Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün247
DünənDünən3331
Bu həftəBu həftə9679
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466278

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İlham Əliyev sərəncam imzaladı

alt

Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsulları ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması və ərzaq bazarının səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən "Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası"nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsinə, o cümlədən onun yerli bölmələrinin təşkilinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görmək, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə şəhərlərdə və rayon mərkəzlərində yarmarkaların təşkilini təmin etmək; İqtisadiyyat və Sənaye Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə uyğun ət kəsimi və satışı mərkəzlərinin yaradılması üçün tədbirlər görmək; Səhiyyə Nazirliyi ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə cavab verməyən yerlərdə ət kəsiminin qarşısının alınmasını təmin etmək və görülən işlər barədə iki ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; fermerlərə informasiya-məsləhət xidmətinin səmərəli təşkili sahəsində müvafiq tədbirlər görmək, "qaynar xətt"in yaradılmasını təmin etmək və görülən işlər barədə iki ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

XİN rəhbərləri Moskvada görüşəcək

alt

Moskvada İran, Rusiya və Suriyanın xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Hazırda Suriyada səfərdə olan İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif Suriyalı həmkarı Vəlid Əl-Müəllimlə birlikdə Moskvaya səfər edəcək.

Üçtərəfli görüşdə "Cenevrə 2" konfransında üç ölkənin mövqeyinin yaxınlaşdırılması ilə bağlı müzakirələr aparılacaq.

İran Suriya ilə bağlı Cenevrədə keçiriləck konfransa dəvət olunmayıb. M.C.Zərif səfər zamanı, həmçinin rusiyalı həmkarı Sergey Lavrov və Prezident Vladimir Putinlə görüşəcək.

Suriya üzrə "Cenevrə 2" konfransı yanvarın 22-də keçiriləcək.

İlham Əliyev görüş keçirdi- Brüsseldə

alt

Yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Gürcüstan hava məkanını Rusiya üçün açır

alt

Yanvarın 20-də Rusiyanın SU-27 qırıcı təyyarələri Gürcüstanın üzərindən uçacaq.


 Bu barədə “Kviris palitra” qəzetində hərbi ekspert İrakli Aladaşvili məlumat verib.

Məlumata görə, yanvarın 20-də Tiflis üzərindən bir neçə Rusiya qırıcı təyyarəsi və “İl-76” hərbi yük təyyarəsi uçacaq. Ekspertin sözlərinə görə, uçuş Gürcüstan hakimiyyəti ilə razılaşdırılıb.

Ekspert bildirib ki, belə bir uçuş yanvarın 10-da həyata keçirilib, Rusiya qırıcıları və yük təyyarəsi Gürcüstanın şimalından cənuba tərəf uçaraq Ermənistanın Erebuni hərbi aerodromunda yanacaq doldurmaq üçün qısamüddətli eniş ediblər.

İ.Aladaşvilinin yazdığına görə, Rusiya hərbi təyyarələri beynəlxalq uçuşlar nümayiş etdirmək üçün Bəhreyndə təşkil olunacaq tədbirə qatılacaq və yanvarın 20-də eyni marşrutla geri uçacaqlar.

Rusiya hərbi təyyarələrinin Gürcüstan hava məkanından bu uçuşu 2008-ci ilin avqustundan sonra həyata keçirilən ilk uçuş olacaq.

Leyla Əliyeva BMT-nin mənzil-qərargahında olub

alt

Yanvarın 13-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Keniyanın paytaxtı Nayrobidəki mənzil-qərargahında olub.

Leyla Əliyevaya UNEP-in fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, 1972-ci ildə BMT Baş Məclisinin qətnaməsi əsasında yaradılan bu proqramın məqsədi indiki və gələcək nəsillər üçün ətraf mühiti və təbiəti qorumaq və bu istiqamətdə tədbirləri əlaqələndirməkdir. Müxtəlif ölkələrdə altı böyük regional ofisi fəaliyyət göstərən UNEP Qlobal Ekoloji Fondun həmtəsisçilərindəndir və onun himayəsi altında hər il dünyada Beynəlxalq Ətraf Mühit Günü qeyd edilir.

Sonra Leyla Əliyevanın BMT baş katibinin müavini, UNEP-in icraçı direktoru Axim Ştayner ilə görüşü oldu.

IDEA-nın ətraf mühitin qorunması istiqamətində gördüyü işlərdən xəbərdar olduğunu və bunu yüksək qiymətləndirdiyini deyən BMT rəsmisi bildirdi ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları və bu məsələdə maraqlı olan tərəflər ilə sıx əməkdaşlıqda maraqlıdır. Axim Ştayner UNEP-in ekoloji sahədə bir çox irimiqyaslı layihələr həyata keçirdiyini dedi, bu məsələdə müxtəlif qrup insanlar, o cümlədən gənclərlə qarşılıqlı fəaliyyəti genişləndirməyin vacibliyini diqqətə çatdırdı.

