Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1304
DünənDünən4879
Bu həftəBu həftə20483
Bu ayBu ay15656
Bu günə qədərBu günə qədər8504548

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İlham Əliyev “Ermənistan Azərbaycanı təxribata çəkir”

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


"Dalğa TV"-nin AzərTAc-a istinadən məlumatına görə, Herbert Salber ölkəmizə səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin hazırkı mərhələsində bəzi məsələlərin və eləcə də regiondakı münaqişənin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirib.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana son səfərindən ötən dövr ərzində regionda və eləcə də dünyada bir çox hadisələrin baş verdiyini qeyd edən dövlətimizin başçısı bu məsələlərlə bağlı fikir mübadiləsi aparılmasının vacibliyini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bildirib ki, münaqişənin həlli regional sabitlik üçün ən əhəmiyyətli amillərdən biridir. Dövlətimizin başçısı qeyd etdi ki, Ermənistan tərəfinin məqsədi danışıqlar prosesini uzatmaq və mövcud status-kvonu saxlamaqdan ibarətdir. Prezident İlham Əliyev status-kvonun uzun müddət davam etməsinin qəbuledilməz olduğunu və bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən də dəfələrlə bəyan edildiyini vurğulayıb.
Təmas xəttində baş verən hadisələrə toxunan Prezident İlham Əliyev Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğulayıb. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu qeyd edən dövlətimizin başçısı beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev Avropa İttifaqının bəzi dairələrinin ölkəmizlə bağlı qərəzli mövqeyinin yolverilməz olduğunu bildirib.

Fransa prezidenti: "Tərəfləri sərhəddə və təmas xəttində hadisə törətməməyə çağırırıq"

"Fransa Dağlıq Qarabağ münaqişəsinin tərəfləri olan Azərbaycan və Ermənistanı bundan sonra sərhəddə və təmas xəttində hadisə törətməməyə çağırır".

"Dalğa TV" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland BMT Baş Assambleyasının sessiyasındakı çıxışından sonra keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə m ünasibət bildirərkən deyib.

O vurğulayıb ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi, Dağlıq Qarabağ m ünaqişəsinin dinc yolla həllində maraqlıdır: "Ona görə də biz maraqlı tərəfləri sərhəddə və təmas xəttində hadisə törətməməyə çağırırıq. Biz vasitəçilik səylərimizi g ücləndirməkdə davam edirik. Bildiyiniz kimi, mən həm Ermənistana, həm də Azərbaycana m ünaqişənin uzunm üddətli həlli yolunu tapa biləcəyimizə çağırmaq üç ün getmişdim".

Barak Obama Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.

"Dalğa TV" xəbər verir ki, B.Obama Azərbaycan Prezidentini Qurban bayramı münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident,

Amerika və dünya müsəlmanlarının Qurban bayramını qeyd etdiyi bir vaxtda Mişel və mən Sizə ən səmimi təbriklərimizi yetiririk. Biz vacib əməl olan Həcc ziyarətini uğurla başa vurmuş üç milyon müsəlman zəvvarla birgə minlərlə ABŞ vətəndaşını da təbrik edirik.

Həcc ziyarəti müxtəlif mənşə və ənənələrə malik insanların ortaq bəşəri dəyərləri bölüşmək üçün bir araya gəlməsini nümayiş etdirir.

Qurban bayramı həm sevinc və şənlik, həm də xeyriyyəçilik və mərhəmət, dua və dərin düşüncə bayramıdır. Birləşmiş Ştatlardan və dünyanın hər yerindən milyonlarla müsəlmanın İbrahim peyğəmbərin oğlunu qurban verməyə hazır olmasını yad etməklə ehtiyacı olanlara humanitar yardım göstərmələri məni ruhlandırır.

Dünyada iztirabların heç biri Birma, Nigeriya, İraq və Suriyada münaqişədən qaçan, ağlasığmaz qəddarlıq və məhrumiyyətlərə düçar olan günahsız kişi, qadın və uşaqların üzləşdikləri qədər açıq-aşkar deyil.

Biz bu durumda olan qonşularına qayğı göstərmək üçün əlindən gələni əsirgəməyən xalqları təqdir etməliyik.

Bu cür mərhəmət əməlləri bütün məzhəblərdən olan insanların ortaq mənşə və dəyərlərini önə çəkir. Bu, mənim Prezident kimi tanış olduğum və dəyərləndirdiyim dünya ictimaiyyətinin əsl simasını – mərhəməti, müxtəlifliyi və əməkdaşlığı təcəssüm etdirir.

