Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1756
DünənDünən3835
Bu həftəBu həftə15023
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8471622

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Mehriban Əliyeva Parisdə dini konfransda - FOTOLAR

Sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda iştirak edib.

Konfransın aparıcısı görkəmli politoloq Pyer Konesa Fransa cəmiyyətində tolerantlıq mövzusunun hər zaman aktual olduğunu bildirərək Azərbaycan tərəfindən bu sahədə atılan addımların əhəmiyyətindən danışdı. O, Heydər Əliyev Fondunun Parisdə təşkil etdiyi konfransda həm Azərbaycanın, həm də Fransanın nüfuzlu din xadimlərinin və dini təşkilatların nümayəndələrinin iştirak etdiyini bildirdi və burada aktual məsələlərin müzakirə olunacağını vurğuladı.

Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bu gün dünya gündəmində tolerantlıq mövzusunun daha aktual olduğunu bildirdi. O, dünyəvi məsələ olan bu mövzuya Azərbaycanın göstərdiyi marağın nümunəvi xarakter daşıdığını diqqətə çatdırdı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransda çıxış edərək ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşdiyini, Asiya ilə Avropa arasında körpü olduğunu və bu amillərin mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynadığını bildirdi. “Tolerantlıq ənənələri bizim ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Konfransı Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik”,- deyən Mehriban Əliyeva Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların mövcudluğunu diqqətə çatdırdı və ölkəmizdə bütün dini azadlıqların təmin edildiyini bildirdi. Vurğuladı ki, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni hüquqa malikdirlər, heç vaxt ölkəmizdə dini, milli zəmində heç bir qarşıdurma baş verməyib. Birinci xanım Mehriban Əliyeva diqqətə çatdırdı ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır, Azərbaycanda yaradılan şərait onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini deyən Mehriban Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini bildirdi.

Mehriban Əliyeva çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, milli və tarixi abidələrimizin dağıdıldığını diqqətə çatdırdı.

Azərbaycanın birinci xanımı ölkəmizin gələcəkdə də ümumbəşəri dəyərlərə öz töhfəsini verməkdə davam edəcəyini vurğuladı.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 1995-ci ildə qəbul olunan Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipinin yer aldığını, bu dünyəviliyin isə özündə din-dövlət münasibətlərini ehtiva etdiyini bildirdi. Qeyd etdi ki, bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir.

Mübariz Qurbanlı 2001-ci ildə yaradılan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verdi, ölkəmizdə ənənəvi dini icmaların fəaliyyətinə hərtərəfli yardım göstərildiyini, onların arasında ayrı-seçkiliyin qoyulmadığını diqqətə çatdırdı. Heydər Əliyev Fondunun ölkəmizdə tolerantlıq mühitinin daha da güclənməsinə mühüm töhfələr verdiyini vurğuladı.

Sonra konfrans öz işini diskussiyalar şəklində davam etdirdi. Qeyd olundu ki, Azərbaycanda müxtəlif xalqların birgə yaşamaq qaydası, müxtəlif dinlərə münasibət, digər ölkələrlə müqayisədə dini təriqətlərə fərqli baxış, cəmiyyətdə tolerantlıq mühitinin qorunması kimi məsələlərin müzakirəyə cəlb edilməsi daha aktualdır.

Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxışında ölkəmizdə yəhudilərin 7 sinaqoqunun, 2 orta məktəbinin, 1 kollecinin, 3 uşaq bağçasının və Yəhudi evinin fəaliyyət göstərdiyini bildirdi. O, qeyd etdi ki, Azərbaycan və yəhudi xalqları hər zaman bir yerdə yaşamağın yaxşı nümunəsini nümayiş etdiriblər və dağ yəhudiləri indi də Azərbaycanda inkişaf proseslərində yaxından iştirak edirlər. “Təsəvvür edin, müsəlman ölkəsində dövlət bizim üçün sinaqoq tikib. Bunun dünyada analoqu yoxdur”,- deyən Milix Yevdayev bilirdi ki, Azərbaycanda dinlərarası konsensus dövlət siyasəti səviyyəsinə qalxıb və bu sahədə ikili standart yoxdur.

Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının nümayəndəsi Jan Pyer Alali bir müddət əvvəl ölkəmizə səfər etdiyini, Azərbaycanda gördüklərindən böyük təəssürat aldığını, ölkəmizdə etiqad sərbəstliyinin, yəhudi icmasına göstərilən münasibətin yüksək səviyyədə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdı. Diskusiyaya qoşulan digər iştirakçılar ölkəmizdə dinlərarası münasibətlərin tənzimlənmə qaydaları, orta məktəblərdə dinin tədrisi və digər məsələlərlə bağlı suallar verdilər.

Qeyd olundu ki, Azərbaycanda dinlərarası münasibətlərdə heç bir problem yoxdur və bu, əsrlərdir ki, davam edir. Orta məktəblərdə dinin tədrisinə yer verilib və gənclərin milli mənəvi dəyərlər ruhunda tərbiyə olunması diqqət mərkəzində saxlanılır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran mühüm amillərdən danışarkən, ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı ön plana çəkdi. Qeyd etdi ki, Azərbaycanda sosial problemlər uğurla həll olunur, təhsil sektorunun inkişafına xüsusi diqqət göstərilir və bu da özlüyündə cəmiyyətdə radikal meyillərin yaranmamasına şərait yaradır. “Biz dünyaya çatdırmaq istəyirik ki, birgə yaşayış mümkündür”,- deyən Mehriban Əliyeva Azərbaycanın bu təcrübəsinin bütün dünyada geniş təbliğ olunmasının vacibliyini vurğuladı.

Fransa Müsəlmanları Şurasının vitse-prezidenti Tofiq Septi ölkəmizdəki tolerantlıq mühitinin onda böyük maraq doğurduğunu, bunun canlı şahidi olmaq istədiyini bildirdi.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı 1823-cü ildən fəaliyyət göstərən idarənin dövlət-din münasibətlərinə töhfə verdiyini, bu prosesdə qadınların fəaliyyətindən də istifadə olunduğunu bildirdi.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd etdi ki, bütün dinlər Azərbaycanda eyni hüquqa malikdir və onlar cəmiyyətin həyatında yaxından iştirak edirlər. Bütün bu uğurların təməlində Azərbaycan xalqının nadir mentaliteti dayanıb.

Alban-udin dini icmasının sədri Robert Mobili 170 il kilsədən uzaq düşən udin icmasının indi Azərbaycan dövlətinin qayğısı sayəsində yenidən kilsəyə qayıtdığını, ölkəmizdə udin etnosu üçün məktəblərin fəaliyyət göstərdiyini bildirdi.

Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç Azərbaycanda digər dinlərin nümayəndələri ilə yanaşı, yəhudilərin də diqqət və qayğı ilə əhatə olunduğunu, onların ibadəti üçün heç bir problemin olmadığını bildirdi.

Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete Azərbaycan katoliklərinin də onlar üçün yaradılan münbit şəraitdən istifadə edərək, dini ayinləri sərbəst yerinə yetirdiklərini və onlar üçün katolik kilsəsinin tikildiyini qeyd etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bir daha konfrans iştirakçılarına minnətdarlıq etdi və bildirdi ki, belə tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Mehriban Əliyeva konfransın 2-ci hissəsinin gələcəkdə Bakıda keçirilməsi təklifi ilə çıxış etdi.

Qeyd edək ki, konfransda Azərbaycan ilə yanaşı, Fransanın nüfuzlu dini təşkilatlarının rəhbər şəxsləri və nümayəndələri də iştirak edirdilər.

Xatırladaq ki, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində bu günədək Azərbaycanda və digər ölkələrdə bir sıra tədbirlər həyata keçirib. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu bu layihələr çərçivəsində dini abidələrdə, ziyarətgahlarda, tikililərdə təmir-bərpa işləri aparır, müxtəlif konfranslar, sərgilər təşkil edir.

Sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan musiqisi” adlı klassik musiqi gecəsi keçirildi.

Gecədə çıxış edən Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bir neçə gündür ki, Parisdə Azərbaycan incəsənətinin uğurla təmsil olunduğunu və səslənən əsərlərin Paris sənətsevərlərinin xatirində unudulmaz təəssürat yaratdığını bildirdi.

