Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1758
DünənDünən3835
Bu həftəBu həftə15025
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8471624

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Əhməd Davudoğludan İlham Əliyevə təbrik

altTürkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

ANS PRESS-in məlumatına görə, təbrikdə deyilir: "Sizi doğum gününüz münasibətilə millətim, hökumətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əlaqələrimizin bugünkü strateji müttəfiqlik səviyyəsinə çatmasında Zati-alinizin dəyərli töhfələrinin oynadığı rolun əhəmiyyətini yüksək qiymətləndirdiyimizi ifadə etmək istəyirəm. Eyni zamanda, geniş dünyagörüşünüz və müdrik liderliyiniz sayəsində qardaş Azərbaycanın sürətlə inkişaf etdiyini, həm beynəlxalq aləmdə, həm də regionda getdikcə daha qüdrətli söz sahibinə çevrilməsini görməkdən çox məmnunuq.

Eyni zamanda, 2015-ci il yanvarın 15-də ölkəmizə edəcəyiniz səfər zamanı Zati-aliniz ilə görüşməkdən şad olacağam.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə ən səmimi arzularımı ifadə edirəm".

Putinin Türkiyə səfəri kimləri narahat edib?

altRusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri Amerika Birləşmiş Ştatları və Avropa Birliyini narahat edib.

ANS TV-nin məlumatına görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız açıqlamasında bildirib.

Nazir bu fikirlərində əsasız deyil! Nazir deyib ki, səfərdən dərhal sonra Vaşinqton və Brüsseldən çox saylı zənglər olub. ABŞ və Avropa Birliyi Ankaradakı sövdələşmələrin mahiyyətini öyrənmək istəyiblər. Ankaranın cavabi isə belə olub:

“Türkiyə bir ay öncə ABŞ-la bir razılıq əldə etmişdir. Bu bizim başqa ölkələrlə iş əlaqələri qurmamaq anlamına gəlmir.Türkiyə AB ilə, Azərbaycan, Rusiya, Türkmənistanla, İranla və bütün ölkələrlə iş birliyi qurmaq iqtidarındadır“.

GUAM-ın baş katibi Gürcüstanın xarici işlər naziri ilə görüşüb

alt

GUAM-ın baş katibi Valeri Çeçelaşvili Gürcüstana işgüzar səfəri zamanı bu ölkənin xarici işlər naziri, xanım Tamar Beruçaşvilli ilə görüşüb.

APA-nın GUAM-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər təşkilatın 2015-vi ildəki fəaliyyətini, yeni layihələrin həyata keçirilməsini, eləcə də GÜAM ölkələri arasında siyası və GUAM tərəfdaşları arasında parlament əməkdaşlığının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Tbilisidə Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

altGürcüstan paytaxtındakı Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində Borçalı İrəli İctimai Birliyinin (BİİB) və muzeyin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Borçalı İrəli İctimai Birliyinin sədri Məhəbbət İmanov açaraq Heydər Əliyevin Azərbaycan müstəqilliyi və azərbaycançılıq ideyaları uğrunda mübarizəsindən söhbət açıb.

Tədbirdə Tbilisi Texniki Universitetin professoru, akademik Quram Qvenadze, professorlar David Qununaşvili, İvane Ocaidze çıxış edərək Gürcüstan-Azərbaycan dostluğundan, Heydər Əliyevin Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsində olan rolundan, onun müstəqil Azərbaycan siyasətindən, Gürcüstandan keçən beynəlxalq layihələrdən və Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən güclü dövlətə çevrilməsindən danışıblar.Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən idea və ssenari müəllifi Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” filmi , eləcə də “Heydər Əliyev və Gürcüstan”kitabı gürcü və Azərbaycan dillərində nümayiş olunub. Anım gününə həsr olunan tədbirdə Tbilisidə fəaliyyət göstərən müxtəlif universitetlərin gürcü və azərbaycanlı tələbələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, media nümayəndələri iştirak edib.

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Qars Bəyanatı imzalayıblar

alt

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri dekabrın 10-da keçirdikləri dördüncü üçtərəfli görüşlə bağlı Qars Bəyanatı imzalayıblar.


APA-nın xəbərinə görə, nazirlər bəyanatda ölkələr arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişafının regionda sabitliyin güclənməsi, hər üç ölkənin rifahının yüksəlməsi, regional layihələr və investisiyalar üçün daha əlverişli mühitin yaradılması, xalqlararası münasibətlərin inkişafı kimi ümumi məqsədlərə xidmət etdiyini vurğulayıblar.