Leyla Əliyeva Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə reallaşdırdığı layihələr barədə məlumat verdi. Azərbaycanda dövlət tərəfindən həyata keçirilən ekoloji siyasətdən bəhs edən Leyla Əliyeva 2011-ci ildə başladılan IDEA kampaniyası çərçivəsində görülən işlərdən danışdı, müxtəlif ölkələrdən olan gənclərin bir araya gələrək ətraf mühitin qorunması ilə bağlı layihələr hazırladığını bildirdi. "Bu kampaniya ətraf mühitin müsbət və dayanıqlı inkişafını təmin etmək məqsədilə gənc nəsil üçün vacib olan dialoq, fəaliyyət, liderlik və məlumatlılıq prinsiplərinə əsaslanır", - deyən Leyla Əliyeva Azərbaycan hökuməti, IDEA və UNEP-in 2012-ci ilin noyabrında Bakıda keçirdiyi "Yaşıl həftə" tədbirinin əhəmiyyətini vurğuladı və BMT baş katibinin müavinini Bakıya səfərə dəvət etdi.

İsgəndər Həmidov da Milli Şuradan istefa verib

alt

O, gələcəkdə siyasi fəaliyyətini müstəqil şəkildə davam etdirmək niyyətində olduğunu da bildirib.

Milli Demokrat Partiyasının sabiq sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov da Milli Şuradan istefa verib.

Bu barədə APA-ya açıqlamasında İ. Həmidov özü bildirib.

İstefasının səbəbləri barədə danışmaq istəməyən İ. Həmidov Milli Şuraya fəaliyyətində uğurlar arzulayıb. O, gələcəkdə siyasi fəaliyyətini müstəqil şəkildə davam etdirmək niyyətində olduğunu da bildirib.

Saakaşvili facebookda əsgərlik fotosunu paylaşıb – Foto

alt

Gürcüstanın eks prezidenti Mixail Saakaşvili Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində 1986-cı ildə hərbi xidmətdə olduğu vaxt çəkdirdiyi şəklini paylaşıb.

 Eks prezident fotoda Slovakiya ilə sərhəddə yerləşən Ukraynanın Uzqorod şəhərində əsgərlik xidmətində olduğunu qeyd edib.

Türkiyənin hərbi nümayəndə heyəti Gürcüstandadır

alt

Gürcüstan hərbi sənaye sahəsində Türkiyə ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Bu fikirlər  Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah nümayəndələrinin Gürcüstana rəsmi səfəri zamanı ifadə olunub.

Bu gün Tiflisdə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya general-leytenant Atılla Gülənin rəhbərlik etdiyi  Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının nümayəndə heyətini qəbul edib.  Alasaniya Türkiyənin Gürcüstan Silahlı Qüvvələrinin inkişafına verdiyi töhfəyə və humanitar yardıma görə öz təşəkkürünü bildirib.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər ikitərəfli əməkdaşlıq və gələcək planlarla bağlı məsələləri müzakirə edib.  Danışıqlar zamanı toxunulan mövzulardan biri də hərbi sənaye sahəsindəki əməkdaşlıq olub. Alasaniya Gürcüstanın NATO-ya inteqrasiyası, ISAF missiyası, regionda vəziyyət və təhlükəsizlik məsələləri barədə danışıb.

Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib - YENİLƏNİ

altDövlət başçısı 2014-cü ili “Sənaye ili” elan edib


 Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.

Iclas 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunub.

Prezident İlham Əliyev 2013-cü ildə də Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafını davam etdirdiyini və beynəlxalq imicinin möhkəmləndiyini vurğulayıb. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə respublikamızın beynəlxalq hüququ və ədaləti əsas götürərək daim prinsipial mövqe tutduğunu, ölkəmizin beynəlxalq nüfuzunun ötən müddətdə daha da artdığını qeyd edib.

O, 2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında antiazərbaycan qüvvələrin ölkəmizə qarşı təşkil etdiyi kompaniyanın iflasa uğradığını bildirib. Dövlət başçısı ötən il Azərbaycanda çoxlu sayda mötəbər beynəlxalq tədbirin keçirildiyini, müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi üçün hərtərəfli iş aparıldığını deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində heç bir irəliləyişə nail olunmadığını vurğulayan prezident ötən ilin sonunda bu prosesdə müəyyən canlanmanın müşahidə edildiyini bildirib.

