Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1880
DünənDünən3835
Bu həftəBu həftə15147
Bu ayBu ay100001
Bu günə qədərBu günə qədər8471746

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Mixeil Saakaşvili: “Azərbaycan Avropada bəzi ölkələrdən daha liberaldır"

alt“Avropa öz dəyərlərini həqiqətən müdafiə etmək istəyirsə, Azərbaycanla daha yaxından tərəfdaşlıq etməlidir”.

APA-nın məlumatına görə, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Bakı III Qlobal Forumunda “Avropa İttifaqı və qonşuluq siyasəti” mövzusunda paneldəki çıxışında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının tərəfdaşlıq proqramı daha çox bu qurumun 2008-ci ildə Gürcüstanda baş verənlərə reaksiyasıdır: “Çox adam bu müharibəni lokal müharibə hesab edirdi. Lakin daha çox strateji düşüncələrə sahib şəxslər anlayır ki, dünya nizamı dəyişib və onlar tərəfdaşlığın yaranmasının vacibliyini qeyd edib. Ölkələr bu tərəfdaşlıq sahəsində çox fərqlidir. Amma ümumi məqamlar da var. Azərbaycanda olan son dəyişikliklər mənə çox gözəl təsir bağışlayır. Bəzi tərəflər Azərbaycanda insan hüquqlarının pozulduğunu iddia edir. Bunlar ikiüzlü yanaşmadır. Reallıq isə budur ki, alternativ enerji üçün real mənbə Azərbaycan qazıdır. Azərbaycan vasitəsi ilə Türkmənistan qazıdır”.

Eks-prezident ölkəsi ilə Ukrayna arasında oxşar məsələlər olduğunu qeyd edib. Onun sözlərinə görə, bunlardan biri Rusiya fenomenidir: “Digər məsələ korrupsiyadır. Bu məsələ ilə hər yerdə mübarizə aparmalıyıq. Korrupsiya əsas düşməndir. Ukraynada bəzi insanlar qəbul etmirlər ki, dövlət qurumları yarana və bütün vətəndaşları müdafiə edə bilər”.

M. Saakaşvili bildirib ki, Azərbaycan dəqiq yolunu seçib: “Azərbaycan Avropada bəzi ölkələrdən daha liberaldır. Bu ölkə sürətlə modernləşmə yolunu seçib. Avropa cəmiyyəti də bunu bilməlidir, anlamalıdır”.

10 minə yaxın türk ermənilərə qarşı yürüş keçirdi

altDiasporla iş üzrə Dövlət Komitəsindən Modern.az saytına verilən xəbərdə bildirilib ki, Almaniyanın paytaxtı Berlində qondarma erməni soyqırımı iddialarına qarşı izdihamlı yürüş-mitinq keçirilib.

10 minə yaxın insan iştirak etdiyi etiraz aksiyası Berlinin mərkəzi meydanı olan Uraniyaddan başlayıb.

Daha sonra şəhərin küçələri ilə davam edən aksiya Brandenburq qapıları yanında sona çatıb.

Yürüş iştirakçıları əllərində Türkiyə və Azərbaycan bayraqları, erməni terrorçuların qətlə yetirdiyi türk diplomatlarının fotolarını, “ASALA dinc insanları qətlə yetirib”, “Tarixdən düşmənlik yaratmayın”, “Soyqırımı məsələsi parlamentdə müzakirə edilməz” kimi erməni yalanlarını əks etdirən türk və alman dillərində plakatlar tutublar.

Aksiya iştirakçıları Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair şüarlar da səsləndirib. Əsl soyqırımı aktının ermənilərə qarşı deyil, məhz türklərə qarşı həyata keçirildiyini yerli ictimaiyyətin diqqətinə çatdırıblar.

Almaniyanın bir çox şəhərlərində fəaliyyət göstərən Türk Federasiyalarının təşkilatçılığı ilə keçirilən etiraz aksiyasına bu ölkədəki Azərbaycan diasporu da dəstək verib.

Qənirə Paşayeva İstanbulda çağırış etdi: “Mübarizə zamanıdır” - FOTO

alt

Aprelin 24-də İstanbulda keçirilən 4-cü Türk Dünyası Forumunda “Türk Dünyası ve Diasporunda Algı Yönetimi” mövzusunda müzakirələrin moderatorluğunu həyata keçirən millət vəkili Qənirə Paşayeva bu mövzuda geniş məruzə ilə də çıxış edib və dünyanın hər tərəfindən gəlmiş diaspor təşkilatlarına səslənib.

