Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2142
DünənDünən3331
Bu həftəBu həftə11574
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468173

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Türkiyə səfirliyi atəşə tutuldu - Erməni xisləti

altTürkiyənin Rusiyadakı səfirliyinin binası atəşə tutulub. 
AzNews.az-ın məlumatına görə, yerli media hüquq-mühafizə orqanlarına istinadən yazır ki, atəş ov tüfəngindən açılıb. 

“Dobriy Les” şirkətinin baş direktoru, 43 yaşlı Artur Mirzoyanın hədəfi Türkiyənin gerbi olub.

Onun açdığı hər iki atəş hədəfə dəyib.

A. Mirzoyan hadisəni törədəndən sonra gizlənmək istəsə də, səfirliyin binasını mühafizə edən polis onu saxlayıb. 

Saxlanılan şəxs hadisənin motivini açıqlamayıb.

Polis ehtimal edib ki, insidentin səbəbi ermənilərin türklərə qarşı uzun illərdən bəri davam edən ədavətdir. 

İnsident nəticəsində xəsarət alan olmayıb.

Obama İŞİD-ə qarşı vuruşan orduya səlahiyyət verib

altBarak Obama İŞİD-ə qarşı vuruşan orduya tam səlahiyyət verib.

Dalgatv-nin  Anspress-ə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Barak Obama İŞİD terror təşkilatına qarşı hava hücumlarının həyata keçirilməsi üçün tam səlahiyyət verib.

Obama, İraq təhlükəsizlik qüvvələrinin Mosul bəndini geri almaq üçün hazıladığı əməliyyata dəstək olmaq məqsədilə ABŞ ordusuna İraqda hava hücumları etmək barədə yazılı təlimat çatdırıb. Bu haqda Ağ Ev Milli Təhlükəsizlik Şurasının məsləhətçisi Keytlin Heyden açıqlamasında bildirib.

Şimali İraqı su və elektriklə təchiz edən bənd və elektrik stansiya, avqustun 7-də cihadçılar tərəfindən işğal olunub. Bənd mühüm strateji obyektidir: əgər o, partladılsa Mosulu 20 metrlik dalğa örtəcək.

Qeyd edək ki, ABŞ ordusu iki gündür xüsusilə, Mosul bəndi yaxınlığındakı İŞİD mövqelərini hava hücumlarına məruz qoyur.

Bu xəbər düz çıxsa Türkiyəni fəlakət gözləyir

altTürkiyədə qarşıdakı illərdə havanın temperatu normadan 10 dərəcə yüksələcək. Buna səbəb ölkədə yaşıllıqların məhv edilməsidir. 
ANS PRESS-in məlumatına görə, bu barədə Beynəlxalq Hava və İqlim Mərkəzi açıqlama yayıb.
Açıqlamaya görə, Türkiyədə yağışlar az-az yağmağa başlayacaq, lakin şiddətli yağışlar olacaq. Qışın quraq keçəcəyi proqnozlaşdırılır. Türkiyənin Qara dəniz bölgəsinin cənub hissəsindən quraqlıq başlayacaq, iqlim isinəcək.
Bu ayın əvvəllərində Türkiyədə baş vermiş qasırğalar da elə iqlim dəyişikliyinin nəticəsidir. Mütəxəssislər hesab edir ki, Aralıq dənizi sahillərində yaşıllıqlar azaldığına görə havanın kirliliyi çoxalıb. İstanbul səmasında isə krili hava soyuq hava küütlələri ilə toqquşanda qasırğalar əmələ gəlir.

Putin Sevastopol və Krımın rəhbərləri ilə görüşüb

altRusiya prezidenti Vladimir Putin Sevastopolun qubernatoru vəzifəsini müvəqqəti icra edən Sergey Menyaylo və Krımın rəhbəri Sergey Aksyonov ilə görüşüb.

Dalgatv APA-ya istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, görüşdə dövlət başçısı məmurlarla bölgələrdəki aktual məsələləri müzakirə etməyi planlaşdırıb.

Bundan əvvəl Sevastopola səfər çərçivəsində Rusiya prezidentinin Qara dəniz donanmasının qərargahında Təhlükəsizlik Şurasının üzvləri ilə birlikdə operativ müşavirə keçirəcəyi bildirilmişdi.

