Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2215
DünənDünən3331
Bu həftəBu həftə11647
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468246

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan Prezidenti fransalı həmkarı ilə görüşəcək

altGürcüstan Prezidenti Georgi Marqvelaşvili mayın 13-də fransalı həmkarı ilə görüşəcək. Fransua Olland Qafqaz turnesini Tbilisidə başa çatdıracaq.

O, artıq Bakıda və İrəvanda olub.

Dalgatv-nin  Trend-ə istinadən verdiyi xəbərə görə, Gürcüstan Prezidentinin Avlabar iqamətgahında rəsmi qarşılanma mərasimi keçiriləcək, bundan sonra iki ölkənin prezidentləri təkbətək, sonra isə geniş tərkibdə görüşəcəklər.

Fransua Olland və Georgi Marqvelaşvili gürcü və xarici jurnalistlər üçün birgə mətbuat konfransı keçirəcəklər.

Səfər çərçivəsində Fransa Prezidenti Gürcüstanın Baş naziri ilə görüşəcək və Gürcüstan-Fransa iqtisadi forumunda iştirak edəcək.

Fransa nümayəndə heyəti Gürcüstana səfərini bu gün başa vuracaq.

Donetsk xalq respublikası müstəqilliyini elan edib

altQondarma “Donetsk xalq respublikası” özünü müstəqil dövlət elan edib.

Dalgatv APA-ya istinadən xəbər verir ki, “Donetsk xalq respublikası” müvəqqəti hökumətinin həmsədri Denis Puşilin: “Biz, Donetsk xalq respublikasının xalqı, 2014-cü il, mayın 11-də keçirilən referendumun nəticələrinə görə, DXR-ın suverenliyi haqqında deklarasiyaya əsaslanaraq elan edirik ki, Donetsk xalq respublikası bundan sonra müstəqil dövlətdir”, - bəyan edib.

Həmçinin qondarma respublika Rusiya Federasiyasına onun tərkibinə qoşulmaq üçün müraciət ünvanlayıb.

Qeyd edək ki, mayın 11-də Ukraynanın Donetsk və Luqansk vilayətlərində regionların statusu barəsində referendum baş tutub.

Prezident ailəsiylə Fəxri xiyabanda

alt

Mayın 10-u Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü günüdür.

AzNews.az xəbər verir ki, hər il Heydər Əliyevin ad günü ərəfəsində olduğu kimi, mayın 10-da da səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dua oxuyurlar.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Heydər Əliyevin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun ruhu qarşısında baş əyib.

Sonra dövlət başçısı və ailə üzvləri Heydər Əliyevin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət etdilər və gül dəstələri qoydular.

Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

alt

Britaniya qoşunları Əfqanıstandan çıxdı

alt

Britaniya qoşunları Əfqanıstandan tamamilə çıxarılıb.

Dalgatv-nin  Anspress-ə istinadən verdiyi məlumata görə, Britaniya qoşunları Əfqanıstanın Gilmənd vilayətində bütün bazalarını buraxıb, yalnız özündə bu ilin sonunda hərbçilər tərk edəcəkləri Kemp Bastion baş düşərgəsini saxlayıb.

Əfqanıstanda taliblərlə mübarizənin qızğın çağında Britaniyanın 137 bazası olub.

Əfqanıstan torpağında 453 nəfər britaniyalıların böyük əksəriyyəti məhz Gilmənddə həyatını itirib - əməliyyat əyalətdə səkkiz ilə qədər uzanıb.

Böyük Britaniyanın müdafiə naziri Filip Hemmond iztirablı regiona səfər edib və əmin olduğunu bildirib ki, çoxsaylı qurbanlara baxmayaraq hərbçilər məqsədlərinə çatıb.

Avropa Rusiyanı hədələdi

altUkraynada prezident seçkiləri plana uyğun şəkildə keçmədiyi təqdirdə Fransa və Almaniya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək.

Dalgatv-nin  Anspress-ə istinadən xəbər verir ki, bu barədə sözügedən ölkələrin liderləri Fransua Olland və Angela Merkel görüşlərindən sonra bəyan ediblər. Onlar birgə bəyanatlarında Ukraynada qeyri-sabitliyin daha da dərinləşəcəyindən ehtiyat etdiklərini bildiriblər.

