Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün434
DünənDünən3048
Bu həftəBu həftə6535
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463134

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

“Ermənilər əyilsə, Bakı müəyyən güzəştə gedə bilər“- Əli Həsənov

alt

"Biz bir qarış torpağımızı da güzəştə getməyəcəyik" 


"Ermənilər həmişə güclü dövlətlərin qarşısında əyiliblər. Onlardan kömək istəyib bəhrələniblər". 

Bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dövlət Komitəsində ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar "Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur" mövzusunda keçirilən tədbirdə deyib.

Ə.Həsənov bildirib ki, bu gün Azərbaycan çox güclü dövlətə çevrilib və bunu Ermənistanda da çox gözəl bilirlər: 

"Hesab edirəm ki, ermənilər indi də öz milli xüsusiyyətindən, adət-ənənəsindən uzaqlaşmamalıdırlar. Qoy indi də gəlib güclü Azərbaycana tərəfə əyilsinlər. Əgər bunu etsələr, bəlkə Azərbaycan da hansısa güzəştə gedə bilər. Onlar çox gözəl bilirlər ki, başqa çıxış yolu yoxdur. Ermənistan xalqı ağıllı xalqdırsa, öz rejimini dəyişməlidir. Sonra Azərbaycandan kömək istəyib problemlərini həll etməlidir".

Baş nazirin müavini qeyd edib ki, torpaq məsələsində güzəştə gedilməyəcək: 

"Biz bir qarış torpağımızı da güzəştə getməyəcəyik. Prezident İlham Əliyev də bu mövqedədir. Mən
inanıram ki, Azərbaycan İlham Əliyevin iradəsi və rəhbərliyi altında bu məsələnin də həllinə nail olacaq".

Ə.Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycana dəymiş ziyanın hesablanması üçün beynəlxalq qiymətləndiricilərin də cəlb olunduğu işçi qrupu yaradılıb. Hesablamalara görə, Azərbaycana dəymiş maddi
ziyanın həcmi 300 milyard ABŞ dollarından çoxdur.

Astara ilə ABŞ-ın San-Diyeqo şəhəri qardaşlaşır

alt

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın Astara rayonuna səfər edib. 

Səfər zamanı və rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşüb. Q. Ağayev ABŞ səfirliyinin nümayəndələrinə rayon haqda geniş və ətraflı məlumat verib. 

İşgüzar və səmimi şəkildə keçən görüş zamanı icra başçısı Derek Hoqanı maraqlandıran suallara cavab verib, rayonun sosial-iqtisadi inkişafı, aqrar məsələlər, əhalinin məşğuliyyəti və rayonda fəaliyyət göstərən sənaye və emal müəssisələri haqqında geniş məlumat verib. Astara rayonunun İran İslam Respublikası ilə sərhəddə yerləşdiyinə görə, mühüm strateji əhəmiyyət daşıması, bununla əlaqədar ölkə rəhbərliyi tərəfindən rayonumuza daim diqqət və qayğı göstərilməsi, abadlıq və quruculuq işlərinin ilbəil genişləndirilməsi diqqətə çatdırılıb.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun fəaliyyətinin daha da yaxşılaşdırılması, xüsusən son aylarda bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsi xüsusi vurğulanıb. 
Həmçinin, görüşdə Azərbaycanın Astara rayonu ilə ABŞ-ın Kaliforniya ştatının San-Diyeqo şəhəri qardaşlaşması təklif irəli sürülüb. 

Sonda Derek Hoqan rayon icra hakimiyyəti başçısı tərəfindən belə bir səmimi və işgüzar görüşün təşkilinə görə, dərin təşəkkür və minnətdarlığını, Azərbaycanın çox gözəl və səfalı guşəsi olan Astaraya bundan sonra tez-tez səfər edəcəyini bildirib. 

Səfərdə D. Hoqanı səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Rocer Rigaud və digər qonaqlar müşayiət edib. 

Azərbaycanda rəsmi baş qərargahı olmayan siyasi partiyaların fəaliyyəti qadağan olunacaq - EKSKLÜZİV

alt

Azərbaycanda siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb olunacaq, əks halda həmin partiyalar qeydiyyata alınmayacaq, yaxud fəaliyyəti ləğv olunacaq.


Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5-ci maddəsinə əlavələr təklif olunur.

