Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1950
DünənDünən4879
Bu həftəBu həftə21129
Bu ayBu ay16302
Bu günə qədərBu günə qədər8505194

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Bu gün - oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

"Dalğa TV" xəbər verir ki, XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində SSRİ respublikalarında da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul edilib.

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.

1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

Ruslar Türkiyədən üzr istədi - Sərhəd pozuntusuna görə

"Ruslar bir neçə dəfə üzr istədilər və bildirdilər ki, istəmədən sizin hava sərhədlərinizi pozduq".

"Dalğa TV"nin məlumatına görə, bu sözləri Türkiyə xarici işlər naziri Feridun Sinirlioğlu jurnalistlərə açıqlaması zamanı deyib.

Sinirlioğlu bildirib ki, Rusiyanın göndərdiyi nümayəndə heyəti eyni halın təkrarlanmaması üçün işlərin getdiyini deyib. Rusiya hərbi hava qüvvələrinin nümayəndəsi general Sergey Dronovun başçılıq etdiyi hərbi nümayəndə heyəti sərhəd pozuntusunun səbəblərini də açıqlayıb. Rus hərbiçilər sərhəd pozuntusunun pis hava şəraiti və Suriya ərazisinə bələd olmamaqla izah ediblər.

Rusiya bir necə həftədir ki, Suriya ərazisini bombalamağa başlayıb. Hava hücumları zamanı Rusiya qırıcıları Türkiyənin hava sərəhədlərini pozmuşdu. Türkiyə buna görə Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağıraraq xəbərdarlıq edib. Amma bundan sonra da Rusiya eyni addımı təkrarlayıb. Bundan sonra NATO üzvləri də daxil olmaqla dünyanın bir çox dövlətləri Rusiyanın bu addımını tənqid edib.

NATO -nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, Türkiyənin hava sərhədini pozması heç də təsadüfə oxşamır.

"Rusiya hələ də Türkiyənin hava sərhədinin niyə pozduğu haqda heç bir izahat verməyib. Bizim üçün bu sərhəd pozuntusu heç də təsadüf kimi görünmür. Xəbərdarlıqlara baxmayaraq, Rusiyaya məxsus Su-30 və Su-24 təyyarələri Türkiyə hava məkanına daxili olub. Biz Avropadakı müşahidə mərkəzlərindən hava sərhədlərinin pozulduğunu dəfələrlə müşahidə etmişik. Bu, yolverilməz haldır."

Məsələyə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın bu addımları təkrar edəcəyi halda adekvat cavab veriləcəyini dedi.

Amma Rusiya nümayəndə heyətinin Türkiyə səfəri aradakı gərginliyin aradan qalxdığını ortaya çıxarır. Regionda bir-birinə ehtiyacı olan hər iki dövlətin arasında gərginliyin yaranmasına səbəb olan bəzi qüvvələr baş verən sərhəd pozuntusunu öz məqsədləri üçün istifadə etmək istəyiblər. Çünki Rusiya və Türkiyənin əlaqələrinin pozulması regionda maraqları olan qüvvələrin əl-qolunu açması ilə nəticələnərdi.

Rusiya və Türkiyə qaz alışı və nüvə enerjisi sahələrində əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. Rusiyanın ən böyük təbii qaz alıcılarından biri Türkiyədir. Ölkələr arasında “Türk Axın”ı qaz layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib

"Dalğa TV" xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin", - deyə sərəncamda bildirilir.

Azərbaycanın milli təhlükəsizlik naziriEldar Mahmudov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin”, - deyə sərəncamda bildirilir.

Azərbaycanın Rusiyadakı səfiri “Tbilisi şəhərinin fəxri vətəndaşı” adına layiq görülüb

Oktyabrın 16-da Gürcüstanda ənənəvi olaraq hər il keçirilən "Tbilisoba" bayramının rəsmi açılışı olub.

"Dalğa TV" xəbər verir ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri,  xalq artisti, tanınmış bəstəkar və müğənni Polad Bülbüloğluna "Tbilisi şəhərinin fəxri vətəndaşı" adı təqdim olunub.

Tbilisi şəhərinin meri David Narmaniya fəxri adın diplomunu və şəhərin rəmzi açarını Polad Bülbüloğluna təqdim edib.

