Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün253
DünənDünən3331
Bu həftəBu həftə9685
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466284

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Rəcəb Tayyib Ərdoğan: "Hamısı iftiradır"

alt 

İstanbulun keçmiş baş prokuroru Zəkəriyyə Özün baş nazir Rəcəb Tayyib Ərdoğanla bağlı iddialarına Nazirlər Kabinetindən cavab açıqlaması yayılıb.

 

Kabinetdən bildirilib ki, hazırda Sinqapurda səfərdə olan baş naziri R.T.Ərdoğan bu iddiaları belə cavablandırıb: "Hamısı iftiradır".

 

"Baş nazirimiz iddia edilən məsələ ilə bağlı bildirib ki, məhkəmədən onun yanına heç kimi göndərməyib. Belə bir məsələ heç vaxt olmayıb" - deyə, Nazirlər Kabineti bildirib.

 

Bir gecədə yüzlərlə polis vəzifədən uzaqlaşdırılıb

altTürkiyə hökuməti 17 dekabrında həyata keçirilən rüşvət və korrupsiya əməliyyatından sonra polis təşkilatında nurçu və nurçulara yaxın polislər vəzifədən uzaqlaşdırmağa başlayıb.

 Yanvarın 7-nə keçən gecə Ankara Əmniyyət Müdirliyində (polis idarəsi) 560 polis müdiri və məmuru vəzifələrindən çıxarılaraq başqa yerlərə - passiv vəzifələrə təyin olunub. Onların arasında hökumətin Gezi parkı olaylarından sonra mükafatlandırdığı əmniyyət müdirinin müavini Mahmud Azmaz da var.

Qeyd edək ki, daxili işlər naziri vəzifəsinə təyin olunan Əfqan Alanın qarşısına qoyulan əsas vəzifə nurçuların dövlət içərisində qurduğu bildirilən “paralel dövlət”in çökdürülməsidir. İlk olaraq paytaxt Ankaranın polis təşkilatını yeniləyən Ə. Ala “təmizləmə” əməliyyatını davam etdirir.

Müsavat Partiyası Milli Şuradan çıxıb

alt

Bu barədə Müsavat Partiyasından məlumat verilib. Milli Şuradan çıxmaq barədə qərarpartiyanın dünən keçirilmiş Divanında verilib.

Qərarda qeyd edilir ki, Milli Şura prezident seçkiləri ilə əlaqədar yaradılmış qurumdur, prezident seçkiləri arxada qaldığından Milli Şuraartıq missiyasını başa çatdırıb. Eyni zamanda bildirilir ki, prezident seçkilərindən sonra yeni situasiya yaranıb və bu situasiyaya uyğun olaraq yeni modellər, birliklər yaradılmalıdır.

Gürcüstan sovet və Rusiya helikopterlərindən tamamilə imtina edir

2014-cü ildə Gürcüstanın Müdafiə Nazirliyi sovet və Rusiya helikopterlərinini əsasən ABŞ helikopterləri ilə dəyişəcək.

alt
Bu bəyanatla Gürcüstasnın müdafiə naziri İrakli Alasaniya çıxış edib. İ.Alasaniya bildirib ki, Gürcüstanın hərbi birləşmələrinə məxsus parklarındakı helikopterlər əsasən, ABŞ helikopterləri ilə əvəzlənəcək, lakin bunun üçün digər ölkələrlə də danışıqlar aparılacaq. Bu ölkələrin sırasında Fransa da var.

Nazirin sözlərinə görə, sovet və Rusiya helikopterlərinə xidmətin göstərilməsi və onların təmir olunması çox baha başa gəlir. Həmin helikopterlərin ehtiyat hissələrinin alınması Gürcüstan üçün maliyyə baxımından demək olar ki, mümkün deyil.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hələ 2010-cu ildə köhnə və etibarsız Rusiya heklikopterlərinin yeniləri ilə əvəz olunmasına ehtiyacın yarandığını bəyan etmişdi.

Ərdoğanın mikrofonu açıq qaldı

alt

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdağon dünən axşam saatlarında Yaponiyaya səfərə yola düşüb.Yola düşməzdən əvvəl Atatürk hava limanında mətbuat konfransı keçirən Ərdoğan kuryoz hadisə ilə qarşılaşıb. Konfrans başa çatan kimi baş nazirin müavini Bəşir Atalay Ərdoğanın masasına tərəf gəlib. Bəşir Atalay hökumət başçısına “Cənab baş nazir, gələn həftəki Dövlət Şurası qanunu idi, onu gerimi çəkdik?” deyib. Ərdoğan isə “Onu indi gerçəkləşdirmirik” deyə cavab verib. Atalay dərhal “Yerinə nə qoyacağıq” soruşub. Ərdoğan isə “Şeyi qoyacağıq” deyərkən enerji və təbii qaynaqlar naziri Taner Yıldız mikrofonun açıq olduğunu görüb və bütün mikrofonları söndürüb.