Təklifə əsasən, Azərbaycandakı siyasi partiyalar hüquqi şəxs statusu almaq istəyərkən dövlət qurumlarına partiyanın rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair sənəd də təqdim etməli olacaq. Qərargahın yerləşdiyi yerə dair sənədin (qurumun hüquqi ünvanını təsdiq edən sənəd) təqdim olunması məcburiləşdiriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçirilib

alt

Bu gün Brüsseldə Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Toplantının yekunları əsasında keçirilən mətbuat konfransında AB-yə sədrlik edən ölkə olan Litvanın xarici işlər naziri Linas Linkyaviçyus bildirib ki, AB ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir: “Biz Azərbaycanla AB arasında yaxınlaşmanı görməkdən məmnunuq”.

L. Linkyaviçyus Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda keçirilmiş görüşünü alqışlayıb və qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli AB-nin xarici siyasət prioritetlərindən biridir və Brüssel ATƏT-in Minsk Qrupunun dəstəklənməsi üçün daha çox iş görməyə hazırdır. O, Azərbaycan və AB-nin enerji əməkdaşlığını fəal inkişaf etdirdiyini söyləyib və “Şahdəniz” konsorsiumunun yekun investisiya qərarının dekabrın 17-də açıqlanmasını səbirsizliklə gözlədiklərini vurğulayıb. Tərəflər Transxəzər qaz xətti layihəsi üzrə müzakirələri davam etdirməyə qərar veriblər.

Qeyd edək ki, AB-Azərbaycan Əməkdaşlıq Şurasının iclasları ildə bir dəfə nazirlər səviyyəsində keçirilir və tərəflər arasında siyasi dialoqun tərkib hissəsidir. Əməkdaşlıq Şurası AB ilə tərəfdaş ölkələr arasında əməkdaşlıq və tərəfdaşlıq barədə sazişin yerinə yetirilməsi işini əlaqələndirir. Azərbaycan və AB arasında bu saziş 1999-cu ildən qüvvədədir.

Nazirlik siyahı açıqladı

alt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində Nazirliyin xəttilə mənzil alanların və növbədə duranların SİYAHISI açıqlanıb.

Samux, Beyləqan, Zaqatala, Ağdam və Bakının Nizami rayonunda yaşayan, həmin rayonların icra hakimiyyətlərində ev növbəsində dayanan əlil və şəhid ailələrinin siyahısı verilib.

Fərdi ev və torpaq növbəsində dayanan Qarabağ müharibəsi əlillərinin siyahısı da öz əksini tapıb.

Qeyd edək ki, avtomobil alanların və bunun üçün növbədə duranların da SİYAHISI açıqlanıb.

Müsavat Milli Şura ilə bağlı qərar verdi: Danışıqlara start verilsin

alt

Bu gün Müsavat Partiyasının Divanının növbəti iclası keçirilib.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlının AzNews.az-a verdiyi məlumata görə, Divanda ölkədəki ictimai-siyasi vəziyyət, yanacaq məhsullarının qiymətinin artırılması və digər məsələlərlə yanaşı, əsas müzakirə mövzularından biri də partiyanın Milli Şura ilə bağlı mövqeyinin müəyyənləşdirilməsi olub.

Divanda partiyanın Milli Şuradan çıxması ilə bağlı birmənalı razılıq əldə edilməsə də, qərara gəlinib ki, Müsavat Milli Şurada təmsil olunan AXCP, KXCP, “El” hərəkatı, “Nida” Gənclər Təşkilatı, Ziyalılar Forumu və digər qurumlarla ikitərəfli, o cümlədən çoxtərəfli danışıqlara start versin.

Bu danışıqlarda Müsavatın adıçəkilən qurumlarla ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunsun.

Türkmənistanın Azərbaycandakı səfiri eyni zamanda ölkəsinin Gürcüstandakı səfiri təyin olunub

altTürkmənistanın Azərbaycandakı səfiri Toylı Kamekov eyni zamanda ölkəsinin Gürcüstandakı səfiri vəzifəsinə təyin olunub.

APA-nın Türkmənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə Qurbanqulu Berdımuhəmmədov müvafiq sərəncam imzalayıb

ABŞ dövlət katibinin köməkçisi Gürcüstan XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

alt

Gürcüstan XİN rəhbəri Maya Pandjikidze dekabrın 7-də ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland ilə görüşüb.

