Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2371
DünənDünən4879
Bu həftəBu həftə21550
Bu ayBu ay16723
Bu günə qədərBu günə qədər8505615

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Rusiya prezidenti MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə terrorçularla mübarizəni müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərləri ilə Suriya və Əfqanıstanda təlim keçmiş terrorçularla mübarizə məsələlərini müzakirə edəcək.


"Dalğa TV"nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

"Vladimir Putin Moskvada MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 39-cu iclasında iştirak edən xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərlərini qəbul edəcək", deyə məlumatda bildirilir.

Görüş zamanı MDB ölkələrində antiterror fəaliyyətin əsas aspektləri, həmçinin Suriya və Əfqanıstanda təlim keçmiş terror təşkilatları və qruplara qarşı mübarizə məsələləri müzakirə ediləcək.

MDB xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 39-cu iclasında, əsasən, nəqliyyat infrastrukturunda terror aktı təhlükəsinə dair məlumatların mübadiləsi məsələsi müzakirə olunacaq. İclasda, həmçinin, terrorla mübarizədə 2017-2019-cu illər üzrə əməkdaşlıq proqramının layihəsi müzakirəyə olunacaq.

Ceyms Appaturay: "Gürcüstanın NATO-ya qoşulması üçün hər cür imkanı var"

Gürcüstanın NATO-ya qoşulması üçün hər cür imkanı var.
"Dalğa TV"nin məlumatına görə, bu sözləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bu gün Tiflisdə başlayan Cənubi Qafqazda müdafiə və təhlükəsizlik məsələlərinə həsr olunan III Forumda deyib.

Onun sözlərinə görə, Gürcüstan bu istiqamətdə cəhdlərini davam etdirməlidir. C.Appaturay qeyd edib ki, bunun üçün müvafiq inkişaf proqramı işlənib hazırlanıb və Gürcüstan üçün lazımlı alətlər yaradılıb. "Biz 15 il əvvəl ilə müqayisədə Gürcüstanın çox tərəqqi etdiyini görürük. Ölkədə müstəqil məhkəmə mövcuddur, şəffaf və azad media var, şəffaf seçkilər keçirilir", deyə C. Appaturay bildirib.

Qeyd edək ki, iki günlük Gürcüstana səfər çərçivəsində NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə görüşüb. NATO rəsmisi və Gürcüstanın baş naziri NATO-Gürcüstan münasibətlərinin və strateji məsələlərin düzgün istiqamətdə inkişaf etdiyini bildiriblər. Onlar həmçinin Varşava sammitinə hazırlıq məsələlərini də müzakirə ediblər.

Tbilisidə təhlükəsizlik və müdafiə mövzusunda beynəlxalq konfrans keçirilir

Tbilisidə "Cənubi Qafqazda və Gürcüstanda müdafiə və təhlükəsizlik" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfransda Azərbaycan da daxil olmaqla dünyanın 15-ə yaxın ölkəsindən 350-dən çox nümayəndə iştirak edir.

İki gün davam edəcək tədbirdə Şərqi Avropada, xüsusən də Ukraynada, Cənubi Qafqazda, eləcə də Yaxın Şərq regionunda baş verən proseslər, İŞİD-ə qarşı mübarizə və terrorun yayılmasının qarşısının alınması yolları müzakirə olunur.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tədbiri açaraq regionda baş verən proseslər, ölkəsinin NATO-ya üzv olmaq istiqamətində gördüyü işlər, eləcə də regional əməkdaşlıq məsələləri barədə məlumat verib. O bildirib ki, Gürcüstan NATO-ya inteqrasiya etməklə yanaşı, qonşu ölkələrlə də normal münasibət qurmaqda maraqlıdır.

Baş nazir ölkələrin ərazi bütövlüyü və suverenliyinin toxunulmaz olduğunu xüsusi qeyd edib.

Sonra Gürcüstanın müdafiə naziri Tina Xidaşeli çıxış edərək Gürcüstan-NATO əlaqələri və bu istiqamətdə atılan addımlar barədə fikirlərini bölüşüb.

Konfransda müxtəlif mövzularda məruzələr dinlənilib, çıxışlar olub.

NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın da çıxış etdiyi konfrans işini oktyabrın 27-də panel iclaslarda davam etdirəcək. Azərbaycan nümayəndə heyətinin üzvünün iclaslarda terrorizmə qarşı mübarizə mövzusunda çıxışı nəzərdə tutulub.

Eldar Mahmudov üzə çıxdı

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən azad ediləndən bəri ilk dəfə ötən bazar günü üzə çıxıb və qudası, Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevin anasının yasında iştirak edib.

Bu barədə virtualaz.org saytına məlumat verən mötəbər mənbə bildirib ki, Eldar Mahmudov mərhumun dəfn mərasimində də iştirak edib və bütün yas mərasimi boyu qudası C.Hacıyevin yanında dayanıb. Ancaq heç kimlə ünsiyyətdə olmayıb. Sabiq nazir fikirli və pərt görünüb.

Mərasimdə yüksək vəzifəli məmurların iştirak etmədiyi bildirilir.

Eldar Mahmudov vəzifədən qəfil azad olunandan sonra onun barəsində müxtəlif məlumatlar yayılmaqda idi. Bəzi mənbələr onun qeyri-rəsmi ev dustaqlığında olduğunu iddia edirdi.

Məlumatlara görə, Eldar Mahmudov hazırda Badamdardakı dəbdəbəli şəxsi iqamətgahında yaşayır.

Eldar Mahmudovun “sağ əli” də MTN-dən çıxarıldı

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 13 yüksək vəzifəli əməkdaşının vəzifələrindən azad edilərək, sərəncama götürülməsi barədə məlumat vermişik.

"Dalğa TV" xəbər verir ki, Trend MTN-nin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyevin də işdən azad olunaraq, sərəncama göndərilməsi ilə bağlı yeni informasiya əldə edib.

Qeyd edək ki, Ə.Əliyev sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudovun"sağ əli" hesab olunurdu.

Xatırladaq ki, oktyabrın 20-də Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasında əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Digər sərəncamla Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edilib və nazir səlahiyyətləri M.Quliyevə həvalə edilib.

Türkiyədə parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı vətəndaşları səs verirlər

Türkiyədə noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı diplomatik nümayəndəliklərində oktyabrın 25-də saat 9.00-dan səsvermə başlayıb.
"Dalğa TV"nin məlumatına görə, Azərbaycanda ümumilikdə səsvermə hüququ olan 7003 Türkiyə vətəndaşı səfirlik qeydiyyatındadır.

Bakıda isə səsvermə hüququ olan 6311 Türkiyə vətəndaşı yaşayır.

Səsvermə Bakıda və bölgələrdə yalnız bu gün keçirilir və axşam saat 21:00-da başa çatacaq.

Səsvermə üçün Bakıda 5, Gəncə və Naxçıvandakı konsulluqların hər birində 1 seçki qutusu qoyulub.

Gəncədə səsvermə hüququna malik 338, Naxçıvan Muxtar Respublikasında isə 354 Türkiyə vətəndaşı var.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun artıq səs verib.

İsrailin keçmiş xarici işlər naziri də Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün İsraildən gələn nümayəndə heyətinin tərkibində İsrailin keçmiş xarici işlər naziri, "Naş dom- İsrail" partiyasının lideri Aviqdor Liberman da var.

"Dalğa TV" "Seçki-2015"ə istinadən verdiyi məlumata görə, bu barədə "AZİZ" İsrail- Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak məlumat verib.

Onun sözlərinə görə, İsrail nümayəndə heyəti oktyabrın 30-da Bakıya gələcək.

Nümayəndə heyətinin tərkibinə 4 nəfər- İsrailin keçmiş xarici işlər naziri, "Naş dom- İsrail" partiyasının lideri Aviqdor Liberman, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri Maykl Oren daxildir.

Qeyd edək ki, noyabrın 2-də İsrail nümayəndə heyəti seçki müşahidələrinin nəticəsi ilə bağlı mətbuat konfransı keçirməyi də planlaşdırır.

Sabah dünya mavi rəngə boyanacaq

Sabah Avstraliyadan başlayaraq Cənubi Sudana qədər dünyanın bir çox ölkələrində 250-dən çox teatr, muzey və digər memarlıq nümunələri BMT-nin rəsmi rəngi olan mavi rəngə boyanacaq.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, “dünyanı mavi rəngə boya” adlı kampaniya ilə BMT-nin 70 illik tədbirlərinə start veriləcək.

