Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün428
DünənDünən3048
Bu həftəBu həftə6529
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463128

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Nazir Avropa Birliyinin nümayəndəsi ilə görüşdü- FOTO

alt

ATƏT-in Nazirlər Şurasının 20-ci iclasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort ilə görüşüb.

XİN mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar və iki ölkə prezidentlərinin son görüşü haqda qarşı tərəfə məlumat verib. Azərbaycanın münaqişə ilə bağlı mövqeyi bir daha diqqətə çatdırılıb.

F.Lefort AB-nin münaqişənin həlli ilə əlaqədar tərəflərə dəstək verməyə hazır olduğunu və etimad tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoqun təşviq edilməsinin əhəmiyyətini qeyd edib. 

Yanukoviç bu gün Putinlə görüşəcək

alt

 
Ukrayna prezidenti Viktor Yanukoviç bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. 

Bu barədə məlumatı Ukrayna mətbuatı yayıb. 

Məlumata görə, görüş Yanukoviç Çindən qayıtdığı zaman baş tutacaq. Belə ki, prezident Çinə işgüzar səfərini yekunlaşdırıb ölkəsinə dönərkən Soçidə Putinlə görüşəcək.

Nazir: “Artıq bu məsələni yekunlaşdırırıq” – VİDEO (Özəl)

alt

Xəbər verdiyimiz kimi Kiyevdə ATƏT Nazirlər Şurasının 20-ci iclasında iştirak edən Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin suallarını cavablandırıb. Həmin müsahibənin video variantını təqdim edirik:

Lavrovun 2 cümləlik Qarabağ açıqlaması

alt

Kiyevdə ATƏT-in Nazirlər Şurasının iclasında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinə həmişəkindən az diqqət ayırması ilə diqqəti çəkib.

Məsələyə iki cümlə ilə münasibətini bildirən Lavrov Minsk qrupunun uzun zamandır hər iki münaqişə tərəfinə təklif elədiyi sülh modeli olan Madrid prinsiplərinin adını çəkməyib. 

Lavrov sadəcə "Minsk qrupunun digər həmsədr ölkələri ilə bərabər Rusiya da Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşdırılmasına çalışır. Biz münaqişənin üç həmsədr ölkənin prezidentlərinin tərəfdar olduqları prinsiplərin əsasında həllini istəyirik" – deməklə kifaytlənib.

Rusiyalı nazirin çıxışında Dağlıq Qarabağ münaqişəsinə az diqqət ayırması Azərbaycanın Gömrük İttifqı ilə bağlı mövqeyi ilə əlaqələndirilir.

ABŞ narahatdır: “Gürcüstanda vəziyyət pisləşib”

alt

Kiyevdə ATƏT-in Nazirlər Şurasının iclasındakı çıxışında ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Cənubi Qafqaza geniş yer ayırıb. Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü bölgədə sülhün təminatı kimi qiymətləndirən ABŞ rəsmisi bölgə xalqlarının narahatçılığını xüsusilə vurğulayıb. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsindən zərərçəkən insanlar artıq neçə illərdir ki, Avropanın köməyini gözləyirlər. 

Eyni zamanda Gürcüstandakı vəziyyəti də dəyərləndirən xanım Nuland Gürcüstandakı vəziyyətdən narahat olduğunu deyib: "Gürcüstanda vəziyyət pisləşib. Avropa dəyərlərindən uzaqlaşma ehtimalı bizi maraqlandırmaya bilməz. Biz bölgədə Avropaya inteqrasiya istiqamətində eyni fəallığın davam etməsinə ümid edirik".

ATƏT sədri prezidentlərin görüşündən danışdı

alt

ATƏT-in hazırda fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən danışıb. Hər iki prezidenti göstərdikləri səyə görə alqışlayan ATƏT sədri Minsk qrupunun fəaliyyətini dəstəklədiyini bildirib. 

Kojara uzanmış münaqişələrin həllinə diqqət ayırdığını vurğulayaraq, bu ölkələrin hamısına səfər etdiyini qeyd edib. 

2013-cü ilin yanvarından sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün noyabr ayına qədər baş tutmamasından narahatçılığını ifadə edən ATƏT sədri görüşlərin bərpasından məmnunluğunu gizlətməyib. 