O, Roma Papası Fransiskinin heç bir tarixi əsası olmayan açıqlamalarından, Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıyan qərarlarından, son günlər Almaniya, Avstriya Parlamentinin qondarma erməni soyqırımını tanıyan qərarlarından danışıb və dünyanın hər yerində yaşayan türk insanının bunlardan narahat olması gərəkdiyini bildirib, bu ədalətsizliyə hamımız harda doğulub harada yaşamasından asılı olmayaraq bütün türk kökənli insanlar öz etiraz səslərini ucaltmalıdır deyib.

Bir sıra ölkə rəhbərlərinin qondarma erməni soyqırımı yalanlarının 100 illiyi ilə bağlı Ermənistana səfərlərini kəskin tənqid edən millət vəkili Qənirə Paşayeva işğalçı bir ölkəyə işğal etdiyin Azərbaycan torpaqlarını azad et deməyən o siyasətçilərin bu məsələlərdən öz maraqları üçün istifadə etdiklərini deyib.

Tarixdə heç bir zaman türklər ermənilərə qarşı heç bir soyqırım törətməyiblər tam əksinə ermənilər həm Anadoluda həm də Azərbaycan torpaqlarında 20-ci əsrin əvvəlində və sonunda türk insanına qarşı soyqırımlar törədiblər deyən millət vəkili Qənirə Paşayeva Roma Papasının, Avropa Parlamentinin, Almanya, Avstriyanın yalanları dəstəkləməsi, Fransa, Rusiya prezidentlərinin yalanların 100-cü ildönümündə Ermənistana getməsi amma gerçəkləri görmək istəməmələri insanlarımızda böyük üzüntü yaratmaqla bərabər düşüncələrdə ciddi suallara da səbəb olmalıdır deyib.

“Xocalı Soyqırımının 23-cü ildönümü tamam oldu. Amma biz qondarma erməni soyqırımı yalanlarına dəstək verənlərin Xocalı Soyqırımı ilə bağlı bir cümlə açıqlamasını belə eşitmədik? Ölənlər hansı millətdən olursa-olsunəvvəlcə insandı. Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ dəədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Amma qondarma erməni qoyqırımı yalanlarını dəstəkləyənlər 1 milyon insanın öz evindəyaşama hüququnun Ermənsitan tərəfindən pozulması, o insanların öz evlərinə dönməsinin vacibliyi ilə bağlı heç zaman danışmayıb. Qondarma erməni soyqırımının 100-cü ili üçün Yeravana gedirlər.

Türkiyəyə Ermənistanla sərhədləri açın deyə çağırış səsləndirirlər. Atalarının belə görmədiyi hadisələrə gedənlər , bəs niyə hər şeyi gördükləri Xocalı üçün bir açıqlama vermirlər? Niyə Türkiyəyə Ermənistanla sərhədi açın deyə çağırış səsləndirənlər Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi, 1 milyon azərbaycanlının öz evinədönməsinə imkan verməsi üçün təzyiq etmir, çağırış səsləndirmirlər? Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər.

Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır.

Bunlar ciddi mətləblərdən xəbər verir deyən millət vəkili Qənirə Paşayevadünyanın hər yerində türk insanı, gəncləri gerçəkləri görməli və dünyanın hər yerində yalanlara qarşı doğruları daha çox təbliğ edərək mübarizə aparmalıdırlar deyib.

Özəlliklə Avropadakı türk diaspor təşkilatlarının bu cür açıqlamalara etiraz səsini ucaltmasının vacibliyinə toxunan millət vəkili Qənirə Paşayeva gəncləri sosial mediyada yalanlara qarşı mübarizədə aktiv olmağa və duyarlı olmağa çağırıb. Diaspor təşkilatlarımız birlik və bərabərlik içində qondarma erməni soyqırımı yalanlarına qarşı artıq çox ciddi mübarizə aparmalıdırlar deyən millət vəkili Qənirə Paşayeva yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır vədünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar deyib.

Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. Sizə və dünyanın hər yerində yaşayan qardaş-bacılarımıza səslənərək demək istəyirəm ki, buna nail olmayana qədər bizə rahatlıq olmamalıdır və hər birimiz öz yerimizdə bu istiqamətdə daha çox çalışmalıyıq” deyib.

Müzakirələr zamanı ABŞ, Fransa, Rusiya, Avstriya, Danimarka, Rumınya, Yunanıstan, İraq və bir sıra ölkələrdən gələn türk toplumlarının və diaspor təşkilatlarının təmsilçiləri çıxış edərək bu mövzu ilə bağlı fikirlərini, problemləri, nələr edilməsi gərəkdiyi ilə bağlı danışıblar, millət vəkili Qənirə Paşayevanın fikrini də dəstəkləyərək artıq diaspor təşkilatları birlik və bərabərlik içində bu məsələlərlə bağlı daha çox çalışmalıdırlar deyib və geniş müzakirələr həyata keçirilib.

