Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1966
DünənDünən4879
Bu həftəBu həftə21145
Bu ayBu ay16318
Bu günə qədərBu günə qədər8505209

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İlham Əliyev nazirləri topladı

Prezidentin sədrliyi ilə keçirilən müşavirədə iqtisadiyyat və sənaye, səhiyyə və təhsil nazirləri çıxış ediblər.

Prezident İlham Əliyevin sədrliyi ilə iclas keçirilib.

"Dalğa TV"nin məlumatına görə, müşavirə 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.

Prezident İlham Əliyev iclası giriş nitqi ilə açıb. Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev və təhsil naziri Mikayıl Cabbarov çıxış ediblər.

İclasın sonunda prezidenti yekun nitqi söyləyib.

Bundan əvvəl iyulun 13-də İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Türkiyəyə görə Şimali Kipr də matəm elan etdi

Türkiyə hökumətinin 3 günlük yas elan etməsindən sonra Şimali Kipr Türk Respublikası da bu cür addım atıb.

"Dalğa TV"nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyəni və bütün dünyada yaşayan türkləri yasa boğan Ankara faciəsi ilə bağlı Kipr türkləri də 3 günlük yas elan ediblər.

Şimali Kiprdə bütün şənliklər ləğv edilib.

Şimali Kipr lideri Mustafa Akncı Türkiyə paytaxtında törədilən terror akını qəti şəkildə pisləyib.

Azərbaycan prezidenti Gürcüstana səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev yaxın gələcəkdə Gürcüstana səfər edəcək.

"Dalğa TV" "Sputnik-Georgia"ya istinadən xəbər verir ki, bu barədə Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında baş tutan görüşün yekunu üzrə Gürcüstan hökuməti apparatından məlumat verilib.

"İlham Əliyevin yaxın gələcəkdə Gürcüstana səfər edəcəyi qərara alınıb", deyə məlumatda qeyd olunub.

Putin Ərdoğana zəng etdi

İstifadəçilərin qiymətləndirməsi: / 1
ZəifƏla 

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana zəng edib.

"Dalğa TV" xəbər verir ki, Kremlin yaydığı rəsmi məlumatda dövlət başçsının öz türkiyəli həmkarına Ankarada baş verən terror aktı ilə bağlı baş sağlığı verdiyi bildirilir.
Bundan başqa, Putin Rusiyanın terrorla mübarizədə həmişə Türkiyənin yanında olacağı vədini də verib.

Bu gün Ankarada keçirilən mitinqdə kamikadzenin özünü partlatması nəticəsində azı 30 nəfər ölüb, 126 nəfər isə xəsarət almışdı.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana bu gün Ankarada törədilmiş terror aktı nəticəsində baş vermiş insan tələfatı ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir: "Ankarada törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla mübarizəni zəruri hesab edirik. Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Gürcüstanın baş naziri Bakıya gəldi FOTO+VİDEO

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 10-da Azərbaycana səfərə gəlib.

"Dalğa TV"nin xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

 

შეხვედრა ილჰამ ალიევთან

ორმხრივი ურთიერთობები და რეგიონული უსაფრთხოების საკითხები განიხილეს საქართველოს პრემიერ-მინისტრმა ირაკლი ღარიბაშვილმა და აზერბაიჯანის პრეზიდენტმა ილჰამ ალიევმა. სამუშაო ვიზიტის ფარგლებში გამართული შეხვედრა აზერბაიჯანის პრეზიენტის სასახლეში "ზაგულბა" 3 საათს გაგრძელდა.საუბრის დასაწყისში აზერბაიჯანის პრეზიდენტმა ხაზი გაუსვა საქართველოს მთავრობის მეთაურის ვიზიტის მნიშვნელობას. საქართველოს პრემიერ-მინისტრმა კი ორი ქვეყნის კეთილმეზობლურ ურთიერთობებზე ისაუბრა. ლიდერებმა პოლიტიკურ-ეკონომიკურ თემებზე და რეგიონული უსაფრთხოების საკითხებზე იმსჯელეს. ხაზი გაესვა ინფრასტრუქტურის, ენერგეტიკისა და ტრანსპორტის სფეროებში თანამშრომლობის მნიშვნელობას და ურთიერთობების გაღრმავების პერსპექტივებს. პირისპირ გამართული შეხვედრის შემდეგ, აზერბაიჯანის პრეზიდენტმა ირაკლი ღარიბაშვილს მეგობრულ სადილზე უმასპინძლა. გადაწყდა, რომ ილჰამ ალიევი ახლო მომავალში საქართველოს ვიზიტით ეწვევა. საქართველოს პრემიერ-მინისტრის ვიზიტი ბაქოში დასრულდა.