Bəyanatda eyni zamanda Ukraynanın Kiyevdəki hökumətini 25 mayda keçiriləcək prezident seçkilərinədək hərbi addımlardan çəkinməyə çağırış edilib. Bütün tərəfləri zorakılığa son qoymağa və qeyri-rəsmi qüvvələrin ATƏT nəzarətilə 15 mayadək tərksilah edilməli olduğu bildirilir.

Avropa liderləri öz bəyanatlarında bazar günü Ukraynanın şərqində keçiriləcək muxtariyyət referendumlarının qanuna zidd olduğunu qeyd ediblər. Olland və Merkel Rusiyaya Ukrayna sərhədindəki Rusiya qoşunlarını geri çəkməyə çağırıb.

Qeyd edək ki, NATO Rusiyanın Ukrayna sərhədində 40 minlik qoşun yerləşdirdiyini bildirsə də, Moskva hərbi qüvvələrini geri çəkdiyini deyir.

Xatırladaq ki, Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sankisyalarını elan ediblər.

Putin niyə geri çəkildi? - BAXIŞ

altƏsas problem odur ki, Rusiyanın arzuları onun imkanlarına adekvat deyil, bir daha qeyd edirik ki, iqtisadiyyatı Rusiyaya imperialist siyasət yürütməyə imkan vermir…

V.Putinin Ukraynadakı separatçılara referendumu təxirə salmaqla bağlı müraciətindən (bəzi bölgələr buna rədd cavabı versə də…) sonra rusiyalı təhlilçilər bu sual üstündə baş sındırır. Onlardan biri həmin suala orijinal cavab verib. Onun fikrincə, Putin özünün və separatçıların biabır olmasından, referendumun baş tutmayacağından qorxub. Çünki Kırımdan fərqli olaraq şərq bölgələrində hətta referendumu təşkil etmək belə o qədər də asan məsələ deyil…
Referendumun təşkilati məsələlərilə bağlı fikir deməkdə acizik. Amma elə ilk gündən diqqətimizi bir məsələ cəlb edib ki, şərq bölgələrindəki (Ukrayna) etirazlar kütləvilikdən çox-çox uzaqdır. Bu etirazlar həqiqətən də bir qrup təxribatçının hərəkətinə bənzəyir.
Amma güman edirik ki, V.Putini müəyyən mənada geri çəkilməyə məcbur edən onun Qərbin təzyiqlərini hiss etməsi oldu. Bəli, iqtisadiyyat artıq bu təzyiqləri “duyur”, hətta ən böyük iqtisadi strukturların belə səhmləri düşür və bütövlükdə iqtisadi güc ölkənin neoimperialist siyasətinə adekvat deyil…

V.Putin həm də başa düşür ki, şərqi Ukrayna məsələsində ona güzəşt olmayacaq. Demirik ki, Qərb bu məsələlərə görə Rusiyaya hərbi güc tətbiq edəcək. Yox, belə olmayacaq. Əsas problem odur ki, Rusiyanın arzuları onun imkanlarına adekvat deyil, bir daha qeyd edirik ki, iqtisadiyyatı Rusiyaya imperialist siyasət yürütməyə imkan vermir…
Ruslar nə qədər desələr də ki, V.Putin Rusiyanı xoşbəxt uşaqlıq cağına qaytardı və yaxud da ki, Rusiyaya təzədən superdövlət statusunu verdi, bütün bunlar ciddi təhlildən uzaq, bayağı və məsuliyyətsiz çağırışlardır. Necə deyər, adamı elə bu cür, tərifləyə-tərifləyə gözdən və diqqətdən salır, uçuruma itələyirlər…

