Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün421
DünənDünən3048
Bu həftəBu həftə6522
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463121

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Prezident Bolqarıstanın baş naziri ilə görüşüb

alt

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 17-də Bolqarıstanın baş naziri Plamen Oreşarskini qəbul edib.

Dövlət başçısı Azərbaycanla Bolqarıstan arasında güclü əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Prezident İ. Əliyev ölkələr arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika sahəsində inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib. Dövlət başçısı “Şahdəniz-2” üzrə yekun investisiya qərarının Azərbaycanla Bolqarıstan arasında əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağına əminliyini bildirib.

Öz növbəsində, P. Oreşarski “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimini tarixi hadisə kimi dəyərləndirib. Layihəni Azərbaycandan Avropaya açılan enerji dəhlizi kimi səciyyələndirən baş nazir bunun qaz təchizatının şaxələndirilməsi baxımından yaxşı fürsət yaratdığını deyib.

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev Albaniyanın baş nazirini qəbul edib - FOTO

alt

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 17-də Albaniyanın baş naziri Edi Ramanı qəbul edib.

Görüşdə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasiminin yüksək səviyyədə təşkil olunmasından məmnunluq ifadə edilib. Layihənin Azərbaycanla Balkan ölkələri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycanla Albaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, energetika və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yayıb

alt

“Bu saziş və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaq”

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan hökumətini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, “Şahdəniz” konsorsiumunun özəl pay sahiblərini və Cənub qaz dəhlizi boyunca yerləşən bütün ölkələr də daxil olmaqla, digər iştirakçı tərəfləri “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanmasıın uğurla başa çatması münasibətilə təbrik edir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, bu saziş və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaq. Xəzər qazını beynəlxalq bazarlara çıxararaq, bu layihə davamlı iqtisadi artım üçün önəmli olan qlobal enerji ehtiyacının ödənilməsinə töhfə verəcək.

“Mən fəxr edirəm ki, bir neçə il ərzində bu layihədə iştirak etmişəm və bugünkü tarixi sazişin imzalanmasının şahidi olmuşam”, - deyə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.

Prezident britaniyalı naziri qəbul etdi

alt

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyqi qəbul edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edilib, neft-qaz sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. 

Dünyanın ən böyük enerji layihələrindən biri olan "Şahdəniz-2"nin Avropada və regionda əməkdaşlığın gücləndirilməsi baxımından önəmi qeyd edilib. 

Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyinin vurğulandığı görüşdə yarışların yüksək səviyyədə təşkili istiqamətində ölkələrimiz arasında təcrübə mübadiləsi aparılmasının önəmi qeyd edilib.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidenti Gürcüstanın baş nazirini qəbul edib

alt

Gürcüstanın yeni baş naziri İrakli Qaribaşvili Azərbaycana ilk səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşüb.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər iki ölkə arasında mehriban qonşuluq münasibətləri və strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər. İ.Qaribaşvili Gürcüstanın yeni hökumətinin Azərbaycanla siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində əməkdaşlığı dərinləşdirmək istəyini diqqətə çatdırıb. Baş nazir eyni zamanda Gürcüstanın ərazi bütövlüyü məsələsi ilə bağlı Azərbaycanın nümayiş etdirdiyi sarsılmaz dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Monteneqro prezidenti Azərbaycanda

alt

Monteneqro Prezidenti Filip Vuyanoviç "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da Azərbaycana səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Monteneqro Prezidenti F.Vuyanoviçi hava limanında
rəsm şəxslər qarşılayıblar.

İlham Əliyev Çexiya səfirini qəbul etdi

alt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Radek Matulanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlət başçısı ötən dövr ərzində Azərbaycan ilə Çexiya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Dövlət başçısı Radek Matulanın Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin inkişafına verdiyi töhfəni vurğulayaraq gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Səfir Radek Matula Azərbaycandan ən xoş xatirələrlə ayrıldığını deyib. Ölkəmizdəki diplomatik fəaliyyətinə toxunan səfir Azərbaycanda Çexiyanın səfirliyinin fəaliyyətə başlamasının, ölkəsinin Baş nazirinin və Senat sədrinin Azərbaycana səfərlərinin və digər tədbirlərin keçirilməsinin münasibətlərimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb

alt

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Azərbaycana səfəri başlayıb.


APA-nın məlumatına görə, vasitəçilərin dekabrın 15-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir. Danışıqlar yekunlaşdıqdan sonra həmsədrlərin İrəvana səfər edəcəkləri planlaşdırılıb.

Görüşlərdə həmsədrlər tərəflərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin müzakirəsini davam etdirəcəklər.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında noyabrın 19-da Vyanada baş tutmuş görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər.

