Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2200
DünənDünən3331
Bu həftəBu həftə11632
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468231

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Rusiyanın səsvermə hüququ əlindən alınıb

altAvropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib.

7/24news-un APA-ya istinadən verdiyi xəbərə görə, qurumun iclasında Komitə Ukraynada demokratik institutların fəaliyyəti ilə bağlı qətnamə layihəsini qəbul edib və sənəd AŞPA-nın sabahkı plenar iclasında müzakirəyə çıxarılacaq.

Sənəddə Ukraynanın ərazi bütövlüyü dəstəklənib, Rusiya tərəfinin təklif etdiyi əlavə və dəyişikliklər isə qəbul olunmayıb.

Monitorinq Komitəsinin günün ikinci yarısında keçirilmiş toplantısında isə Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin hüquqlarının alınması, 2015-ci ilədək səsvermə hüquqlarının dondurulması və ya əlavə sanksiyalarla bağlı müzakirələr keçirilib.

Bu məsələ ilə bağlı xüsusi qətnamə layihəsi də qəbul olunub. Komitə Rusiya nümayəndə heyətinin qurum daxilindəki hüquqları və AŞPA-dakı iştirakı ilə bağlı müsbət qərar versə də, gələn ilin yanvar sessiyasına kimi Rusiya nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun əlindən alınması haqda qərar qəbul edib.

Bu qərar AŞPA-nın aprelin 10-da keçiriləcək xüsusi plenar iclasında səsverməyə çıxarılacaq.

Komitənin toplantısında iştirak edən Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aleksey Puşkov bu qərarı mənfi qiymətləndirsə də, Komitə üzvlərinin Rusiya nümayəndə heyətinin tam hüquqlarının əlindən alınması və AŞPA-dan xaric edilməsinə səs vermədiklərini bildirib: “Bu qərar da bizim üçün çox mənfi hal hesab olunur, lakin bizim Assambleyadan uzaqlaşdırmamıza səs verilmədi. Yəni biz AŞPA-nın yay sessiyasından etibarən bütün il boyu fəaliyyət göstərəcəyik, sadəcə səsvermə hüququmuz olmayacaq. Lakin biz öz aramızda müzakirə aparıb qərar qəbul etdikdən sonra çox güman ki, bu qərara da etiraz olaraq, bu sessiyanı tərk edib gedəcəyik”.

Azərbaycan prezidenti sabah İrana rəsmi səfər edəcək

altAzərbaycan prezidenti İlham Əliyev sabah İrana rəsmi səfər edəcək.


APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında həyata keçiriləcək.

Azərbaycan prezidenti aprelin 9-da Səədabad tarixi-mədəni kompleksində iranlı həmkarı tərəfindən rəsmi şəkildə qarşılanacaq.

Bundan əlavə, İ. Əliyev və H. Ruhaninin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparacağı bildirilir.

Eyni zamanda hər iki ölkənin prezidenti arasında bir sıra sənədin imzalanması gözlənilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan prezidentinin İrana səfəri ikitərəfli münasibətlərin genişləndirilməsi və sürətlənməsi baxımından mühümdür.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər və müzakirələr qədim bağlar, tarixi, mədəni və dini ortaqlıqlara əsasən geniş olduğuna görə inkişaf üçün xeyli sahələr var: “Azərbaycan prezidentinin İrana səfəri zamanı imzalanması planlaşdırılan sənədlər artıq hazırdır. Hər iki ölkənin prezidenti regional məsələlər barədə də fikir mübadiləsi aparacaq. Bu görüşdə İranla Azərbaycanın dostluq və qardaşlıq sahəsində irəliyə doğru bir addım atacağına ümidvarıq. Azərbaycan prezidentinin İrana səfəri iki ölkə arasında münasibətlərin genişləndirilməsi və sürətləndirilməsi üçün başlanğıcdır. İnşallah, İlham Əliyevin səfərinin yaxın gələcəkdə iki ölkənin mənafeyinə müsbət təsirləri olacaq”.

İran XİN sözçüsü həmçinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun da Tehrana səfər edəcəyini deyib: “Hər bir ölkənin diplomatik qaydasına əsasən səfərdə prezidentləri nazirləri müşayiət edirlər. Ona görə də Azərbaycan müdafiə nazirinin prezident İlham Əliyevin İran səfərindəki nümayəndə heyətinin tərkibində olması təbii və məqsədəuyğundur. İki ölkə münasibətlərini genişləndirməkdə qətiyyətlidir. Məsələ ondadır ki, münasibətləri möhkəmləndirmək istəyən ölkələrin bir sıra diplomatik mərhələləri və münasibətləri keçməsi lazımdır. Bununla həmin ölkələr daha yaxşı münasibətlər qurur. Xoşbəxtlikdən hər iki ölkə qədim əlaqələrə və ortaq cəhətlərə görə bu mərhələləri keçməklə bir addım öndədir”.

