Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün441
DünənDünən3048
Bu həftəBu həftə6542
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463141

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan prezidenti: "Mixail Saakaşvili istədiyi yerdə yaşaya bilər"

Mixail Saakaşvili azad insandır, o istədiyi yerdə yaşaya bilər. Bunu Vilnüsdə “Şərq Tərəfdaşlığı” sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında Gurcüstan prezidenti Georqi Marqvelaşvili deyib.

KİV nümayəndələri M.Saakaşvilinin vətəninə dönmədiyini vurğulayaraq, hökumətin ona qarşı müəyyən addımlar ata biləcəyindən şübhələndiklərini bildirib. Buna cavab olaraq Marqvelaşvili Saakaşviliyə qarşı hər hansı işin açılmadığını  qeyd edib. “O, azad ölkənin azad vətəndaşıdır və istədiyi yerdə yaşaya bilər ”, - deyə Marqvelaşvili bildirib.

BMT dünya birliyinə çağırış etdi

alt

BMT-nin Baş Katibi Pan Gi Mun 3 dekabr - Beynəlxalq əlilliyi olan şəxslər Günü münasibətilə müraciət edib. 

BMT-nin Azərbaycan Nümayəndəliyinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə əlil insanların problemlərinin həllində dünya birliyi dəstək verməyə çağırılıb: “Dünyada 1 milyard insan əlilliklə yaşayır. 

Biz əlilliyi olan şəxslərin cəmiyyətin həyatına qoşulması və iştirakı qarşısında duran bütün maneələri ləğv etməli, o cümlədən stiqmanı artıran və ayrı-seçkiliyi möhkəmləndirən münasibətləri dəyişməliyik. 

Bu gündə mən hökumətləri, BMT sisteminin üzvlərini, işgüzar dairələri və vətəndaş cəmiyyətini əlilliyi olan bütün şəxslərin qarşısında duran maneələri aradan qaldırmağa və onlar üçün yeni imkanlara aparan qapıları açmağa çağırıram. Gəlin birlikdə hamı üçün açıq olan cəmiyyət quraq”. 

Ermənistanla Rusiya arasında bir neçə saziş imzalanıb

alt

Rusiya ilə Ermənistan arasında qaz sahəsinə aid bir neçə sənəd imzalanıb. Həmin sənədlər “ArmRosqazprom” QSC-nin səhmlərinin satışı, qazın qiyməti və “ArmRosqazprom” üçün güzəştləri nəzərdə tutur.

Konkret olaraq Ermənistan hökuməti Rusiyanın “Qazprom” şirkəti ilə “ArmRosqazprom” QSC-yə güzəştlərin edilməsinə dair saziş imzalayıb. ”Qazprom“ “ArmRosqazprom”un nizamnamə kapitalında 80% paya, Ermənistan isə 20% paya malikdir.

Moskva ilə İrəvan həmçinin Ermənistana idxal olunan qaz, neft məhsulları və emal olunmamış almazlara ixrac rüsumlarının ləğvinə dair saziş imzalayıb.

Gülər Əhmədovaya 3 il həbs verildi

alt

Bu gün keçirilən məhkəmə prosesində sabiq deputat Gülər Əhmədovaya hökm oxunub.


Məhkəmə Gülər Əhmədovanın 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib.

Putinin Ermənistana səfəri başlayıb

alt

Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri başlayıb.

Vladimir Putin səfər çərçivəsində Gümrüdə İstilik Elektrik Stansiyasının beşinci blokunun istismara verilməsi mərasiminə qatılacaq. 

Prezidentin bu ölkədəki Rusiya hərbi bazasına baş çəkəcəyi də gözlənilir. Səfəri daha sonra İrəvanda davam etdirəcək prezidenti Serj Sarkisyanla birlikdə qondarma erməni soyqırımı abidəsini də ziyarət edəcək. 

