Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2161
DünənDünən4879
Bu həftəBu həftə21340
Bu ayBu ay16513
Bu günə qədərBu günə qədər8505405

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Prezidentin Gürcüstan səfərinin əhəmiyyəti

Prezident İlham Əliyevin Gürcüstana etdiyi iki günlük səfər həm siyasi, həm də iqtisadi cəhətdən əhəmiyyətlidir.

Dalga TV-nin  ans-ə istinadən məlumatına görə, prezident İlham Əliyevin Gürcüstana səfəri oradakı soydaşlarımızın problemilərinin həllinə kömək edəcək.

11 ildən sonra Gürcüstanda yaşayan azərbaycanlılarla görüşən dövlət başçısı onların qayğıları ilə maraqlanıb.

Heç bir məktəbi təmirsiz vəziyyətdə görmək istəmədiyini deyən İlham Əliyevin bununla baglı SOCAR-ın rəhbərliyinə lazımi göstərişlər də verib.

Prezident azərbaycanlı iş adamlarına həmvətənlərimizin işlə təmin olunmasında fəallıq göstərməyi tövsiyə edib:

“Yəni, əminəm ki, bundan sonra həm SOCAR, həm Azərbaycanın digər şirkətləri, özəl qurumların nümayəndələri Gürcüstana investisiya qoyacaqlar və burada yaşayan azərbaycanlılar, gürcülər üçün yeni imkanlar yaradacaqlar”.

Dövlət başçısının Gürcüstan səfəri soydaşlarımızın problemlərinin həlli ilə yanaşı, iqtisadi və siyasi baxımdan da əhəmiyyətli hesab olunur.

İlham Əliyevin qonşu ölkədə ən yüksək səviyyədə qarşılanması bu səfərə qarşı tərəfin verdiyi önəmi göstərir.

“Bu səfər regionda mövcud olan geosiyasi çağrışları özündə əks etdirir. Səfər zamanı İlham Əliyev həm yerli Azərbaycan icmasına, həm də Gürcüstan rəhbərliyinə və provaslav kilsəsinə bir sıra vacib ismarıclar verib. Fikirimcə, bu sahədə səfər həm vacib, həm də məsuldar oldu. Regionda vəziyyət dəyişib, o cümlədən enerji sahəsində. Hesab edirəm ki, bu səfər həm Azərbaycan, həm də Gürcüstan rəhbərliyi tərəfindən bölgədəki geosiyasi proseslərə siyasi cavabdır”, – deyə Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Mamuka Areşidze bildirib.

Politoloq Rasim Musabəyov isə hesab edir ki, bu səfər iki ölkə arasında münasibətləri daha da inkişaf etdirəcək.

Onun sözlərinə görə, dövlət başçısının Gürcüstan səfəri Bakı-Tiflis-Qars dəmir yolunun çəkilməsi üzrə işləri daha da sürətləndirəcək:

“Səfər bizim üçün çox vacib idi ki, mövcud layihələrimiz nə dərəcədə Gürcüstan tərəfindən heç bir maneə ilə qarşılanmayacaq. Eyni zamanda da Gürcüstanın geosiyasi seçimi ilə bağlı, yəni qərbyönümlü siyasətinin davamı olacaq, məhz bu kimi məsələlərə aydınlıq gətirilməsi bizim üçün çox vacib idi”.

Prezident İlham Əliyevin Gürcüstandakı görüşlərin nəticəsi olaraq təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə bəyannamə imzalanıb.

Prezident İlham Əliyev Gürcüstana səfəri çərçivəsində bir sıra görüşlər keçirib - FOTO

Noyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya ilə görüşüb.

"Dalğa TV"nin məlumatına görə, II İliya ulu öndər Heydər Əliyev və prezident İlham Əliyev ilə şəxsi münasibətlərini yüksək dəyərləndirərək, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər nümunə xarakteri daşıdığını və hər iki dövlətin Qafqazda sülhü və əmin-amanlığı qorumaq üçün səylərini əsirgəmədiyini qeyd edib. II İliya ölkələrimizin dini sahədə münasibətlərinin də çox yaxşı olduğunu qeyd edib.