Posted by Irakli Garibashvili on Saturday, 10 October 2015

Rusiyanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib- FOTO

Rusiyanın ABŞ-dakı səfirliyinin binası qarşısında etiraz aksiyası ke çirilib.

"Dalğa TV" xarici KİV-ə istinadən xəbər verir ki, aksiya iştirak çıları əllərində Suriya və ABŞ-ın bayraqlarını, ingilis və ərəb dillərində şüarlar yazılan plakatları tutublar.

Etiraz çılar Rusiyanın Suriyadakı fəaliyyətinin əleyhinə olduqlarını deyiblər, "Suriyalılara u çuşa qadağan edilən zona lazımdır!", "Rusiya, Suriyadan təcili çıx!" şüarları səsləndiriblər.

Gürcüstanda NATO həftəsi keçiriləcək

Gürcüstanda NATOhəftəsi keçiriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Avrointeqrasiya məsələləri üzrə dövlət nazirliyinin aparatı məlumat yayıb.

Məlumata görə, oktyabrın 25-də Gürcüstanda NATO həftəsinin açılışı olacaq və noyabrın 7-8-nə kimi davam edəcək. NATO həftəsi tədbirlərində NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın iştirakı gözlənilir.

Qeyd edək ki, Gürcüstan  2016-cı ilin iyul ayında Varşavada baş tutacaq NATO Sammitinə fəal hazırlaşır.  Son zamanlar hökumət nümayındələriAvropa İttifaqı və ABŞ-a səfərlər zamanı siyasi tərəfdaşları razı salmağa çalışır ki,  Gürcüstan NATO üzvlüyünə hazırdır.

Gürcüstanın Avrointeqrasiya məsələləri üzrə dövlət nazirliyinin aparatı bildirib ki, NATO həftəsi ilə bağlı digər detallar bir az sonra mətbuatda yayımlanacaq.

Qeyd edək ki, oktyabrın 27-də azərbaycanlıların kompakt yaşadığı Marneulidə də NATO həftəsi tədbirləri keçiriləcək və Gürcüstanın rəsmi nümayəndələri bu tədbirlərin keçirilməsində fəal iştirak edəcəklər.

Azərbaycanın təhsil naziri Gürcüstanda yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşüb - FOTO

Oktyabrın 8-də Azərbaycanın Gürcüstandakı səfirliyində Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ilə azərbaycanlı icmasının nümayəndələri ilə görüş keçirilib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşü Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn açaraq Azərbaycanın təhsil nazirinin Gürcüstana səfərini yüksək qiymətləndirib və keçirilən görüşlərin səmərəli olduğunu bildirib. Sonra nazir Mikayıl Cabbarov azərbaycanlı icmasının nümayəndələri qarşısında çıxış edib. Nazir görüşə gəldikləri üçün Azərbaycan icmasının üzvlərinə minnətdarlığını bildirib.

Mikayıl Cabbarov çıxışında Azərbaycan və Gürcüstanda təhsil sahəsində bir sıra layihələrin həyata keçirildiyini qeyd edib: "Son 10 il ərzində Gürcüstanın ali məktəblərində azərbaycanlı tələbələrin sayı onlarla artıb. Bu, böyük uğurdur və tələbələrimizin sayı dəfələrlə çox ola bilər. Gürcüstan təhsil nazirliyinin həyata keçirdiyi 1+4 proqramı etnik icmalara da şamil olunur. Nazirliklə bizim məqsədlərimiz üst-üsə düşür."

Nazir icma üzvləri ilə görüşündə Azərbaycanda təhsilin vəziyyəti və bu sahədə görülən işlərdən danışıb. O, Azərbaycanda 4.500 təhsil müəssisəsinin 3 mindən çoxunun yenidən tikildiyini və əsaslı şəkildə təmir olunduğunu bildirib və bu məktəblərdə 1 mln 300 min şagird təhsil aldığını, gələcəkdə şagirdlərin sayının daha da artacağını qeyd edib."

Görüşdə Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin vəziyyəti və kadr çatışmazlığı məsələləri ən aktual müzakirə mövzusu olub. Nazir Azərbaycanda müəllim peşəsinə marağın çoxaldığını və Gürcüstanın təhsil nazirinin də bu fikirdə olduğunu bildirib: "Hər iki dövlətin eyni maraqları üst-üstə düşən maraqlardır. Biz nazirlə bir sıra aktual məsələlər haqqında müzakirə aparmışıq. İlk növbədə azərbaycandilli məktəblərdə müəllim çatışmazlığı və müəllimin dərs demə keyfiyyəti bizi çox maraqlandırıb."

