Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2234
DünənDünən3331
Bu həftəBu həftə11666
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468265

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Ermənilərdən Ərdoğana cavab

alt

Türkiyədə keçiriləcək prezident seçkisinin ən real namizədi olaraq göstərilən Rəcəb Tayyib Ərdoğan “NTV”də yayımlanan “Namizədlər danışır” proqramında ermənilərlə bağlı söylədiyi fikirə görə erməni yazarların qınağına tuş gəlib.

anspress-in məlumatına görə, Türkiyədə yaşayan bir sıra erməni müxbir, yazıçı və ziyalılar Ərdoğanın söylədiyi sözlərə qarşılıq olaraq, “Bağışlayın, ermənilər” başlıqlı yazılı açıqlama ilə cavab veriblər.

Mətndə Anna Turay, Arat Dink, Ardaşez Margosyan, Aris Nalcı, Garo Paylan, Harutyun Özer, Karin Karakaşlı, Kenan Yenice, Hayko Bağdat, Nazar Binatlı, Nazar Büyüm, Ohannes Kılıçdağı, Rober Koptaş, Sebu Aslangil, Şake Yalçın, Tatyos Bebek, Yetvart Danzikyan kimi ictimaiyyət xadimlərinin imzası yer alıb.

“60 il bizə “türkəm” söylətdilər. Söylədiyimiz şeyi heç də çirkin qəbul etmədik. Bizim də içimizdə türk düşməni oldu, amma biz onu seçib baş tacı etmədik. Bu bizim təmsilçimizdir deyə ortaya çıxarmadıq.” – deyə erməni qələm adamları Ərdoğanın sözünə etirazlarını bildiriblər.

Xatırladaq ki, R.T.Ərdoğan qonaq olduğu proqramda haqqında söylənən iddialara, “Mənim üçün gürcüdür dedilər. Hətta çox daha çirkin şeylər deyənlər də oldu, ermənidir dedilər. Mənim atamdan, babamdan eşitdiyim bir şey var: Türk oğlu türkəm!” – deyə cavab verib.

“Ermənistan Gömrük İttifaqına oktyabrda qoşulacaq"

alt“Ermənistan Avrasiya Gömrük İttifaqına iqtisadi inteqrasiya ilə bağlı bütün məsələlərdə razılığa gəlib”.

Dalgatv  APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan deyib. Onun sözlərinə görə, gündəlikdə olan bütün məsələlər artıq müzakirə olunub: “Tərəfdaş ölkələrdən yeni təkliflər yoxdur”.

Ermənistanın Avrasiya Gömrük İttifaqına nə vaxt daxil olacağı ilə bağlı suala nazir belə cavab verib: “Danışıqlar adi qaydada gedir. Biz oktyabrda demişdik, deməli, oktyabrda da olacaq”.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayevin tələbi ilə Ermənistanın AGİ-yə Qarabağ əraziləri olmadan qatılmağı barədə şərt qoyulmuş, yalnız bundan sonra üzvlük barədə söhbət gedəcəyi bildirilmişdi.

Sarkisyan Putinlə görüşmək üçün Soçiyə gedir

altErməni tərəfi Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli görüşündə iştirak etməyə hazır olduğunu bildirib.

Avqustun 8-də Ermənistan prezidenti Serj Sarkisyan Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yollanacaq.

Dalgatv-nin  APA-ya istinadən verdiyi məlumata görə, avqustun 9-da S. Sarkisyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü keçiriləcək.

Erməni tərəfi Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yollarının müzakirəsi üçün Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli görüşündə iştirak etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, daha əvvəl yayılan xəbərlərə əsasən V. Putin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüş keçirəcək və Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək.

Atəşkəs rejimi 99 dəfə pozulub

altCəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 99 dəfə pozulub.

Dalgatv-nin  Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutublar.

İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vozaşen, Berkaber və Paravakar, Noyemberyan rayonunun Barekamavan, Dovex və Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Kəmərli, Fərəhli, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelər də atəşə məruz qalıb.

Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Kəngərli, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrn mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Saakaşviliyə qarşı əlavə ittihamlar irəli sürüləcək

altGürcüstanın Ədliyyə Nazirliyi ölkənin keçmiş prezidenti Mixail Saakaşvili barəsində korrupsiya ittihamı da daxil olmaqla əlavə 6 və ya 7 ittiham irəli sürməyə hazırlaşır.

Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, Gürcüstan Baş Prokurorluğu ötən gün yaydığı bəyanatda ölkə hüdudlarından kənarda olan Saakaşviliyə qarşı irəli sürülən yeni ittihamın detallarını açıqlayıb. Sabiq prezident barəsində başlanan yeni cinayət işi 2005-ci ilin yayında Gürcüstan parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkili ilə bağlıdır.