Gürcüstanda 300-dən çox məscidin fəaliyyət göstərdiyini deyən Pravoslav Kilsəsinin Patriarxı prezidenti İlham Əliyevə ölkəmizdə yaşayan gürcülərə göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirib. O, Azərbaycanda Gürcüstanın yepiskopunun olması və bir sıra digər dini məsələlərlə bağlı fikirlərini çatdırıb. Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulmasına görə dərin narahatlığını vurğulayan II İliya ümidvar olduğunu bildirib ki, hər iki ölkənin ərazi bütövlüyü bərpa ediləcək. Gürcüstana Azərbaycandan təbii qazın verilməsi ilə bağlı prezident İlham Əliyevə təşəkkürünü çatdıran Patriarx II İliya ölkələrimiz arasında bundan sonra da münasibətlərin yüksək səviyyədə olacağına inamını ifadə etdi.


Prezident İlham Əliyev Azərbaycanda II İliyaya böyük hörmət bəsləndiyini vurğulayaraq Gürcüstanın dini liderinin fəaliyyətinin hər zaman regionda sülhün bərqərar olmasına, bütün münaqişələrin həllinə, dünyadakı dinlərarası münasibətlərdə qarşılıqlı anlaşmaya, qarşılıqlı hörmətə və sülhə əsaslandığını qeyd edib. Prezident İlham Əliyev çoxmillətli və çoxkonfessiyalı Azərbaycan və Gürcüstanın digər ölkələr üçün ümumbəşəri dəyərlərə sadiqlik nümunəsi olduqlarını xüsusi vurğulayıb. Marneulidə Azərbaycan icması ilə görüşünə toxunan dövlət başçısı ölkəmizdə yaşayan gürcülərə də yüksək münasibət göstərildiyini bildirib. Müstəqillik dövründə ölkələrimiz arasında strateji münasibətlərin formalaşdığını deyən prezident İlham Əliyev bu baxımdan Gürcüstana rəsmi səfəri zamanı dövlət başçılarının imzaladıqları Birgə Bəyannamənin əhəmiyyətini xüsusi qeyd edib. Dövlət başçısı Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpasının hər iki ölkənin dinamik inkişafı üçün zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq qurumlar çərçivəsində fəal qarşılıqlı fəaliyyətinin mövcud olduğunu bildirib

SOCAR-ın Gürcüstandakı fəaliyyətini yüksək dəyərləndirən prezident İlham Əliyev hər iki ölkənin uğurlu gələcəyinin yalnız sıx qarşılıqlı əməkdaşlıq sayəsində mümkün olduğunu deyib.

Prezidenti İlham Əliyevin daha sonra Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşüb. "Dalğa TV"nin  məlumatına görə, görüşdə Gürcüstan parlamentinin deputatları iştirak ediblər.

“Gürcüstanda siyasi partiyalar öz aralarında müxtəlif məsələlərlə bağlı mübahisə edirlər, lakin Azərbaycanla qarşılıqlı dost münasibətlərində onların arasında heç bir müxtəlif fikirlər olmur”, deyə David Usupaşvili bildirib və Azərbaycanda parlament seçkilərində Yeni Azərbaycan partiyasının qələbəsi münasibətilə prezident İlham Əliyevi təbrik edərək iki ölkənin qanunverici orqanları arasında əlaqələrin davam edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan dövlət başçısı Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi, sosial, humanitar və mədəni əlaqələr yalnız bütün region üçün nümunədir və bu dostluq onun hüdudlarından kənara çıxıb. Bunun təsdiqi üçün Azərbaycan prezidenti noyabrın 5-də Gürcüstan prezidenti ilə əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə imzalanmasını göstərib.

Azərbaycanın dövlət başçısı Azərbaycan və Gürcüstan parlamentlərinin əlaqələrinin dərinləşdirməsinə xüsusi diqqət yetirməyin vacib olduğunu bildirib.

Görüşdə tərəflər hər iki ölkənin mövcud münaqişələrini müzakirə ediblər və bu münaqişələrin suveren və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, noyabrın 6-da Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.

Həmin gün prezidenti İlham Əliyev Tbilisidə Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili ilə görüşüb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Tbilisidə Gürcüstanın mərhum dövlət başçısı Eduard Şevardnadzenin məzarını ziyarət edib və ailə üzvləri ilə görüşüb.

Prezident İlham Əliyevin Gürcüstana rəsmi səfəri başa çatıb - FOTO

Prezident İlham Əliyevin Gürcüstana rəsmi səfəri başa çatıb.

"Dalğa TV"nin məlumatına görə, Tbilisinin Beynəlxalq hava limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü – FOTO

Azərbaycanın Gürcüstana birbaşa investisiyaları 3,7 dəfə artıb.