Putinin səfərinə hazırlıq çərçivəsində xüsusilə İrəvanda geniş təhlükəsizlik tədbirləri görülüb, bir çox küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

İlham Əliyev sərgilərin tərtibatının təşkili ilə tanış oldu

alt

Dekabrın 2-də Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, Xalça Muzeyinin əsas təyinatına ekspozisiya sərgilərinin təşkili, maarifləndirici proqramların işlənib hazırlanması, qeyri-maddi mədəni irsin qorunması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, müştərək layihələrin hazırlanması, həyata keçirilməsi və s. daxildir.

Azərbaycan Prezidenti binada yaradılan şəraitlə tanış olub.

Bildirildi ki, hazırda Muzeydə 15 mindən artıq nadir eksponatdan ibarət kolleksiya mühafizə olunur. Muzeyin qızıl fondunu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyalar ilə 7 əsas Azərbaycan xalçaçılıq məktəbini təmsil edir. Bundan başqa, muzeyin ekspozisiyasına xovsuz xalçalar, zərgərlik və metal məmulatları, bədii tikmələr, parçalar, milli geyimlər və s. aiddir.

Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Əsas eksponatlar - xalçalar qövsşəkilli divarlardan asılır, onların da əksi bütün yuxarı mərtəbələrdən görünür. Bunun sayəsində sərginin böyük hissəsini müxtəlif rakurslardan izləmək mümkündür.

Beşmərtəbəli binada iş otaqları, avtomatlaşdırılmış fond saxlancı, bərpa emalatxanaları, suvenir mağazası, ziyarətçilərlə iş şöbəsi, sərgi sahəsi, 120 nəfərlik kafe, təqdimatlar və mühazirələr üçün zallar, interaktiv məlumat sistemi, video və audiotəqdimatlar üçün auditorium və s. vardır.

UNESCO-nun sessiyası başladı

alt

 
Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçirilir.

116 ölkədən 780 nəfərdən artıq nümayəndənin iştirak etdiyi sessiyanın iştirakçılarına Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini və müasir inkişafını əks etdirən müxtəlif dillərdə hazırlanmış kitab, jurnal və digər çap məhsulları təqdim edilib.

Sessiya komitənin sədri seçilən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə işə başlayıb.
Nazir deyib ki, builki sessiya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyinə təsadüf edir. 

Son onilliklər ərzində qeyri-maddi mədəni irsin əhəmiyyətinin tanınması və Qeyri-Maddi Mədəni İrs üzrə 2003-cü il Konvensiyası dünyada geniş auditoriya tərəfindən qəbul olunur. Bu Konvensiya 195 ölkənin 155 üzvü tərəfindən yüksək göstərici ilə qəbul edilib və onun 10 illik yubileyinin bu ilə təsadüf etməsi tədbirin əhəmiyyətini daha da artırıb: “İnanırıq ki, sessiyada müzakirə olunacaq məsələlər, qəbul olunacaq qərarlar dünyada sülhün daha da möhkəmlənməsinə təkan verəcək”. 
Baş nazirin müavini Elçin Əfəndiyev tədbirin Bakıda keçirilməsini yüksək qiymətləndirib. Daha sonra Azərbaycan prezident İlham Əliyevin sessiyaya ünvanlanan təbrik məktubunu oxuyub.

Tədbirdə UNESCO-nun baş direktoru İrina Bokovanın videomüraciəti səslənib. O, müraciətində bu istiqamətindəki fəaliyyətində Azərbaycanın gördüyü işləri yüksək dəyərləndirib. O bəyan edib ki, Azərbaycan Böyük İpək Yolunda mədəniyyət mərkəzi kimi böyük tarixə malikdir. 

Üç ölkənin XİN rəhbərləri görüşəcək- Bakıda

alt

Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin növbəti görüşü gələn il Bakıda keçiriləcək. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşğun bildirib.

Onun sözlərinə görə, üçtərəfli görüş, çox güman ki, yanvarda keçiriləcək.

Bu, Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçüncü görüşü olacaq.

Nazirlərin ikinci görüşü bu ilin martında Batumidə keçirilmişdi.

