Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2285
DünənDünən4879
Bu həftəBu həftə21464
Bu ayBu ay16637
Bu günə qədərBu günə qədər8505529

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstanın baş naziri: “Saakaşvilinin yeri həbsxanadır”

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Estoniyaya səfəri zamanı keçmiş prezident, Odessa vilayətinin hazırkı qubernatoru Mixail Saakaşvilinin həbsxana olduğunu bildirib.


";Mixail Saakaşvili Gürcüstanda inqilabi çevriliş təşkil etməyi planlaşdırıb, bunu təsdiqləyən sübutlar var, Ukrayna saytlarında audioyazılar dərc edilib. Gürcüstan əhalisinin soruşsanız, əksəriyyəti siyəsətdə Saakaşvili üçün yer olmadığını bildirəcək. Məndən soruşsanız - onun yeri həbsxanadır", deyə Qaribaşvili Tallində mətbuat konfransında bildirib.

Qeyd edək ki, Ukrayna saytlarından birində oktyabrda Saakaşvilinin "Rustavi -2" telekanalının baş direktoru Nika Qvaramiya və "Vahid Milli Hərəkat"; liderlərindən biri Georgi Bokeriya ilə , noyabrın 2-də isə eks-prezidentin tanınmış gürcü müğənnisi Sofa Nijaradze ilə danışıqlarının audioyazıları dərc edilib. Audioyazılarda Saakaşvili Gürcüstanda inqilabın və qanlı qarşıdurmanın baş verə biləcəyini bildirir. Müğənni belə bir danışığın aparılmadığını və audioyazının saxtalaşdırıldığını iddia edir.

​Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

"Dalğa TV" Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, Türkiyə Prezidentinə fəaliyyətində yeni-yeni uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib, öz növbəsində, hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanması münasibətilə dövlət başçısına təbriklərini çatdırıb, Prezident İlham Əliyevə ali dövlətçilik fəaliyyətində uğurlar, Azərbaycan xalqına firavanlıq arzulayıb.

Dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Rusiya Federasiya Şurasının sədri: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni edir

Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün əlindən gələni edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu bu gün İrəvanda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiyanın mövqeyi çoxdan bəllidir: Rusiya münaqişənin dinc yolla nizamlanması üçün əlindən gələni edir, həmçinin ATƏT-in Minsk Qrupu çərçivəsində də səy göstərir”, deyə Valentina Matviyenko qeyd edib.

Rusiya Federasiya Şurasının sədri Dağlıq Qarabağ münaqişəsinin 30 ildir həll olunmadığını, onun postsovet məkanında ən uzun sürən münaqişə olduğunu qeyd edib: “Sözsüz ki, bu münaqişə tərəflərin heç birinə, istər iqtisadi, istər sosial, istərsə də humanitar nöqteyi-nəzərdən, yaxşı heç nə vermir. Ən əsası isə, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda daim gərginlik ocağı olaraq qalmaqdadır”.

“Təəssüf ki, münaqişə çox uzanıb, lakin biz əminik ki, o yalnız dinc yolla, diplomatik kanallarla, güc tətbiq etmədən həll edilməlidir”, Rusiya Federasiya Şurasının sədri qeyd edib. Matviyenko Rusiyanın münaqişənin dinc yolla həllinə dair bundan sonra da səylər göstərəcəyini vurğulayıb.

“Münaqişənin həlli tək Ermənistan və Azərbaycanın deyil, bütün regionun marağındadır”, deyə Matviyenko qeyd edib.

Azərbaycanın yeni 125 deputatı - SİYAHI

İstifadəçilərin qiymətləndirməsi: / 1
ZəifƏla 

MSK bütün dairələr üzrə yekun nəticələri açıqladı.

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin bütün seçki dairələri üzrə yekun nəticələrini açıqlayıb.