ABŞ-dan “erməni soyqırımı” AÇIQLAMASI

altRoma Papası Fransiskin qondarma erməni soyqırımı ilə bağlı verdiyi açıqlamadan sonra ABŞ-da bu mövzuda mövqeyini ortaya qoyub. 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf jurnalistlərin uydurma erməni soyqırımı ilə bağlı sualını cavablandırıb.
“ABŞ prezidenti Barak Obama və bizim yüksək vəzifəli şəxslər Osmanlı imperiyasının son vaxtlarında 1.5 milyon erməninin öldürüldüyünü və ya ölümə təhrik edildiyini dəfələrlə bildirib.

Həqiqətlərin qəbulunun Türkiyə, Ermənistan və Amerika daxil hər kəsin maraqlarına uyğun olduqlarını söyləyiblər”,-deyə Marie Harf qeyd edib.

Marie Harf bununla belə “erməni soyqırımı” ifadəsini işlətməyib.

Ərdoğan Roma Papasının qondarma “erməni soyqırımı” barədə dediklərini cəfəngiyat adlandırıb

altTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası I Fransiskin qondarma “erməni soyqırımı” barədə dediklərini cəfəngiyat adlandırıb.


APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Ərdoğan bunu Türkiyə İxracatçılar Məclisinin iclasında çıxışı zamanı deyib.

“Hər dəfə siyasətçilər və dini xadimlər tarixçilərin vəzifəsini üzərilərinə götürərkən həqiqət əvəzinə cəfəngiyyat olur. Mən papanın dediklərini pisləyirəm və onu bir daha bu səhvi təkrarlamamağa çağırıram”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti yenidən erməni tərəfinə səslənərək 1915-ci il hadisələri üzrə arxiv sənədlərinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiya yaratmağa çağırıb. Ərdoğan Ankaranın arxivlərini tarixçilər üçün açdığını və analoji addımın Ermənistan tərəfindən atılmasını gözlədiyini qeyd edib.

Ərdoğan tarixi hadisələrin ölkə və xalqa qarşı kampaniya üçün istifadə edilməsinə yol verməyəcəyini bəyan edib.

Qeyd edək ki, Roma Papası I Fransisk uydurma “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan edib.

Bu barədə o, aprelin 12-də Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışında bildirib.

Roma Papası nitqində nasizm və stalinizmin dəhşətlərindən də danışıb.

Roma Papasının bəyanatı artıq Türkiyənin sərt etirazı ilə qarşılanıb. Türkiyənin Vatikandakı səfiri geri çağırılıb, Vatikanın Ankaradakı səfiri isə Türkiyə XİN-ə çağırılıb.

Vatikandan Türkiyəyə ağır zərbə

altQondarma “1915-ci il erməni soyqırımı” qurbanlarını anmaq üçün sabah Vatikanda keçiriləcək ayin üçün Roma Papası Fransiskin iştirakçılara payladığı dua kitabçasında "soyqırım" kəlməsi yazılıb.


AZNEWS.AZ xəbər verir ki, yerli vaxtla saat 09.00-da başlaması nəzərdə tutulan sözügedən tədbirdə dünya ermənilərinin ruhani lideri və erməni apostolik kilsəsinin katolikosu Karekin II və Kilikiya katolikosu Aram I və Ermənistan prezidenti Serj Sarkisyanın da iştirakı gözlənilir.

Roma Papası mərasimdə 10-cu əsrdə yaşayan erməni şair, rahib, mistik və teoloq Surp Krikor Naregatsiyə "Kilsə doktoru” adını da rəsmi olaraq verəcək.

Qeyd edək ki, bu ad xristianlığa xidmət edən insanlara verilir və bu günə qədər cəmi 35 nəfər buna layiq görülüb.

Siyasətçilərin idman məşğuliyyəti - "At çapmışam", "Basketbola getmişəm"

alt

Cəmiyyət hər zaman siyasətçilərin siyasi çıxışları ilə yanaşı, onların şəxsi həyatı ilə də maraqlanıb: siyasətdən kənarda nə işlə məşğuldurlar, hansı musiqi janrına qulaq asır, hansı idman növünə azarkeşlik edir, hobbisi varmı və s.