Qeyd edək ki, iyulun 28-də Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin başlandığını elan edib. İyulun 29-da isə sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması, “İmedi” telekanalını viran etmə və bu telekanalın təsisçisi Badri Patarkatsişvilinin mülkiyyətinin əlindən alınması ilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq ittiham irəli sürülüb.

Mixail Saakaşvili 2013-cü ilin noyabrında yeni prezidentin inauqurasiyasından sonra ölkəni tərk edib.

Ölkə rəhbərliyi Ağdama gedir

altBu gün, günün ikinci yarısından etibarən Azərbaycanın yüksək rütbəli məmurları Qarabağ istiqamətinə - cəbhə xəttinə gedirlər.

AzNews.az-ın məlumatına görə, Ağdam rayonundakı qaynaqlardan musavat.com-a bildirilib ki, sabah rayon ərazisində mühüm dövlət tədbiri gözlənilir. Tədbirdə dövlət ərkanı tam olaraq, iştirak edəcək.

Sayt bu barədə daha təfsilatlı bilgiyə sahib olduğuna iddia edir, lakin rəsmi açıqlama verilmədiyi və ərazinin həssas spesifikliyi nəzərə alındığı üçün bir sıra detalları açmağa ehtiyat etdiyini bildirir.

Qeyd edək ki, bu gün bir neçə mənbədə Azərbaycan ordusunun Ağdam istiqamətində irəlilədiyi haqda məlumatlar yayılsa da, Müdafiə Nazirliyi bu xəbəri təsdiqləməyib və vətəndaşları rəsmi açıqlama gözləməyə çağırıb.

Böyük Britaniya Ermənistan və Azərbaycana çağırış edib

altBöyük Britaniya Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatdır və bütün tərəfləri bu gərginliyi azaltmağa çağırır.

Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

Bəyanatda bildirilir ki, ötən həftə Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsi barədə məlumatlar yayılıb: “Çoxlu sayda itkilərin olması və ağır hərbi qurğulardan istifadə olunması haqda yayılan məlumatlar ötən 20 il ərzində atəşkəsin ən narahatverici formada pozulduğunu göstərir. Böyük Britaniya həm Ermənistanı, həm də Azərbaycanı gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə və atəşkəs rejiminə əməl etməyə çağırır”.

Bəyanatda hər iki tərəfdən itkilərin baş verməsindən kədər hissi ifadə olunur və tərəflər sülh razılaşması istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə işləməyə çağırılır.

NATO təmas xəttindəki gərginlikdən narahatdır

altUilyam Lahue: “NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” NATO son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatdır.

Bunu NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahue açıqlamasında deyib. Dalgatv APA-ya istinadən xəbər verir ki, U. Lahue NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyib və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə tərəfdar olduqlarını vurğulayıb. O bildirib ki, münaqişədə gərginliyin yaranması tək Azərbaycan və Ermənistan üçün deyil, bütün regionun sabitliyi üçün təhlükədir və hər iki tərəf bu gərginliyi aradan qaldırmaq üçün tədbirlər görməlidir.

Gürcüstan prezidentinin müşaviri Gürcüstanda səfərdə olan Azərbaycan jurnalistləri ilə görüşüb

altGürcüstan hökuməti azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasında maraqlıdır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan prezidentinin milli azlıqların məsələləri üzrə müşaviri Sofiya Şamanidi Azərbaycan jurnalistləri ilə görüşündə bildirib. Müşavirin sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edirlər: “Biz arzulayırıq ki, azərbaycanlılar yüksək hökumət postlarında təmsil olunsunlar”.

S. Şamanidi bildirib ki, dil baryeri inteqrasiya prosesinə mane olan problemlərdən biridir: “Təəssüf ki, Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlıların hamısı gürcü dilini bilmir. Hökumət azərbaycanlıların dövlət dilini bilmələri üçün bütün imkanlardan istifadə edir. Bütün Azərbaycandilli məktəblərdə gürcü dili fənni tədris olunur. Ən çətin məqam yaşlı insanların bu dili öyrənməsindədir, çünki yaşlı insanlar üçün dil öyrənmək çətindir”, deyə S.Şamanidi bildirib.

Sofiya Şamanidi qeyd edib ki, hökumət azərbaycanlıların Gürcüstanda təhsil alması üçün maraqlıdır: “Azərbaycanlı abiturientlər 1+4 proqramı üzrə ali məktəblərə qəbul olunur. Onlar ana dilindən imtahan verdikdən sonra bir il gürcü dilini öyrənir və bundan sonra gürcü dilində ali məktəbdə təhsillərini davam etdirirlər. Beləliklə, biz azərbaycanlı gənclərin digər ölkələrə təhsil almaq və qazanc arxasınca getməməsinə çalışır və onlara ali təhsil almaq imkanları yaradırıq”, deyə müşavir qeyd edib.

