Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2179
DünənDünən3331
Bu həftəBu həftə11611
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468210

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İlham Əliyev Sarkisyanın çıxışına cavab verib

altErmənistan prezidenti Serj Sarkisyan Praqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində çıxışı zamanı Türkiyənin ünvanına ittihamlar səsləndirib.

Dalgatv-nin  APA-ya istiənadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb.

“Sarkisyan bütün çıxışını qondarma soyqırımla bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr etdi. Azərbaycan Prezidenti İlham Əliyev isə Sarkisyana Türkiyənin tədbirdə iştirak etməməsindən istifadə etdiyini deyib, “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!” söylədi”, deyə N. Məmmədov qeyd edib.

Səfirdən Ərdoğanın bəyanatına - Münasibət

alt

Ermənilər bütün dünyaya qəbul etdirmək istədikləri qondarma erməni soyqırımının 99-cu ildönümünü qeyd edir.

Bu ərəfədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanat verərək həmin hadisələrdə ölən ermənilərin nəvələrinə başsağlığı verməsi birmənalı qarşılanmayıb. Türkiyənin Azərbaycandakı səfiri Ərdoğanın bu jestinin arxasında dayanan məqamları açıqlayıb.

Türkiyənin Azərbaycandakı səfiri Alpər Coşqunun sözlərinə görə, o zaman yaşanan hadisələri ermənilərin etdiyi kimi mütəmadi və ya digər bütün kədərləri yox sayaraq öz kədərini ön plana çıxarıb bunu bayağı şəkildə həm öz xalqına, həm də dünyaya qəbul etdirmək təşəbbüsü ilə 21-ci əsrdə bir gələcək yaratmaq olmaz: “Bizim o dövrün həqiqətlərini incəliklə araşdırmağımız lazımdır. Türkiyənin baş nazirinin dünənki ifadələrilə ortaya qoyduğu mövqeyin səbəbini də hər kəs yaxşı anlasın, onsuz da bu sadədir. Bu özümüzə olan inamımızdır, tariximizə olan inamımızdır.”

İlham Əliyev “Şərq tərəfdaşlığı“ Sammitində iştirak etdi

altBu gün Çex Respublikasının paytaxtı Praqa şəhərində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının növbəti Sammiti işə başlayıb.


AzNews.az xəbər verir ki, bu Sammit "Şərq tərəfdaşlığı"nın 2009-cu ildə keçirilmiş Praqa Sammitinin beşinci ildönümünə həsr olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Sammit Praqa qəsrində dövlət və hökumət başçılarının rəsmi qarşılanma mərasimi ilə başladı.

İştirakçı ölkələrin dövlət bayraqlarının dalğalandığı meydanda dövlət və hökumət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Çexiya Prezidenti Miloş Zeman Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Daha sonra Sammitin birinci iclası keçirildi.

Prezident İlham Əliyev iclasda iştirak etdi.

Çex Respublikasının Prezidenti Miloş Zeman Sammiti açaraq iştirakçı ölkələrin dövlət və hökumət başçılarını salamladı. O, "Şərq tərəfdaşlığı" Proqramının ötən beş ildə böyük inkişaf yolu keçdiyini dedi, bu istiqamətdə görülən tədbirlərin iştirakçı ölkələri Avropa dəyərlərinə və meyarlarına daha da yaxınlaşdırdığını vurğuladı.

Çexiya dövlətinin başçısı qarşıda duran vəzifələrdən danışarkən əmin olduğunu bildirdi ki, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcək.

Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle "Şərq tərəfdaşlığı" Proqramının beşinci ildönümü münasibətilə təbriklərini çatdırdı. Komissar bu görüşün 2013-cü ildə Vilnüsdə keçirilmiş "Şərq tərəfdaşlığı" Sammiti ilə gələn il Riqada təşkil ediləcək növbəti Zirvə görüşü arasında bir bağlantı olduğunu diqqətə çatdırdı.

Sonra müzakirələr başladı.