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

"Dalğa TV" gürcü baş nazirin saytına istinadən xəbər verir ki, geniş tərkibdə keçən görüşdə İlham Əliyev çıxış edərək, bu görüşdən şad olduğunu bildirib.

"Bir müddət əvvəl Bakıda, indi isə Gürcüstanda görüşürük və çox şadam. Bu, iki ölkənin münasibətlərinin daha da dərinləşəcəyi və bizim başladığımız layihələri birgə həyata keçirəcəyimizi təsdiqləyən yaxşı əlamətdir”, - deyə, Azərbaycan Prezidenti bəyan edib.

Görüşdə əsas müzakirə mövzusu ölkələrin investisiya münasibətləri olub.

Qeyd olunub ki, 2012-2015-ci illərdə Azərbaycanın Gürcüstana birbaşa investisiyaları 3,7 dəfə artıb.

Görüş zamanı həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Bakı-Tbilisi-Qars layihələri, "SOCAR Energy Georgia"nın fəaliyyəti müzakirə olunub.

İlham Əliyev: Gürcüstan bizim strateji tərəfdarımızdır

"Azərbaycan üçün Gürcüstan çox yaxın ölkədir".

Noyabrın 5-də Tbilisidə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin geniş tərkibdə görüşü olub.

"Dalğa TV"nin məlumatına görə, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili deyib:

"Zati-aliləri cənab Prezident. Hörmətli nümayəndə heyətinin üzvləri. İcazə verin, Sizin Gürcüstana səfərinizi ürəkdən alqışlayım. Deməliyəm ki, çoxdandır bu səfərin intizarında idim.

Bizim mehriban qonşuluğumuz, əməkdaşlığımız və həyata keçirdiyimiz ortaq strateji layihələrimiz nümunəvidir. Ancaq cənab Prezident, mən əminəm ki, Sizin Gürcüstana bu rəsmi səfəriniz əməkdaşlığımızı daha da dərinləşdirəcək və əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək".

Azərbaycan Prezident İlham Əliyev bildirib:

"Çox sağ olun, hörmətli cənab Prezident. Göstərilən qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Əminəm ki, səfərimin nəticələri iki ölkə arasındakı əlaqələrin inkişafına çox müsbət təsir göstərəcək. Bizim üçün Gürcüstan çox yaxın ölkədir, strateji tərəfdaşdır. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik və bu əməkdaşlıq getdikcə daha da dərinləşir. Çox istəyirik ki, ikitərəfli əlaqələr daha da sürətlə inkişaf etsin və bütün sahələri əhatə etsin. Gündəlikdə duran məsələlər çoxdur. Hər məsələ ilə bağlı konkret proqramlar var və icra mexanizmləri də mövcuddur. İndi biz bu məsələləri geniş tərkibdə məmnuniyyətlə müzakirə edəcəyik".

Görüşdə iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparıldı.

Azərbaycan prezidentinin Gürcüstana rəsmi səfəri başlayıb - FOTO

Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri başlayıb.

Tbilisidəki Şota Rustaveli adına Aeroportda Azərbaycan prezidentini Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi İrine İmereşvili və Prezident Aparatının rəhbəri David Pataraya qarşılayıblar.

Sonra prezident Heydər Əliyevin Tbilisidə ucaldılmış abidəsini ziyarət edib, önünə əklil qoyub. Bunun ardınca isə dövlət başçısı Tbilisinin Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Gürcüstan prezidentlərinin ikitərəfli, eləcə də geniş formatda görüşləri olacaq. Görüşlərdən sonra siyasi, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil, elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə Bəyannamə imzalanması nəzərdə tutulur.

Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatla da çıxış edəcəklər.

Bununla yanaşı, prezidentin rəsmi səfəri çərçivəsində Gürcüstanın baş naziri, Gürcüstan parlamentinin sədri və bütün Gürcüstanın Patriaxı II İlya ilə görüşləri nəzərdə tutulub.

Rəsmi səfər çərçivəsində İlham Əliyev Marneulidə yaşayan azərbaycanlılarla da görüşlər keçirəcək.

Səfər noyabrın 6-da başa çatacaq.

 

Prezident İlham Əliyev: "Sahibkarlara qarşı reketlik edilib"

"Dalğa TV" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində çıxışı zamanı bu fikirləri səsləndirib :

"Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib."
 