Xalq artisti, pianoçu Murad Hüseynovun, eləcə də gənc skripkaçılar Ceyla Seyidova, Anar Seyidov və digərlərinin iştirakı ilə keçirilən konsertdə Azərbaycan və dünya klassik musiqisinin nümunələri səsləndirildi.

Musiqi janrları arasında simfonik musiqinin xüsusi yeri var. Təməli XX əsrdə qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbi və simfonik ifaçılıq bir-biri ilə daim əlaqədə olub, biri digərinin inkişafını şərtləndirib. Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda, xalqımıza məxsus nadir musiqi əsərlərinin isə dünyada tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Parisdə baş tutan bu konsert isə Fondun bu sahədə həyata keçirdiyi layihələr silsiləsindəndir. Ümumiyyətlə Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak edir. Bu konsert də, Fondun ölkəmizin xaricdə təbliği istiqamətində reallaşdırdığı mühüm layihələr sırasına daxil oldu.

Konsertin sonunda dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə tolerantlıq mühitini əks etdirən fotolarından ibarət maraqlı kompozisiya nümayiş etdirildi. 3D formatında hazırlanan illüstrasiya konsert salonunun tavanında rəngarəng görüntülər yaratdı və tamaşaçıların böyük marağına səbəb oldu. (AZƏRTAC)

 

Azərbaycan Prezidenti: "Bizə qarşı uzanan çirkli əlləri kəsmişik"

Yaxın Şərqdə baş verən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı". 

"Dalğa TV" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, 2011-2012-ci illərdə bəzi xarici dairələr Azərbaycanda "ərəb bahar"larının yaranmasından söhbət açırdılar: "Deyirdilər ki, bu qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək və sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışdılar. Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üstünü açıb. Azərbaycanda "Maydan hərəkatı" yaratmaq istəyirdilər. Gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər. Onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclədilər. On milyonlarla dollar vəsait aşkarlanıb ki, qanunsuz yollarla yerli "beşinci kolon"un vasitəsilə qeyri-hökumət təşkilatları adı altında Azərbaycana gətirilsin və vəziyyət gərginləşsin, burada bəzi xarici dairələrin xidmətində olan insanları da hakimiyyətə gətirsinlər". 

Dövlət başçısı bildirib ki, 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha da ciddi formalar alıb: "Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunurdu. Mən bunu açıq deyirəm və başqa cür qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işdə iştirak edə bilərdilər. Çünki bu gün Azərbaycan dünya miqyasında müasir, dünyəvi, inkişafda olan, açıq, tolerant bir dövlətdir. Biz kimə mane oluruq? Heç kimə. Bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərimiz var. Bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Kimə mane oluruq? Ancaq o dairələrə ki, hər yerə hakim olmaq istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər. Lakin iş burasındadır ki, Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox. Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə "yox" dedi, Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu dəstək bizim əsas güc mənbəyimizdir. Xalqla iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin qarantı və təminatçısıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bilsinlər ki, heç kimin qabağında gözükölgəli deyilik və öz sözümüzü deyirik, deyəcəyik. Azərbaycanın müstəqil həyatını təmin edəcəyik. Məhz bu siyasətin nəticəsində ölkəmizi bu böyük bəlalardan qoruya bildik.

Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir. Bizə qarşı uzanan o çirkli əlləri kəsmişik. Bundan sonra da ölkəmizi qoruyacağıq, xalqımızın inamlı inkişafını təmin edəcəyik".

Mənfi mənzərə fonunda ölkə iqtisadiyyatının inkişaf etdiyini, eləcə də sabitliyin möhkəmləndiyini diqqətə çatdıran Prezident qeyd edib ki, Azərbaycanın beynəlxalq mövqeləri daha da güclənir: "Bizimlə əməkdaşlıq edənlərin sayı günü-gündən artır. Azərbaycan beynəlxalq birliyin dəyərli və böyük hörmətə malik üzvüdür. Ölkədə baş verən proseslər müsbət istiqamətə doğru gedir. Xalq bizim siyasətimizi dəstəkləyir və hətta böhranlı illərdə də bizim iqtisadiyyatımız uğurla inkişaf edir".