Mer səfiri təbrik edib, ona diplomatik fəaliyyətində və yaradıcılığında uğurlar arzulayıb.

Polad Bülbüloğlu belə yüksək ada layiq görüldüyünə görə Gürcüstanın dövlət və hökumət rəhbərlərinə minnətdarlığını bildirib.

"Tbilisi şəhərinin fəxri vətəndaşı" adı hər il bu ölkənin ictimai-siyasi, mədəni həyatında fərqlənən vətəndaşlarına verilir. Bu il ilk dəfə bu fəxri ada başqa ölkənin Azərbaycan vətəndaşı Polad Bülbüloğlu layiq görülüb. Bu fəxri ad Polad Bülbüloğluna Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə verilib.

Mərasimdə Gürcüstanın dövlət və hökumət üzvləri, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli və digər şəxslər iştirak ediblər.

"Tbilisoba" bayramı ənənəvi olaraq Gürcüstanda hər il keçirilir. Gürcüstanın müxtəlif bölgələrindən elm, incəsənət, mədəniyyət, səhiyyə sahəsində çalışan şəxslər, kənd təsərrüfatının inkişafında fərqlənən fermer və fərdi torpaq mülkiyyətçiləri paytaxta dəvət olunurlar.

İki gün davam edəcək bayram tədbirləri çərçivəsində paytaxtda kənd təsərrüfatı məhsullarının satış yarmarkası, bayram şənlikləri, atəşfəşanlıq təşkil olunacaq.

Baş nazirinin müavini Abid Şərifov Azərbaycanın Gürcüstandakı səfirliyində olub

İpək Yolu Beynəlxalq Forumunda iştirak etmək üçün Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov oktyabrın 15-də ölkəmizin Gürcüstandakı səfirliyində olub.

Diplomatlarla görüşdən və səfirliyin binası ilə tanışlıqdan sonra Abid Şərifov M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə gəlib. Muzeyin direktoru Leyla Əliyeva Baş nazirin müavininə buradakı mədəniyyət nümunələri barədə məlumat verib.

Sonra Abid Şərifov SOCAR-ın Gürcüstan nümayəndəliyində olub. Nümayəndəliyin rəhbəri Mahir Məmmədov Baş nazirin müavinini SOCAR-ın Gürcüstanda həyata keçirdiyi layihələr, əldə etdiyi nailiyyətlər barədə məlumatlandırıb.

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana işgüzar səfərə gəlib

"Dalğa TV" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində keçiriləcək iclasında iştirak etmək üçün oktyabrın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.

Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Kokşetau şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Avropalı jurnalistin Ərdoğana "diktator" sualı - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada Finlandiya prezidenti Sauli Niinistöyü ilə keçirdiyi birgə mətbuat konfransında maraqlı olay yaşanıb.


"Dalğa TV"  xəbər verir ki, Finlandiyadan gələn bir jurnalist Ərdoğandan "Sizi diktator olmaqda günahlandırır. Terror hadisəsində dövlətin barmağı var iddiası da mövcuddur. Bu iddialarla bağlı nə düşünürsünüz" sualını verib.

Türkiyə prezidenti isə təmkinini pozmadan bu suala belə cavab verib.

"İlk növbədə diktatorun olduğu ölkədə belə bir sual verə bilməzsinin onu xatırladım. Diktatorun olduğu bir ölkədə prezidentin ailəsi də daxil olmaqla hökumət üzvlərinin sərhədsiz təhqir edilməsini görə bilməzsiniz.

Yazılı və virtual mediada, uşaqlarım, həyat yoldaşım başda olmaq hər birimizi sərhədsiz şəkildə təhqir edirlər. 13-14 illik baş nazirin dövründə bunları səbirlə qarşıladıq. İndi dərin dövlət deyirlər.

Bu nəyə əsasən söylənilir? Çıxışımda bunu qeyd etdim. Bir fikiri söyləyərkən faktlarlamı danışırsız, yoxsa fakta əsaslanmayan ümumi sözlərlə? Fakt varsa buna hörmətim var. Bizim diktator olmağımızla bağlı fakt yoxdur. Sadəcə, dedi-qodudur."