"Dalğa TV" növbəti 5 il üçün Milli Məclisin səçilən deputatları təqdim edir:

1 saylı Şərur-Sədərək seçki dairəsi - Talıbov Vasif Yusif oğlu

2 saylı Şərur seçki dairəsi - Həbibbəyli İsa Əkbər oğlu

3 saylı Babək-Kəngərli-Naxçıvan dairəsi - Mehbalıyev Səttar Suliddin oğlu

4 saylı Naxçıvan şəhər seçki dairəsi - İbrahimov Eldar Rza oğlu

5 saylı Şahbuz-Babək seçki dairəsi - Novruzov Siyavuş Dünyamalı oğlu

6 saylı Culfa-Babək seçki dairəsi - Həmzəyeva Ülviyyə Tapdıq qızı

7 saylı Ordubad-Culfa dairəsi - Həsənquliyev Qüdrət Müzəffər oğlu

8 saylı Binəqədi birinci seçki dairəsi -Quliyev Azay Əjdər oğlu

9 saylı Binəqədi ikinci seçki dairəsi - Qafarov Kəmaləddin Nəsrəddin oğlu

10 saylı Binəqədi üçüncü seçki dairəsi -Musayev Madər Ələsgər oğlu

11 saylı Qaradağ seçki dairəsi - Hüseynov Aydın Nəsir oğlu

12 saylı Qaradağ-Binəqədi - Yasamal seçki dairəsi - Zabelin Mixail Yuryeviç

13 saylı Xəzər - Pirallahı seçki dairəsi - Əliyev Rauf Asif oğlu

14 saylı Xəzər seçki dairəsi - Əliyeva Mehriban Arif qızı

15 saylı Yasamal birinci seçki dairəsi - Quliyev Ülvi Zahid oğlu

16 saylı Yasamal ikinci seçki dairəsi - Mustafayeva Aytən İnqlab qızı

17 saylı Yasamal üçüncü seçki dairəsi - Həsənov Elşad Eldar oğlu

18 saylı Nərimanov-Nizami seçki dairəsi - Musabəyov Rasim Nəsrəddin oğlu

19 saylı Nərimanov birinci seçki dairəsi - Məmmədov Hikmət Baba oğlu

20 saylı Nərimanov ikinci seçki dairəsi - Əliyev Adil Abış oğlu

21 saylı Nəsimi birinci seçki dairəsi - İbrahimqızı Məlahət İbrahim qızı

22 saylı Nəsimi ikinci seçki dairəsi - Mollazadə Asim Nazim oğlu

23 saylı Nəsimi-Səbail seçki dairəsi -Səmədzadə Ziyad Əliabbas oğlu

24 saylı Nizami birinci seçki dairəsi - Abdullayev Rövnəq İbrahim oğlu

25 saylı Nizami ikinci seçki dairəsi - Vəliyeva Sədaqət Süleyman qızı

26 saylı Sabunçu birinci seçki dairəsi - Mustafa Fazil Qəzənfər oğlu

27 saylı Sabunçu ikinci seçki dairəsi - Cəbrayılova Dilarə Məmmədağa qızı

28 saylı Sabunçu üçüncü seçki dairəsi - Quliyev Eldar Allahyar oğlu

29 saylı Səbail seçki dairəsi - Hacıyev Şəmsəddin Hümbət oğlu

30 saylı Suraxanı birinci seçki dairəsi - Fətəliyeva Sevinc Həbib qızı

31 saylı Suraxanı ikinci seçki dairəsi -Quliyev Fərəc İbrahim oğlu

32 saylı Suraxanı üçüncü seçki dairəsi - Abıyev Ağacan Qulam oğlu

33 saylı Xətai birinci seçki dairəsi - Mirələmov Hüseynbala Fazil oğlu

34 saylı Xətai ikinci seçki dairəsi - Muradov Fuad Rauf oğlu

35 saylı Xətai üçüncü seçki dairəsi - Əlizadə Araz Məmməd Mübariz oğlu

36 saylı Xətai dördüncü seçki dairəsi - Seyidov Səməd İsmayıl oğlu

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi - Kərimzadə Pərvin Orxan qızı