Bu müddətdə neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyünü vurğulayan Prezident İ.Əliyev bildirib ki, mütəxəssislər, təhlilçilər bunun səbəblərini araşdırmalıdırlar: "Ancaq istisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq bu vəziyyətə də hazır olmalı idik. Bu günə qədər şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar bizə kömək etdi ki, biz minimum itkilərlə vəziyyətdən çıxaq. Gəlirlərimiz böyük dərəcədə azalıb, bu da təbiidir. Keçən il neftin qiyməti 100 ABŞ dollarından yuxarı idisə, bu gün 50 ABŞ dollarından aşağıdır. Bu da iki dəfədən çox aşağı düşmək deməkdir. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar icra edilir. İnsanların təhlükəsizliyi və sosial müdafiəsi təmin olunur. Bax, bu xoşagəlməz mənzərə ilə biz üzləşmişik. Çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək. Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir. Gələn ay hökumətin geniş iclasında 9 ayın yekun hesabatında bu məsələləri ətraflı müzakirə edəcəyik. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, ilin sonuna qədər yüksək nəticələrlə ili başa vuracağıq. Ümumi daxili məhsul təxminən 6 faiz artıb, qeyri-neft iqtisadiyyatı 9 faiz, kənd təsərrüfatı 7,3 faiz artıb. Bu da böhranlı illərdə əldə edilən nailiyyətlərdir. Dünya miqyasında buna bənzər yüksəliş görmək çətindir". 

Əhməd Davudoğlu şəhidlər üçün keçirilən mərasimdə ağlayıb - VİDEO

Türkiyənin baş naziri Əhməd Davudoğlu Hakkari vilayətinin Yüksəkova rayonu ərazisindəki Dağlıca zastavasında şəhid olan 16 əsgərin cənazəsinin gətirildiyi Van şəhərində keçirilən mərasimə qatılıb.

"Dalğa TV"-nin “milliyet.com.tr” saytına istinadən verdiyi xəbərə görə, şəhidlər üçün Vandakı Jandarma Komandanlığında təşkil olunan rəsmi mərasimdə çıxış edən Ə. Davudoğlu göz yaşlarını saxlaya bilməyib.

Mərasimdən sonra şəhidlərin cənazələri evlərinə göndərilib. 

 

Moskvada Rusiya və Ermənistan prezidentləri arasında görüş olub

Rusiya prezidenti Vladimir Putin sentyabrın 7-də Moskvada erməni həmkarı Serj Sarkisyanla görüşüb.

"Dalğa TV" RİA "Novosti"yə istinadən xəbər verir ki, Vladimir Putin görüş zamanı erməni həmkarı ilə iki ölkə arasında mal dövriyyəsi səviyyəsinin aşağı düşməsini müzakirə edəcəyinə ümid etdiyini bildirib.

"Xoşdur ki, Rusiya Ermənistanın aparıcı ticari-iqtisadi tərəfdaşı olaraq qalmaqdadır. Ötən il, 2013-cü il ilə müqayisədə mal dövriyyəsi əhəmiyyətli dərəcə artıb, lakin təəssüf ki, cari ilin birinci yarısında azalma istiqamətində dəyişiklik baş verib", - deyə Putin Sarkisyanla görüşdə bildirib.

"Bu gün biz də, yəqin ki, bu barədə danışacağıq, burada müəyyən nüanslar var, hansı ki, mənim onlara hələ ki, cavabım yoxdur. Sizinlə bu məsələləri müzakirə etmək istərdim", — deyə Rusiya prezidenti qeyd edib.

Putin Ermənistan prezidenti ilə müntəzəm olaraq görüşdüyünü, həmçinin tez-tez telefonla danışdığını əlavə edib.

"Buna baxmayaraq Rusiya və Ermənistan arasında münasibətlərin xüsusi xarakterini, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olmasını və bizim digər inteqrasiya strukturumuz olan KTMT-da tamformatda iştirakını nəzərə alsaq, bizim həmişə müzakirə etməyə mövzumuz var.