Gürcüstan prezidentinin müşaviri ölkədə azərbaycanlıların dini hüquqlarına da toxunub: “Hələlik dini abidələrin qeydiyyatında problemlər var. Hökumətin nəzdində dini məsələlər üzrə məşğul olan xüsusi agentlik fəaliyyət göstərir. Dini abidələrin qeydiyyatı zaman məsələsidir və düşünürəm ki, o, həll olunacaq,” deyə Şamanidi bildirib.

Müşavir Tiflisdə yeni məscid tikintisi məsələsinə də münasibət bildirib: “Əgər belə bir arzu və ehtiyac varsa, Gürcüstan müsəlmanları bu məsələni qaldıra bilər. Əgər bir məscid müsəlmanlar üçün azlıq təşkil edirsə, onlar yeni məscid tikintisi məsələsini gündəmə gətirə bilər, lakin bu barədə söhbət getmir. Gürcüstanda çoxlu məscidlər var”, deyə Şamanidi qeyd edib.

Gürcüstan prezidenti: “Əminəm ki, Azərbaycan və Ermənistan ümumi dil tapacaq”

altGürcüstan hakimiyyəti əmindir ki, Azərbaycan və Ermənistan ümumi dil taparaq razılığa gələcək.


Dalgatv-nin “Qruziya Online” saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib. “Gürcüstan bizim qardaş dövlətlərimiz arasında yaranmış vəziyyətdən narahatdır”, - deyə o, söyləyib.

G. Marqvelaşvili bölgədə gərginliyin azaldılması istiqamətindəki çağırışlara qoşulduğunu bildirib: “Bu, həm Azərbaycan və Ermənistan, həm də bölgə üçün çox böyük əhəmiyyət daşıyır. Bölgədə sabitlik bizim hamımıza lazımdır. İki ölkə arasında dialoq davam etdirilməlidir və mən əminəm ki, onlar ümumi dil tapacaq”.

"Sülh danışıqlarına başlamağın vaxtı çatıb"

alt"Ümid edirəm ki, Ermənistan və Azərbaycan prezidentləri yaxın gələcəkdə görüşüb, vacib məsələləri müzakirə etməyə razılıq verəcəklər”

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik həlak olan hərbçilərin ailələrinə başsağlığı verib və münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bəyan edib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, C. Uorlik cəbhə xəttində baş verənlərdən narahatlığını bildirib: “İlk növbədə ötən günlər baş vermiş zorakılıqlar zamanı həlak olanların ailələrinə başsağlığı vermək istərdim. Mən təmas xəttində çoxlu sayda ölümlərin baş verməsi barədə xəbərlərdən çox narahatam. Bu insidentlər münaqişənin sülh yolu ilə həlli səylərinə zərbədir. Mən tərəfləri atəşkəsə əməl etməyə çağırıram”.

C. Uorlik qeyd edib ki, həmsədrlər problemin sülh yolu ilə həllinə nail olmaq üçün tərəflərlə fəal iş aparır: “Minsk Qrupu tərəflər arasında vasitəçilik üçün yeganə format olaraq qalır. Biz münaqişənin uzunmüddətli həlli üçün bölgəyə müntəzəm səfərlərimizi və yüksək səviyyəli təmaslarımızı davam etdirəcəyik. Ümid edirəm ki, Ermənistan və Azərbaycan prezidentləri yaxın gələcəkdə görüşüb, vacib məsələləri müzakirə etməyə razılıq verəcəklər. Sülh razılaşmasına aparacaq danışıqlara başlamağın vaxtı çatıb. Əgər tərəflər doğrudan da münaqişənin həlli istəyindədirlərsə, onlar həmsədrlərlə strukturlaşmış danışıqlar prosesinə daxil olmaq barədə İsveçrənin təklifini qəbul etməlidir”.

Ərdoğan İlham Əliyevə başsağlığı verib

alt Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyənin baş naziri son günlər cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə hücumlarının qarşısını alarkən Azərbaycan hərbi qulluqçularının həlak olması xəbərindən kədərləndiyini bildirib. Bununla əlaqədar öz adından və Türkiyə xalqı adından Azərbaycan prezidentinə, Azərbaycan xalqına və şəhidlərin ailələrinə başsağlığı verib.

Dövlət başçısı başsağlığına və diqqətə görə öz adından və Azərbaycan xalqı adından Türkiyənin baş nazirinə və xalqına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı son günlər təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırıb.

Saytda Axtarış

Son xəbərlər