63 dəfə evlənən cütlük

altUNICEF üçün pul yığmağa başlayan cütlük 30 yaşlı Liza Qant (Lisa Gant) və 32 yaşlı Aleks Pellinq (Alex Pelling) müxtəlif ölkələrdə 63 dəfə evləniblər. Cütlük 63-cü nikahlarını Türkiyənin Muğla vilayətinin Kaunos Antik kəndində bağlayıblar.

Liza və Aleks İngiltərədə evlənmək üçün online xidmətlərə baxsalar da, onları qane edən təkliflə rastlaşmayıblar və qərara gəliblər ki, müxtəlif ölkələrin yerli adət-ənənlərinə uyğun mərasimlərlə evlənsinlər. Beləliklə də, 63 ölkə gəzib, qeyri-rəsmi olsa da, ənənələrə uyğun 63 dəfə evləniblər.

Səyahətləri boyu UNİCEF üçün pul toplayan cütlük müxtəlif ölkələrin mərasimləri ilə bağlı "2people1life" adlı bloq səhifələrində məlumatları paylaşırlar. Bugünə qədər 1 milyondan çox ziyarətçisi olan bloqun 35 mindən çox izləyicisi var.

İlk nikahlarını Peruda bağlayan cütlük, Türkiyədəki nikahdan sonra bir ay bu ölkədə qalacaqlar. Daha sonra səyahətlərinə davam edəcəklər.

İlham Əliyev Rumıniya prezidentini təbrik etdi

alt

Azərbaycan prezidenti İlham Əliyev Rumıniya prezidenti Trayan Baseskuya təbrik məktubu göndərib.

Dövlət başçısı T.Baseskunu Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə təbrik edib.

İlham Əliyevlə Fransua Ollandın görüşü olub

alt

Noyabrın 29-da Vilnüsdə Azərbaycan prezidenti İlham Əliyevlə Fransa prezidenti Fransua Ollandın görüşü olub. Görüşdə Azərbaycanla Fransa arasında siyasi, iqtisadi, energetika və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Fransua Olland Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində maraqla izləndiyini vurğulayıb. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib və bu fəaliyyətin gələcəkdə də genişləndiriləcəyinə əminlik ifadə olunub.

İkitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilən görüşdə Azərbaycanla Fransa arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində inkişafının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Cəmil Həsənli Milli Şura sədri olmağa razılıq verdi

alt

Prezidentliyə keçmiş namizəd Cəmil Həsənli Rüstəm İbrahimbəyovun onun Milli Şuraya sədrliklə bağlı təklifinə münasibət bildirib. 


O, açıqlamasında R.İbrahimbəyovun təklifinə müsbət yanaşdığını bildirib:

“Müəyyən səbəblərə, işi çox olduğuna görə Rüstəm İbrahimbəyov Bakıya gələ bilmir, ona görə də hesab edir ki, kim Bakıdadırsa, o, Milli Şuraya rəhbərlik etsin. Bu posta da mənim namizədliyimi təklif edir. Əgər Milli Şura uyğun bilərsə, mən bu missiyanı öz üzərimə götürəcəm”.

C.Həsənli vurğulayıb ki, R.İbrahimbəyov yenə də Milli Şuranın fəaliyyətində aktiv iştirak edəcək: 

“Rüstəm İbrahimbəyov sadəcə sədrlikdən gedib, Milli Şuranın üzvlüyündən çıxmağı planlaşdırmır. Yenə də Milli Şuranın işində yaxından iştirak edəcək. Onun fəaliyyətistiqamətlərinin müəyyənləşdirilməsi , həyata keçirilməsində əsas simalardan biri olacaq”.

O hesab edir ki, R. İbrahimbəyovun sədrlikdən istefasının Milli Şuraya ciddi təsiri olmayacaq: “O yenə də Milli Şuranın işində yaxından iştirak edəcək ona görə də sədrlikdən isteafının bu quruma ciddi təsiri olmayacaq. Mən özüm də dəfələrlə demişəm ki, Rüstəm bəyin rəhbərliyi altında işləməyə razıyam və bu, mənim üçün xoşdur. Amma indi onun işi elə qurulub ki, hələ ki, Bakıya gəlmək planında yoxdur”.

Saytda Axtarış

Son xəbərlər