Baş verən olayın "dərin dövlət" tərəfindən həyata keçirildiyini iddia edənlər var. Bu nəyə əsasən söylənir? Bunu söyləmək üçün bir faktları varmı? Mən bir il əvvəl xalqımın 52 faizinin səsi ilə prezident seçilmiş bir insanam. Xalqının yüzdə 52 faiz səsi ilə seçilmiş bir insanı görəsən diktator elan edənlər kimlərdir ? Mən xalqım tərəfindən seçilmişəm. Məni diktator elan edənlər isə, istədiyi kimi hökumət qurub, istədiyi kəsləri hakimiyyətdən endirməy sevənlərdir.

Bu partlayışda "dərin dövlət"in izi var deyənlər, əslində özlərini gizlədirlər. Bunlar ortaya çıxacaq. İşləyirik, bir az səbrli olmaq lazımdır."

 

Azərbaycan ilə Gürcüstan arasında dini, mədəni və humanitar sahələrdə əməkdaşlıq yüksək səviyyədədir

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 15-də Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

Komitədən APA-ya verilən məlumata görə, görüşdə komitə sədri Gürcüstanla Azərbaycanı tarixi dostluq və mehriban qonşuluq münasibətlərinin olduğunu bildirib.

Bütün sahələrdə olduğu kimi din sahəsində də əlaqələrin yüksək səviyyədə qurulduğunu deyən M. Qurbanlı bu əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında danışıb. M.Qurbanlı dövlət tərəfindən Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrinə daima xüsusi diqqət göstərildiyini vurğulayıb: "Qeyri-islam təmayüllü dini icmalara mütəmadi olaraq, dövlət büdcəsindən maliyyə yardımı ayrılır ki, onların arasında Qax rayonu Əlibəyli kəndi "Müqəddəs Nino" və Qax rayonu, Qaxingiloy kəndi, "Müqəddəs Georgi" gürcü-pravoslav kilsələrinin dini icmaları da var".

Teymuraz Şaraşenidze öz növbəsində ölkələrimiz arasında dini, mədəni və humanitar sahədə əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, din sahəsində mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün əlində olan bütün imkanlardan istifadə edəcək.

Putin Quranın müdafiəsinə qalxdı

Rusiya prezidenti müqəddəs kitablardakı mətnləri ekstremist adlandırmağı qadağan edib.

Rusiyanın prezidenti Vladimir Putin ekstremizm haqqında danışarkən Quran, İncil və digər müqəddəs kitablardan sitatlar gətirməyi qadağan etməyi təklif edib.

O, Rusiya Dövlət Dumasına bu haqda qanun layihəsi də təqdim edib. Həmin qanuna əsasən, Xristianlıq, İslam, İudaizm və Buddizmə aid müqəddəs kitablar ekstremist mənbə kimi təqdim və təsdiq edilə bilməz.

"İncil, Quran, Tanax (İudaizmdə müqəddəs yazı) və Qancur (müqəddəs buddist mətnlərinin toplusu), onların mətnləri və onlardan sitatlar ekstremist material kimi təsdiq edilə bilməz", - deyə qanun layihəsində deyilir.

Ehtimal olunur ki, həmin qanun layihəsi rəsmən elan edilən gündən etibarən qüvvəyə minəcək.

 

 

Ərdoğan: Ankaradakı terror aktının kökləri Suriyadan qaynaqlanır

Türkiyə hökuməti Ankaradakı terror aktının Suriya ilə əlaqəli olduğunu təsdiqləyən kəşfiyyat məlumatlarına malikdir.

"Dalğa TV"nin məlumatına görə, bunu ötən gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

"Terror hücumunun köklərinin Suriyada olduğunu təsdiqləyən kəşfiyyat məlumatları var", Ərdoğan mətbuat konfransında bildirib.
Prezident əlavə edib ki, terror aktının istintaqında İŞİD və PKK-nın hadisə ilə əlaqəli olduğu da daxil olmaqla bütün versiyalar araşdırılır.

Qeyd edək ki, iki terrorçu-kamikadze tərəfindən törədilmiş partlayışlar nəticəsində 97 nəfər ölüb. İstintaqın əsas versiyası isə İŞİD-in partlayışlarla əlaqəli olmasıdır.