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi - Həmzəyev Naqif Ələşrəf oğlu

39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi - Fətiyev Xanlar Nuru oğlu

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi - Quliyev Musa İsa oğlu

41 saylı Sumqayıt birinci seçki dairəsi - Xəlilov Mirzəcan Mirzəmməd oğlu

42 saylı Sumqayıt ikinci seçki dairəsi - Mirkişili Tahir Famil oğlu

43 saylı Sumqayıt üçüncü seçki dairəsi - Babayev Muxtar Bahadur oğlu

44 saylı Sumqayıt-Xızı seçki dairəsi - Salayev Hacı Hacıbaba oğlu

45 saylı Abşeron seçki dairəsi - Əsədov Oqtay Sabir oğlu

46 saylı Şirvan seçki dairəsi - Cəbrayılov Rəfael Kamil oğlu

47 saylı Mingəçevir seçki dairəsi - Mirzəzadə Aydın Böyükkişi oğlu

48 saylı Yevlax seçki dairəsi - Məmmədov İlham Kazım oğlu

49 saylı Yevlax-Mingəçevir seçki dairəsi - Hüseynli Əli Məhəmməd oğlu

50 saylı Abşeron-Qobustan dairəsi- Xanlarova Zeynəb Yəhya qızı

51 saylı Qusar seçki dairəsi - Badamov Azər Camal oğlu

52 saylı Quba seçki dairəsi - Əhmədov Vahid Qazməmməd oğlu

53 saylı Quba-Qusar seçki dairəsi - Abramov Yevda Sasunoviç

54 saylı Şabran-Siyəzən seçki dairəsi - Süleymanov Tahir Süleyman oğlu

55 saylı Xaçmaz şəhər seçki dairəsi - Səlimov Eldəniz Adil

56 saylı Xaçmaz kənd seçki dairəsi - Əliyev İlham Əli Səftər oğlu

57 saylı Kürdəmir seçki dairəsi - Məmmədov Müslüm Mürsəl oğlu

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi - Hüseynov Rəfael Baba oğlu

59 saylı Salyan seçki dairəsi - Hüseynov Əliağa İzzət oğlu

60 saylı Salyan-Neftçala dairəsi - Ağamalı Fəzail Rəhim oğlu

61 saylı Neftçala seçki dairəsi - Rəhimzadə Arif Qafar oğlu

62 saylı Saatlı seçki dairəsi - Amaşov Əflatun Əhməd oğlu

63 saylı Sabirabad birinci seçki dairəsi - Quliyev Elçin Bəybala oğlu

64 saylı Sabirabad ikinci seçki dairəsi - Xəlilov Rüstəm Gülabba oğlu

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi - Əmiraslanov Əhliman Tapdıq oğlu

66 saylı Biləsuvar dairəsi - Kazımlı Xanhüseyn Hüseynağa oğlu

67 saylı Cəlilabad şəhər seçki dairəsi - Həsənov Malik Əvəz oğlu

68 saylı Cəlilabad kənd seçki dairəsi - Kazımov Mirkazım Məhəmməd oğlu

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi - İbrahimli Fəzail Feyruz oğlu