Məlumata görə, müşavirədə bölgədəki korrupsiya ilə bağlı məsələlər, hüquq-mühafizə orqanlarının fəaliyyətindəki problemlər, Krım və Sevastopolun təhlükəsizliyinin təmini məsələsi müzakirə olunub.

Vladimir Putinin səfəri avqustun 14-dək davam edəcək.

Soçidə ABŞ-a açılan “ikinci cəbhə”: Putin Qarabağı “SSRİ-yə qaytarır” - TƏHLİL

alt

Vladimir Putin Soçidə Qarabağ münaqişəsini “SSRİ-dən qalan miras” problem adlandırdı. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünün ən diqqət çəkən detalı budur. Putin ilk dəfə olaraq Dağlıq Qarabağ məsələsini beynəlxaq müstəvidən çıxarmağa cəhd göstərdi və bunu postsovet məkanının problemi hesab etdiyini vurğuladı.

Mesaj kifayət qədər ciddidir: 1992-ci ildən beynləxalq vasitəçilərin müzakirə stoluna çıxarılmış “Qarabağ problemi” 20 ildən artıqdır ki, ATƏT-dən həlli gözlənilən bir münqaişəyə dönüb. Bu illər ərzində saysız-hesabsız danışıqlar, Minsk Qrupunun vasitəçilərinin səfərləri, həmsədr ölkə prezidentlərinin birgə bəyanatları səslənib. Nəticə isə yoxdur...

Bu illərdə ictimai rəydə öz etimadını itirmiş ATƏT-in konfliktin həlli üçün göstərdiyi bütün çabaları sabun köpüyündən başqa bir şey olmadı. Moskva da öz növbəsində illərlə Azərbaycan torpaqlarının işğalına göz yumaraq, Avropa və Qərbin tarazlı mövqeyinə şərik çıxıb və ABŞ-la birlikdə regionda razılaşdırdığı sabitliyin “keşiyində” durub.

Kremlin Vaşinqtonla münasibətləri indi çox pisləşib. Ukrayna hadisləri faktik olaraq 1945-ci ildə Avropanın sərhədlərini formalaşdıran Yalta konfransının qərarlarını dağıdaraq, tamamilə yeni bir müstəvini ortaya qoyub. SSRİ-nin böyük səyi və geopolitik nüfuzu ilə 1975-ci ildə Helsinkidə imzalanmış Yekun Aktı indi əhəmiyyətsiz bir vərəqə çevrilib. Halbuki, məhz bu Akt İkinci Dünya Müharibəsindən sonra sərhədlərin dəyişdirlməsini qadağan edirdi. Belə bir şəraitdə ABŞ-la Rusiya qarşıdurması ırazi və etnik münqişələrdən əziyyət çəkən ölkələr üçün ciddi fəsad verə biləcək situasiya yaradıb. Bakı və Yerevan da bu yeni müstəvinin yaratdığı böhranın ilk “qaranquş”larındadır.

Qəfil Soçi görüşü ABŞ üçün hazırda ciddi müzakirə mövzusudur və Putinin “təzə xanə”dən başlamaq mesajı Ağ Ev üçün bəzi tərəddüdlər yaradacaq. Əgər Ukraynada davam edən böhranın fonunda Moskva Cənubi Qafqazda “yeni cəbhə” açacaqsa, bu, regionda illərlə tər töküb özünə xeyirli geosiyasi format yaratmış ABŞ-ı Moskva ilə güzəştli danışıqlara başlamağa vadar edəcək.

Qərb bunun ilk fəsadını 2008-ci ildə Gürcüstan müharibəsi zamanı yaşayıb. Tiflisə dirənən rus tanklarının lüləsini zorla qaytara bilən Fransa prezidenti Sarkozinin Moskva ilə imzaladığı saziş hələ də bu böhranın detallarını özündə gəzdirir. Putin Soçidə Qarabağ müzakirələri keçirməklə və keçmiş SSRİ-ni xatırlatmaqla əslində Qərbə nümayiş etdirdi ki, böyük güclərin dünya üçün razılaşdırdığı təhlükəszilik təminatları dağıdılırsa, o zaman hər kəs vaxtilə malik olduğu “payı”nı geri qaytarmaq haqqı qazanır.

