Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün443
DünənDünən3048
Bu həftəBu həftə6544
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463143

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Con Kerri Ermənistana gedəcək

alt

ABŞ dövlət katibi Con Kerri gələn il Ermənistana səfər edəcək. 

Kerri 2014-cü ildə Ermənistana səfər edəcəyi barədə Serj Sarkisyana və Edvard Nalbandyana vəd verib. 

Saytın məlumatına görə, bu barədə "Aykakan jamanak" qəzetinə Ermənistanın ABŞ-dakı səfiri Con Heffern məlumat verib.

Qəzet yazır: "O, həmçinin qeyd edib ki, Vaşinqton indi Ermənistan-ABŞ münasibətlərinə yeni impuls verməyi və tərəfdaşlığı dərinləşdirməyi heç vaxt olmadığı qədər çox istəyir".

İrəvanda Davudoğluna qarşı aksiya- VİDEO

alt

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfəri narazılıqla qarşılanıb. 

“Gənclər İttifaqı”, “Daşnaksütyün” və Sosial-Demokrat Partiyasının bir qrup fəalı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatınını xarici işlər nazirlərinin iclasının keçirildiyi «Armenia Marriott» otelinin qarşısına toplaşıb. 

Onlar Türkiyənin qondarma erməni soyqırımını tanımağa çağıraraq Davudoğlunun səfərinə etiraz ediblər. 

Aksiyaçılar Davudoğlunu təcili surətdə İrəvanı tərk etməyə çağırıblar.

{youtube}RTUHbv8hWtE{youtube}

Tiflisdə Türkiyə və Gürcüstanın energetika nazirləri arasında görüş keçirilib

alt
 

 

Tiflisdə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Gürcüstanın energetika naziri Kaxa Kaladze arasında ikitərəfli görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, türkiyəli nazirini salamlayan K.Kaladze havaların xoş keçmədiyini və Acarıstanın işıqsız qaldığını onun nəzərinə çatdırıb. Cavabında T.Yıldız hər zaman Gürcüstana bütün sahələrdə dəstək olacaqlarını bildirib. Sonra görüş jurnalistlər üçün qapalı keçirilib.

Görüşdən sonra jurnalistlərə açıqlama verən Türkiyənin energetika və təbii sərvətlər naziri bu gün Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirak etdiyi 400 kilovoltluq elektrik xəttinin və yarımstansiyanın istifadəyə verilməsi mərasimində iştirak etdiyini bildirib: “Hər üç ölkə bir-birinə enerji sata biləcək. Hazırda bizim 700 MVt-lıq enerjimiz var, getdikcə bu, 1000 MVt-ı keçəcək. Türkiyə böyük bir bazardır, hər il böyüyür və inkişaf edir. Bizə hər zaman qardaşlığımızı və əlaqələrimizi davam etdirmək və möhkəmləndirmək lazımdır”.

Gürcüstanın energetika naziri isə görüşdə hər iki ölkə arasında həyata keçiriləcək gələcək planlar və ortaq layihələr barədə danışıqlar apardıqlarını bildirib: “Biz elektrik enerjisini Türkiyəyə satacağıq, ordan da Avropaya satılacaq. Azərbaycan da öz elektrik enerjisini Türkiyəyə sata bilər. Əgər Rusiya da elektrik enerjisi satarsa, Gürcüstan onu ala bilər. Yeni istifadəyə verilən elektrik xətti və yarımstansiya region, o cümlədən Azərbaycan və Türkiyə üçün vacib olduğu kimi, Gürcüstan üçün də çox vacibdir. Türkiyə Gürcüstana çox böyük investisiya yatırır. Biz birlikdə gələcəkdə  Gürcüstanda hidroelektrik stansiyaların tikintisi barədə danışdıq. Buna Türkiyə şirkətlərinin böyük marağı var”.

Gəncədə Gürcüstanın konsulluğu açılır

Gəncədə Gürcüstanın konsulluğu açılır.


Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Mamuka Blavadze Gürcüstanın Gəncədəki konsulu təyin olunub. Konsulluğun yaxın gələcəkdə fəaliyyətə başlayacağı bildirilir.

Türkiyəli jurnalistin adı “qara siyahı”ndan çıxarıldı

alt

Türkiyənin tanınmış jurnalisti, “Milliyet” qəzetinin yazarı və “CNN Türk”ün əməkdaşı Nagehan Alçının adı Azərbaycanda “qara siyahı”dan çıxarılıb.

Azərbaycan XİN-in saytındakı “arzuolunmaz şəxslər”in siyahısında artıq N. Alçının adı yoxdur. 

Xatırladaq ki, N. Alçı Azərbaycana səfər etmək üçün adının “qara siyahı”dan çıxarılması xahişi ilə rəsmi Bakıya müraciət etmişdi. O, müraciətində Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini bildirib.

Qeyd edək ki, N. Alçı 2009-cu ilin noyabrında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etdiyi üçün onun adı “qara siyahı”ya salınıb. 

Siyahıda əvvəlcə 331 nəfərin adı vardı. Müvafiq izahatla Azərbaycan tərəfinə müraciət etdikdən sonra onlardan bəzilərinin adları siyahıdan çıxarılıb. 

