampaniyasının maliyyələşdirilməsinə şəhərin İnkişaf Fondundan 30 milyon dollar sərf edib.

Cinayət işində G.Uqulavanın beş müavininin də adı keçir. Merin özü isə cinayət işini siyasi motivli hesab edir. Onun fikrincə, gələn ilin mayında keçiriləcək bələdiyyə seçkilərində hakim “Gürcü Arzusu” koalisiyasının namizədinin qələbə şansı olmadığı üçün onu indidən zərərsizləşdirmək istəyirlər.

Qeyd edək ki, G.Uqulava sabiq prezident Mixail Saakaşvilinin silahdaşlarından və “Vahid Milli Hərəkat” Partiyasının liderlərindən biridir.

Ərdoğanın telefon danışıqları dinlənilib

alt

Türkiyədə rüşvət qalmaqalının araşdırılması zamanı Baş nazir Rəcəb Tayyib Ərdoğanın telefon danışıqları dinlənilib. Bu barədə Türkiyənin "Milliyət" qəzeti məlumat verib.

Məlumata əsasən, İstanbul polisi ölkədə ciddi korrupsiya hallarının olduğu barədə bir il bundan əvvəl məlumat alıb və bu bir il ərzində bir sıra dövlət rəsmilərinin, o cümlədən Baş nazir Rəcəb Tayyib Ərdoğanın telefon danışıqları dinlənilib.

Türkiyə rəsmiləri bu barədə hələlik heç bir açıqlama verməyiblər.
Xatırladaq ki, dünən İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər həbs edilib.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və həyat yoldaşı , tanınmış iş adamı Əli Ağaoğlu da var.

Məlumata əsasən, iş adamlarının həbsinə səbəb korrupsiya, qaçaqmalçılıq, narkotik maddələrin satışı və rüşvətlə bağlı ittihamlar olub.

Bu gün isə Türkiyədə rüşvət qalmaqalını araşdıran yüksəkvəzifəli polis məmurları işdən azad edilib.

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır“- Baş nazir

alt

Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. 

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya səfərinin yekunları ilə bağlı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə çoxəsrlik sıx əlaqələri mövcuddur: "Mənim səfərim bizim əməkdaşlığı davam etdirməyimizin nümayişi oldu".

Qaribaşvili qeyd edib ki, "Şahdəniz 2" üzrə yekun investisiya qərarının imzalanması Avropa üçün həlledici əhəmiyyətə malikdir, çünki Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, yaxın gələcəkdə Avropanın enerji xəritəsi tamamilə dəyişə bilər.

Gürcüstanın bu layihədən hansı mənfəət əldə edəcəyinə gəldikdə, Baş nazir bildirib ki, təxminən beş il ərzində 600 milyon dollaradək həcmdə investisiyalar planlaşdırılır, iki mindən üç minədək iş yeri yaradılacaq, qaz kəmərinin buraxılış qabiliyyəti 16 milyard kubmetrədək artacaq ki, bunun beş faizi Gürcüstanda qalacaq.

Onun sözlərinə görə, müvafiq olaraq bu, Gürcüstanın öz dəhlizini daha səmərəli mənimsəməsinə doğru daha bir addımdır və ən başlıcası, bu, region üçün böyük əhəmiyyət kəsb edəcək.
İ.Qaribaşvili iki ölkə arasında çoxtərəfli əlaqələrin gələcəkdə dərinləşəcəyinə ümidini ifadə edib.

Saytda Axtarış

Son xəbərlər