Bu çağırışlarda təəccüb doğuran həm də odur ki, onlar həm də rus ziyalısının tarixi kredosuna, daim hakimiyyətin opponenti olmaq kredosuna ziddir. Amma dərindən düşünəndə görürsən ki, elə bunun özü də müəyyən mənada ziyalıların uydurmasıdır - ən azı son yüz ildə rus ziyalısı özünün və cəmiyyətin həyatı üçün məsuliyyət hissini itirib…
Demirik ki, hamı bütünlüklə ümumi xorun içində əriyib, ona qarışıb, yox, arabir fərqli çıxışlar da eşidilir. Amma onlar olduqca seyrək və zəifdir. Onları-rus ziyalılarını qınamaq fikrindən uzağıq.
Ən azı görə ki, bizə də “Bir özünüzə baxın!” deyə bilərlər. Azərbaycan ziyalısı orta statistik rus ziyalısından daha fəaldırmı? Əlbəttə ki, yox. Bu bir neçə gündə-mayın bu çağında ziyalılarımızın əvəzinə əməlli-başlı utandım...

Həm də bir məsələni duydum. Bəli, ziyalılarımız özləri istəyir ki, onlara “yuxarılar”dan tapşırıqlar verilsin, onlar da təbliğat aparsınlar...
“Təbliğat maşını”nın mühüm vinti olmaq, özünü siyasi hakimiyyətə gərəkli hiss etmək-Azərbaycan ziyalısının da ümdə arzusu budur...
Özü də bunu “xalqın xidmətində durmaq” kimi təqdim edirlər. Halbuki xalq onlardan tamam başqa şey umur, onların dilindən problemlərinin səslənməsini istəyir, əvəzində isə yüksək mənsəb sahibləri haqda təriflər eşidir...

Bəli, rusların, daha çox da meşşan düşüncəli insanların həm də belə bir fikri də var ki, hakimiyyətlə yalnız dostluq etmək lazımdır. Bu fikri də qəbul edə bilərdik, əgər bu dostluğun məqsədini-qayəsini anlaya bilsəydik.

Bu dostluq cəmiyyət və onun problemləri naminə, hakimiyyətin və mənsəb sahiblərinin yürütdüyü siyasətə müsbət mənada təsir etmək naminə olsaydı bunu başa düşmək olardı...
Amma bu dostluq tamam başqa məqsədlər üçündür, ziyalıların “özlərinə gün ağlaması” üçündür...
Bəli, V.Putindən başladıq, ondan rus ziyalısına, oradan da Azərbaycan ziyalısına keçdik. Düşünməyin ki, bu, bir fikir dağınıqlığıdır. Yox, belə deyil.

Mənim fikrimcə, həmişə bir ücbucaq olub-onun bir başında hakimiyyət, o biri başında ziyalılar, digər başında isə cəmiyyət qərar tutub...
Mexanikada üçbucaq ən möhkəm fiqurdur deyiblər. Bir şərtlə ki, onun təpələrini birləşdirən tellər güclü olsun. Amma həmişə belə olurmu? Təəssüf.

Ən azı cəmiyyətdə heç də həmişə belə olmur. Bəli, bir də görürsən ki, ictimai ücbucağın iki təpəsi-hakimiyyət və ziyalılar cəmiyyətdən xeyli uzaq düşüblər.

Düzdür, Rusiya bir qədər fərqli məsələdir. Orada imperializm bəlkə də hakimiyyəti, ziyalını və cəmiyyəti birləşdirən yeganə teldir. Amma hesabla “yeni ruslar” da olmalı idi. Bəs haradadır onlar? Niyə səsləri eşidilmir? Yoxsa onlar da elə bizim bəzi “yenilər” qədər yenidirlər?..

Mehriban Əliyeva prezidentə təşəkkür etdi

alt

Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.


 Dalgatv Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Əvvəlcə Heydər Əliyev Fondunun 10 illik fəaliyyətinə həsr edilən film nümayiş etdirilib.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev çoxşaxəli fəaliyyəti ilə nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə böyük nüfuz qazanan Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi ilə ötən 10 ildə silsilə uğurlar əldə etdiyini vurğulayıb. Dövlət başçısı “Yeniləşən Azərbaycana yeni məktəb”, “Xocalıya ədalət!”, həmçinin səhiyyə, mədəniyyət və digər sahələri əhatə edən çoxlu sayda layihənin ötən illərdə müvəffəqiyyətlə həyata keçirildiyini bildirib. Dövlət başçısı bir-birinə tamamilə zidd olan dövrlərdə Heydər Əliyevin Azərbaycanı yüksək zirvələrə qaldırdığını vurğulayıb. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində, çətin bir dövrdə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycanı böyük bəlalardan xilas etdiyini, ölkəmizin əsaslı inkişaf yoluna qədəm qoyduğunu deyib. Prezident İlham Əliyev hazırda da Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirildiyini, respublikamızda yeni 10 illik inkişaf dövrünün başlandığını bildirib.

Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib. Mehriban Əliyeva Heydər Əliyev Fondunun bütün əməkdaşları adından Fondun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. “Fond fəaliyyətinin ilk günündən Heydər Əliyevin adını daşımağa layiq olmağa çalışıb”, - deyən Mehriban Əliyeva bildirib ki, bu illər ərzində ən böyük uğur Azərbaycan xalqının etimadının qazanılması olub. Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın Azərbaycanda çoxəsrlik köklərə malik xeyriyyəçilik ənənəsini bərpa etməyə çalışdığını vurğulayıb.

Fondun çoxşaxəli fəaliyyətindən, icra etdiyi layihə və proqramlardan danışan Mehriban Əliyeva onu da qeyd edib ki, 10 il ərzində Fond tərəfindən icra olunan layihələr ölkəmizin həyatının bir çox sahələrini əhatə edib, əldə olunan nəticələr isə çox genişdir. Reallaşdırılan proqramları sadalayan Mehriban Əliyeva bildirib ki, bu gün bütün bu layihələrin nəticələri göz qabağındadır və onlar Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir

Gürcüstan parlamentinin deputatı: “Belə çıxır ki, Azərbaycan da Abxaziya və Cənubi Osetiya ilə bağlı hansısa tədbir keçirilməsinə şans verməlidir”

alt“Gürcüstan da Azərbaycan kimi işğala məruz qalıb və torpaqları işğal edilib. Belə bir ölkədə separatçılığı, işğalçılığı dəstəkləmək və ona hansısa formada dayaq olmaq ölkəmizin apardığı siyasətə uyğun deyil”.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanda yaşayan ermənilərin Tiflisdəki Apostol kilsəsinin nəzdində fəaliyyət göstərən “Ayartun” Mədəniyyət Mərkəzinin Azərbaycanın Şuşa şəhərinin işğal olunması gününü “Şuşanın Azadlığı Günü” kimi bayram etmək məqsədilə mayın 9-da təşkil edəcəyi tədbirə münasibət bildirən Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev deyib.

M. Dərziyev bildirib ki, Gürcüstan dövləti Ermənistanın işğalçılıq siyasətini qəbul etmir və Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir: “Hansısa erməni təşkilatı və yaxud kilsəsi Gürcüstanda müəyyən tədbir keçirə bilər və təbii ki, biz bunu pisləməliyik. Gürcüstan dövlətinin bu tədbirin keçirilməsinə heç bir dəstəyi ola bilməz. Gərək bizim QHT-lər bir az fəallaşsın, öz sözünü desin”.

Gürcüstan parlamentinin digər üzvü Azər Süleymanov isə APA-ya açıqlamasında ermənilərin Tiflisdə mayın 9-da keçirmək istədikləri bayram konsertindən dövlətin xəbərdar olduğunu bildirib: “Belə çıxır ki, Azərbaycan dövləti də ölkədə hansısa bir təşkilat və dini qurum tərəfindən qondarma Abxaziya, ya da qondarma Cənubi Osetiyanın müstəqilliyi, ya da hansısa anım günü ilə bağlı tədbir keçirilməsinə bir şans verməlidir. Cavaxetiyada “Gürcü Arzusu” iki erməninin namizəd kimi yerli özünü idarəetmə seçkilərində iştirakına razılıq verib. Amma 500 min azərbaycanlının yaşadığı bölgələrdə azərbaycanlı namizədin adı hallanmır. Bu, azərbaycanlılara qarşı böyük hörmətsizlikdir. Mən də sabah ermənilərin tədbirinə qarşı təşkil olunacaq böyük bir mitinqdə iştirak edəcəyəm. Mən bu gün bütün azərbaycanlıların qeyri-hökumət təşkilatlarını bu etiraz mitinqinə dəvət edirəm”.