Baş nazir Ərdoğan Azərbaycana səfəri zamanı nurçularla mübarizə məsələsini müzakirə etdiyini açıqlayıb

alt

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı “paralel yapı” adlandırdığı Fətullah Gülən icması (nurçular) ilə mübarizə məsələsinin müzakirə olunduğunu açıqlayıb.


APA-nın xəbərinə görə, baş nazir bunu rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısında çıxışında bildirib. O, “qardaş ölkə Azərbaycana səfərimiz zamanı paralel yapı məsələsini müzakirə etdik. Beynəlxalq platformalarda bu məsələ gündəmimizdə olacaq”, - deyib.

R. T. Ərdoğan Fətullah Gülənin din adamı deyil, qanunsuz örgüt (təşkilat) lideri və holdinq rəhbəri kimi fəaliyyət göstərdiyini vurğulayıb, bu icmanı xəyanət şəbəkəsi adlandırıb. O, sıravi nurçuları bu şəbəkədən uzaqlaşmağa çağırıb.

Xatırladaq ki, APA R. T. Ərdoğanın Azərbaycana səfəri zamanı Azərbaycanda nurçularla əlaqəsi olan şəxslərin siyahısını təqdim etdiyi barədə məlumat yaymışdı.

CHP-də kütləvi istefalar davam edir

alt

Türkiyənin Trabzon şəhərində keçirilən bələdiyyə seçkilərindən sonra bölgə CHP-çiləri kütləvi şəkildə istefa verib.

"Axar.az" xəbər verir ki, CHP daxilində partiya əleyhinə qərarların verilməsi, seçkilərdə partiya namizədlərinə səs verilməməsi üçün əlindən gələni edənləri səbəb göstərən Trabzon CHP-çiləri kütləvi şəkildə istefa veriblər.

Qeyd edək ki, Trabzonun Vakfıkəbir ilçəsinin rəhbəri 50 ildir bu bölgədə seçkilərə namizəd çıxara bilmirdi.

CHP-nin problemlərinin çox olduğuna diqqət çəkən Kəskin mövcud partiya üzvlərinin üzvlükdən çıxarılaraq yeniləri ilə əvəzlənməsinin lazım olduğunu bildirib.

Con Kerri Azərbaycana gəlir

alt

Azərbaycan ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə Cənubi Qafqaza səfər edəcək.

Dalgatv anspress-ə istinadən xəbər verir ki, dövlət katibi səfər zamanı Azərbaycan və Gürcüstanda olacaq.

Con Kerrinin Ermənistanı ziyarət edib-etməyəcəyi barədə isə hələlik ABŞ Dövlət Departamentindən heç bir açıqlama verilməyib. Rəsmi Tiflisdən isə bildiriblər ki, ABŞ rəsmisi Cənubi Qafqaz səfəri zamanı Gürcüstana da baş çəkəcək.

Səfərin yaxın günlərdə baş tutacağı gözlənilir. Səfərin hansı məqsəd daşıdığı barəsində hələ heç bir məlumat verilmir.

İlham Əliyev: “Dünyada ikinci ölkələr tapılmaz ki, Türkiyə və Azərbaycan qədər yaxın olsunlar“

alt"Biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik, bütün uğurlara sevinirik və çox şadıq ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri öz dinamik inkişaf dövrünü yaşayır".

AzNews.az - ın məlumatına görə bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Prezident qeyd edib ki, bütün sahələrdə Azərbaycan və Türkiyə qardaş kimi, dost kimi birgə fəaliyyət göstərir və bugünkü səfər əsnasında apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha bizim birliyimizi təsdiq edir: "Biz siyasi sahədə müttəfiqik, bu gün dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə Türkiyə və Azərbaycan kimi yaxın olsunlar. Biz iqtisadi sahədə böyük layihələrə imza atırıq, qarşılıqlı sərmayə qoyuluşu uğurla həll edilir və Azərbaycan sərmayələri Türkiyəyə yatırılır, Türkiyə sərmayələri Azərbaycana qoyulur və bu proses uğurla davam etdirilir. Növbəti 7-8 il ərzində haradasa 20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına qoyulacaq və bu da bizim xaricə qoyduğumuz ən böyük sərmayədir. Bizi birləşdirən enerji layihələri vardır. Biz bu layihələri bərabər icra edirik və Türkiyə və Azərbaycan bu layihələrin icrasında öz liderlik rolunu göstərir. Artıq bu layihələr regional çərçivədən çıxıb dünya miqyaslı layihələrdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri dünyanın enerji xəritəsini dəyişdirmişdir".