Sənəddə 8 iyun 2012-ci ildə imzalanmış Trabzon Deklarasiyası, 28 mart 2013-cü il tarixli Batumi birgə Kommunikesi, 19 fevral 2014-cü il tarixli Gəncə Bəyanatı ilə əsası qoyulmuş üçtərəfli regional əməkdaşlığın əhəmiyyəti vurğulanıb, eləcə də bu əməkdaşlıq mexanizmlərinin, siyasi dialoq və üçtərəfli səciyyəvi layihələrin icra edilməsində effektli vasitə kimi öz əksini tapdığı qeyd olunub.

Nazirlər ölkələr arasında iki və üçtərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər. Onlar bir daha strateji tərəfdaşlığa, mehriban qonşuluq, qarşılıqlı hörmət və üç ölkə arasında inama söykənən əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi istiqamətində qəti öhdəliklərini təsdiq ediblər.

Nazirlər həll edilməmiş münaqişələrin regionda sülhü, sabitliyi və iqtisadi inkişafı sarsıtdığını, buna görə də suverenliyə və beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində ərazi bütövlüyünə əsaslanan təcili həllə ehtiyac olduğunu vurğulayıblar.

Onlar regiondakı son vəziyyət haqqında fikir mübadiləsi aparıb, ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini təkrarlayıb və bu istiqamətdə Azərbaycanın Dağlıq Qarabağ regionunda və ətraf rayonlarında, Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya regionlarında münaqişələrin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığına əsaslanan təcili nizamlanması barədə çağırışlarını yeniləyiblər.

Nazirlər həmçinin əməkdaşlığın inkişafı və birgə fəaliyyətdə yeni imkanların qazanılması istiqamətində ortaq marağa uyğun regional və qlobal əhəmiyyətli üçtərəfli müntəzəm konsultasiyaların keçirilməsi barədə öhdəliklərini yenidən təsdiqləyiblər.

Nazirlər üçtərəfli görüşlərin çərçivəsinin genişlənməsindən məmnunluq ifadə edib, xüsusilə də üç tərəfli əməkdaşlığı ən yüksək siyasi səviyyəyə qaldıran və bundan sonrakı üçtərəfli görüşlərin inkişafı üçün güclü birgə öhdəliyi təsdiqləyən Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin 6 may, 2014-cü il tarixli Tiflis görüşünü alqışlayıblar.

Onlar həmçinin üç ölkənin müdafiə nazirlərinin Azərbaycanın Naxçıvan şəhərində baş tutan görüşündən məmnunluq ifadə ediblər və iqtisadiyyat nazirlərinin dördüncü görüşünün və üçtərəfli Biznes Forumun keçirilməsinin əhəmiyyətini qeyd ediblər: “Ölkələr arasında yeni yüksək gərginlikli elektrik ötürücü xətlərinin tamamlanması ilə yeni impuls almış enerji sektorunda böyüyən üçtərəfli əməkdaşlığı alqışlayıblar və Cənub Qaz Dəhlizi üçün əsas magistral rolunu oynayan və cəlb olunmuş bütün ölkələr üçün enerji təhlükəsizliyinin zəmanəti olan TANAP layihəsinin reallaşmasına tam dəstəklərini ifadə ediblər”.

Nazirlər həmçinin Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin Asiya və Avropa arasında bağlantı yaradaraq ticarət dövriyyəsi və regionda iqtisadi inkişafa verəcəyi töhfənin əhəmiyyətini bildirib və aidiyyatı qurumları layihəni vaxtında tamamlamaq üçün əllərindən gələn səyi göstərməyə təşviq ediblər: “Azərbaycan, Gürcüstan və Türkiyənin şərq və qərb, eləcə də şimal və cənub arasında mərkəzi mövqeyini qeyd edib, Böyük İpək Yolunun yenidən həyata qaytarılmasına töhfə verəcək Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının, Anakliyadakı Qara Dəniz Limanının və Mərmərə Layihəsi çərçivəsində İstanbul boğazındakı sualtı tunel layihələrini alqışlayıb və bu kontekstdə ölkələr arasında gömrük proseduralarının asanlaşdırılması və infrastrukturun təkmilləşdirilməsi ilə multimodal nəqliyyatın təşkil edilməsində əməkdaşlığı artırmaq barədə razılığa gəliblər”.