Sergey Lavrov İrana səfər edəcək

alt

Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn həftə İrana səfər edəcək. 

Səfər zamanı Rusiya xarici işlər naziri iranlı həmkarı və digər yüksək vəzifəli şəxslərlə görüşəcək. 

Tərəflər ikitərəfli münasibətləri, həmçinin regiondakı və dünyadakı vəziyyəti müzakirə edəcəklər.

Rassmusen: “Gürcüstan NATO-ya çox yaxınlaşıb“

alt

Gürcüstan NATO-ya çox yaxınlaşıb. Belə bir bəyanatla Gürcüstan-NATO komissiyasının iclasında alyansın baş katibi Anders Foq Rasmussen çıxış edib.

O qeyd edib ki, Gürcüstan ölkə daxilində nəzərə çarpacaq islahatlar həyata keçirib, həmçinin Əfqanıstanda təhlükəsizliyin qorunmasına öz töhfəsini verib. “Alyans Gürcüstanı dəstəkləməkdə israrlıdır”, - deyə o vurğulayıb.

Gürcüstan prezidenti: “Gürcüstan Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır”

Gürcüstan Rusiya ilə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır.


Bunu “Rustavi-2” telekanalına müsahibəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili bəyan edib.

“İki ölkə arasında ticarət dövriyyəsinin artmasının Rusiya tərəfindən gələcəkdə Gürcüstana təzyiq aləti kimi istifadə ediləcəyi barədə söhbətlər, Rusiya ilə əməkdaşlığın genişləndirilməməsinə  əsas olmalı deyil. Qoy heç kim narahat olmasın ki, Rusiya ilə ticarət dövriyyəsinin artması elə həddə çata bilər ki, gələcəkdə onun azalması Gürcüstanda vəziyyətin gərginləşməsinə səbəb ola bilər”, deyə Gürcüstan prezidenti qeyd edib.  

Gürcüstan Prezidenti GUAM PA-nın rəsmi sənədini alqışlamışdır

Gürcüstan Prezidentinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Prezident Georgi Marqvelaşvili GUAM Parlament Assambleyasının qəbul etdiyi dövlətlərin ərazi bütövlüyü təsdiq olunan, beynəlxalq aləmdə tanınmış sərhədlərin pozulmaması prinsiplərinə sədaqət ifadə edilən, üzv ölkələrin münaqişələrin dinc yolla tənzimlənməsini dəstəkləyən rəsmi sənədi alqışlamışdır.

Prezidentin müraciətində qeyd olunmuşdur ki, işğalçılıq, yeni maneələr yaratmaq, separatizmə dəstək 21-ci əsr üçün qəbuledilməzdir. Ona görə də hər hansı mübahisəli və ağrılı məsələlərin danışıqlar yolu ilə tənzimlənməsinə beynəlxalq səylərin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Öz gələcəyini və xarici siyasətinin prioritetlərini təyin etmək dövlətlərin suveren hüququdur. Bu sahədə onlara təzyiq yolverilməzdir.
Bir daha GUAM Parlament Assambleyasının iştirakçılarını salamlayır və əməkdaşlığın dərinləşdirilməsi, sülhün möhkəmləndirilməsi istiqamətində təşəbbüslərini dəstəklədiyimi təsdiq edirəm.

GUAMA sədrlik Gürcüstandan Moldovaya keçmişdir

GUAM beynəlxalq təşkilatına sədrlik Gürcüstandan Moldovaya keçmişdir.
Bu barədə qərar Tbilisidə GUAM Parlament Assambleyasının 6-cı sessiyasında qəbul olunmuşdur. Beləliklə, GUAM PA-nın növbəti sessiyası Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcəkdir.

Nazir Brüsseldə bir sıra ikitərəfli görüşlər keçirib

alt

NATO-nun və Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak etmək məqsədilə Brüsselə səfər edən xarici işlər naziri Elmar Məmmədyarov, səfər çərçivəsində Türkiyə, Xorvatiya, Estoniya, Gürcüstan, Rumıniya və Finlandiya xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, görüşlər zamanı tərəflər NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatı, regional məsələlər, eləcə də enerji təhlükəsizliyi və müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Saytda Axtarış

Son xəbərlər