Azərbaycanın dövlət büdcəsinin Ermənistanın dövlət büdcəsini 8 dəfə, ölkəmizin əhalisinin işğalçı dövlətin əhalisini 6 dəfə üstələməsi, Ermənistanın ağır sosial-iqtisadi vəziyyətdə olması faktlarına əsaslanan dövlət başçısı bütün sahələrdə güclər nisbətinin respublikamızın xeyrinə olduğunu vurğulayıb.

"Ukrayna Avropa İttifaqı ilə danışıqlara başlamalıdır"

alt

"Ukrayna assosiasiya və azad ticarət zonası haqqında sazişin imzalanmasının şərtlərinə dair Avropa İttifaqı (Aİ) ilə praktiki danışıqlara başlamalıdır". 

Bunu ölkənin Baş naziri Nikolay Azarov hökumətin iclasında deyib.

  1. Onun sözlərinə görə, avropalı tərəfdaşlarla faktların, rəqəmlərin, təkzib edilməyən arqumentlərin dilində danışmaq lazımdır.

Baş nazir qeyd edilən sazişlərdə Ukrayna iqtisadiyyatının şərtlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

SOCAR Gürcüstanda Rumıniya benzini satır

alt

Ötən il "SOCAR Petrolium Georgia" şirkəti "RomPetrol"dan təxminən 80-90 min ton benzin alıb

 

"Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) benzin ixracını kəskin azaltması şirkətin Gürcüstandakı törəmə qurumu olan "SOCAR Petrolium Georgia" şirkətinin fəaliyyətinə təsir etməyib". Bu barədə "SOCAR Petrolium Georgia"nın baş direktoru Mahir Məmmədov bildirib:

"Təəssüf ki, son zamanlar Azərbaycanın benzin ixrac etmək resursları yoxdur. Azərbaycan əvvəlki illərdəki kimi benzin resurslarını təmin edə bilmir. ARDNŞ benzini yalnız yerli bazarın tələbatına uyğun istehsal edir".

Onun sözlərinə görə, buna baxmayaraq, "SOCAR Petrolium Georgia" şirkəti bu məsələni artıq nə vaxtdır həll edib: "Biz Gürcüstan bazarı üçün benzini Rumıniyanın "RomPetrol" şirkətindən alırıq. Bu benzin də "Euro-4" standartına tam uyğundur".

Şirkət rəhbəri bildirib ki, keçən il "SOCAR Petrolium Georgia" şirkəti "RomPetrol"dan təxminən 80-90 min ton benzin alıb.

Qeyd edək ki, ARDNŞ ötən ilin dekabr ayında cəmi 52 ton avtomobil benzini ixrac edib. Bu, daha əvvəlki ilin dekabr ayı ilə müqayisədə 38 dəfə azdır. Dövlət Neft Şirkəti 2013-cü ildə xaricə ümumilikdə 14 250 ton avtomobil benzini satıb ki, bu da 2012-ci ilə nisbətən 4,2 dəfə azdır.

Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi Gürcüstanda müzakirə edilib

alt
“Bu yaxınlarda “Bakı-Tiflis-Qars” (BTQ) dəmiryolu tikintisi layihəsinin Gürcüstan -Azərbaycan koordinasiya şurasının növbəti iclası keçiriləcək, maliyyə və texniki məsələlər müzakirə olunacaq”.


Məlumatına görə, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyində “Bakı-Tiflis-Qars” layihəsi üzrə tikintinin gedişi ilə bağlı keçirilən işçi görüşündə bildirilib. 

Görüşdə 2013-cü ildə tikintinin gedişi ilə bağlı hesabat dinlənilib, yeni ildə layihənin həyata keçirilməsi üzrə görülməsi nəzərdə tutulan məsələlər müzakirə olunub. Qeyd olunub ki, hazırda tikintidə işlər dörd mərhələdə həyata keçirilir və BTQ-nin Gürcüstan hissəsində ümumi işin 31 faizi görülüb.

Xatırladaq ki, BTQ layihəsinə görə, Gürcüstanda 153 km “Marabda-Kartsaxi” dəmiryolu sahəsi yenidən qurulacaq və Axalkalakidən Türkiyəyə qədər uzanacaq 27 km dəmiryolu tikiləcək.

Qeyd edək ki, görüşdə Gürcüstanın iqtisadiyyat naziri Giorgi Kvirikaşvili, nazirin birinci müavini Dmitri Kumsişvili, nazir müavini Natia Mikeladze, “Marabda-Kartsaxi” MMC direktoru Oleq Biçiaşvili və başqa rəsmilər iştirak edib.

Saytda Axtarış

Son xəbərlər