Nazirlər müntəzəm olaraq üçtərəfli görüşlərin davam etdirilməsi, bu görüşləri digər sahələrdə də inkişaf etdirərək ölkələr, eləcə də beynəlxalq təşkilatlar arasında mövcud dialoqun və əməkdaşlığın şaxələndirilməsi və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Onlar növbəti üçtərəfli görüşü 2015-ci ildə Gürcüstanda keçirməyə razılıq veriblər.

Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Tamar Beruçaşvilinin dördüncü üçtərəfli görüşü keçirilib. Görüş Türkiyənin Qars şəhərində olub.

Səfirin Qarabağ açıqlaması

alt"Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində üzərinə götürdüyü öhdəliklərə sadiq qalır."

ANS PRESS-in məlumatına görə, bunu Fransanın Ermənistana yeni təyin olunmuş səfiri Jan Fransua Şarponte bildirib.

O, Ermənistan Milli Məclisinin sədri Qalust Saakyan ilə görüşdə ermənilərə indidən xoş görünmək üçün deyib ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqlarda irəliləyişə imkan yaratmır.

Səfir vurğulayıb ki, Fransa öz öhdəliyinə uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tərəfdardır və bu prosesə əlindən gələn dəstəyi verməyə hazırdır.

Erməni parlamentinin sədri isə Dağlıq Qarabağ münaqişəsinin nizama salmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın beynəlxalq arenadakı fəaliyyətini yüksək qiymətləndirib.

ABŞ Senatında İŞİD davası

altABŞ dövlət katibi Con Kerri Konqresdən İŞİD ilə mübarizə üçün Amerikanın hərbi gücünə qadağanlar qoyulmamasını tələb edib.

ANS PRESS-in məlumatına görə, Kerri həm də ABŞ-ın əməliyyatlarının yalnız İraq və Suriya ilə məhdudlaşmamasını, həmçinin Pentaqona verilmiş icazənin daha 3 il uzadılmasını istəyib.

Senatın xarici işlər komitəsinin başçısı Robert Menendezin təklif etdiyi qanun layihəsində icazə müddətinin 3 olması nəzərdə tutulsa da, ABŞ əsgəri güjlərinin İŞİD-ə qarşı istifadəsi qadağan edilir. Həmçinin, əməliyyatlar İraq və Suriya ilə məhdudlaşdırılır.

ABŞ səfirliyindən Ramiz Mehdiyevin məqaləsinə- CAVAB

alt

ABŞ-ın Azərbaycandakı səfirliyi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan’’ məqaləsinə münasibət bildirib.

“Azadlıq” radiosunun məlumatına görə, dekabrın 9-da yayılan açıqlamada deyilir: “Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyini hər bir zaman dəstəkləyib. Müstəqilliyini əldə edən Azərbaycana müxtəlif yönümdə dəstək nümayiş etdirən Birləşmiş Ştatlar gələcəkdə də suveren tərəfdaşlıq münasibətlərin inkişafına dair öhdəliyə sadiq olacaq.

İnanırıq ki, demokratiya, iqtisadi inkişaf və təhlükəsizlik kimi sahələr Azərbaycanın uzunmüddətli tərəqqisi üçün önəmlidir. Biz sözügedən sahələrdə əməkdaşlıq təkliflərimizi davam etdirərək müsbət addımları alqışlayacağıq. Ümidvarıq ki, Azərbaycan insan haqları və digər sahələrdə üzərinə götürdüyü öhdəlikləri həyata keçirəcək, uğur və azadlığın nümunəsi olmaq üçün mühüm potensialını istifadə edəcək”.

Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin «İkili standartların dünya nizamı və müasir Azərbaycan» adlı məqaləsində ABŞ-Azərbaycan münasibətlərindən danışılır. Bildirilir ki, ABŞ rəngli inqilablar vasitəsilə özünü qane etməyən hökumətləri devirir, bu məqsədlə müəyyən QHT-ləri, vətəndaş cəmiyyətinin üzvlərini maliyyələşdirir.

İcra başçısı Həştərxanda Heydər Əliyevlə bağlı tədbir keçirdi

alt

Bu gün Rusiya Federasiyasının Həştərxan şəhərində mərhum prezident Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilib.

AzNews.az xəbər verir ki, mərasimdən öncə tədbir iştirakçıları, o cümlədən Həştərxanda səfərdə olan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev, Həştərxan vilayəti və şəhərinin rəsmi nümayəndələri, diaspor təmsilçiləri, iş adamları, ictimaiyyətin nümayəndələri, azərbaycanlı tələbələr və şəhər sakinləri tərəfindən Həştərxan şəhərindəki Heydər Əliyev parkında ucaldılmış Ulu Öndərin abidəsi önünə əklillər qoyulub.