Belə xaotik və mürəkkəb situasiyada Moskva tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının geostrateji bazarlığa çıxarılması cəhdi yolverilməzdir. Soçi görüşündə Putinin münaqişənin həlli ilə bağlı yeni heç bir təklifi olmadı. Yeni təklif heç ola da bilməzdi: rəsmi Bakı Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın azad olunmasını və 7 rayonun qaytarılmasını, BMT TŞ-nin 4 qətnaməsinin icra olunmasını tələb edir. Prezident İlham Əliyevin Soçidə bunu bir daha vurğulaması Bakının münaqişə ilə bağlı mövqeyində dəyişikliyin olmamadığını nümayiş etdirdi.

Bəs Moskva necə? Putin gah münaqişəni “SSRİ-nin mirası” adlandırır, gah da davanın həll olunması üçün aparılan “beynəlxaq səyləri” dəstəklədiyini deyir. Belə sürüşkən mövqe Moskvanın regionda maraqlarına cavab verirsə, Kemlin Vaşinqtonla apardığı qlobal müharibədə keçərli olmaya da bilər. ABŞ artıq bir müddətdir ki, Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılmasını tələb edir və Ermənistana açıq mövqeyini bildirir.

Bu illərdə heç vaxt Avropa və ABŞ-ın Qarabağla bağlı belə yekdil mövqeyinin şahidi olmayan Yerevan isə panikaya düşüb. Yerevanın Moskvanın onun geopoltik maraqlarını qoruyan oyununa qoşulması isə Cənubi Qafqazda yeni bir siyasi böhrana yol açan situasiyının yaranması deməkdir. Putin Soçidə məhz bunu nümaiyş etdirməyə çalışdı. Azərbaycanın isə güzəştə getməyə heç bir variantı qalmayıb. Zatən atəşəksə əməl etməsi Bakının ən böyük güzəştidir.

Əli Həsənov İlham Əliyevlə Serj Sərkisyanın görüşündəki detalları açıqladı - MÜSAHİBƏ

alt"Təəssüf edirik ki, Sarkisyanın bu hərəkəti bizi də bu qapalı görüşdə müzakirə olunan bəzi məsələlər haqqında açıqlama verməyə məcbur edir"

Dalgatv  Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsini təqdim edir

- Əli müəllim, prezidentlərin Soçi görüşündən sonra Ermənistan Prezidenti Serj Sarkisyan görüşdə müzakirə olunan məsələlərlə bağlı bəzi açıqlamalar verib. Bu açıqlamalarda səslənən fikirlərə münasibətinizi öyrənmək istərdik.

- Təəssüf edirik ki, S.Sarkisyan artıq neçənci dəfədir ki, qarşılıqlı razılaşmanı pozaraq prezidentlər arasında keçirilən qapalı görüşdə müzakirə olunan məsələlərin bəzi detallarını açıqlayır. Ən acınacaqlı hal isə odur ki, o, tərəflərin həmin görüşdə qaldırdığı məsələləri, ortaya qoyduğu mövqeni təhrif edir, öz subyektiv mülahizələrini Ermənistanın maraqlarına uyğunlaşdıraraq saxtalaşdırır. Əlbəttə, ölkə rəhbəri və prezident olaraq belə şeylər ona qətiyyən başucalığı və şöhrət gətirmir. Bu faktlar açıqlanmalı olsaydı, görüşdən sonra prezidentlər mətbuat konfransı keçirər və bütün məsələləri üz-üzə şərh edərdilər. Görüş bitəndən sonra öz ölkəsinə qayıdaraq, müzakirə edilən məsələləri yenidən öz subyektiv mülahizə və maraqlarını əlavə etməklə, təhrif olunmuş formada yerli ictimaiyyətə çatdırmağı və “yalançı qəhrəman”a çevrilməyi isə yalnız Sarkisyan kimilər edə bilər.