70 saylı Masallı şəhər seçki dairəsi - Əliyev Nəriman Əlibala oğlu

71 saylı Masallı kənd seçki dairəsi - Axundova Elmira Hüseyn qızı

72 saylı Yardımlı-Masallı seçki dairəsi - Qasımlı Musa Cəfər oğlu

73 saylı Lənkəran şəhər seçki dairəsi - Quliyev Rüfət Atakişi oğlu

74 saylı Lənkəran kənd seçki dairəsi - Rəcəbli Hadı Musa oğlu

75 saylı Lənkəran-Masallı seçki dairəsi - Paşazadə Cavanşir Hümmət oğlu

76 saylı Lənkəran-Astara seçki dairəsi - Əsgərov Ziyafət Abbas oğlu

77 saylı Astara seçki dairəsi - Mahmudov Rəşad Məmmədqulu oğlu

78 saylı Lerik seçki dairəsi - Məmmədov İqbal Nəriman oğlu

79 saylı İmişli seçki dairəsi - Qasımov Əsabil Qarakişi oğlu

80 saylı İmişli-Beyləqan seçki dairəsi - Qənizadə Çingiz Aşralı

81 saylı Beyləqan seçki dairəsi - İsmayılov Şahin Əmir oğlu

82 saylı Ağcabədi seçki dairəsi - Rzayev Tahir Musa oğlu

83 saylı Ağcabədi-Füzuli seçki dairəsi - Abbasov Aqil Məhəmməd oğlu

84 saylı Füzuli seçki dairəsi - Muradova Bahar Əvəz qızı

85 saylı Şamaxı seçki dairəsi - Süleymanov Elxan Sirac oğlu

86 saylı İsmayıllı seçki dairəsi - Aslanov Novruzəli Davud oğlu

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi - Kərimli Tahir Zayıdağa oğlu

88 saylı Göyçay seçki dairəsi - Hacıyev Sabir Kamal oğlu

89 saylı Göyçay-Ağdaş seçki dairəsi - Nəsirov Elman Xudam oğlu

90 saylı Ağdaş seçki dairəsi - Əsədullayev Çingiz Rauf oğlu

91 saylı Ucar seçki dairəsi - Hüseynov Vüsal Afqan oğlu

92 saylı Zərdab-Ucar seçki dairəsi - Əliyeva Jalə Fazil qızı

93 saylı Bərdə şəhər seçki dairəsi - Baxşəliyeva Gövhər Baxşəli qızı

94 saylı Bərdə kənd seçki dairəsi - Oruc Zahid Məhərrəm oğlu

95 saylı Tərtər seçki dairəsi - Alıyev Sahib Eyvaz oğlu

96 saylı Goranboy-Naftalan seçki dairəsi - Aslanov Mahir Məhəmmədəli oğlu

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi - Vəliyev Ağalar İsrafil oğlu

98 saylı Şəmkir şəhər seçki dairəsi - Qafarova Sahibə Əli qızı

99 saylı Şəmkir kənd seçki dairəsi - Əliyeva Sona Sakit qızı

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi - Bayramov Kamran Fərhad oğlu

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi - Rzayev Rövşən Şükür oğlu

102 saylı Samux-Şəmkir seçki dairəsi - Ələsgərov Valeh Feyruz oğlu

103 saylı Gədəbəy seçki dairəsi - Hüseynova Sevinc Əmirəhməd qızı

104 saylı Gədəbəy-Tovuz seçki dairəsi - Məmmədhəsənov Rafiq Musa oğlu

105 saylı Tovuz seçki dairəsi - Paşayeva Qənirə Ələsgər qızı

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi - Ağayeva Ülviyyə Cavanşır qızı

107 saylı Qazax seçki dairəsi - Nəbizadə Kamran Telman oğlu

108 saylı Ağstafa seçki dairəsi - Cəfərov Nizami Qulu oğlu

109 saylı Balakən seçki dairəsi - Məhməliyev Nəsib Məhəmməd oğlu

110 saylı Zaqatala seçki dairəsi - Musayev Elşən Məmmədhənifə oğlu

111 saylı Zaqatala-Balakən seçki dairəsi - Əliyeva Kamilə Əlağa qızı

112 saylı Qax seçki dairəsi - Kərimli Azər Şəmşid oğlu

113 saylı Şəki şəhər seçki dairəsi - Mahmudov Yaqub Mikayıl oğlu

114 saylı Şəki kənd birinci seçki dairəsi - Məsimli Əli Əhməd oğlu

115 saylı Şəki kənd ikinci seçki dairəsi - Feyziyev Cavanşır Əyyub oğlu

116 saylı Qəbələ dairəsi - Heydərov Fəttah Səməd oğlu

117 saylı Oğuz-Qəbələ seçki dairəsi - Naxçıvanlı Aqiyə Həbib qızı

118 saylı Ağdam şəhər seçki dairəsi - Əliyev Bəxtiyar Həmzə oğlu

119 saylı Ağdam kənd seçki dairəsi - Sadıqov Bəxtiyar Yusif oğlu

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi - Şahverdiyev Astan Nuşrəvan oğlu