Yuxarıdakı dialoqa zaldakı bütün KİV nümayəndələri şahid olub.

Türkiyədə "Kürdüstan" quruldu

alt

Mehmet Emin Kardeş: “Yüz illərdir kürdlər haqq mübarizəsi aparır..."

Türkiyə Cümhüriyyətində olk dəfə "Kürdüstan" adı siyasi partiya quruldu. Hökümət Kürt reformunu müzakirə edərkən “Kürdistan” partiyasının qurulduğunu elan edib.

Kürdüstan Demokrat Partiyası -Türkiyə (kürdcə: Partiya Demokrata Kürdistan-Türkiye) adlı partiyanın qurucu başqanı Mehmet Emin Kardeş partiyanın təsis olunması haqda sənədləri, digər 35 qurucu ilə birlikdə Daxili İşlər Nazirliyinə təqdim edib. 

M. E. Kardeş partiyanın proqramının açıq, şəffaf və leqal olduğunu və demokratik yolla mübarizə aparacaqlarını söyləyib: “Yüz illərdir kürdlər haqq mübarizəsi aparır. İlk dəfə Kürdüstan adı ilə partiya qurduq. Biz bunu qanuni haqqımız olaraq görürük”.

PDK-T Partiyasının logosu yaşıl, sarı və qırmızı rənglərdən ibarətdir. Logoda yaşıl qarlı dağlar arxasında sarı günəş təsvir edilib. Arxa fonda isə "Partiya Demokrata Kürdüstan Türkiyə" yazılıb..

Putinlə Lukaşenko hokkey oynayıb

alt
Bu gün Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Soçi şəhərindəki “Bolşoy” buz sarayında keçirilən Rusiya hokkey ulduzlarının yoldaşlıq matçında iştirak ediblər.
 

V. Putin və A. Lukaşenko qırmız formalı komandanın tərkibində ağ formalı komandanın Sergey Makarov, Aleksandr Mogilnıy, Aleksandr Yakuşev, Aleksandr Qolikov, İrek Qimayev, Nikolay Makarov kimi ulduzlarına qarşı oynayıblar. Prezidentlərin oynadığı komandanın heyətində isə Vyaçeslav Fetisov, Pavel Bure, Aleksey Qusarov, Andrey Kovalenko, Aleksandr Kojevnikov kimi ulduzlar təmsil olunub. Qırmızılar 12:3 hesabı ilə qalib gəliblər.  

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putin və Lukaşenkonun təmaslarının müntəzəm xarakter daşıdığını söyləyib: “Liderlər bir-birini Yeni il münasibətilə təbrik etmək üçün zəngləşiblər. Soçidə hokkey ulduzlarının qarşılaşmasını keçiriləcəyini və Lukaşenkonun bu oyuna marağını bilən Putin onu Soçiyə dəvət edib. Prezidentlər bu imkandan yararlanıblar və Olimpiya oyunları zamanı hokkey yarışının finalının keçiriləcəyi buz meydançasına çıxıblar”.alt

"Nurçular" Ərdoğana məktub yazdı.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan nurçuların yüksək səviyyəli təmsilçisindən məktub alıb.  R. T. Ərdoğan bunu jurnalist-yazarlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bu gün İstanbulda keçirdiyi qapalı görüşdə deyib.
alt

O, məktubun konkret kimdən gəldiyini açıqlamayıb. Jurnalistlər məktub sahibinin Fətullan Gülən və ya onun yaxın ətrafındakı şəxslərdən biri ola biləcəyini təxmin edir. Məktubda nur (Gülən) icması adından hökumətə sülh və barışıq təklif olunur.

Lakin R. T. Ərdoğan heç kimlə sövdələşməyə getməyəcəyini, hüquq-mühafizə orqanları və məhkəmə sistemindəki nurçuların hamısını sistemdən kənarlaşdıracaqlarını qətiyyətlə vurğulayıb.

Baş nazir “Ergenekon” və “Balyoz” cinayət işləri əsasında məhkum olunmuş şəxslərin yenidən mühakimə olunmasının mümkünlüyünü də söyləyib. Bu barədə müvafiq araşdırma aparılması üçün ədliyyə nazirinə tapşırıq verilib. Əsgər adı çəkilən cinayət işlərinin ibtidai və məhkəmə istintaqında qanunsuzluqlar, hüquq pozuntuları aşkarlanarsa, generallar başda olmaqla, məhkum olunmuş şəxslər yenidən mühakimə olunacaqlar.  

