Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2181
DünənDünən3331
Bu həftəBu həftə11613
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468212

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Ermənistan və Rusiya prezidentlərinin görüşü keçiriləcək

altErmənistan prezidenti Serj Sarkisyan bu gün Moskvaya səfərə yollanacaq.

Dalgatv APA-ya istinadən xəbər verir ki, sabah S.Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Səfər zamanı Ermənistan prezidenti həmçinin Rusiya, Belarus, Qırğızıstan və Tacikistan prezidentlərinin qeyri-rəsmi görüşünə qatılacaq.

“Rusiya qoşunlarını Ukrayna sərhədlərindən geri çəkib”

alt“Rusiya öz qoşunlarını Ukrayna sərhədlərindən geri çəkib. Hazırda ordu hissələri müntəzəm təlimlərin keçirildiyi yerlərdədir”.
Bunu Rusiya prezidenti Vladimir Putin ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Dalgatv APA-ya istinadən xəbər verir ki, o, bu barədə: “Bizə hər dəfə deyirdilər ki, Ukrayna sərhədindəki qoşunlarımız narahatlıq doğurur. Biz onları geri çəkdik və indi qoşunlar poliqondadır. Bunu indiki müasir kəşfiyyat vasitələrinin köməyi ilə yoxlamaq mümkündür, kosmosdan da hər şey görünür”, - deyə söyləyib.

V. Putin Ukraynadakı durumun müzakirəsi üçün beynəlxalq dəyirmi masanın keçirilməsini dəstəklədiklərini də açıqlayıb: “Bu yaxınlarda mən Almaniyanın federal kansleri, xanım Merkellə danışdım. O, Kiyevin cənub-şərqlə dialoqunu dəyirmi masa şəklində təşkil etməyi təklif etdi. Biz bunu dəstəkləyirik. Hər şey etmək lazımdır ki, Ukraynanın cənub-şərqindəki insanlar mayın 25-də keçiriləcək prezident seçkilərindən sonra onların qanuni hüquqlarının təminat altına alınacağına inansınlar”.

İlham Əliyev: “Tbilisidə sərgilənən birlik unikal xarakter daşıyır“

alt

"Əminəm ki, bugünkü zirvə görüşü üçtərəfli əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm olacaqdır. Azərbaycanı Gürcüstan və Türkiyə ilə tarix bağlayır. Tarixi əlaqələr, mədəniyyət, xalqlarımız arasındakı dostluq və qardaşlıq bağlayır. Və bu möhkəm zəmin üzərində bizim ikitərəfli münasibətlərimiz də qurulmuşdur". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Tbilisidə keçirilən sammitindən sonra mətbuata bəyanatla çıxışında deyib.

Gürcüstan Prezidentinə ona və nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığını bildirən İlham Əliyev qeyd edib ki, qardaş Gürcüstan torpağında yenidən olmasından çox məmnundur.
Dövlət başçısı bildirib ki, artıq hər üç ölkə sınaqdan da keçib: "Və həm Gürcüstan ilə, həm də Türkiyə ilə Azərbaycanın çox yaxın dostluq və qardaşlıq üzərində qurulmuş münasibətləri var. Mən çox şadam ki, artıq üçtərəfli format da öz əhəmiyyətini göstərir. Əvvəlki dövrlərdə də üçtərəfli görüşlər keçirilmişdi, təbii ki, beynəlxalq layihələrin icrası ilə əlaqədar zirvə görüşləri olmuşdur. Bugünkü zirvə görüşü həm də əvvəlki illərdə görülən işlərin təhlilini aparmaq üçün əhəmiyyətli idi. Eyni zamanda və ən önəmlisi, hesab edirəm ki, bu gün gələcək əməkdaşlıq haqqında çox geniş, səmimi fikir mübadiləsi aparılıb".

İlham Əliyevin sözlərinə görə, bu gün nazirlər müxtəlif layihələri onlara təqdim ediblər: "Bir daha görüləcək işlər haqqında fikir mübadiləsi apardıq. Ancaq hesab edirəm ki, zirvə görüşünün əsas nəticəsi ondan ibarətdir ki, Gürcüstan, Türkiyə və Azərbaycan bir daha üçtərəfli formatda bizim dostluq və tərəfdaşlıq münasibətlərimizi təsdiqlədilər. Bu çox önəmlidir. Çünki bizi birləşdirən layihələr həm ölkələrimiz, həm xalqlarımız, həm də qonşularımız üçün və qitə üçün əhəmiyyətlidir".
Prezident vurğulayıb ki, vaxtilə uğurla icra edilmiş neft-qaz layihələri, nəqliyyat layihələri, investisiyalarla bağlı layihələr bizim ölkələrimizi daha da sıx birləşdirir: "Və deyə bilərəm ki, hazırda nəinki regionda, eləcə də dünya miqyasında bu üçtərəfli format maraq doğurur. Bu, əslində unikal bir formatdır. Çünki burada üç müstəqil dövlət qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın maraqlarına cavab verən bərabərhüquqlu münasibətləri artıq qurmuşdur".