121 saylı Laçın seçki dairəsi - Abbaszadə Mahir Tapdıq oğlu

122 saylı Xankəndi dairəsi - Qasımova Flora Qasım qızı

123 saylı Kəlbəcər seçki dairəsi - Qurbanov Cavid Qənbər oğlu

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi - Məmmədov Elman Camal oğlu

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi - İsmayılov İmamverdi İbiş oğlu.

Gürcüstanın baş naziri İlham Əliyevi təbrik etdi

"Azərbaycan sülhə nail olmağa xidmət edən yoldadır".

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını iqtidar partiyanın Parlament seçkilərində qazandığı qələbə münasibəti ilə təbrik edib.

"Dalğa TV" sputnik-georgia.ru-ya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi - noyabrın 2-də hökumət başçısının mətbuat xidmətində məlumat yayılıb.

"Azərbaycanın irəliləyişi və inkişafı gürcü və Azərbaycan xalqının dostluğunun möhkəmləndirilməsi, Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığının dərinləşməsi üçün çox vacibdir", - baş nazirin təbrikinin mətnində bildirilib.

Hökumət başçısı Azərbaycanın regionda sülhə, sabitliyə və rifaha nail olmağa xidmət edən yolda olmasına inanır.

GUAM-ın baş katibi: “Milli Məclisə seçkilər tam sakit şəraitdə keçirilib”

"Milli Məclisə seçkilər tam sakit şəraitdə keçirilib".

"Dalğa TV"nin məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib.
"Məndən başqa, Ukrayna Parlamentinin üzvü İvan Krulko və Gürcüstan parlamentinin üzvü Zurab Abaşidze də seçki dairələrində nümayəndə kimi iştirak edib. Bakıda 20, Sumqayıtda isə 7 məntəqədə seçkiləri izləmişik. Məntəqələrdə səsvermə zamanı seçkilərin təşkil olunmasında heç bir ciddi pozuntu qeydə alınmadı. Seçkilər tam sakit şəraitdə keçirilib və seçkilər baş tutub".

Gürcüstan Mixail Saakaşviliyə görə Ukraynaya nota verib

İstifadəçilərin qiymətləndirməsi: / 1
ZəifƏla 

Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkili Georgi Nazarova rəsmi nota təqdim edib.
"Dalğa TV"nin xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Gürcüstan tərəfi keçmiş prezident, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin Gürcüstanın təhlükəsizlik və stabilliyinə təhdid kimi qiymətləndirilən açıqlamalarına etirazı bildirib. Qeyd olunub ki, bu kimi açıqlamalar Gürcüstanın daxili işinə qarışmaq kimi qiymətləndirilir və qəbuledilməzdir. Həmçinin açıqlamanın Gürcüstan və Ukrayna arasında əməkdaşlıq və dostluğunun ruhuna uyğun gəlmədiyi vurğulanıb.

XİN-in məlumatında qeyd olunur ki, Gürcüstan tərəfi rəsmi Kiyevin yuxarıda sadalanan məsələlərə müvafiq reaksiya verəcəyini və bu kimi halların bir daha təkrarlanmayacağını təsdiqləyəcəyini gözləyir.

Qeyd edək ki, oktyabrın 29-da internetdə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin "Rustavi-2" telekanalının baş direktoru Nika Qvaramiya və Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Qiqa Bokeriya ilə telefon danışığı yayılıb. Danışıq zamanı M. Saakaşvili şirkəti müdafiə etməyin yolları barədə məsləhətlər verir.