A. Süleymanov ermənilərin kompakt yaşadığı Axalkələkdə qondarma “erməni soyqırımı” ilə bağlı abidə də ucaldıldığını bildirib: “Bu günə qədər Gürcüstanda Xocalı soyqırımına rəsmi qiymət verilməyib, eyni zamanda keçirdiyimiz tədbirlərə qısqancla yanaşılıb. Bugünkü Gürcüstan hakimiyyətinin azərbaycanlılara qarşı mövqeyi xoşagələn deyil”.

Mehriban Əliyeva: “Heydər Əliyev Fondu istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman köməyə ehtiyacı olanların yanındadır”

“2004-cü ildə Heydər Əliyev Fondu fəaliyyətə başlayanda biz qarşımıza bir məqsəd qoymuşduq - doğma xalqımıza, vətənimizə xidmət etmək. Elə ilk günlərdən biz ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrinə dərindən nüfuz edərək genişmiqyaslı layihələr həyata keçirməyə başladıq”.

APA-nın xəbərinə görə, bunu Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Milli Məclis” jurnalına müsahibəsində deyib.

M. Əliyeva bildirib ki, Fond ilk növbədə cəmiyyətin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə - valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yönəlmiş layihə və proqramların icrasına başlayıb: “Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin real nəticələri göz qabağındadır. Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən yüzlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğının göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi dünyaya tanıdılmasıdır”.

M. Əliyeva deyib ki, Heydər Əliyev Fondu istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman köməyə ehtiyacı olanların yanındadır: “ İnsanlara xidmətə yönəlmiş əməli işlərimizin ən böyük nəticəsi isə onların etimad və hörmətinin qazanılmasıdır. İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaq”.

Fondun prezidenti qeyd edib ki, onların layihələri xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına töhfə verir: “Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakımız, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir”.

M. Əliyeva Azərbaycanda mədəni irsin qorunması və təbliği sahəsində Heydər Əliyev Fondunun fəal iştirak etdiyini bildirib: “Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşası və dünyada ilk dəfə olaraq Azərbaycanda Beynəlxalq Muğam Festivalının keçirilməsi Heydər Əliyev Fondu tərəfindən təşkil olunub. Qəbələ Beynəlxalq Musiqi Festivalı, Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, dünya şöhrətli musiqiçilər Üzeyir Hacıbəyli, Bülbül, Dmitri Şostakoviç və Şopenin yubileylərinə həsr olunmuş beynəlxalq festivallar müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

Müasir İncəsənət Muzeyinin yaradılması və Azərbaycan müasir incəsənətinin dünyaya tanıdılması istiqamətində görülən işləri xüsusi vurğulamaq istərdim. Dünyanın bir çox ölkələrində təşkil olunmuş “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi çərçivəsində müxtəlif janrlarda yüzdən çox əsər nümayiş etdirilib”.

M. Əliyeva bildirib ki, Fond dünya mədəniyyəti nümunələrinin Azərbaycan tamaşaçısına təqdim edilməsinə də xüsusi önəm verir: “ Bu illər ərzində Bakıda bir çox tanınmış rəssamların sərgiləri təşkil edilib. Heydər Əliyev Fondunun artıq ölkə hüdudlarından kənara çıxmış “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı ictimaiyyətin böyük marağına səbəb olur. Tarixi-mədəni irs müntəzəm qayğı tələb edir. Mən dəfələrlə bunu söyləmişəm ki, itmiş hər hansı maddi dəyər əvəzedilməzdir və bu, gələcək nəsillərə qarşı cinayətdir. Ona görə də həm ölkəmizdə, həm də xaricdə mədəni irsin qorunması üçün əlimizdən gələni edirik. Heydər Əliyev Fondu Versal Sarayının parkındakı tarixi abidələrin, Luvr Muzeyinin, İkinci Dünya müharibəsində dağılmış Berlin qəsrinin, Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının, Kapitolini Muzeyinin Filosoflar zalının bərpa olunmasına kömək edib”.

