Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1937
DünənDünən3053
Bu həftəBu həftə4990
Bu ayBu ay99958
Bu günə qədərBu günə qədər8461589

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Oqtay Əsədov Rusiyada

alt

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyaya getdi. 

Nümayəndə heyəti noyabrın 28-29-da Sankt-Peterburqda keçiriləcək MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak edəcək. 

Parlamentlərarası Assambleyanın Şura iclasında MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Parlamentlərarası Assambleyanın nəzdində sağlamlığın qorunması üzrə Ekspert Şurasının fəaliyyəti, sərhəd xətləri olmayan Avropanın qurulmasında parlamentlərin rolu və bir sıra təşkilati məsələlər müzakirəyə çıxarılacaqdır. 

Səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. 

Gürcüstanın baş naziri: “Bizim seçimimiz Avropadır, bu proses dönməzdir” - VIDEO

alt

“Gürcüstanın seçimi Avropa ailəsidir və bu proses dönməzdir”.


Bu sözləri Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammiti ərəfəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

İ. Qaribaşvili Vilnüs sammitinin Gürcüstanın gələcəyi üçün böyük əhəmiyyət daşıdığını bildirib: “Bizim seçimimiz Avropa ailəsi, Avropa yoludur. Bu proses dönməz xarakter alacaq. Assosiasiya sazişi Gürcüstanın qarşısında çoxlu yollar açacaq – biznes, ticarət və digər sahələrdə”.

Baş nazir Ukraynanın qərarının Gürcüstana neqativ təsir göstərəcəyi ilə bağlı fikirlərlə razılaşmayıb. O qeyd edib ki, Gürcüstan Rusiyadan Ukrayna qədər asılı deyil.

Xarici işlər naziri Maya Pancikidze də Avropa Birliyi ilə assosiasiya sazişinin Gürcüstan üçün önəmindən danışıb: “Avropa Birliyi ilə assosiasiya sazişi yeni nəsil sazişdir. İndiyə qədər əldə olunan razılaşmalardan fərqli olaraq, bu saziş AB ilə yaxınlaşmanın real və ciddi mexanizmlərini nəzərdə tutur. Sənəd Gürcüstanla Avropa Birliyi arasında münasibətləri bütün prioritet istiqamətlər üzrə keyfiyyətcə yeni səviyyəyə çıxaracaq”.

Xatırladaq ki, Vilnüs sammitində Gürcüstan və Moldova ilə AB arasında assosiasiya sazişi paraflanacaq. 

Avropa Parlamentində Azərbaycan-NATO əməkdaşlığına dair seminar keçirilmişdir

altAvropa Azərbaycan Cəmiyyətinin (AAC) Belçikadakı nümayəndəliyinin təşkilatçılığı ilə Avropa Parlamentindəki Azərbaycanın Dostları Qrupunun üzvlərinin iştirakı ilə seminar keçirilmişdir.
AAC-dan AzərTAc-a bildirilmişdir ki, seminarın məqsədi Azərbaycanın NATO qarşısındakı öhdəliyinə dair informasiya və fikir mübadiləsi aparmaq, əməkdaşlığın perspektivlərini müzakirə etmək olmuşdur.
Seminarda NATO-nun hazırkı fəaliyyəti və perspektivləri, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığında Alyansın rolu, Azərbaycan-NATO dialoqunda rəsmi Bakının mövqeyi kimi məsələlər müzakirə olunmuşdur.
Bildirilmişdir ki, Azərbaycan NATO-nun ən ümidverici və etibarlı tərəfdaşları arasındadır və hazırda Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verir.
Avropa Parlamentinin Slovakiyadan olan deputatı Katarina Nevedalova demişdir ki, qurumun üzvləri Cənubi Qafqazdakı, xüsusilə də Azərbaycandakı inkişafdan xəbərdardırlar. Avropa ilə Azərbaycan arasında informasiya mübadiləsini intensivləşdirmək və yeni müstəviyə çıxarmaq lazımdır.
Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim cari əlaqələrin icmalını vermiş, NATO-nun və Azərbaycanın demokratik, institusional və müdafiə islahatlarında fəal əməkdaşlıq etdiyini söyləmişdir. O qeyd etmişdir ki, ötən 10 ildə tərəflər arasında mülki müdafiənin planlaşdırılması, elmi mübadilə, ətraf mühitin mühafizəsi və ictimai informasiya kimi sahələrdə əməkdaşlıq həyata keçirilmişdir. Azərbaycan NATO-nun ən etibarlı tərəfdaşlarından biri kimi qəbul olunur. Azərbaycanın NATO ilə dialoqu sadəcə müxtəlif missiyalar zamanı insani və təchizat dəstəyini təmin etmək kimi siyasi öhdəlikdən ibarət deyildir. Azərbaycan mənəvi və hüquqi məsələləri əhatə edən planlarda da fəal iştirak edir.
Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyin başçısı Fuad İsgəndərov və Avropa Parlamentinin Latviyadan olan deputatı İnes Vayder çıxışlarında ölkəmizin NATO ilə əməkdaşlığından danışmışlar.
AAC-ın Belçikadakı nümayəndəliyinin rəhbəri Roman Huna bildirmişdir ki, NATO Azərbaycanın öz etibarlılığını və əməkdaşlıq sahəsində yaradıcı mövqeyini nümayiş etdirdiyi ən qabaqcıl beynəlxalq təşkilatlardan biridir. Azərbaycanın sülhməramlı əməliyyatlara verdiyi töhfələr beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Ramil Usubov AŞPA məruzəçisi Maylis Repsi qəbul edib

altAzərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin məruzəçisi xanım Maylis Repsi qəbul edib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı R.Usubov bildirib ki, polis əməkdaşlarının peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində görülən işlər məqsədyönlü və sistemli şəkildə həyata keçirilir. O qeyd edib ki, yalnız insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən seminar-treninqlərdə son 4 ildə DİN-in 1500-ə yaxın əməkdaşı iştirak edib.

 

Görüş zamanı bildirilib ki, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından yaradılmış 102 Xidməti, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi məqsədilə Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Sistemi, «Qaynar xətt», elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.

Daxili işlər naziri ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması və hüquq qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə edilməsi məqsədilə, ATƏT-in Bakı Ofisinin təşəbbüsü və dəstəyi ilə 2008-ci ilin yanvar ayından respublikanın bir sıra şəhər və rayon polis orqanlarında «Cəmiyyət dəstəkli polis» layihəsi həyata keçirildiyini, beynəlxalq təcrübəyə əsaslanaraq ölkə qanunvericiliyində müvafiq dəyişiklik edildiyini vurğulayıb.

 

Erməni nazir: “Hücum olsa, hər kəs bizə kömək edəcək”

alt

“Ermənistana Azərbaycan tərəfindən hücum olsa, Rusiya hərbi bazaları bizi müdafiə edəcək”. 

Bu açıqlama ilə qonşu ölkənin müdafiə naziri Seyran Ohanyan çıxış edib. 

O, Ermənistandakı rus hərbi bazaları ilə yanaşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də müdafiə olunacaqlarını bildirib. 

“Ermənistana hücum olsa, 102-ci hərbi baza ilə yanaşı, KTMT çərçivəsində də hər kəs bizə kömək edəcək. Ermənistanın təhlükəsizliyi görə narahat olmağa dəyməz”.

O, həmçinin erməni ordusunun cəbhə xəttini nəzarətdə saxladığını və istənilən an hücum etməyə hazır olduqlarını da söyləyib.

İlham Əliyev qubernatora “Dostluq” ordeni verdi- VİDEO

alt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. 

O, ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd edib. Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığa toxunan Aleksandr Jilkin son illər ticarət dövriyyəsinin 4 dəfə çoxaldığını vurğulayaraq bunun növbəti illərdə daha da artacağına ümidvar olduğunu bildirib.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb, bu əlaqələrin möhkəmlənməsinə Aleksandr Jilkinin verdiyi töhfəni yüksək qiymətləndirib. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında dostluq əlaqələrinin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Həyata keçirilən birgə layihələrə toxunan dövlətimizin başçısı paytaxtımızda istifadəyə verilməsi nəzərdə tutulan "Həştərxan-Bakı" parkını dostluğumuzun yaxşı nümunəsi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə Aleksandr Jilkinin Azərbaycanın "Dostluq" ordeni ilə təltif edildiyini dedi və ordeni ona təqdim edib.