- Artıq Sarkisyan bunu edib. Odur ki, görüşdə müzakirə olunan bəzi məsələlərə aydınlıq gətirmək və müəyyən detalları dəqiqləşdirməyə ehtiyac duyulur. Bu haqda Azərbaycan ictimaiyyətinə nəyi söyləmək mümkündür?

- Bir daha təəssüf edirik ki, Sarkisyanın bu hərəkəti bizi də bu qapalı görüşdə müzakirə olunan bəzi məsələlər haqqında açıqlama verməyə məcbur edir. Bəli, Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev işğal olunmuş ərazilərdə erməni dəstələri tərəfindən ələ keçirilmiş kəlbəcərli iki girovun məsələsini qaldırıb. Məlum olduğu kimi, girovlardan biri Rusiya vətəndaşıdır və onun ailəsinin Rusiya Prezidentinə müraciəti yayılıb. Azərbaycan Prezidenti görüşdə həmin müraciəti Prezident Vladimir Putinə çatdırıb və görüş əsnasında girovların azad edilməsi məsələsini qaldırıb. Prezident İlham Əliyevin fikrincə, ermənilər bu iki kəlbəcərlini heç bir əsas olmadan “təhlükəli diversant”lar kimi qələmə verib və onların ətrafında KİV-də eybəcər şou yaradıblar. Halbuki onların ailə üzvlərinin verdiyi məlumata görə, bu iki şəxs neçə illərdir ki, öz vətəndaşlıq hüquqlarından istifadə edərək ermənilərin işğalı altında olan doğma kəndlərinə - valideynlərinin qəbrini ziyarət etməyə gedirlərmiş. Onlardan birinin Rusiya vətəndaşı olduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin Prezident Vladimir Putindən bu məsələyə münasibət bildirməsini istəməsi isə tam təbiidir və söz yox ki, bu, dinc sakinlərin qeyd-şərtsiz azad olunması məqsədi daşıyır.
Bundan başqa, Azərbaycan Prezidenti üçtərəfli görüşdə işğal bölgəsində və qoşunların təmas xəttində erməni silahlı qüvvələri tərəfindən öldürülmüş əsgərlərin və dinc sakinlərin meyitlərinin müharibə qanunlarına uyğun olaraq, qeyd-şərtsiz geri qaytarılmasını tələb edib. Hətta görüşdə Prezident İlham Əliyev üzünü Sarkisyana tutaraq belə bir ifadə də işlədib: “İşğalçı erməni əsgərlərinin cəbhə bölgəsində ələ keçirdiyi girovlar və meyitlərin üzərində törətdikləri vəhşi əməlləri heç Hitlerin zamanında faşistlər də etməmişdir. Meyitə belə hörmətsizlik etmək olmaz, bu, insana yaraşan əməl deyil”. Prezident, həmçinin meyitlərin dərhal öz ailələrinə təhvil verilməsini tələb edib.
S.Sarkisyan əlbəttə, Azərbaycan Prezidentinin bu mühakiməsi qarşısında ciddi bir arqument tapa bilmədiyindən 2010-cu ilin iyununda cəbhə bölgəsində minalanmış sahəni cəsarətlə keçərək düşməni onun öz silahı ilə ağır itkilərə məruz qoyan və qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olan Mübariz İbrahimovun cəsədinin geri qaytarılması ətrafında Azərbaycanın apardığı təbliğata toxunub və azərbaycanlıları “Mübariz İbrahimovu qəhrəman kimi təqdim edərək ermənilərə göz dağı verməkdə” günahlandırıb. Prezident İlham Əliyev isə cavabında S.Sarkisyana xatırladıb: “Müharibənin öz qanunları var. Mübariz İbrahimovu biz qəhrəman kimi qələmə verməmişik. O, təkbaşına erməni əsgərlərinin qoruduğu səngəri dağıdaraq, ondan artıq işğalçı əsgəri öldürmüş və özü də həyatını qəhrəmancasına qurban vermişdir. Müharibə qanunlarına görə, tərəflər qəhrəmanlara hörmətlə yanaşmalıdır. Mübariz İbrahimov əsl qəhrəmanlıq nümunəsi göstərmiş və haqlı olaraq da Milli Qəhrəman adını qazanmışdır”. Prezident İlham Əliyev S.Sarkisyandan qəhrəmanlara məhz qəhrəman kimi yanaşmağı tələb edib.