Bu şəxslərin arasında Rusiya Dövlət Dumasının deputatı Aleksey Mitrofanov, “Amerikanın səsi” radiosunun Moskva bürosunun rəhbəri Ceyms Bruk, Con Hopkins Universitetinin tələbələri İvan Benoviç, Nikolas Vondra və italiyalı müğənni Al Bano da var. 

Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına vəzifə verdi

alt

Mikayıl Cabbarov keçmiş təhsil naziri Misir Mərdanovun yaxın adamı kimi tanınan, keçmiş nazirin köməkçisi funksiyasını yerinə yetirən Afiq Əzizova yeni vəzifə verib. A.Əzizov Bakı Şəhəri üzrə Təhsil İdarəsində məktəbdənkənar təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib. BŞTİ yarandığı müddətdən bəri həmin vəzifəni tutan Qənirə Sultanova isə sektorda böyük məsləhətçi vəzifəsinə təyinat alıb. Qeyd edək ki, A.Əzizov Misir Mərdanova yaxın adam kimi tanınıb. O, hətta keçmiş nazirin 3 cildlik “Azərbaycanın təhsil tarixi” kitabında da buraxılışa məsul olub. 33 yaşlı A.Əzizov Azərbaycan Dövlət Neft Akademiyası, daha sonra isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 
İxtisasca menecmentdir. 

Duma Jirinovskiyə qadağa qoydu

alt

Rusiya Dövlət Dumasının etika komissiyası Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskiyə qeyri-səhih parlament ritorikasından istifadə etməyi qadağan edib. 

Komissiya bununla siyasətçinin “Poedinok” televiziya proqramında Şimal Qafqaz haqqında dediklərinə reaksiya verib. Daha öncə Jirinovski Dumanın plenar iclasında bildirmişdi ki, onu düzgün başa düşməyiblər və həmin sözdərə görə üzr istəyir.

Məşhur bəyanatında Jirinovski bildirmişdi ki, Şimali Qafqazı tikanlı məftillə təcrid etmək və bölgə qadınlarına iki uşaqdan artıq doğmağa qadağa qoymaq lazımdır.

İlham Əliyev qanunda dəyişikliklər etdi

alt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qərara əsasən bir sıra sərəncamlar imzalayıb.

AzNews.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb .

Serj Sarkisyan və ABŞ dövlət katibinin müavini Dağlıq Qarabaq münaqişəsi ilə bağlı danışıqlar prosesini müzakirə ediblər

alt

Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 10-da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul edib.


APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, görüş zamanı tərəflər Ermənistan və ABŞ arasındakı münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirib və ikitərəfli əlaqələri daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Serj Sarkisyan və Erik Rubin həmçinin Dağlıq Qarabaq münaqişəsi ilə bağlı danışıqlar prosesinin son durumunu müzakirə ediblər. Tərəflər arasında bir sıra regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Gürcüstanın daxili işlər naziri Azərbaycan səfiri ilə görüşmüşdür

Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseynlə görüşmüşdür.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, azərbaycanlı diplomat A.Çikaidzeni bu vəzifəyə təyin olunması münasibətilə təbrik etmişdir.
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilir.

İlham Əliyev Pakistan səfirini qəbul etdi

alt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İkramullah Məhsudu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan ilə Pakistanın qardaş və dost ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə davam etdiyini deyib. Ölkələrimizin bir-birini bütün beynəlxalq təşkilatlarda dəstəkləməsinin önəmini qeyd edən Prezident İlham Əliyev əməkdaşlığımızın gələcək illərdə də uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirib. Dövlət başçısı iki ölkə arasında münasibətlərin regional əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığını deyib. Səfirə Azərbaycandakı diplomatik fəaliyyətinə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev ona gələcək işlərində də uğurlar arzulayıb.

Səfir İkramullah Məhsud ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. O, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə edib. 

Pakistanlı səfir ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

4 prezident görüşüb

alt

Ukraynanın paytaxtı Kiyev şəhərində ölkənin hazırkı prezidenti Viktor Yanukoviç 3 eks prezidentlə görüşüb.
Bu informasiyanı eks prezident Viktor Yuşenkonun mətbuat katibi, “Bizim Ukraina” partiyasının siyasi şurasının sədri İrina Vannikova yayıb. 

Onun sözlərinə görə, Yanukoviç görüşə Viktor Yuşenkonu, Leonid Kuçmanı və Leonid Kravçuku dəvət edib. Bu görüşdən sonra keçirilən “dəyirmi masa”ya siyasi partiyaların və ictimaiyyətin nümayəndələri, elm adamları, yaradıcı insanlar və tələbə hərəkatının üzvləri dəvət olunub. Xatırladaq ki, “dəyirmi masa”da ölkədəki hazırkı durum müzakirə edilib. Mənbənin bildirdiyinə görə, tədbirə Kiyevdə milliyətçi kimi tanınan Tyaqnibok çağırılmayıb. 

Bu arada məlum olub ki, Viktor Yanukoviç Maydanda saxlanılan müxalifətçilərin buraxılmasına söz verib.

Xatırladaq ki, Kiyevdə Avrointeqrasiyaya dəstək nümayişləri davam edir.

Saytda Axtarış

Son xəbərlər