M. Saakaşvili səs yazısının yayılmasında Rusiya xüsusi xidmət orqanlarını günahlandırıb.

Ermənistan prezidenti sabah Gürcüstana səfər edəcək

Ermənistan prezidenti Serj Sarkisyan sabah Gürcüstana işgüzar səfər edəcək.

"Dalğa TV"nin “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində S. Sarkisyan gürcü həmkarı Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, habelə parlament sədri David Usupaşvili ilə görüşəcək.

Hələlik səfərin əsas məqsədi bəlli deyil.

Ehtimal olunur ki, Serj Sarkisyan Tbilisidə İran qazının Gürcüstana Ermənistan vasitəsilə çatdırılması məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze bir müddət əvvəl İran qazının Gürcüstana ixracı məsələlərini müzakirə etmək məqsədilə noyabrın ortalarında İrana səfər edəcəyini bildirib.

KİV-də isə tranzit ölkənin Ermənistan ola biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Azərbaycanda daha bir nazir işdən çıxarıldı

Azərbaycanda daha bir yüksək çinli məmur vəzifəsindən azad olunub.

"Dalğa TV"nin "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyevin sərəncamı ilə Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad olunub. Yaxın saatlarda sərəncamın rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Məlumatlara görə, prezidentin nazir Əli Abbasovu işdən çıxarması son günlər aparılan təmizləmə işinin tərkib hissəsidir.

Qeyd edək ki, iki gün əvvəl nazirliyin aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən azad olunaraq həbs edilib. Həmçinin nazirliyin tabeçiliyində olan BTRİB-in rəhbəri Beytulla Hüseynov da işdən çıxarılaraq həbs olunub. Hər iki yüksək vəzifəli şəxsin Eldar Mahmudov çetesinin üzvü olduğu aşkarlanıb.

Bildirilir ki, nazir Əli Abbasovun tabeliyində olan yüksək vəzifəli şəxslərin bu əməllərindən xəbərsizliyi onun vəzifəsinin öhdəsindən gələ bilməməsi kimi qiymətləndirilib.

Xatırladaq ki, Əli Abbasov nazir postuna 2004-cü ildə təyin olunub.

Gürcüstanda məşğulluq, sosial bərabərlik və davamlı inkişaf məsələləri mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO

Tiflisdə "Gürcüstan, Azərbaycan, Belarus, Moldova, Ukrayna və Ermənistanda layiqli məşğulluq, sosial bərabərlik və davamlı inkişaf məsələləri" mövzusunda beynəlxalq konfrans başlayıb.
"Dalğa TV"nin xəbərinə görə, tədbirdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edib. Baş nazir çıxışında məşğulluğun dövlət üçün prioritet məsələlərdən biri olduğunu bildirib. O qeyd edib ki, son illər ölkədə biznesin modernləşdirilməsi həyata keçirilir, bu da işsizliyi aradan qaldırmağa kömək edir: "Biznesin inkişafı üçün komfort şərait yaratmışıq. Bu gün Gürcüstanda biznes maneəsiz inkişaf edir. Qeyd edim ki, keçən il Gürcüstanda xarici investisiyaların həcmi 81% artıb. Ölkəyə 1 milyard 700 milyon dollar sərmayə yatırılıb. Biz iş adamlarına məşğulluğun artması üçün 1-2 faizlik subsidiyalar veririk. Bütün bunlar yeni iş yerlərinin açılması deməkdir".

Tədbirdə Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Ailə, Uşaq və Qadın məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, digər dövlət və QHT nümayəndələri təmsil edir. M.Kərimli "Əmək bazarı institutları: Dövlət məşğulluq xidmətlərinin fəaliyyəti mövzusunda çıxış edib. O, çıxışında son 12 ildə Azərbaycanda məşğulluğun təmin olunması, yoxsulluğun aradan qaldırılması sahəsində bir çox islahat və dövlət proqramlarının həyata keçirilməsi və aktiv əmək bazarı haqqında ətraflı məlumat verib.