Modern.az saytı bunları nəzərə alaraq, Azərbaycanın tanınmış siyasətçilərinin hansı idman növü ilə məşğul olduqlarını və hansı idman növünə azarkeşlik etdiklərini öyrənməyə çalışıb.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyir ki, güləş üzrə idman ustasıdır. YAP-çı deputat 10 yaşından güləşlə məşğul olub. O, 1988-ci ildə hətta SSRİ çempionu da olub. Siyavuş Novruzov indinin özündə də arabir idmanla məşğul olur.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə 1987-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri arasında ağırlıqqaldırma üzrə ikinci yeri tutmaqla yanaşı, idman ustası da olub. Amma o, hazırda ağırlıqqaldırma ilə məşğul deyil.
İqbal Ağazadə indi hər gün 7-8 km yolu qaçmağı sağlamlıq kimi dəyərləndirir.

Ədalət Partiyasının sədri İlyas İsmayılov boyunun hündür olmasından yararlana bilib. “Cavanlıqda çox ciddi şəkildə basketbolla məşğul olmuşam. İndi isə yaşlanmışam. Ona görə də güləşən, top oynayan vaxtım deyil. Sadəcə, bu yaşda azarkeşlik etdiyim idman növü futboldur”.

AMİP lideri Etibar Məmmədov məşğul olduğu idman növündən danışarkən bunları deyib:
“Məktəb illərində gimnastika ilə çox məşğul olmuşam. Ondan sonra tələbəlik illəri gəldi və özümün siyasətdə aktiv olduğumu gördüm. O illər ərzində üzgüçülük və tennis idman növü ilə məşğul olmuşam. Bu iki idman növü ilə indi də məşğul oluram. Xüsusi azarkeşlik etdiyim idman növü yoxdur. Çünki hər bir idman növü ilə müntəzəm olaraq maraqlanıram”.

Müsavat Partiyasının başqanı Arif Hacılının başı siyasətə yaman qarışıqdır. “Uzun illər futbolla məşğul olmuşam. İndi isə müəyyən səbəblər üzündən futbolla məşğul olmuram. Futbol həm də azarkeşlik etdiyim idman növüdür”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər zamanında idmanla məşğul olub:
“Əvvəllər sərbəst güləşlə məşğul olmuşam. İndi hər hansı idman növü ilə məşğul olmuram. Sadəcə olaraq, hər gün bir saat açıq havada gəzirəm. Xüsusi azarkeşlik etdiyim idman növü yoxdur. Maraqlı futbol, basketbol oyunlarını, boks yarışlarını izləyirəm”.

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət isə hələ uşaqlıqdan kişi xarakterli olması ilə seçilib. Partiyanın sədri Əvəz Temirxan Lalə Şövkət haqqında bunları deyib:

“Lalə Şövkət çox yaxşı at çapmağı bacarır. 1965-ci ildə Lalə xanımın 14 yaşı olanda atası Şövkət bəy onu dünya şöhrətli futbolçu, braziliyalı Pelenin oyununu izləmək üçün Moskvaya aparıb. Lalə Şövkət yaxşı maşın sürməyi də bacarır. İndi isə elə bir şərait olmadığından heç bir idman növü ilə məşğul olmur”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı idmanın hansı növü ilə məşğul olmağından danışarkən belə deyib:
“Universitetdə oxuduğum illərdə güləşlə ciddi məşğul olmuşam. Müəyyən uğurlar qazanmışam. Ancaq sonradan bu idman növü ilə obyektiv səbəblərə görə vidalaşdım. Çünki qəzaya uğramağım nəticəsində ayağımdan aldığım yara imkan vermədi ki, güləşə olan marağımı davam etdirim. Voleybolla da məşğul olmuşam. Deyərdim ki, bu idman növünün həvəskarı olmuşam. Hətta, 44-45 yaşıma qədər həftədə 2-3 dəfə voleybolla müntəzəm məşğul olmuşam. İndi isə üzgüçülüklə məşğul oluram. Bu idman növünü indi daha çox sevirəm”.

AXCP sədri Əli Kərimlinin hansı idman növü ilə nə zaman və yaxud da indi məşğul olduğunu dəqiqləşdirə bilmədik.

İlham Əliyev və ailə üzvləri Kəbədə namaz qılıb

altSəudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri aprelin 6-da İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri xüsusi libas geyinərək Əl-Həram məscidinə gediblər.

Ziyarətgahın rəhbərləri Azərbaycan dövlətinin başçısını mehribanlıqla qarşılayılar.

Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıblar, məsciddə namaz qılıblar.

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlanıb. Azərbaycan Prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət ediblər.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil olublar, burada namaz qılıblar.

Ümrə ziyarəti başa çatdıqdan sonra İlham Əliyev Əl-Həram məscidini seyr edib.