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycanın yüksək ordenlərindən olan "Dostluq" ordeni ilə təltif olunduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Putin 60 nəfərlə İrəvana gedir

alt

Rusiya prezidentinin Ermənistana səfəri ilə bağlı artıq 60 nəfərlik nümayəndə heyəti İrəvana gəlib. 

Bu barədə informasiyanı “Aykakan Jamanax” qəzeti yayıb. 

Nümayəndə heyətinin artıq İrəvan mehmanxanalarında yerləşdirildiyi bildirilib. 

Qəzet onların əsas hissəsinin isə “Armeniya Mariot” otelində qaldığını yazıb. “Aykakan Jamanax” həmçinin Putinin zirehli maşınının da İrəvanda olduğunu söyləyib. 

Vilnüs sammitində hansı sənədlərin imzalanacağı məlum olub

alt
Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanması, Gürcüstan və Moldova ilə assosiasiya və azad ticarət sazişinin paraflanması gözlənilir

 

Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III zirvə toplantısında hansı sənədlərin imzalanacağı bəlli olub. Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanması planlaşdırılıb. 

Əsas müzakirə mövzusu proqram iştirakçısı ölkələrlə assosiasiya və dərinləşdirilmiş hərtərəfli azad ticarət zonasının (DCFTA) yaradılması barədə sazişin imzalanmasında əldə edilən tərəqqi olacaq. Gürcüstan və Moldova ilə assosiasiya və DCFTA sazişinin paraflanması gözlənilir. Ukrayna ilə eyni sazişin imzalanması məsələsi isə hələ masadadır.  

Bundan başqa, Gürcüstanın AB-nin böhranların idarə edilməsi üzrə missiyalarında iştirakı haqda çərçivə sazişinin imzalanması və Ukrayna ilə aviasiya üzrə sazişin paraflanması da nəzərdə tutulub.

Zirvə toplantısının yekunları əsasında birgə Bəyannamə qəbul olunacaq. 

Prezident fransalı naziri qəbul etdi

alt

 
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın xarici ticarət naziri, ikitərəfli iqtisadi əməkdaşlıq komissiyasının həmsədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Prezident İlham Əliyev Fransanın xarici ticarət naziri, ikitərəfli iqtisadi əməkdaşlıq komissiyasının həmsədri xanım Nikol Brikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı əməkdaşlığın nəticələrinin yüksək səviyyədə olduğunu deyib. 

Prezident İlham Əliyev Fransa şirkətlərinin ölkəmizdəki fəaliyyətinin genişlənməsinin önəmini qeyd edib. İkitərəfli iqtisadi əməkdaşlıq komissiyasının iclasına toxunan dövlətimizin başçısı iclasda müzakirə olunacaq məsələlərin ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Fransanın yeni hökumətinin ilk naziri kimi Azərbaycana səfər etdiyini vurğulayan xanım Nikol Brik strateji baxımdan xüsusi əhəmiyyətə malik olan Azərbaycanda Fransa şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsində ölkəsinin maraqlı olduğunu deyib.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb, yeni sahələrin müəyyənləşdirilməsinin əhəmiyyəti qeyd olunub, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

ABŞ-ın ATƏT-dəki səfiri: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

alt“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Bu baxımdan prezidentlərin son iki ildə ilk dəfə keçirilən görüşü vacib addımdır. Biz şadıq ki, bu görüşdən sonra davamı gələcək – xarici işlər nazirlərinin görüşü üçün şans olacaq”. APA-nın xəbərinə görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer deyib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı görüşünü şərh edən D. Baer bildirib ki, nazirlərin söhbətinin məzmunu haqda qabaqcadan bir söz demək istəmir: “Lakin biz Minsk Qrupunu dəstəkləməyə davam edəcəyik. ABŞ Minsk Qrupunun həmsədrlərindən biridir və səfir Uorlik öz həmkarları ilə yorulmadan çalışır. Biz tərəflərin uzunmüddətli sülh axtarışına dəstək olan həmsədrləri dəstəkləməyə davam edəcəyik”.