"Şərq tərəfdaşlığı" Proqramı Avropa İttifaqının yeni layihələrindən biri hesab olunur. Proqram 2008-ci ilin mayında Avropa İttifaqının üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanı əhatə edən "Şərq tərəfdaşlığı" Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Bu proqram Avropa İttifaqına daha da yaxınlaşmağı, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməyi nəzərdə tutur, demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.

"Şərq tərəfdaşlığı" Sammiti ilk dəfə 2009-cu ilin mayında Praqada keçirilmişdir. İkinci Sammit 2011-ci ilin sentyabrında Varşavada, üçüncüsü isə ötən ilin noyabrında Vilnüsdə təşkil edilib.

Obama İranın yeni səfirinə qadağa qoyub

altABŞ prezidenti Barak Obama İranın BMT-dəki yeni səfirinin ölkəyə buraxılmamasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, layihəyə əsasən, terrorçu kimi ifşa edilmiş şəxslərin ABŞ ərazisinə daxil olub Nyu-Yorkda yerləşən BMT-da xidmət göstərməsi qadağan olunur.

Qeyd edək ki, İranın BMT Daimi nümayəndəliyinin rəhbəri təyin edilmiş Həmid Əbutalibinin 1979-cu ildə Tehrandakı ABŞ səfirliyi əməkdaşlarını girov götürmüş tələbə qrupunun iştirakçısı olduğu bildirilir.

H.Abutalıbi ona qarşı irəli sürülən ittihamları təkzib edib, həmin hadisələr zamanı sadəcə tərcüməçi işlədiyini bildirib.

İran qərarın beynəlxalq qanunlara zidd olduğunu və digər şəxsi təyin etməyəcəyini bəyan edib.

Yanukoviç terror təşkilatının yaradılmasında ittiham olunur

alt

Ukrayna Baş Prokurorluğunun qaldırdığı yeni cinayət işində sabiq prezident Viktor Yanukoviçin adı hallanır.

Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, konkret olaraq Yanukoviç və onun komandasında yer almış digər yüksək çinli məmurlar terror təşkilatının yaradılmasında ittiham edilir.

Ukrayna Baş Prokurorluğu bildirir ki, eks-prezidentlə yanaşı Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Aleksandr Yakimenko və sabiq daxili işlər naziri Vitali Zaxarçenko 2014-cü ilin fevralın 20-də Kiyevdə kütləvi insan ölümünə səbəb olan terrorçu təşkilat yaradıblar. Həmin təşkilata Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları və Daxili qoşunların əsgərləri cəlb olunub.

"Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir"

alt"İndi bizim üçün Dağlıq Qarabağdakı vəziyyəti daha çox diqqətə almağın, münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinin və yüz minlərlə məcburi köçkün düşmüş azərbaycanlının evlərinə qayıtmasının tam zamanıdır".

Dalgatv-nin  Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Deyvid Deyvis bildirib.

D.Deyvis Avropa Azərbaycan Cəmiyyətinə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanat ünvanlayıb.

Bəyanatda Qərb dövlətlərinin liderlərinin Ukraynanın ərazi bütövlüyünə göstərdikləri kəskin dəstəyin Azərbaycana göstərilməməsi və Dağlıq Qarabağ məsələsində ikili standart siyasətinin yürüdülməsi pislənilir.

Bəyanatda deyilir: "Ukraynada baş verən son hadisələr bizə bir daha sabitliyin Avropa üçün nə qədər önəmli bir ünsür olduğunu xatırlatdı. Rusiyanın Krımı özünə birləşdirməsi Barak Obama, Deyvid Kameron, Angela Merkel də daxil olmaqla Qərb liderlərinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə nəticələndi. Onlar Rusiyanı etdiyi hərəkətə görə qınamaqda və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləməkdə tamamilə haqlı olaraq yekdil mövqe göstərirlər. Lakin bu bizim Azərbaycana qarşı ikili standartlarla yanaşmamızı də üzə çıxarır. Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir parçasıdır, lakin biz eyni liderlərin kəskin dəstəyini Ukrayna məsələsində olduğu kimi eşitmirik. Böyük Britaniya BP şirkəti vasitəsilə Azərbaycanda ən böyük sərmayəçidir və münaqişənin yenidən qızışacağı təqdirdə biz çox şey itirəcəyik".