İlham Əliyev hesab edir ki, bu təcrübə başqa ölkələr üçün də cəlbedici ola bilər: "Bizim münasibətlərimiz əməkdaşlıq üzərində qurulub. Ən əsas məsələ bundan ibarətdir. Bu əməkdaşlıq nəticəsində hər bir ölkə böyük fayda, xeyir götürür, bizim birgə layihələrimiz üç ölkənin maraqlarına xidmət göstərir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri artıq regional çərçivədən çıxıb və beynəlxalq əhəmiyyət daşıyan layihələrdir. Xüsusilə, enerji təhlükəsizliyi ilə bağlı məsələlər bu gün dünya miqyasında ən önəmli məsələ kimi tanınır və dünya gündəliyində demək olar ki, birinci sıradadır. Üç ölkə öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir. Bu, əməkdaşlığımızın gözəl nəticəsidir. Gələcəkdə bizim üç ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edəcəkdir. Yəni bu gün burada aparılan danışıqlar və müzakirələr dünya üçün, Avropa üçün böyük əhəmiyyət daşıyır. Keçən ilin sonunda Bakıda "Şahdəniz-2" layihəsinə start verildi. "Şahdəniz-2", Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin inşası Avropanın bir nömrəli, ən böyük infrastruktur layihələridir. Bu layihələrə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollar səviyyəsində olacaq. Bu vəsaiti biz qoyacağıq ki, öz maraqlarımızı təmin edək və Avropanın enerji təhlükəsizliyinə də öz töhfəmizi verək".

Dövlət başçısı bildirib ki, bu layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılacaqdır, biznes imkanları yaranacaqdır: "Bu gün bu barədə fikir mübadiləsi apardıq ki, bizim biznes strukturlarımız da bu layihələrdə fəal iştirak etsin və buna hazır olsunlar. Bu, investisiya imkanlarımızı daha da genişləndirəcəkdir. Yəni bizim ölkələr xarici sərmayə qoyuluşu üçün daha böyük məna daşıyacaq və bu da hər bir ölkənin marağındadır. Hətta inkişaf etmiş ölkələr xaricdən investisiyaları cəlb etmək istəyirlər. Azərbaycan, öz növbəsində, ən böyük investiyaları Türkiyə və Gürcüstana edir. Bu da bizim birliyimizin təzahürüdür. Bizim bütün təşəbbüslərimizin təməlində xalqlarımızın iradəsi və güclü siyasi iradə dayanır. Əsas şərt budur. Biz bu təməl üzərində münasibətləri qururuq, konkret layihələrlə bu münasibətləri zənginləşdiririk. Bu gün burada, Tbilisidə sərgilənən birlik dünya miqyasında unikal xarakter daşıyır. Mən bu dostluğa, əməkdaşlığa görə öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm. Biz bu gün fikir mübadiləsi əsnasında qərara gəldik ki, belə zirvə görüşləri müntəzəm keçirilsin və əgər etiraz olmazsa, növbəti zirvə görüşü Azərbaycanda keçirilsin ki, biz bu xoşniyyətli əməkdaşlığı bundan sonra da davam etdirək".

Gürcüstan Prezidentinin adından rəsmi nahar verilib

altMayın 6-da Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə rəsmi nahar verilib.

“2014 Tiflis sammiti” başlayıb

altTiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə sammit başlayıb.
Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, “2014 Tiflis sammiti” adlı təbdir Gürcüstan parlamentinin Milli Kitabxanasında keçirilir.

Sammitə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül və Gürcüstan prezidenti Georgi Marqvelaşvili qatılıb.

Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçirilir, cari və planlaşdırılmış gələcək layihələr müzakirə edilir.

Xatırladaq ki, “2014 Tiflis sammiti” Georgi Margvelashvilinin Azərbaycan və Türkiyəyə səfərləri zamanı planlaşdırılıb.

YAP-dan Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət

altHakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın sabiq üzvü, keçmiş deputat Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirib.
Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov hər şeyin hüquq çərçivəsində həll olunduğunu deyərək, məhkəmənin qərarına hörmətlə yanaşdıqlarını qeyd edib.

S. Novruzov G. Əhmədovanın yenidən YAP-a üzv ola biləcəyini də istisna etməyib: “Şərti azadlıq müddəti bitdikdən sonra müraciət edərsə, baxıla bilər”.