Konfrans sabah davam edəcək.

M. Kərimli APA-ya açıqlamasında Azərbaycanda 1 milyon 400 min yeni iş yeri açıldığını və yoxsulluğun səviyyəsinin aşağı düşdüyünü bildirib: "Azərbaycanda çoxsaylı dövlət islahatları, nazirlik tərəfindən həyata keçirilən aktiv əmək bazarı proqramları 15-24 yaş arasında olan gənclər arasında işsizliyi aradan qaldırmağa kömək edir. İndiyədək gənclər arasında işsizliyin səviyyəsi 13,5% olub. Biz bu sahədə yeni ünvanlı dövlət proqramları həyata keçirir və bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Avropa ilə müqayisədə Azərbaycanda işsizlik əsaslı dərəcədə azdır. Bu rəqəm Avropada və G-20 ölkələrində 20% təşkil edir. Son illər dövlət proqramlarının və islahatların həyata keçirilməsi sayəsində Azərbaycanda işsizliyin səviyyəsi 12%-dən 4,9 %-ə enib, bu da regionda və dünyada ən aşağı göstəricilərdən biridir".

Marneulidə "NATO Gənclər Forumu" keçirilib - FOTO

Gürcüstanda başlayan "NATO həftəsi - 2015" çərçivəsində azərbaycanlıların kompakt yaşadığı Marneulidə "Marneuli Gənclər Mərkəzi"nin (MGM), NATO və Avropa Birliyi Məlumatlandırma Mərkəzinin və Rumıniyanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə silsilə tədbirlər həyata keçirilib..
"Dalğa TV" xəbər verir ki, NATO həftəsi çərçivəsində şahmat üzrə "NATO kuboku" uğrunda gənc azərbaycanlı şahmatçılar mübarizə aparıb, həmçinin azərbaycanlı gənclərin NATO mövzusunda əl işlərindən ibarət sərgisi təşkil edilib. NATO-ya həsr olunan tədbirlərdə iştirak edən qonaqlar azərbaycanlı gənc xalça ustalarının əl işlərinə baxış keçiriblər.

NATO çərçivəsində Marneulidə gənclərin qatıldığı "NATO Gənclər Forumu" da keçirilib. Forumda NATO İnformasiya Mərkəzinin rəhbəri Yelena Qotsadze, NATO mərkəzi qərargahının xalq diplomatiyası departamentinin rəsmisi Despina Afentouli, dövlət aparatının nümayəndəsi Olqa Spirandi, Rumıniya səfirliyinin nümayəndəsi Radu Qorinçoi iştirak ediblər.

Tədbirdə Gürcüstanda fəaliyyət göstərən ali məktəblərin azərbaycanlı tələbələri NATO mövzusunda öz esseləri ilə çıxış ediblər. Forum şahmat çempionatının qaliblərinin və ən yaxşı rəsm müəlliflərinin mükafatlandırılması ilə başa çatıb. Marneuli Gənclər Mərkəzinin şahmat kursunun üzvləri Ruslan Mustafayev, Mənsum Məmmədov, Anil Karamov və rəsm kursunun üzvləri Sənan Cəlilov, Turanə Xudayeva dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

GUAM PA-nın müşahidəçiləri Azərbaycana oktyabrın 31-də gələcəklər

GUAM Parlament Assambleyasının (PA) müşahidə missiyası noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin gedişini izləyəcək.

Bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvili məlumat verib.

Gürcüstan və Ukraynadan olan müşahidəçilər baş katibin rəhbərliyi altında Bakıya oktyabrın 31-də gələcəklər.

Noyabrın 3-dək Azərbaycanda olacaq GUAM müşahidəçiləri dairə və məntəqələrdə səsvermənin gedişini izləyəcək, nəticələrə dair mətbuat konfransı keçirəcəklər.

Seçkilərlə bağlı hazırlanacaq yekun hesabat ictimaiyyətə təqdim olunacaq.

Saytda Axtarış

Son xəbərlər