Prezidentdən sensasion bəyanat: "Azərbaycan iqtisadiyyatının əsas problemi inhisarçılıqdır"

"Dalğa TV" xəbər verir ki, bu sensasion bəyanatla prezident İlham Əliyev Nazirlər Kabinetinin bu gün keçirilən iclasında çıxış edib.


"Bu sferada təəsüflər olsu ki, biz hələ də ciddi nəticələr əldə edə bilməmişik. Həm istehsalda, həm ixracda. Bilmirəm bu nə psixologiyadır, əgər mən bu məhsulu istehsal edirəmsə başqaları bunu etməməlidir. Başqaları üçün də imkan yaratmaq lazımdır ki, rəqabət olsun. Əgər rəqabət olmasa inkişaf da olmayacaq, keyfiyyətli məhsul da olmayacaq"-prezident bildirib.
"Qoy hər kəs istehsal etsin. Yaxşı, ola bilsin bizim bazar məhduddur, o zaman elə məhsul istehsal edin, yetişdirin ki, xaricə satmaq mümkün olsun. Və dövlət də bunu dəstəkləyəcək"-İlham Əliyev çıxışında deyib.
Prezidentin bildirdiyinə görə, gələcəkdə iqtisadiyyatın əsas inkişaf sahəsi ixrac olacaq. "Mən dəfələrlə demişəm ki, biz buna çox ciddi hazırlaşırıq və xaricdə logistik mərkəzlər yaradırıq. Xaricə investisiyaları niyə yatırırıq? Ona görə ki, bizim məhsullarımız ora çıxış əldə etsin, yeni bazarlar tapsın. İmkan yaransın ki, sahibkarlar öz məhsullarını ixrac edib sata bilsin. Burada isə əgər kimsə nəsə istehsal edirsə başqasına bunu etməyə imkan vermir və ya müxttəlif yollarla öz himayəçilərini bu işə cəlb edirlər. Buna yol vermək olmaz, o cümlədən idxalla bağlı. İnhisarçılığa yol vermək olmaz. Bir daha təkrar edirəm. Biz açıq bazar siyasəti aparırıq. Bizim siyasətimiz məhz bundan ibarətdir. Ona görə bütün strukturlar bu siyasəti aparmalıdır"-İlham Əliyev vurğulayıb.

Gürcüstanın baş naziri: "Azərbaycanın təbii qazının əvəzlənməsindən söhbət gedə bilməz"

"Azərbaycanın təbii qazının əvəz edilməsi ilə bağlı heç bir danışıq aparılmır".

"Dalğa TV" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili jurnalistlərin "oktyabrın 10-da Azərbaycana səfəri zamanı təbii qazla bağlı məsələ müzakirə edilibmi" sualına cavabında deyib.

O hesab edir ki, vəziyyəti dramatikləşdirmək lazım deyil: "Əvvəla,mən Bakıya Azərbaycan Prezidenti İlham Əliyevlə işgüzar görüş keçirmək üçün səfər etmişdim. Çünki çoxdan idi görüşmürdük. Təbii ki ölkələrimiz arasında çox sıx və dostluq münasibətlərindən, eləcə də strateji əməkdaşlıqdan danışdıq".

Gürcüstan hökumətinin başçısı təbii qazın ölkəsinə idxalı ilə bağlı məkrli məsələlərə və müzakirələrə son qoyulmasını istəyib: "Azərbaycana münasibətdə heç bir dəyişiklik nəzərdə tutulmayıb. Azərbaycanla strateji münasibətimiz var və bu hökumətlərimizin, dövlətlərimizin başlıca istiqamətidir. Bizim Azərbaycanla sıx strateji və dostluq münasibətimiz var və olacaq. Siyasətçi Azərbaycana münasibətin dəyişməsi haqda düşünə bilməz. Bu cəfəngiyyatdır. Təbii qazın idxalının şaxələndirilməsi və Azərbaycanın təbii qazının əvəz edilməsi haqda müzakirə olmayıb, bu cəfəngiyyatdır, gerçəkliyi əks etdirmir".

Saytda Axtarış

Son xəbərlər