Ramiz Mehdiyevin oğlu Kəmaləddin Heydərovun müavini oldu - SƏRƏNCAM

alt

Prezident İlham Əliyev bu gün daha iki sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncam Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinlərinin sayının artırılması ilə bağlı olub.

Sərəncamda bildirilir ki, Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də “dörd müavini” sözləri “altı müavini” sözləri ilə əvəz edilsin.

Bununla da, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev prezidentin sərəncamı ilə Kəmaləddin Heydərovun müavini təyin olunub. Ölkə başçısının digər sərəncamı ilə millət vəkili, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov da Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilib.

İlham Əliyev Gürcüstana səfər edəcək

alt

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin dəvəti ilə Gürcüstana səfər edəcək.

Dalgatv-nin  Anspress-ə istinadən verdiyi məlumata görə, səfər may ayında baş tutacaq.

Verilən məlumata görə, altı may tarixində Tiflisdə Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə toplantısı keçiriləcək.

Həmçinin bu tarixində, türk və gürcü iş adamlarının iştirakı ilə İşgüzar Forumun da keçirilməsi nəzərdə tutulur.

Zirvə toplantısında gündəlik və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Krım sakinləri üçün Rusiya pasportu hazırlanıb

altRusiya pasportu əldə etmək üçün Krımın artıq 500 min sakini müvafiq qurumlara müraciət edib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) açıqlamasında artıq 350 min Rusiya pasportunun hazırlandığı bildirilir.

Rusiya FMX-si bundan əvvəl Krımda tezliklə iki mln insana Rusiya pasportunun veriləcəyini bəyan etmişdi.

ABŞ Şimali Koreyaya hərbi güc təbiq edə bilər

altPrezident Barak Obama ABŞ-ın öz müttəfiqlərinin müdafiəsi üçün Koreya Xalq Demokratik Respublikasına qarşı hərbi güc tətbiq etmək məsələsində tərəddüd etməyəcəyini bildirib.
Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, B. Obama Cənubi Koreyaya səfəri zamanı bu ölkədəki 28 min nəfərdən ibarət ABŞ hərbi kontingentinə müraciət edib.

“ABŞ-ın Koreya Respublikasının təhlükəsizliyinin təmin olunmasına dair öhdəliyi təcavüz təhlükəsi qarşısında daha da möhkəmlənir. Biz müttəfiqlərimizin və həyat tərzimizin müdafiəsi üçün hərbi gücdən istifadə etmək məsələsində tərəddüd göstərməyəcəyik”, - deyə B. Obama söyləyib.

Qeyd edək ki, Şimali Koreya öz tarixində dördüncü dəfə nüvə sınağı keçirməyə hazırlaşdığını açıqlayıb.

“Rusiya bəşəriyyəti üçüncü dünya müharibəsinə sürükləyir”

alt"Rusiya Ukraynada atdıqları addımlarla bəşəriyyəti üçüncü dünya müharibəsinə sürükləməyə çalışır".

Dalgatv-nin  APA-ya istinadən verdiyi məlumata görə, bunu Ukrayna baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında deyib.

"Rusiyanın Ukraynaya qarşı təcavüz cəhdləri Avropada hərbi münaqişə ocağının yaranmasına gətirib çıxaracaq. Dünya II dünya müharibəsini unutmayıb. Rusiya isə üçüncü dünya müharibəsinə başlamaq istəyir", - deyə o vurğulayıb.

Obama Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

altABŞ prezidenti Barak Obama cümə günü bir neçə Avropa Birliyi dövlətinin başçıları ilə danışıqlar apara bilər. Obama Britaniyanın baş naziri Devid Kemeronla, Fransa prezidenti Fransua Olland, Almaniyanın kansleri Angela Merkel və İtaliya baş naziri Matteo Rensi ilə danışıqlar aparmağa hazırlaşır.

Dalgatv-nin Anspress-ə istinadən verdiyi xəbərə görə, Obama Ukraynada vəziyyətlə əlaqədar olaraq Rusiyaya qarşı yeni sanksiyaları Avropa Birliyinə qəbul etdirmək istəyir.

Avropa Birliyinin üzvlərinin arasında fikir ayrılıqları yaşanıb. Bəzi Avropa dövlətləri, xüsusilə Almaniya və İtaliyanın iqtisadi sanksiyaların tədbiqi ilə bağlı yubanması Amerikanı narahat edib. Bu məsələdə ABŞ AB ilə birlikdə hərəkət etməyə üstünlük verir.

Amerika hakimiyyəti mümkün qədər tez Rusiya Federasiyasına qarşı sanksiyaları qəbul etmək istəyir. Onlar hesab edirlər ki, Rusiya Cenevrə razılaşmalarının şərtlərini yerinə yetirmir.

Saytda Axtarış

Son xəbərlər