Gürcüstanın sabiq prezidenti Ukraynanın baş naziri olur

Gürcüstanının sabiq prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynanın baş naziri ola bilər.  

 

ANS PRESS-in məlumatına görə, Saakaşvilinin baş nazir olması üçün başladılan petisiyada (imzatoplama) tələb olunan səs toplanılıb.

Ukrayna prezidentinin saytında yerləşdirilmiş ərizədə sabiq prezidentin 25 000-dən çox səs topladığı görülür.

1 sentyabrda elan edilən kampaniyanın mətnində Ukrayna prezidentindan Saakaşvilinin baş nazir təyin edilməsi xahiş edilir. 
Mixail Saakaşvili üçün başladılan petisiya kampaniyasının təşkilatçıları ümid edirlər ki, Mixail Saakaşvili ölkədə islahatlar keçirəcək, özbaşnalığa və korrupsiyaya son qoyacaq. 

"Elektron petisiya" bölməsi Ukrayna prezidentinin saytında avqustda ayından fəaliyyətə başlayıb. 

Yeni yaradılan "Elektron petisiya" bölməsinə yerləşdirilən ərizə 3 ay ərzində 25 min imza toplayarsa, həmin sənəd müzakirə olunması üçün prezidentə göndərilir. Prezident ona göndərilən ərizələrə 10 iş günü müddətində baxmalıdır. 

Hazırda Ukrayna baş naziri Arseniy Yatsenyukdur.

Ukrayna prezidenti Petro Poroşenko Mixail Saakaşvilini Odessa vilayətinin qubernatoru təyin etmişdi.

Saakaşvili işə start verdiyi gündən vilayətdə korrupsiya və özbaşnalığa qarşı mübarizəyə başlayıb.

Əhməd Davudoğlu: “Türkiyə ərazisi terrorçulardan təmizlənəcək”

“Türkiyə ərazisi terrorçulardan təmizlənəcək”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Hakkari vilayətində baş vermiş terror aktı ilə bağlı keçirdiyi mətbuat konfransında bəyan edib.

“O dağlar terroristlərdən təmizlənəcək. Nə olursa olsun təmizlənəcək. Bu ölkənin dağları, düzənlikləri, şəhərləri terroristlərə verilməyəcək”, deyə Ə.Davudoğlu bildirib.

Onun sözlərinə görə, terrorla mübarizə daha əzmlə davam etdiriləcək.

Azərbaycan prezidenti Dünya Gömrük Təşkilatının baş katibini qəbul edib

Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.
 

APA-nın məlumatına görə, Azərbaycanla Dünya Gömrük Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini deyən prezident İlham Əliyev ölkəmizdə gömrük sisteminin müasirləşdirilməsi məqsədilə bir çox praktiki addımların atıldığını bildirib.

Gömrük xidmətinin iqtisadiyyat və təhlükəsizlik baxımından önəmini qeyd edən dövlətimizin başçısı Azərbaycanda gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində də geniş islahatların həyata keçirildiyini vurğulayıb. Ölkəmizin gömrük xidməti sahəsində təşkil olunan bir sıra tədbirlərə ev sahibliyi etdiyini deyən prezident Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD “Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı” konfransının Bakıda keçirilməsinin əhəmiyyətinə toxunub.

Dünyada gömrük daşımalarının həcminin getdikcə artığını vurğulayan Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya bu sahədə peşəkarlığın mütəmadi olaraq artırılmasının çox vacib olduğunu bildirdi. Hazırda bir çox ölkələrdə beynəlxalq daşımaların idarə edilməsi məsələlərinin aktuallığının olduqca artdığını deyən Kunio Mikuriya təşkilatın Bakıda keçiriləcək 10-cu illik PICARD Araşdırmalar Konfransının bu işlərə öz töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd edib, gömrük xidməti işinə göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib. O, rəhbərlik etdiyi təşkilatın Bakıda Regional Təlim Mərkəzinin fəaliyyət göstərdiyini xatırladaraq Bakıda yeni Regional Kinoloji Təlim Mərkəzinin də açılacağını qeyd edib.