Amerika xalqı adından dünyanın hər yerindəki müsəlman icmalarına Qurban bayramı təbriklərimizi çatdırırıq.

Qurban bayramınız mübarək və Həcc ziyarətləriniz qəbul olsun".

Putini Yeltsin kimi təqdim etdilər – VİDEO

ABŞ-ın CNN telekanalının xəbərlərinin aparıcısı Eşli Banfild birbaşa efirdə Rusiya prezidentini indiki dövlət başçısı Vladimir Putinin sələfi olan Boris Yeltsin adlandırıb.

"Dalğa TV" xarici KİV-ə istinadən bildirir ki, Banfild bu yanlışlığı Putin BMT-nin Baş Assambleyasındakı çıxışını başa vurandan sonra edib.

Ancaq aparıcı tez səhvini başa düşüb gülümsəyərək tamaşaçılardan üzr istəyib: Oy, bağışlayın məni! Mən 20 il geriyə qayıtmışam”.
O, bundan sonra Putinin BMT-nin Baş Assambleyasındakı çıxışından danışmağa başlayıb və Rusiyanın indiki dövlət başçısının adını səhv salmayıb.

 

Obama və Putindən 2 il sonra tarixi görüntü - FOTOLAR

Nyu-Yorkda dünən baş tutan, Suriya və Ukraynadakı durumun əsas müzakirə mövzusu olduğu BMT Baş Assambleyasının növbəti sessiyasında ABŞ və Rusiya prezidentlərinin görüşü günə damğasını vurub.

Dalğa TV xəbər verir ki, Baş Assambleyadakı çıxışlarından sonra hər iki lider Ban Ki Munun dövlət başçıları şərəfinə verdiyi yeməkdə bir araya gəliblər.
İki ildir rəsmi formatda görüş keçirməyən, rəsmi görüşlərdə sadəcə ayaqüstü görüşən Obama və Putin qədəh toqquşduraraq tarixi görüntüyə imza atıblar.
Görüşdə diqqət çəkən məqam isə Obamanın Putinlə söhbət əsnasında gülməsi, ikincinin isə heç bir halda ciddiyyətini pozmaması olub.

Putin həmkarı ilə görüşün təəccüb doğuracaq qədər açıq keçdiyini etiraf edib:

Mənə elə gəlir ki, amerikalı həmkarım da bir çox məsələlərdə, o cümlədən Ukraynadakı situasiyanın nizamlanması, Suriya və Yaxın Şərq problemlərində öz mövqelərini kifayət qədər açıq şəkildə ortaya qoydular. Qəribə olsa da, bizim çoxlu üst-üstə düşən fikirlərimiz var. Lakin fikir ayrılıqları da mövcuddur. Mənim fikrimcə, ortaq problemlər üzərində birgə işləmək imkanı var”.

 

Georgi Marqvelaşvili: "Gürcüstanın Rusiya ilə dialoqa ehtiyacı var"

"Rusiya ilə dialoq seçim mövzusu deyil, vacibdir, lakin buna vaxt lazımdır".

"Dalğa TV" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili ABŞ-a səfəri zamanı bildirib.

"Rusiya ilə dialoq seçim mövzusu deyil, bu bizim xoşumuza gəlsə də, gəlməsə də, vacibdir. Lakin belə danışıqlar üçün vaxt yetişməlidir. Rusiya rəhbərliyi və daxili siyasi diskurs elə bir məqama diqqəti yönəltməlidir ki, biz orada ortaq bir maraq görək" - G.Marqvelaşvili Nyu-Yorkda gürcü diasporunun nümayəndələri ilə görüşdə deyib.

Qeyd edək ki, Gürcüstan prezidenti hazırda ABŞ-da işgüzar səfərdədir. O, Nyu-York və Vaşinqtonda müxtəlif tədbirlərdə iştirak edəcək.

Prezident İlham Əliyev Serbiya baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezident İlham Əliyev sentyabrın 28-də Serbiya Respublikası baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajicin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dalğa TV -nin xəbərinə görə, dövlət başçısı Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayaraq siyasi əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev iqtisadi sahədə də artıq yaxşı nəticələrin əldə edildiyini bildirib, Bakıda keçirilən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının səmərəli olacağına və gələcək əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu qeyd edib.