Anım mərasimi Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli ümumtəhsil məktəbində keçirilib. Mərasimin əvvəlində tədbir iştirakçıları Heydər Əliyevin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Heydər Əliyevin həyat və fəaliyyət yolu haqqında ətraflı məlumat verib, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrdən danışıb.

Mərasimin sonunda ənənəvi olaraq Heydər Əliyev Fondu adından sözügedən məktəbin fərqlənmiş 12 şagird və 5 müəlliminə təqaüd və hədiyyələr təqdim olunub.

Ərdoğan rekorda irəliləyir

altTürkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu vəzifədə 100-cü gününü başa vurdu. ANS PRESS-in məlumatına görə, “Yatan yox, tərləyən prezident olacağam” – deyən Ərdoğan artıq bu sözünü tutmağa başlayıb. Belə ki, Ərdoğan ilk 3 ayda Türkiyənin sabiq prezidentlərini kölgədə qoymağa başlayıb.

Rəcəb Tayyib Ərdoğan 100 gün ərzində 14 dəfə xarici ölkələrə səfər edib.

Sabiq prezidentlərdən Süleyman Dəmirəl 7 il ərzində 57 ölkəyə 125, Turqut Özal vəzifəsi müddətində 29 ölkəyə 40, Kənan Evren 7 ildə 23 ölkəyə 32 dəfə səfər edib.
10-cu prezident Əhməd Necdət Səzər isə 7 il ərzində sadəcə 48 xarici səfərdə olub.

Bu istiqamətdə rekord indilik 11-ci prezident Abdullah Güldədir. Abdullah Gül prezident olduğu dövrdə 84 ölkəyə 110 dəfə səfər edib.

Ərdoğanın 3 ayda xarici səfərlər istiqamətində nümayiş etdirdiyi rəqəmlər isə ona rekokr qazandıracaq kimidir.

ABŞ Rusiya ilə savaşa başlayır

altRusiya üçün böyük təhlükə Amerikalıların qanadlı raketlərindən kütləvi şəkildə istifadəsi ola bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə "Almaz-Antey" Hava hücumundan Müdafiə Sistemi konserninin rəsmisi Pavel Sozinov açıqlama verib.

Konsernin ekpertləri son illər ABŞ ordusunun İraq, Liviyada həyata keçirdiyi əməliyyatlardan sonra belə qənaətə gəlib.

Sozinovun sözlərinə görə, hazırda Amerika Rusiyaya ilk zərbəni endirmək üçün qanadlı raketlərin sayını artırmaqla məşğuldur. ABŞ bunun üçün 7 min qanadlı raket hazırlayır.

“Ərdoğanla aramıza kimsə girə bilməz”

alt

"Ərdoğanla aramıza kimsənin girməsi mümkün deyil. Çox çətin prosesləri birlikdə keçdik. Biz tale yoldaşıyıq”.
AzNews.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu Afinadan geri dönərkən jurnalistlərin suallarına cavab verərkən deyib.

Jurnalistin “Prezidentin bəzi açıqlamaları oldu. Bunlardan biri sizinlə hörmətli prezidentin arasının dəydiyi haqda idi. Siz bu barədə nə düşünürsünüz?” sualına Baş nazir belə cavab verib: “Prezidentlə Baş nazir arasında ixtilaf çıxa bilərmi?” sualının cavabı indi çoxlarını düşündürür. Prezidentimiz da bilir, mən də bilirəm. Bunu hər kəsin də bilməsi lazımdır. Belə qəzet xəbərləriylə, şərhlərlə prezidentlə mənim aramıza kimsənin girməsi mümkün deyil. Biz tale yoldaşıyıq. Çox çətin prosesləri birlikdə aşdı. Bizim aramızdakı dostluğun siyasətlə bağlılığı yoxdur”.

“Prezidentlə niyə belə tez-tez görüşürsünüz?” sualını isə Əhməd Davudoğlu çox səmimi cavablandırıb: “Bunlar dövlət ənənəsi içində olan bir görüşdür. Onun xaricində isə hər zaman bir-birimizi axtarıb görüşə bilərik. Necə ki, keçən axşam da birlikdə yemək yedik. Amma bir həftədir görüşmürdük. Mən “Belə olmaz, darıxırıq" dedim. İndi görüşlərimiz davamlı olmur. Bu, təbiidir. Biz hər gün görüşsək, bir böhranmı çıxar? Xeyr”.

Saytda Axtarış

Son xəbərlər