İlham Əliyev bildirib ki, digər istiqamətlər üzrə birgə fəaliyyət göstərilir: "Bizi birləşdirən nəqliyyat, enerji dəhlizləri xalqlarımız üçün, qonşularımız üçün də böyük fayda verəcəkdir. Bu gün eyni zamanda hərbi sahədə əməkdaşıq haqqında fikir mübadiləsi apardıq, bu sahədə də çox yaxşı imkanlar var, perspektivlər var, nəticələr var".

Dövlət başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar: "Əminəm ki, belə də olacaq, buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri bu gün müzakirə edildi. Biz Türkiyə dövlətinə minnətdarıq ki, daim bizə diqqət göstərir, Azərbaycanın haqlı işində bizə həmişə dəstəkdir, dayaqdır. Bildiyiniz kimi, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz uzun illərdir ki, Ermənistan tərəfindən pozulub, torpaqlarımız işğal altındadır, bu işğal, ədalətsizlik davam edir və buna son qoyulmalıdır. Bir sözlə, bugünkü səfər bir daha bizim ikitərəfli münasibətlərimizin inkişafı üçün çox gözəl addım olmuşdur. Çox şadam ki, yenidən öz dostum və qardaşımla görüşürəm. Bir daha sizə, bütün türk xalqına xöşbəxtlik və yeni uğurlar arzu edirəm".

İlham Əliyev və Erdoğanın görüşü keçirilib

altAzərbaycan prezidenti İlham Əliyev Bakıda işgüzar səfərdə olan Türkiyə baş naziri Recep Tayyip Erdoğanla görüşüb.

Dalgatv-nın APA-ya istinadən verdiyi xəbərə görə, dövlət başçısı Türkiyənin baş nazirini sarayın həyətində qarşılayıb.

İlham Əliyev və Recep Tayyip Erdoğan rəsmi foto çəkdiriblər.

Sonra təkbətək görüş olub. Görüşdə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Bu səfərin ölkələr arasında ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmi qeyd edilib, Azərbaycanla Türkiyə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Təkbətək görüş başa çatdıqdan sonra İlham Əliyevin Recep Tayyip Erdoğanla birgə naharı olub.

Aprelin 4-də həmçinin Azərbaycan prezidenti ilə Türkiyə baş nazirinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Elmar Məmmədyarov Rusiyaya səfər edəcək

altAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının Moskvada keçiriləcək iclasına qatılmaq üçün Rusiyaya işgüzar səfər edəcək.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, iclas aprelin 4-də olacaq.

NASA Rusiya ilə əməkdaşlığa son qoyur

altABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Rusiya ilə əməkdaşlığa son qoyur.

Dalgatv-nin Anspress-ə istinadən verdiyi xəbərə görə, buna səbəb isə Krım məsələsidir. Əməkdaşlığıa son qoymaqla NASA Rusiyanın siyasətinə etiraz edir.

Bununla yanaşı, NASA Rusiya ilə hazırda 1 ABŞ astronavtının olduğu Beynəlxalq Kosmik Staniyada işlər davam etdiriləcək.

NASA-nın əməkdaşları ilə xüsusi əmrlər olmadan Rusiyaya getmək, elektron poçtla məktublaşmaq və rus əməkdaşlar ilə telekonfrans aparmaq, onlarla beynəlxalq tədbirlərdə görüşmək, rus nümayəndələrin NASA-ya səfərləri qadağan olacaq.

İlham Əliyev daha bir sərəncam imzaladı

altAzərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"na əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə müəyyənləşdirilmiş vəzifələrə və "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 mart tarixli 2815 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
1. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramının layihəsini 4 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin".

NATO Rusiya ilə əməkdaşlığı dayandırır

altNATO ölkələrinin XİN rəhbərləri Brüsseldə keçirilmiş görüşdə Rusiya ilə, siyasi dialoq istisna olmaqla, bütün mülki və hərbi əməkdaşlığı dayandırmağa qərar veriblər.
“Biz NATO və Rusiya arasında mülki və hərbi sahələrdə əməli əməkdaşlığa son qoymağı qərara aldıq”.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə görüşün yekunlarına dair qəbul olunmuş bəyanatda deyilir.

“Lazım olduqda, əsasən də Ukrayna ətrafında yaranan hazırkı böhranla bağlı fikir mübadiləsinin aparılması üçün bizim Rusiya-NATO Şurası çərçivəsindəki siyasi dialoqumuz səfirlər və daha yüksək səviyyədə davam etdirilə bilər”, deyə sənəddə bildirilir.

Recep Tayyip Erdoğan Azərbaycana gələcək

altTürkiyənin baş naziri Recep Tayyip Erdoğan Azərbaycana gələcək.

Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, aprelin 4-də Bakıya gələcək Erdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Səfər bir gün çəkəcək.

Saytda Axtarış

Son xəbərlər