- Əli müəllim, Serj Sarkisyan öz çıxışında, eyni zamanda, ermənilərin son diversiya hərəkətləri vaxtı Azərbaycanın daha çox itki verdiyini, ermənilərinsə “öz gücünü” nümayiş etdirdiyini bildirib və erməni xalqını sanki bu “faktla” sakitləşdirməyə cəhd göstərib. Bununla bağlı nə deyə bilərsiniz?

- Sarkisyan əlbəttə ki, bu günlərdə baş verən təxribat-diversiya nəticəsində Ermənistanın işğalçı ordusunun itkilərini bilərəkdən gizlətməyə çalışır və bu faktı ört-basdır etmək istəyir. Halbuki bütün daxili və xarici mənbələrin məlumatları son hadisələrdə Ermənistanın 50-yə yaxın itki verdiyini təsdiqləyir. İtkiləri gizlətmək Ermənistanın hərbi-siyasi dairələrinə heç zaman müyəssər olmayacaq. Məsləhətdir ki, S.Sarkisyan Cənubi Qafqazda gələcək sülhə birbaşa zərbə vuran bu kimi təxribatçı halları davam etdirməkdənsə, erməni xalqını müharibənin girovunda saxlamaqdansa, son bir ildə ölkəsini kütləvi şəkildə tərk edən, iş və çörək axtarışında bütün dünyaya səpələnmiş həmvətənlərinin qeydinə qalsa daha yaxşı olar...

Ermənilər Azərbaycan əleyhinə yeni aksiyaya başladılar

altErmənistan hərbi birləşmələrinin kəşfiyyat-diversiya qruplarının qoşunların təmas xəttində Azərbaycan Ordusunun postlarına hücumundan sonra aldıqları adekvat cavabdan narahat olan erməni ictimaiyyəti sosial şəbəkələrdə aksiyaya başlayıb.
AzNews.az-ın məlumatına görə, tarixi Azərbaycan torpaqlarında və de-fakto bizə məxsus ərazilərdə həyata keçirdikləri qətliamları, terror aksiyalarını ört-basdır etmək istəyən ermənilər öz yalanlarını indi də sosial şəbəkələr vasitəsilə, fərqli şəkildə təqdim etməyə çalışırlar.

Azərbaycan Ordusunun işğalçı erməni hərbi birləşmələrinə endirdiyi əks zərbələri müharibənin başlanması kimi bəyan edən aksiya təşkilatçıları guya, hücumları dayandırmağı tələb edirlər.

Erməni mediası yazır ki, sosial şəbəkələrdə yayılan bu aksiya ABŞ-da “Ay Data” qrupu tərəfindən təşkil edilib. Kampaniya təşkilatçıları dünyadakı ermənilər də müraciət edərək aksiyada iştirak etməyə çağırıblar.

Həyasızcasına faktları inkar edən müraciət müəllifləri yenə də erməniləri məzlum xalq kimi təqdim etməyə çalışıblar: “Azərbaycanın Ermənistan və Dağlıq Qarabağ istiqamətindəki hücumları son 20 ilin ən dəhşətli əməliyyatı kimi qiymətləndirilir. Bu əməliyyat zamanı onlarla insan dünyadan köçüb və ermənilər müharibə ilə hədələnib”.

Ermənilər ATƏT- in Minsk Qrupunun həmsədrlərinə müraciət ediblər.

Vladimir Putin Krıma səfər etdi

alt

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə birlikdə Krıma səfər edib.

Dalgatv-nin  İTAR-TASS-a istinadən verdiyi məlumata görə, V. Putin yarımadaya ikigünlük səfərinə Sevastopol şəhərindən başlayıb.

Sevastopola səfər çərçivəsində Rusiya prezidenti bu gün Qara dəniz donanmasının qərargahında operativ müşavirə keçirəcək.

Bu, Krımın 2014-cü ili martında Rusiyaya birləşdirilməsindən sonra, Putinin yarımadaya ikinci səfəridir.