Azərbaycan Prezidentinə məscid haqqında ətraflı məlumat verilib. 

İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri başa çatdı

alt

Azərbaycan prezidenti İlham Əliyev və onu müşayiət edən nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri başa çatıb.

APA-nın SPA agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyəti Mədinə şəhərindən yola düşüb. Nümayəndə heyətini Şahzadə Məhəmməd bin Əbdüləziz Beynəlxalq aeroportundan Mədinə şəhərinin rəhbəri şahzadə Feysal bin Salman bin Əbdüləziz və digər rəsmi şəxslər yola salıblar.

Milyarder İvanişvili Gürcüstan prezidentini tənqid etdi

alt

Gücrüstanın keçmiş baş naziri və milyarder Bidzina İvanişvili prezident Georgi Marqvelaşvilini tənqid edib. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, İvanişvili gürcü telenakallarından birində aparcılıq etdiyi tok-şouda ölkə prezidentinin hazırkı hökumətə qarşı qərəzli mövqedə olduğunu iddia edib:

“Mən onun (Marqvelaşvili) prezident seçildikdən 2 gün sonra hökumətə qarşı çıxmasını siyasi təcrübəsizlik kimi qeyd etmişdim. Belə bir şey dünya tarixində olmamışdı. Mən bu gün də cəmiyyətə Marqvelaşvilinin çatışmazlıqlarını – onun saraya köçməsini, bütün təşəbbüslərə veto qoymaq vərdişni və Nyu-Yorka səfəri zamanı göstərdiyi kaprizləri xatırlada bilərəm. O, bütün hərəkətləri ilə müxalifət komandasında olduğunu göstərir, lakin bunu rəsmən demir”.

Bidzina İvanişvili bundan əvvəl də prezident Marqvelaşvilini tənqid edib. O, prezidenti hökumətin və parlamentin işinə maneə törətməkdə ittiham edirdi.

Georgi Marqvelaşvilinin Mixail Saakaşvili tərəfindən inşa edilən prezident sarayına köçməsi xüsusən keçmiş baş nazirin xoşuna gəlməmişdi.

Leyla Əliyeva federasiya nümayəndələri ilə görüşdə

alt

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyasının (International Climbing and Mountaineering Federation - UIAA) nümayəndələrini qəbul edib.
IDEA-dan Modern.az-a verilən məlumata görə, Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun iştirak etdiyi görüşdə qonaqlara IDEA İctimai Birliyinin fəaliyyəti, onun həyata keçirdiyi layihələr haqda ətraflı məlumat verilib və ölkədə ekoloji maarifləndirmənin genişləndirildiyi qeyd olunub.
Həmçinin görüşdə sözügedən Federasiya ilə ekoloji maarifləndirmə və ekoloji incəsənət sahəsində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi, ölkə daxilində və beynəlxalq səviyyədə birgə layihələrin icrası imkanları istiqamətində ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyası 1932-ci ildə təsis olunub. 5 qitədə təmsil olunan Federasiya 50 ölkədən 80-dən çox təşkilatı və 2,5 milyondan çox insanı bir araya gətirir.

Federasiyanın əsas məqsədi dünyada alpinizmin inkişafı, bu sahədə təhlükəsiz və etik təcrübələrin təbliği və ətraf mühitin mühafizəsinə töhfənin verilməsindən ibarətdir. Federasiya Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dağadırmanma və alpinizm idman növlərini təmsil edən beynəlxalq struktur kimi tanınıb.

TRT Qarabağ haqda film çəkdi - Ermənilər təşvişə düşdü

alt

Türkiyənin dövlət televiziya və radio şirkəti olan TRT-nin beynəlxalq bölməsi – TRT AVAZ Dağlıq Qarabağla bağlı “Qarabağın səssiz harayı” adlı sənədli film çəkib.

Modern.az Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, filmdə ermənilərin Dağlıq Qarabağı işğal etməsi və azərbaycanlılara qarşı təşkil etdikləri qırğınlar öz əksini tapıb.

Çoxseriyalı sənədli filmdə Qarabağdan didərgin düşən azərbaycanlıların xatirələrinə də yer veriləcək.

“Qarabağın səssiz harayı” filmi bir neçə xarici ölkədə, o cümlədən Azərbaycanda yayımlanacaq.

Filmin çəkilməsindən narahat olan Ermənistan mətbuatı isə Qarabağ gerçəklərini əks etdirən “Qarabağın səssiz harayı” filmini anti-erməni məzmunlu aksiya adlandırıb.

Saytda Axtarış

Son xəbərlər