M. Əliyeva bildirib ki, Azərbaycanın tarixi həqiqətlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, XX əsrin ən dəhşətli soyqırımı hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuş Xocalı faciəsinin, münaqişə nəticəsində ölkəmizə vurulan zərərin, işğal olunmuş ərazilərdə törədilən vandalizmin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması da Heydər Əliyev Fondunun əsas hədəflərindən biridir: “Torpaqlarımızın 20 faizinin işğalı, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olması faktlara əsaslanan acı həqiqətdir. Heydər Əliyev Fondu bu münaqişə, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərir. Bu məqsədlə xarici ölkələrdə tədbirlər keçirilir, sərgilər təşkil olunur, müxtəlif dillərdə buklet və kitablar nəşr edilir. Təəssüf ki, xalqımız tarix boyu bu kimi ədalətsizliklərlə üzləşib. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılıb”.

M. Əliyeva deyib ki, məqsəd Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq və məkrli erməni təbliğatını ifşa etməkdir: ““Xocalıya ədalət!” kampaniyasının bir çox ölkələrdə uğurla həyata keçməsinin başlıca bir səbəbi var. Bu, tarixi həqiqətlərin dünya ictimaiyyəti tərəfindən qəbul olunmasıdır”.

Azərbaycan qadınlarının ictimai-siyasi həyatdakı rolundan danışan M. Əliyeva deyib ki, Azərbaycanın gender məsələləri ilə bağlı dövlət siyasəti qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib: “Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Azərbaycan qadını öz sözünü deyir və öz mövqeyini sərbəst nümayiş etdirir”.

Ukrayna ATƏT-i qınadı: “Bizsiz danışıq olmaz”

alt

“Ukraynanın iştirakı olmadan Vladimir Putinin ATƏT-lə danışıqlar aparmaq cəhdi mənasızdır”.

AzNews.az-ın məlumatına görə, bu bəyanatla Ukrayna Xarici İşlər Nazirliyi çıxış edib. XİN-nin bəyanatında bildirlib ki, Ukraynanın iştirakı olmadan keçirilən bu görüşlərin məqsədini anlamır və Rusiya prezidenti ilə ATƏT-in nümayəndələri arasında mayın 7-də Ukrayna böhranının həlli ilə bağlı Moskvada baş tutan danışıqlardan narazıdır: "Vəziyyətin sülh yolu ilə həll edilməsi yollarının Ukraynanın iştirakı olmadan müzakirə edilməsi qeyri-məqbuldur və mənasızdır”.

Ukrayna baş naziri Arsen Yasenyuk da öz növbəsində ölkədəki vəziyyətin Moskvada Ukraynanın iştirakı olmadan müzakirə edilməsinə təəccübünü bildirib.

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkxalterlə görüşüb.

Görüşdə Ukrayna böhranı müzakirə olunub. ATƏT başçısı “Cenevre sazişi”nin Ukrayna məsələsini müzakirə edən iştirakçılarına “yol xəritəsi” təqdim edəcəyini bildirib. Bu xəritədə problemin həlli istiqamətində atılacaq konkret addımlar öz əksini tapacaq.

 

Putin azərbaycanlı jurnalisti mükafatlandırdı

alt

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı jurnalisti mükafatlandırıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, mükafatlar Krımda baş verən hadisələri obyektiv işıqlandıran və yüksək peşəkarlıq nümayiş etdirən jurnalistlərə təqdim olunub. Mükafat alanlar arasında “Birinci kanal”ın aparıcsı İradə Zeynalova da var. O, 1-ci dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” medalı ilə təltif edilib.

altRusiya mediası Putinin mükafatlandırdığı 300-ə qədər jurnalist arasında müxalif mövqeyi ilə seçilən jurnalistlərin adının olmadığını vurğulayıb. Belə ki, “Dojd” telekanalı və “Exo Moskvı” radiosunun əməkdaşları mükafatdan kənar qalıblar.

İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb

altAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri mayın altısında başa çatmışdır.

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıb.

Saytda Axtarış

Son xəbərlər