Kampaniyaya Yeni Zelandiyadan başlanılacaq.

BMT-nin Nyu-Yorkdakı iqamətgahı isə 23-24 oktyabrda mavi rəngə boyanacaq.

“BMT Nizamnaməsinin həmişəyaşar prinsipləri bizim bələdçimiz olacaq. Bizim ümumi vəzifəmiz xalqlarımıza xidmət etməkdir”, - deyə BMT baş katibi Pan Gi Mun bəyan edib.

Sidney Operası, Sankt-Peterburqdakı Ermitaj, Nyu-Yorkdakı Empire State Building, Böyük Çin Səddi, Gizadakı piramidalar və İordaniyadakı Petra şəhərinin də mavi rəngə boyanacağı gözlənilir.

BMT-nin 70 illiyi ilə bağlı “daha güclü BMT, daha güclü dünya” şüarı altında tədbirlər keçirilir.

Qeyd edək ki, Azərbaycanda da Heydər Əliyev Mərkəzinin binası oktyabrın 24-də - BMT günündə bu aksiya çərçivəsində mavi rəngə boyanacaq.

MTN-in tutulan rəis müavininin yerinə - Rauf Xələfov gətirildi

Bir neçə gün öncə həbs edilən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin yerinə təyinat olub.

Dalga TV-nin  Qafqazinfo-ya istinadən məlumatına görə, bu vəzifəyə nazirliyin Anti-Terror Mərkəzinin şöbə rəisi Rauf Xələfov gətirilib. Təyinatla bağlı əmr bu gün verilib.

Qeyd edək ki, həbsdə olan İlqar Əliyevin barəsində bu gün məhkəmə qərarından apelyasiya şikayəti verilib. Onun şikayətinə yaxın günlərdə baxılacaq.

Xatırladaq ki, Bir neçə gün əvvəl MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov saxlanılıblar. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirlər. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

MTN şefi Eldar Mahmudov isə oktyabrın 17-də, prezidentin sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.

Putin Suriyadakı əməliyyatının məqsədini açıqladı

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatın yeganə məqsədi sülhün bərqərar olmasına dəstək verməkdir.

"Dalğa TV"nin Apa-ya istinadən məlumatına görə, V.Putin Rusiyanın Suriyada keçirdiyi əməliyyatın tam legitim olduğunu qeyd edib.

"Rəsmi Dəməşqin dəstək barədə müraciətindən sonra biz bu ölkədə hərbi əməliyyat keçirməyə qərar verdik. Bir daha qeyd edirəm ki, bu əməliyyat tam legitimdir. Onun yeganə məqsədi - sülhün bərqərar olmasına dəstək verməkdir , deyə Putin bildirib.

Rusiya prezidenti Rusiya aviasiyasının əməliyyatlarının rəsmi Dəməşqə siyasi nizamlanma sahəsində növbəti addımların atılması üçün zəmin yaradacağına ümidvar olduğunu bildirib.

Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsi verildi

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Qəzənfər oğlu Quliyevə general-leytenant ali hərbi rütbəsi verilsin".

Mədət Quliyev oktyabrın 20-də Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.
Mədət Quliyev bu təyinatadək Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsini tuturdu.

 

MTN olayı ilə bağlı daha iki - Sensasion fakt

Milli təhlükəsizlik naziri Eldar Mahmudov deşifrə edilərək işdən qovulandan sonra onun komandasının çirkin əməlləri ilə bağlı məlumatlar yayılmaqdadır.

"Dalğa TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir neçə gündür ki, mətbuatda E.Mahmudovun dəstəsinin sahibkarlara qarşı törətdikləri qanunsuz əməllər işıqlandırılır. Sahibkarlar bir-birinin ardınca mətbuata çıxaraq sözügedən dəstə tərəfindən məruz qaldıqları haqsızlıqları açıqlayırlar. Məlumatlara görə, artıq bununla bağlı xüsusi bir qrup da yaradılıb, şikayətçi iş adamları, zərəçəkənlərin ərizələri alınır və onlardan alınan rüşvətlər hesablanır.