R. T. Ərdoğan 17 dekabr 2013-cü ildə gerçəkləşdirilən rüşvət və korrupsiya əməliyyatını hökumətə qarşı qiyam cəhdi kimi qiymətləndirib. O, aparılan rəy sorğularına əsasən Ədalət və İnkişaf Partiyasının (AKP) reytinqinin qətiyyən aşağı düşmədiyini və 30 mart bələdiyyə seçkilərində yenidən parlaq zəfər qazanacaqlarını açıqlayıb.

Xatırladaq ki, Türkiyə hökuməti 17 dekabr əməliyyatında polis, prokurorluq və məhkəmə orqanlarında mövqe tutmuş nurçuları ittiham edir. 

“Gürcüstan siyasi temperaturun azalması üçün hər şeyi edəcək”

Gürcüstan prezidenti Rusiya ilə münasibətlərin normallaşdırılması kursunu davam etdirəcəklərini deyib

alt

"Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılması kursunu davam etdirəcək".Bu barədə ölkə Gürcüstan prezidenti Georgi Marqvelaşvili müsahibəsində deyib. O, canlı efirdəki çıxışında deyib ki, Gürcüstan Rusiya ilə münasibətlərdə siyasi temperaturun azalması üçün əlindən gələn hər şeyi edəcək. 

Marqvelaşvilinin sözlərinə görə, Abaşidzr-Karasin görüşü formatında dialoqlar tükənməyib və davam etdiriləcək. O, qeyd edib ki, bu cür görüşlər yaxşı nəticələr verir.
“Bu formatda birbaşa dialoq iqtisadi-ticari və mədəniyyət əlaqələrinin bərpa edərək inkişaf etdirməyə imkan yaradacaq. Bu cür görüşlər iki ölkə arasında kifayət qədər yüksək etimad və gələcəkdə bir çox mühüm məsələlərin həll olunması üçün şərait yaratmağa kömək edəcək".

Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin arasında ilk görüş 2012-ci il dekabrın 14-də Cenevrədə keçirilib. Növbəti görüş fevralda Çexiyanın paytaxtı Praqada keçiirləcək.

İranla “altılıq” ölkələri arasındakı nüvə razılaşması yanvarın 20-dən icraya yönələcək

 İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq birgə fəaliyyət planı yanvarın 20-dən icraya yönələcək.

 

Bu barədə İran Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad bildirib.

Onun sözlərinə görə, bununla bağlı tərəflər arasında ekspertlər səviyyəsində Cenevrədə keçirilmiş son nüvə müzakirələri zamanı razılığa gəlinib: “Bu tarix üst səviyyəli səlahiyyətlilər tərəfindən də təsdiqlənməlidir. Hər halda mütəxəssislər yanvarın 20-ni təklif ediblər. Ancaq bu tarixin daha sonraya da salınması mümkündür”.

Ərdoğanın gizli bank hesabları Almaniya baş nazirində - ŞOK İDDİA

alt

Rəcəb Tayyib Ərdoğanın gizli bank hesabları Almaniya baş naziri Merkelin əlinə keçib.

Alman kəşfiyyatı İsveçrədən Ərdoğana aid gizli hesablarla bağlı məlumatları alıb. Məlumata görə, Fətullah Gülən icması da Türkiyə baş nazirinə aid bu hesabları əldə etməyə çalışır.
 

Qeyd edək ki, “Wikileaks” qalmaqalları zamanı sızan məlumatlarda Ərdoğanın təkcə İsveçrədə 7 gizli bank hesabının olduğu bildirilmişdi. Almaniya baş nazirinin əlinə keçən məlumatlar da məhz bu gizli hesablarla bağlıdır.

Gürcü nazir: “Azərbaycanla aramızda elə münasibətlər yaranıb ki...”

“Azərbaycan da Türkiyə kimi bizim strateji müttəfiqimizdir. Gürcüstanla Azərbaycan arasında elə münasibətlər yaranıb ki, biz bu münasibətlər olmadan yaşaya bilmərik”.

alt
 

Bunu Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Türkiyədə nəşr olunan “Turkish policy” jurnalına deyib.

Nazir bildirib ki, Gürcüstanla Azərbaycanı yalnız enerji deyil, digər sahələrə aid layihələr də birləşdirir: “Bütövlükdə bizim gələcəyimiz regiondakı üç ölkə ilə daha geniş miqyaslı əməkdaşlıqdan asılıdır”.  

İ. Alasaniya Gürcüstanın Azərbaycan, Türkiyə və Ermənistanla həm iqtisadi, həm hərbi sənaye, həm də xarici siyasət sahəsində əməkdaşlığı genişləndirmək, bu ölkələrlə hərbi siyasət məsələlərini daha effektiv koordinasiya etmək niyyətində olduğunu vurğulayıb.

Saytda Axtarış

Son xəbərlər