“NATO-nun şərqə doğru genişlənməsindən qorxmuram”

alt"NATO-nun şərqə doğru genişlənməsindən qorxmuram. Bundan heç kim qorxmamalıdır, lakin eyni zamanda durumu soyuqqanlı dəyərləndirmək lazımdır".

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O qeyd edib ki, Krımla bağlı qərarın qəbulunun səbəblərindən biri NATO-nun şərqə doğru genişlənməsi olub.

“Mən deyəndə ki, NATO-ya yeni ölkələrin qoşulmasına ehtiyac yoxdur, təhlükəsizliyə dair ikitərəfli saziş əsasında əməkdaşlıq qurula bilər, bizə dedilər ki, bu sizin işiniz deyil. Ona görə də əgər birdən NATO qoşunları Sevastopolda peyda olsa idilər, bu, artıq Rusiya üçün geosiyasi əhəmiyyət kəsb edəcəkdir. Yəni Rusiya Qara dəniz bölgəsindən sıxışdırılıb çıxarılacaqdır. Odur ki, NATO-nun genişlənməsi məsələsində bütün amilləri nəzərə alacağıq və müvafiq addımlar atacağıq. Rusiyanın təhlükəsizliyinin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə o vurğulayıb.

Sergey Aksyonovu Krımın qubernatoru təyin olunub

altRusiya prezidenti Vladimir Putin Krımın baş naziri Aksyonova qubernator səlahiyyətlərini icra etməyi təklif edib.

Dalgatv.ge APA-ya istinadən verdiyi məlumata görə, bunu Putin bu gün Aksyonovla görüş zamanı bəyan edib.

“Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq qubernatorun səlahiyyətlərini icra edəni təyin etmək lazımdır. Bu gün bu barədə müvafiq fərman imzalanacaq”, - deyə Putin bildirib.

Putin həmçinin Krım qanunverici orqanlarına seçkilərin sentyabrın 14-də baş tutacağını bəyan edib.

Aksyonov, öz növbəsində, Krımın seçkilərə hazır olduğunu vurğulayıb.

Bundan əvvəl, Krımın Dövlət Şurası Putinə regiona başçılıq etmək üçün Aksyonovun namizədliyini irəli sürüb.

Bu gün Gürcüstanda 9 Aprel faciəsinin qurbanları yad edilir

altBu gün Gürcüstanda 1989-cu il aprelin 9-da baş verən faciənin 25-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, gürcü xalqı və Gürcüstanda yaşayan digər millətlərin nümayəndələri Şota Rustaveli prospektində yerləşən Gürcüstan parlamentinin keçmiş binası qarşısındakı “9 Aprel” abidəsi önünə gedərək ora gül-çiçək dəstələri qoyurlar.

Bu gün Gürcüstanın prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, müdafiə naziri İrakli Alasaniya, digər hökumət üzvləri, keçmiş baş nazir Bidzina İvanişvili, çoxsaylı ictimaiyyət nümayəndələri, ictimai xadimlər, diplomatik korpus nümayəndələri 9 aprel qurbanlarını anıblar. G. Marqvelaşvili jurnalistlərə açıqlamasında faciə qurbanlarının azadlıq uğrunda həlak olduqlarını bildirib: “Azadlıq elə bir yüksək dəyərdir ki, onun yolunda həyatdan keçməyə dəyər”.

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da abidə önünə əklil və gül-çiçək dəstələri qoymaqla faciə qurbanlarını yad ediblər.

Qeyd edək ki, 1989-cu il aprelin 9-da Tiflisdə müstəqillik tələbi ilə keçirilən kütləvi aksiyanın dağıdılması zamanı hadisə yerində 16 nəfər həlak olub, sonra bu rəqəm 21-ə çatıb.

İlham Əliyev Həsən Ruhanini Azərbaycana dəvət edib

altİlham Əliyev Həsən Ruhanini Azərbaycana dəvət edib

Azərbaycan və İran arasında rəsmi sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani mətbuata açıqlama veriblər. İ. Əliyev İranın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyinin çox vacib olduğunu söyləyib.