Ukraynanın baş naziri Rusiyanın tövsiyəsi ilə assosiasiya sazişini təxirə saldıqlarını etiraf edib

Moskva Kiyevə Avropa Birliyi ilə assosiasiya sazişi imzalamağı təxirə salmağı və Rusiya-Ukrayna ticarət əlaqələrinin yaxşılaşdırılması barədə danışıqlara başlamağı tövsiyə edib.


APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Ukraynanın baş naziri Nikolay Azarov deyib. O, tövsiyənin konkret kimdən gəldiyini dəqiqləşdirməyib.

N. Azarov Rusiya ilə danışıqların dekabr ayında başlayacağını söyləyib. O, iki ölkə arasında daha öncə imzalanmış qaz sazişinin şərtlərinə yenidən baxılması ilə bağlı hələlik konkret razılığın olmadığını bildirib. N. Azarov avrointeqrasiyadan imtina müqabilində Rusiyanın Ukrayna hökumətinə kredit vəd etdiyi haqda xəbərləri də təkzib edib.

Media rəhbərləri Azərbaycan prezidenti ilə görüşə münasibət bildiriblər

alt

“Bu görüşü nəinki media, o cümlədən ölkə ictimaiyyəti də əhəmiyyətli hadisə kimi dəyərləndirir. Azərbaycan prezidenti birmənalı şəkildə bildirdi ki, ölkədə söz və mətbuat azadlığını yüksək qiymətləndirir, bunu indiyə kimi dəstəkləyib, bundan sonra da dəstəkləyəcək”.


Bunu APA-ya açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin aparıcı media nümayəndələri ilə görüşünə münasibət bildirən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə. Amaşov qeyd edib ki, prezident güclü dövlət olmağın atributlarından birinin də güclü mətbuat olduğunu xüsusi vurğulayıb: “Prezident çıxışında medianın cəmiyyətdəki bəzi neqativ hallarla bağlı, korrupsiyaya qarşı mübarizədə də rolunu yüksək qiymətləndirdi”.

Ə. Amaşov görüşü çox müsbət dəyərləndirib.

“Jurnalistlər seçdikləri dostla görüşdülər və səmimi şəraitdə kim nə düşünürdüsə, kim hansı problemin həllini vacib sayırdısa, açıq şəkildə dövlət başçısına çatdırdı. Dövlət başçısı da jurnalistlərin səsləndirdikləri fikirlərə münasibətini bildirdi, bəziləri barədə isə dərhal müvafiq tapşırıqlar verdi. Bu, çox müsbət haldır”. Bunu isə APA-ya açıqlamasında “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.

B. Sadıqov bildirib ki, ölkə başçısının toplantıdakı çıxışı xüsusilə yadda qalıb: “Professor Şirməmməd Hüseynovun dediyi kimi, dövlət başçısı jurnalistlərə prezident dərsi keçdi. Media-cəmiyyət, jurnalist-cəmiyyət münasibətləri, medianın daxili problemləri, qarşısında duran vəzifələr barədə fikirlərini ifadə etdi. Prezident mediada baş verən prosesləri izlədiyini bildirdi, mətbuatın inkişafı ilə bağlı arzularını çatdırdı”.

B. Sadıqov ölkə başçısı ilə görüşün çox faydalı olduğunu vurğulayıb və bu dostluğun davam edəcəyinə əminliyini ifadə edib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da APA-ya açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin mətbuatla keçirdiyi görüşü mətbuat tarixində hadisə adlandırıb. Onun sözlərinə görə, “Jurnalistlərin dostu” mükafatının prezidentə təqdim olunması, prezidentin nitqi göstərdi ki, Azərbaycan prezidenti mətbuatın təkcə dostu yox, həm də böyük hamisidir: “Cənab prezidentin fikrindən aydın oldu ki, Azərbaycan mətbuatının inkişaf istiqamətlərini, ictimai həyatda rolunu yüksək qiymətləndirir. O hətta qeyd etdi ki, demokratik cəmiyyətin qurulmasında mətbuatı əsas vasitə kimi görür. Söz və mətbuat azadlığını əsas amillərdən biri kimi dəyərləndirir. Bu da Azərbaycan mətbuatına verilən ən böyük qiymətdir”.

Saytda Axtarış

Son xəbərlər