Bundan başqa, dekabrın 4-də Kiyevdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş baş tutub. Görüşün yekunlarına dair nazirlər gələn ilin yanvarın sonunda növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SƏRƏNCAM

alt

Azərbaycan prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Fövqəladə Hallar Nazirliyinin xidməti vəzifələrini yerinə yetirərkən fərqlənən aşağıdakı əməkdaşları təltif edilib:

“2-ci dərəcəli Vətənə xidmətə görə” ordeni ilə

Qasımov Əşrəf Məmməd oğlu
Mirzəyev Rəfail Xalid oğlu

“3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə

Lətifov Ragim Əhəd oğlu
Mirzəyev Etibar Böyükbəy oğlu
Süleymanov Pənah Hüseyn oğlu
Tağızadə Faiq Cavad oğlu

“Hərbi xidmətlərə görə” medalı ilə

Aşurlu Kənan Məhərrəm oğlu
Bağırov Sabir Nadir oğlu
Cavadov Aqil Zülfüqar oğlu
Cəbişov Vüqar Qulu oğlu
Əliyev Elşən Helmi oğlu
Əsədov Elçin Asqulu oğlu
Hacıyev Şahzadə Akif oğlu
Həsənova Mətanət Həsən qızı
Hüseynov Azadil Əli oğlu
Hüseynov Elşad Məmmədəli oğlu
İmanov Kənan Şakir oğlu
İmanov Ramiz Balaş oğlu
Kələntərli Ərgüc Asif oğlu
Paşayev Tural Şahmar oğlu
Tahirov Vüsal Nadir oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

Cəfərov Pərviz Qafar oğlu
Ədilxanov Əvəz Yaqubxan oğlu
Fəradov Rüfət Lətif oğlu
Hüseynov Fuad Hüseynbala oğlu
Kazımov Vüqar Etibar oğlu
Qəhrəmanova Kəmalə Eldar qızı
Məmmədov Vidadi Məmməd oğlu
Muradov Raqif Murad oğlu
Nəsirov Etibar Məhyəddin oğlu.

NATO-dan Rusiyaya Ukrayna xəbərdarlığı

salt

NATO baş katibi Anders Foq Rasmussen Ukrayna hökumətini əsas demokratik hüquqları və azadlıqları gözləməyə, Rusiyanı isə Kiyevə təzyiq göstərməməyə çağırıb.
 Alyans rəhbəri bunu “Die Welt” qəzetinə bugünkü müsahibəsində deyib.

“Biz gözləyirik ki, hakimiyyət dinc qərara gəlmək üçün müxalifətlə konstruktiv dialoqa başlayacaq” – deyib baş katib. Rasmussen həmçinin, Ukraynadakı bütün tərəfləri zorakılıqlardan çəkinməyə çağırıb. Eyni zamanda Rusiyadan Ukraynaya təzyiqləri son qoymağı tələb edib: “Mən hesab edirəm ki, Kiyev hansı təhlükəsizlik alyansına qoşulmaqla bağlı öz seçimini xaricdən təzyiqlər olmadan eləməlidir”.

Yemelyanenko Azad Rəhimovla görüşdü- FOTO

alt

Ümumdünya Qarışıq Döyüş Növləri Federasiyasının prezidenti Vadim Finkelşteyn və qurumun fəxri prezidenti, dördqat dünya çempionu Fyodr Yemelyanenko gənclər və idman naziri Azad Rəhimovla görüşüb.

Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov, Liqanın prezidenti Kənan Məmmədovun iştirak etdiyi görüşdə nazirə Bakıda keçirilən Dünya Kubokuyla bağlı məlumat verilib.

Nazir Ümumdünya Qarışıq Döyüş Növləri Federasiyasıyla əməkdaşlığı yüksək qiymətləndirib və gələcəkdə Bakıda bu idman növü üzrə digər mötəbər yarışların təşkil etməyin mümkün olduğunu söyləyib. Qəbula görə nazir Azad Rəhimova minnətdarlığını bildirən Fyodr Yemelyanenko Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində diqqət göstərildiyini vurğulayıb. Məşhur idmançı MMA-ın inkişafında Gənclər və İdman nazirliyinin rolunu xüsusi qeyd edib.

Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov və Liqanın prezidenti Kənan Məmmədov dəstəyə görə Azad Rəhimova təşəkkür edib. Liqanın rəhbərliyi MMA-ın inkişafı istiqamətində lazımi işlərin görüləcəyini bildirib.

Amerikada Qarabağ erməni torpağı kimi təqdim edildi

alt

Amerikda çap edilən "Writer`s Digest" jurnalı Ermənistan və Qarabağdan bəhs edən kitabı 2013-cü ilin ən yaxşı sorğu kitabı adlandırıb. 

Matyu Karanyanın müəllifi olduğu “Ermənistan və Qarabağ: daş bağlar üçün bələdçi” kitabı bu il ərzində nəşr olunan kitablar arasında keçirilən müsabiqəyə təqdim edilib. 

Müsabiqənin mükafatçıları arasında yer alan kitabda Azərbaycanın işğal olunmuş ərazilərinin erməni torpağı kimi tanıdılması ilə yanaşı, qondarma soyqırıma da xüsusi diqqət ayrılıb. 

Saytda Axtarış

Son xəbərlər