Dalgatv APA-ya istinadən xəbər verir ki, dövlət başçısı bəyan edib ki, bu münaqişə BMT qətnamələri çərçivəsində öz həllini tapmalıdır: “Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır. Bu baxımdan İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaya qoyduğu mövqe ədalətə daha yaxındır və bu mövqeyə görə sizə minnətdarıq. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri işğal altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb. İşğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb”.

Azərbaycan prezidenti vurğulayıb ki, iranlı həmkarı ilə müxtəlif sahələrdə əməkdaşlıq barədə fikir mübadiləsi aparıb: “İki ölkə arasında iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində gözəl imkanlar var, həmçinin enerji sahəsində əməkdaşlıq uğurludur. Bu gün enerji sahəsində imzalanmış müqavilə iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirəcək. Eyni zamanda, Azərbaycan və İran hərbi sahədə də əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə yollar axtaracaq. Təbii ki, humanitar və mədəniyyət sahəsində əməkdaşlıq xüsusi məna daşıyır. İki ölkə arasında tarixi bağlılıq insanlar üçün çox vacibdir və xalqlarımız uzun illərdir dinc şəraitdə birgə yaşayırlar. Azərbaycan və İran xalqlarını dərin tarixi və mədəni köklər bağlayır və bu gün iki ölkənin əlaqələri bu möhkəm zəmin üzərində qurulub. Əminəm ki, bütün qarşımıza qoyduğumuz məqsədlərə çatacağıq və birgə səylərlə digər sahələrdə də İran-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıracağıq”.

İ. Əliyev İrana səfərindən məmnun olduğunu qeyd edib: “Mən bu səfəri İran-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük addım hesab edirəm. Bu, mənim İrana üçüncü rəsmi səfərimdir. Səfərlərin sayı özlüyündə bir göstəricidir. Biz iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etməsini istəyirik və buna nail olmaq üçün indi çox gözəl imkanlar var. Biz ilin əvvəlində Həsən Ruhani ilə Davosda görüşmüşük. Bu gün isə İranda bizim siyasi dialoqumuz davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimiyyətlə müzakirə etdik. Biz beynəlxalq təşkilatlarda çox uğurlu fəaliyyət göstəririk. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatında bizim fəaliyyətimiz çox uğurludur”.

İlham Əliyev İran prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib. H. Ruhani münasib bir zamanda Azərbaycana gələcəyini açıqlayıb.

Azərbaycanla İran arasında dörd sənəd imzalanıb

altAzərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri çərçivəsində iki ölkə arasında bir sıra sahələr üzrə sənədlər imzalanıb.

Dalgatv-nin  Trend-ə istinadən verdiyi xəbərə görə, "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikasının Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb. Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın gənclər və idman naziri Mahmud Qudərzi imzalayıb.

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və İran İslam Respublikası Daxili İşlər Nazirliyi arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İran DİN-in rəhbəri Əbdülrza Rəhmani Fəzli imzalayıb.

Bundan əlavə, "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında hidrometeorologiya məsələləri və onunla əlaqəli işlər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb. Sənədi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, İran tərəfdən isə yol və şəhərsalma naziri Abbas Axundi imzalayıb.

"Azərbaycan Respublikası və İran İslam Respublikası hökuməti arasında Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında Saziş" də imzalanıb. Sazişi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın energetika naziri Həmid Çitçiyan imzalayıb.

Xarkov respublikasının yaradıldığı elan edilib

altUkraynada Xarkov vilayət şurası Xarkov xalq respublikasının yaradılmasını elan edib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi məlumata görə, müvafiq qərar Xarkov vilayət şurasının növbədənkənar toplantısında deputat seçilmiş rusiyameylli fəallar tərəfindən qəbul olunub.

Eyni zamanda, onlar bütün dövlət qurumlarının səlahiyyətlərini öz üzərilərinə götürdüklərini bəyan ediblər.

Saytda Axtarış

Son xəbərlər