V. Putin avqustun 14-də Yaltaya da səfər edəcək, orada “Mriya” kurort kompleksinin tikintisi ilə tanış olacaq.

Rusiya prezidentinin Çexovun Ev Muzeyinə baş çəkəcəyi də gözlənilir.

Prezidentlər telefonda müzakirə aparıblar

altRusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Aleksandr Lukaşenko ilə telefon söhbətində ABŞ və Avropa Birliyinin sanksiyalarına cavab tədbirləri barədə müzakirə aparıb.

Dalgatv APA-ya istinadən xəbər verir ki, telefon söhbətində formalaşmaqda olan Avrasiya Gömrük İttifaqı çərçivəsindəki bir sıra əməkdaşlıq məsələləri müzakirə edilib. İdxalı qanunsuz sayılan məhsulların Qazaxıstan və Belarus vasitəsilə Rusiya ərazisinə gətirilməsinə yol verməmək diqqətdə olub. Ukraynadakı böhranın tezliklə dinc yolla həlli naminə göstərilməsi mümkün olan beynəlxalq səviyyəli cəhdlərin formatı barədə fikir mübadiləsi də aparılıb. Liderlər Ukraynanın cənub-şərqindəki vəziyyətdən dərin narahatlıqlarını ifadə ediblər.

“Cəsədlər qaytarılmayana qədər atəşkəs olmayacaq”

alt“Bu gecə İsrail Qəzza üzərində yenidən uçuşlara başlaya, yerüstü əməliyyatların genişləndirilməsi məsələsi gündəmə gələ bilər. Hərbi əməliyyatları belə sonlandıra bilmərik”.

Dalgatv  APA-ya istinadən xəbər verir ki, bunu İsrailin informasiya naziri Gilad Ardenne İsrail ordu radiosunda çıxışı zamanı deyib.

İsrailin xarici işlər naziri Aviqdor Liberman isə hökumət nümayəndələri ilə keçirdiyi toplantıda son döyüşlər zamanı həlak olan iki İsrail əsgərinin cəsədi geri qaytarılmayana qədər heç bir atəşkəs razılaşmasının qəbul edilməyəcəyini bildirib.

“HAMAS-ın vəziyyəti anlamaq qabiliyyəti yoxdursa, Məhəmməd əd-Deyf, İsmayıl Haniyə və digər liderlərinin cəsədlərini də görəcəklər”, - deyə A. Liberman qeyd edib.

O əlavə edib ki, davam edən 72 saatlıq atəşkəsin sonunda vəziyyətdə dəyişiklik baş verməsə, İsrail nəzarəti ələ alaraq bu məsələni bitirməlidir.

Xatırladaq ki, avqustun 11-də tərəflər arasında razılaşdırılan 72 saatlıq atəşkəs bu gecə sona çatır.

“Putinlə danışıqları davam etdirmək lazımdır”

alt“Qərbin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, Ukraynadakı böhranla bağlı Vladimir Putinlə danışıqları davam etdirmək lazımdır”.

Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel “Sächsische Zeitung” qəzetinə müsahibəsində deyib.

“Mən çalışıram ki, sanksiyalara baxmayaraq, Rusiya ilə danışıqlar qırılmasın”, – deyə Merkel qeyd edib.

Kansler əlavə edib ki, rəsmi Berlinin Ukrayna böhranındakı mövqeyi məlumdur, Ukraynanın öz müqəddəratını azad və demokratik şəkildə müəyyən etməsini dəstəkləyir: “Amma bunu Rusiya da qəbul etməlidir. Danışıqlar yolu ilə razılığa gəlmək lazımdır”

Qızıl Xaç nümayəndələri Kəlbəcər girovlarının yanına getdilər

altBeynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılara dünən növbəti dəfə baş çəkiblər. Bu barədə Modern.az saytına BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

BQXK nümayəndəsi girovların səhhəti barədə danışmayaraq, əlavə heç nə demək istəməyib. “Qızıl Xaç Komitəsinin nümayəndələri gördüklərini ictimaiyyətlə bölüşmür”,-deyə o, bildirib.

Qeyd edək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Sonuncu öldürülərək Dağlıq Qarabağda dəfn olunub.

Saytda Axtarış

Son xəbərlər