XİN açıqlamasına əsasən, görüşdə ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Rubin və ABŞ-ın Gürcüstandakı səfiri  Riçard Norland iştirak ediblər.

Görüşdə tərəflər Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyası, regional məsələlər, ikitərəfli Gürcüstan-ABŞ münasibətlərini müzakirə ediblər.  

Bundan başqa, diplomatlar Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində 9-13 dekabr tarixində Vaşinqtonda keçiriləcək növbəti görüş barədə danışıblar. 

"Rusiya Ukraynanı işğal etmək istəyir"

alt

Saakaşvilinin Maydanda çıxış edəcəyi gözlənilir

“Bu gün Ukraynada baş verənlər onu deməyə əsas verir ki, Rusiya Avropanın mərkəzində yerləşən ölkəni işğal etmək istəyir”. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın “Udar” partiyasının lideri Vitali Kliçko və Moldovanın eks baş naziri Vlad Filatla Maydandakı kafelərin birində görüşən Gürcüstanın eks prezidenti Mixail Saakaşvili deyib.

Onun sözlərinə görə, Moldova ilə Gürcüstan Ukraynanın daxili işlərinə qarışmır, ancaq bilir ki, Ukraynanın Avropaya doğru getməkdən başqa yolu yoxdur.

Bu informasiyanı “Udar” partiyasının saytı yayıb.

Xatırladaq ki, Mixail Saakaşvilinin Maydanda çıxışı gözlənilir.

Saakaşvili müxalifət liderləri ilə görüşdü- VİDEO

alt

Ukraynada keçirilən etiraz aksiyalarına dəstək vermək üçün Kiyevə gələn Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müxalifət liderləri ilə görüşüb. 

Sabiq prezident Ukrayna müxalifətinin lideri Kliko qardaşları ilə görüşüb.

Xatırladaq ki, Saakaşvili Ukraynaya Avropa Parlamentinin prezidenti və bir sıra parlamentarilərlə birgə gəlib. Nümayəndə heyəti Ukrayna prezidenti Viktor Yanukoviçlə də görüşüb.

Nazirdən işdən qovduğu 15 sədrlə bağlı açıqlama- VİDEO

alt

Nazir Səlim Müslümov işdən qovduğu komissiya sədrlərindən danışıb. 

“Onlar hamısı dərhal gedib işdən azad olunmaları haqqında ərizə yazdılar və hamısı ərizələri əsasında işdən azad olundular. Onların vəzifələrinin icrası həmin tibbi sosial ekspert komissiyalarının digər üzvlərinə həvalə edilib. Yaxın vaxtlarda xüsusi komissiyalar yaradacağıq".

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ANS-ə müsahibəsində ötən həftə iclasdan qovduğu komissoya sədrlərinin aqibətindən danışıb. 

Nazirin sözlərinə görə, 4 ya 5 komissiya yaradılması nəzərdə tutulub. Bu komissiyalar bütün 2-ci və 3-cü qurup əlillərin hamısını zonalarda əyani müayinədən keçirməklə yoxlayacaq. "Onun nəticələri əsasında yəqin ki, digər qərarlar qəbul ediləcək”. 

Nazir bölgədə indiyə qədər müxtəlif sosial problemlər üzrə müraciəti qəbul edilməyən 17000-ə yaxın insanın ərizələrinin yenidən araşdırılacağını deyib. Hətta işində nöqsanlara yol vermiş komissiya sədrləri barədə qərar da qəbul ediləcək. Fəaliyyətində cinayət tərkibi olan faktlar isə hüquq mühafizə orqanlarına göndəriləcək. Nazir deyib ki, bu həm də işdən çıxardığı 15 komissiya sədrinə də aiddir. 

Saakaşvili avropalı deputatlarla Kiyevə gedir

alt

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Kiyevdə “Avromeydan”a gedəcək. 

Bu barədə məlumatı Avropa Parlamentinin deputatı Yaçeka Sariuşa verib. 

Deputat özü də Saakaşvili ilə bərabər Kiyevə gedəcəyini deyərək Ukraynadakı hadisələrin dəyişikliyə aparıb çıxaracağına əmin olduğunu vurğulayıb. 

Mitinq meydanına Avropa Parlamentinin bir qrup deputatının da gedəcəyi bildirilir.

Saytda Axtarış

Son xəbərlər