Prezident: Sahibkarlara qarşı reketlik edilib

“Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib."#xeber PAYLAŞIN

Posted by Aziza Ismailova on Thursday, 5 November 2015

 

“ABŞ Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir“

"ABŞ və Azərbaycan ikitərəfli əlaqələrin möhkəmləndirilməsində maraqlıdırlar".

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfirin sözlərinə görə, ABŞ Dövlət Departamentinin Azərbaycandakı seçkilərlə bağlı bəyanatında qeyd olunub ki, ABŞ Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədir.

O, qeyd edib: "Biz, həmçinin ATƏT-in dünyada təhlükəsizlik və stabilliyin təmin edilməsi üçün yaradılmış önəmli bir təşkilat olduğunu vurğulamaq istərdik. Dağlıq Qarabağ münaqişəsi ATƏT çərçivəsində həll edilir ki, bu da münaqişənin ilkin vəziyyətə qayıtmasına imkan vermir. Təşkilatın işinin önəmi də məhz bundadır".

Azərbaycan prezidenti sabah Gürcüstana rəsmi səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gedəcək.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan və Gürcüstan prezidentlərinin ikitərəfli, eləcə də geniş formatda görüşləri olacaq. Görüşlərdən sonra siyasi, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil, elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə Bəyannamə imzalanması nəzərdə tutulur.

Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatla da çıxış edəcəklər.

Bununla yanaşı, prezidentin rəsmi səfəri çərçivəsində Gürcüstanın baş naziri, Gürcüstan parlamentinin sədri və bütün Gürcüstanın Patriaxı II İlya ilə görüşləri nəzərdə tutulub.

Rəsmi səfər çərçivəsində İlham Əliyev Marneulidə yaşayan azərbaycanlılarla da görüşlər keçirəcək.

Səfəri noyabrın 6-da başa çatacaq.

Prezident İlham Əliyev: "Milli Məclisə seçkilər demokratik normalara uyğun keçirilib"

"Dünyada yaşanan maliyyə və hərbi böhrana baxmayaraq, Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin edilməsi xalqla iqtidarın birliyi sayəsində mümkündür".

"Dalğa TV" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

Bir neçə gün əvvəl Azərbaycanda keçirilən parlament seçkilərinə toxunan ölkə başçısı bu siyasi kampaniyanın demokratik normalara uyğun başa çatdığını və bunun yerli və xarici müşahidəçilər tərəfindən təsdiq olunduğunu diqqətə çatdırıb.

"Azərbaycanda yoxsulluq olmamalıdır" deyən dövlət başçısı buna nail olmaq üçün gələcəkdə də ölkənin müsbət inkişaf dinamikasının davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın dərinləşdirilməsinə dair bəyannamə imzalanacaq

Azərbaycanla Gürcüstan arasında siyasət, təhlükəsizlik, iqtisadiyyat, ticarət, tranzit, mədəniyyət, təhsil və elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair bəyannamə imzalanacaq.

"Dalğa TV" Gürcüstan prezidentinin saytına istinadən xəbər verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı imzalanacaq.

Xəbərdə bildirlib ki, prezidentlərin təkbətək və genişləndirlimiş formatda görüşü olacaq.

Məlumata görə, səfər zamanı Azərbaycan və Gürcüstan prezidentlərinin KİV qarşısında birgə bəyanatla çıxış edəcəkləri nəzərdə tutulub.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Gürcüstanın baş naziri, parlamentin sədri və patriarx II İlya ilə görüşəcəyi də gözlənilir.

Xəbərdə bildirilib ki, Azərbaycan Prezidentinin Marneulidəki azərbaycanlılarla görüşü də gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə yola düşəcək. 

Səfər noyabrın 6-da başa çatacaq. 

ABŞ: Gürcüstanın NATO-ya üzv olmasına tərəfdarıq

Amerika Birləşmiş Ştatları Gürcüstanın NATO-ya daxil olmasına tərəfdardır.

"Dalğa TV"nin "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibinin birinci müavini Toni Blinken Gürcüstanın Xarici İşlər Naziri Georgiy Kvirikaşvili ilə görüşü zamanı deyib.

2008-ci ildə Buxarestdə keçirilən NATO sammitinin qərarlarını xatırladan Blinken, Gürcüstanın quruma üzv qəbul edilməsinə dair öhdəliyin mövcud olduğunu vurğulayıb. "Biz bu öhdəliyi yerinə yetirməyə hazırıq və Gürcüstanı dəstəkləyirik", - deyə ABŞ rəsmisi vurğulayıb.

Saytda Axtarış

Son xəbərlər