Serbiya Respublikası baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajic ölkəsi ilə Azərbaycan arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini və bu sahədə həll edilməmiş hər hansı bir məsələnin olmadığını vurğulayıb. Qonaq bildirib ki, Serbiya tərəfi iqtisadi sahədə də əməkdaşlığı inkişaf etdirmək və ölkənin iş adamları arasında yaxşı əlaqələr yaratmaqda maraqlıdır.

​Azərbaycan 3 şəhid verib, ermənilərin 7 hərbçisi məhv edilib

Sentyabrın 27-də gün ərzində və 28-nə keçən gecə Azərbaycanın Silahlı Qüvvələrinin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb.

Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.

Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu - Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olmuş hərbi qulluqçuların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və qoşunların təmas xəttində təxribatların qarşısını almaq məqsədilə düşmənə qarşı müvafiq tədbirlər həyata keçirilir - nazirlikdən bildirilib.

Strasburqda AŞPA-nın payız sessiyası başlayır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası bu gün Strasburqda işinə başlayır.

"Dalğa TV"-nin məlumatına görə, sessiyanın əsas mövzusu Avropadakı miqrasiya böhranına humanitar və siyasi yardım olacaq.

Həmçinin pasiyentlərin hüquqlarının qorunması və ictimai sağlamlığa əczaçılıq sənayesinin həddindən artıq təsirinin qarşısının alınması üzrə debatlar keçiriləcək, həmmüəlliflərdən birinin Milli Məclisin deputatı Rafael Hüseynovun olduğu "Demokratik cəmiyyətdə etiqad azadlığı və birgəyaşayış haqqında" məruzə təqdim ediləcək.

Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı məsələ, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) fəaliyyəti müzakirə olunacaq. Bundan başqa, sessiyada növbəti beş il üçün qurumun yeni baş katibi seçiləcək.

Payız sessiyasının işi çərçivəsində Lüksemburqun böyük hersoqu Anri, Serbiyanın baş naziri Aleksandr Vuçiç, Bosniya və Herseqovinanın xarici işlər naziri Denis Zvizdiçin çıxış edəcəkləri gözlənilir.

Sessiya oktyabrın 2-dək davam edəcək.

Azərbaycan prezidenti Cənub-Cənub mükafatı ilə təltif olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənub-Cənub mükafatının təltif olunma mərasimində iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cənub-Cənub mükafatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı və bir sıra BMT-yə üzv dölətlər, agentliklər və fondlar tərəfindən təsis olunub.

Mükafat BMT-nin hesabatlarına əsasən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.

Azərbaycan 2015-ci il üzrə sözügedən mükafata layiq görülüb. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dölət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan prezident İlham ƏliyevCənub-Cənub mükafatı ilə təltif olunub. Azərbaycan prezidentinin layiq görüldüyü mükafatı nazir Elmar Məmmədyarov qəbul edib.

Erməni silahlı bölmələri atəşkəs rejimini 74 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 74 dəfə pozub. "Report" xəbər verir ki, bu barədə Azərbayan Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində, Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli və Fərəhli kəndlərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqeyi atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Yarımca, Çaylı, Ağdam rayonunun Novruzlu, Kəngərli, Yusifcanlı, Mərzili, Cəvahirli, Qaraqaşlı, Nəmirli, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan əraziləri atəşə məruz qalıb.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 81 atəş zərbəsi endirib.

Azərbaycanın Batumidəki yeni baş konsulu patentini Gürcüstanın XİN rəhbəri müavininə təqdim edib

Sentyabrın 23-də Azərbaycanın Batumiyə təyin edilən yeni baş konsulu Rəşad İsmayılov Gürcüstan xarici işlər nazirinin müavini Qiqi Qiqiadze ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə yeni baş konsul Rəşad İsmayılov konsul patentini nazir müavininə təqdim edib.
Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseyn iştirak edib. Gürcüstan xarici işlər nazirinin müavini Qigi Qigiadze Rəşad İsmayılovu Batumidə baş konsul vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb. Nazir müavini Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Görüşdə iki ölkə arasında bütün sahələrdə olan əlaqələrin çox məhsuldar şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Görüşün sonunda tərəflər Gürcüstan və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün daim hazır olduqlarını ifadə ediblər.


Saytda Axtarış

Son xəbərlər