Görüşdə Azərbaycanla Dünya Gömrük Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Georgi Kvirikaşvili “Rusiya ilə kompromisdən söhbət gedə bilməz”

Gürcüstanın Xarici İşlər naziri Georgi Kvirikaşvili Rusiya ilə dialoqun davam etdirilməlisini daha məqsədəuyğun hesab edir.

"Dalğa TV" Rusiya KIV-inə istinadən xəbər verir ki, nazir Rusiya ilə praqmatik əməkdaşlığın tərəfdarı olduğunu açıqlasa da, Gürcüstanla Rusiya arasında heç bir kompromisdən söhbət gedə bilməyəcəyini deyib: 

“Nə olursa olsun, Rusiya ilə aramızda mövcud olan dialoqu qoruyub saxlamaq lazımdır. Cenevrə sazişinə görə, Rusiyanın hücum etməmək haqda vədi və atəşkəsin davam etməsi əsas prioritetlərdən olmalıdır. Əlbəttə ki, Gürcüstan Rusiya ilə kompromisə getmək niyyətində deyil. Məqsəd təhlükəsizliyin qorunub saxlanılmasındadır”.

Ukrayna hökuməti Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən heç bir “seçkiləri” tanımır

"Ukrayna hökuməti Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən heç bir “seçkiləri” tanımır və o, “seçkiləri” qanunsuz hesab edir."

Bunu SalamNews-a açıqlamasında Ukraynanın Azərbaycandakı Səfirliyi bildirib.

Səfirlik açıqlamasında qeyd edib: “Bu “seçkilərin” heç bir hüquqi nəticəsi ola bilməz”.

Xatırladaq ki, sentyabrın 13-də işğal edilmiş Azərbaycan ərazisi olan Dağlıq Qarabağda “özünü idarə orqanları”na “seçkilər” keçiriləcək.

 

Azərbaycanda bir sıra şəhər və rayonların icra başçıları dəyişdirilib

Azərbaycan prezidenti İlham Əliyev Zakir Fərəc oğlu Fərəcovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

APA -nın xəbərinə görə, başqa bir sərəncamla Eldar Əziz oğlu Əzizov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb.

Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bakının Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov bu vəzifədən azad olunaraq Nəsimi rayon İcra Hakimiyyətinin, Eldar Əzizov isə Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 

Qeyd edək ki, Bakının Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov isə bir müddət öncə vəzifəsindən azad olunaraq Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Ukraynada şəhər merinə qarşı sui-qəsd cəhdi olub

Ukraynada Lvov şəhəri yaxınlığında yerləşən Vinniki şəhərinin meri Sergey Uvarova qarşı sui-qəsd cəhdi olub.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Lvov vilayəti üzrə DİN-nın Baş İdarəsindən bildiriblər.

Məlumata əsasən, insident yerli vaxtla saat 21:00 radələrində  S. Uvarovun yaşadığı evin yaxınlığında qeydə alınıb. Onun avtomobilinə naməlum şəxslər tərəfindən atəş açılıb.

İlkin məlumata görə, hadisə nəticəsində S.Uvarova zərər dəyməyib. Yerli saytlar merin sürücüsünün yaralandığını bildiriblər. Hadisənin səbəbləri hələ ki, bəlli deyil

Qaribaşvili: Gürcüstanı Azərbaycan ilə sıx əməkdaşlıq bağlayır

Baş nazir ambassadorialda çıxış edib.

Gürcüstanı həm Azərbaycan, eləcə də Türkiyə və Ermənistan ilə sıx əməkdaşlıq bağlayır.

 

"DalğaTV“ "Qruziya-Onlayn”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ambassadorialdakı çıxışında bəyan edib.

Qaribaşvili həmçinin Rusiya ilə sülh dialoquna alternativ görmədiyini deyib.

“... Bizim hökumətin, ümumiyyətlə hakimiyyətin qonşularımıza, eləcə də Rusiyaya qarşı tətbiq edilən praqmatik siyasətin davam etdirilməsi mühümdür. Çünki mən sülh dialoqunun və praqmatik siyasətin alternativinin olmadığını hesab edirəm”, - Qaribaşvili bəyan edib.

Saytda Axtarış

Son xəbərlər