Tədbirdə nazir azərbaycandilli məktəblərdə müəllimlərin ixtisas artırma sahəsində təkmilləşdirmə kursları üçün mütəxəssislər göndərilməyinə razı olduğunu bildirib.

Nazir ilə görüşdə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərov, "Qarapapaqlar" jurnalının baş redaktoru Akif Xansultanlı müxtəlif təkliflər irəli sürüblər. Tədbirdə Azərbaycan və Gürcüstan hökumətinin səyi nəticəsində kadr siyasətinin həll edilməsinin mümkün olduğu bildirilib. Tədbirdə Gürcüstanda milli musiqimizin təbliği, yaşadılması və qorunması ilə bağlı incəsənət gimnaziyasının yaradılması təklif edilib.

Tədbirdə nazirə Ermənistanla sərhəddə yerləşən Sadaxlı kənd orta məktəbinin 110 illik yubileyi keçiriləcəyi bildirilib və nazir bu yubileyə dəvət edilib.

Nazir Mikayıl Cabbarov ona ünvanlanan sualları cavablandırıb.

Tədbirdə Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Gürcüstan parlamentinin indiki və sabiq azərbaycanlı deputatları, səfirlik əməkdaşları, Gürcüstan barış və vətəndaş məsələləri üzrə dövlət nazirliyinin Kvemo Kartli üzrə müşaviri Zaur Darğallı, QHT rəhbərləri və jurnalistlər, məktəb direktorları iştirak ediblər.

NATO Rusiyanı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyinin” tanınmasını ləğv etməyə çağırıb

NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan-NATO komissiyasının iclası başlamazdan əvvəl yenidən Rusiyanı Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyinin" tanınmasını ləğv etməyə çağırıb .

"Gürcüstanın təhlükəsizliyini möhkəmləndirmək çox vacibdir. Gürcüstan sərhədlərinin dünya tərəfindən tanıdıldığı suveren dövlətdir. Onun öz gələcəyini, təhlükəsizliyin təmin olunması üçün tədbirləri müəyyən etmək hüququ var", deyə NATO-nun baş katibi qeyd edib.

Onun sözlərinə görə, Rusiya indiyədək Gürcüstanın sərhədlərini pozmaqda davam edir. "NATO Rusiyanı Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyinin" tanınmasını ləğv etməyə çağırır", deyə baş katib bildirib.

"NATO Uelsdəki sammit zamanı Gürcüstana böyük yardım paketinin ayıracağını vəd etmişdi və biz sözümüzə əməl edirik", deyə baş katib bildirib və Gürcüstanın da öz öhdəliklərinə əməl edərək islahatlar layihəsini davam etdiyini bildirib. Yens Stoltenberq Gürcüstan-NATO əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləməkdə davam edəcəyini bildirib.

Saakaşvili ömürlük həbs oluna bilər

Hollandiyanın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi 2008-ci ildə Cənubi Osetiyada baş verən müharibə ilə bağlı araşdırmalara başlayıb.

"Dalğa TV" Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya tərəfinin təqdim etdiyi sənədlər əsasında Cənubi Osetiya ərazisində hərbi cinayətlərin törədildiyi və bu cinayətlərdə hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru səlahiyyətlərini icra edən eks-prezident Mixail Saakaşvilinin əsas müttəhim ola biləcəyi deyilir.

Xüsusi komissiya Rusiya tərəfinin təqdim etdiyi sənədlərə əsasında bununla bağlı qərar çıxaracaq.

ATƏT-in monitorinq komissiyasının keçmiş sədr müavini Elene Tevdoradze isə Haaqa məhkəməsinə təqdim edilən sənədlərin Mixail Saakaşvilinin həbsinə yol aça biləcəyini deyib. Onun sözlərinə görə, hərbi cinayət iddiaları sübut olunarsa, keçmiş Gürcüstan prezidentini 30 ildən ömürlük həbs cəzasına qədər cəzası gözləyir.

Bundan öncə, Gürcüstan hökuməti Saakaşvilini ölkə vətəndaşlıqdan məhrum etmişdi.

Azərbaycanda deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başlayıb

Bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi qeydə alınanların seçkiqabağı təşviqatının aparılmasına başlanılıb.

"Dalğa TV"nin xəbərinə görə, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi patiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.

V çağırış Azərbaycan Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış - 9 oktyabrda başlanır və səsvermənin başlanmasına 24 saat qalmış - 31 oktyabr saat 08:00-da dayandırılır.

Qeyd edək ki, indiyədək 1 233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Saytda Axtarış

Son xəbərlər