Hətta "Qafqazinfo" həmin iş adamlarından bəzilərinin adlarını dəqiqləşdirə bilib. Məlumata görə, bir neçə il əvvəl məhz MTN tərəfindən həbs edilən, ciddi haqsızlıqlarla üzləşən, demək olar ki, bütün biznesinin yerlə-yeksan edildiyi iş adamlarından biri də "Texnika Bank"ın keçmiş rəhbəri Etibar Əliyevdir. Xatırladaq ki, o vaxt Azərbaycanın ən böyük banklarından biri olan "Texnika Bank" rəhbəri gözlənilmədən həbs edilmiş, təxminən 9 aylıq həbsdən sonra azadlığa buraxılsa da, bankı əlindən alınmışdı. Məhz o vaxt "Texnika Bank" Eldar Mahmudovun qudası Cahangir Hacıyevə peşkəş edilmiş, adı da dəyişdirilərək "Bank Technique" adlandırılmışdı.

 

E.Əliyevin dönəmində 1000 nəfərdən artıq işçisi, Azərbaycanın bütün bölgələrində filialları, bir neçə ölkədə isə nümayəndəlikləri olan "Bank Technique" cəmi iki il ərzində faktiki olara rəzil gününə salınıb və bu gün bank defolt vəziyyətindədir. İşçilərinin 80 faizindən çoxu ixtisar olunan bankın rəhbəri də bir neçə gün əvvəl istefa verib.

Müştərilər qarşısında öhdəliklərini yerinə yetirə bilməyən "Bank Technique" vətəndaşların əmanətlərini qaytarmaqda çətinlik çəkir. Bankın bu vəziyyətinin ölkə rəhbərliyini ciddi narahat etdiyi qeyd olunur. Bildirilir ki, artıq "Bank Technique"ın fəaliyyətinin bərpa olunması və əvvəlki sahibi - Etibar Əliyevə qaytarılması tapşırılıb.

E.Əliyev və onun çapında olan iş adamları ilə yeni yaradılan komissiya vasitəsilə əlaqə saxlanılır, onların hər biri administrasiyaya çağırılaraq problemləri öyrənilir. Normal fəaliyyət göstərmələri üçün bütün şəraitin yaradılacağına zəmanət verilir. İş adamlarına bütün bunların prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirildiyi bildirilir.

 

Eyni zamanda, son on ildə MTN sıralarından haqsız olaraq çıxarılan kadrlar da üzə çıxmaqdadır. Onların da şikayətlərinin dinləniləcəyi və obyektiv olaraq ölçü götürüləcəyi gözlənilir.

Bu arada, belə kadrlardan biri "Qafqazinfo"ya müraciət edib. Həmin şəxs hazırda saxlanılıb-saxlanılmadığı dəqiq bilinməyən, lakin E.Mahmudovun törətdiyi qanunazidd hərəkətlərin əsas iştirakçısı olan MTN generalı Akif Çovdarovun bu sistemdə işləyən qohumlarından şikayətlənib. Keçmiş MTN-çi bildirib ki, A.Çovdarovun bacısının kürəkəni 1972-ci il təvəllüdlü Rafiq Hümbətov gənc olmasına baxmayaraq, hələ 2010-cu ildə gözlənilmədən Astaraya MTN-nin rəisi təyin olunub:

"Həmin vaxt mən Astarada Rafiq Hümbətovla işləyirdim. Bu adamın ayıq günü olmurdu. Demək olar ki, hər gün içirdi. Astaranın Kələdəhnə kəndində "Ceyhun" restoranı vardı. Bura faktiki olaraq əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərirdi. Rafiqin günü işdə yox, burada keçirdi. Bir dəfə içkili şəkildə idarə etdiyi xidməti avtomobillə də inək vurmuşdu. Onun əməlləri o qədər narahatlıq yaratmışdı ki, həmin vaxt Astara icra başçısı olan Mahir Quliyev iclas keçirdi və bizim rəisə xəbərdarlıq etdi. Lakin heç nə onun vecinə deyildi. Həmin vaxt onun rütbəsi polkovnik-leytenant idi".

Şikayətçi bildirib ki, 2015-ci ilin fevralında R.Hümbətov Bakının Xətai rayon MTN-ə rəis gətirilib. Hazırda da fəaliyyətini orada davam etdirir.

Saytda Axtarış

Son xəbərlər