Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2142
DünənDünən4879
Bu həftəBu həftə21321
Bu ayBu ay16494
Bu günə qədərBu günə qədər8505386

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Ərdoğan Rusiyaya səfərini ləğv edə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya planlaşdırılan səfəri ləğv edilə bilər.

Dalga TV  xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, hazırda bu məsələ müzakirə mərhələsindədir.

Administrasiyadan deyiblər ki, Türkiyə Prezidentinin Rusiyaya səfəri dekabrın 15-nə planlaşdırılıb.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq Türkiyəyə noyabrın 25-nə planlaşdırılan səfərindən imtina edib.

Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. Hər iki pilot katapult edə bilib, təyyarə isə Suriya ərazisinə düşüb.

Rusiya Xəzərdən İŞİD-in Suriyadakı mövqelərinə növbəti raket zərbələri endirib

Rusiya Xəzər dənizindən İŞİD-in Suriyadakı mövqelərinə 18 raket zərbəsi endirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.

“Bu gün Xəzər donanmasının gəmiləri Raqqa, İdlib və Hələbdəki hədəflərə 18 qanadlı raket buraxıb. Bütün hədəflər məhv edilib”, - deyə o vurğulayıb.

Gürcüstanda yeni baş prokuror seçilib

Gürcüstanda Prokurorluq Şurası ölkənin yeni baş prokurorunu seçib.

"Dalğa TV"nin məlumatına görə, baş prokuror vəzifəsinə İrakli Şotadze seçilib. Seçkidə 14 Şura üzvü iştirak edib. İrakli Şotadzeyə Prokuror Şurasının 13 üzvü səs verib. O, hazırda baş prokurorun müavini vəzifəsində çalışır. Onun namizədliyi parlamentdə təsdiqlənəndən sonra baş prokuror vəzifəsinin icrasına başyayacaq.

Gürcüstanda baş prokuror 6 il müddətinə seçilir.
Qeyd edək ki, baş prokuror vəzifəsinə daha iki namizəd - Vladimir Qabriçidze və Nana Revazişvili iddia edib.

Gürcüstan müdafiə naziri Azərbaycana səfər edəcək

Gürcüstan müdafiə naziri Tina Xidaşeli Amerika və Avropa ölkələrinə ikihəftəlik turneyə çıxıb.


 "Dalğa TV"nin Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, turne çərçivəsində T. Xidaşeli Kanada, ABŞ, Belçika, Almaniya və Azərbaycana səfər edəcək.

T. Xidaşelinin Nyu-Yorkda BMT sülhməramlı missiyalarının rəhbərləri ilə görüşləri, habelə Avropa Parlamentinin Müdafiə və təhlükəsizlik komitəsində çıxışı gözlənilir.

Gürcüstan müdafiə nazirinin sonuncu səfəri Azərbaycana olacaq. T Xidaşeli bildirib ki, ikigünlük səfər zamanı Azərbaycan tərəfi ilə bir sıra görüşlər nəzərdə tutulur.

Gürcüstanın Müdafiə naziri Tinatin Xidaşeli ordu üçün maddi bonusların verilməsini planlaşdırır.

Tinatin Xidaşeli: Orduya maddi bonuslar verməyi planlaşdırıram

"Dalğa TV" xəbər verir ki, bu haqda nazir jurnalistlərə açıqlamasında bildirib.
Xidaşelinin dediyinə əsasən məbləğ bonuslarını yalnız silahlı qüvvələr üçün verəcəklər.
"Ordu ilə əlaqəli olduğu üçün indi demək istəyirəm ki, sonra surpriz olmasın. Mən orduya maddi bonuslar vermək fikrindəyəm. Lakin yalnız bonuslar Gürcüstan Silahlı Qüvvələrinə, yalnız və yalnız vitse-palkovnik rütbəsinə qədər olan hərbi xidmətçilərə veriləcək. Çox ümid edirəm ki, Gürcüstanda buna etiraz etməyəcəklər", - bildirib Xidaşeli.

Daha bir vəzifəli həbs olundu

Seyidov barəsində də 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin daha bir vəzifəli şəxsi həbs edilib.

"Dalğa TV" xəbər verir ki, APA-nın məlumatına görə, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının baş mühasibi Rəşad Məmmədov barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, dünən "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi Fətullah Seyidov barəsində də 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F. Seyidov və R. Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.

Başlanmış cinayət işi üzrə 10-dan çox vəzifəli şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Jirinovski ABŞ-ın İŞİD-dən necə istifadə etdiyini açıqladı - VİDEO

Rusiya Liberal-Demokratik Partiyasının lideri Vaşinqtonun şəxsi maraqlarına görə Yaxın Şərqdə terrorçulardan istifadə etdiyinə əmin olduğunu bildirib.

RLDP-nın lideri Vladimir Jirinovski ABŞ-ın həqiqətdə İŞİD teror qruplaşmasını məhv etməyə çalışmadığını hesab edir.

"Dalğa TV" ans press-ə istinadən xəbər verir ki, Jirinovski amerikalıların bir ay ərzində Suriyada müharibəni bitirmək imkanına malik olduğunu bildirib.

Siyasətçi bunun üçün amerikalılarda bütün imkanların olduğunu qeyd edərək onların həmçinin ərazi haqqında mükəmməl bilgilərinin olmasını da vurğulayıb.

"Amerikalılar yəqin ki, İŞİD teror qruplaşmasına kömək edirdilər və edirlər. Bu terrorçu qruplaşmanın əsasını ABŞ-ın istifadə etdiyi və İraqdan atılmış iraqlı hərbi qulluqçular təşkil edir. Amerikalılar bütün hakimiyyəti şiələrə veriblər", - deyə Jirinovski bildirib.

Vladimir Jirinovskinin fikrincə, Vaşinqtonda İŞİD terorçu qruplaşmanın obyektlərinin harada yerləşməsi haqqında xəritələr var. Amma ABŞ Rusiya pilotlarına dəqiq koordinatları verməyəcək. Siyasətçi güman edir ki, əksinə amerikalılar səhv məlumatları verə bilərlər. Buna görə Rusiyanın ABŞ-la əməkdaşlıqdan çəkinməsi daha yaxşıdır.
"Amerikalılara neftin qiymətinə təsir etmək üçün İŞİD terorçu qruplaşmasına yiyələnmək sərfəlidir.

Həmçinin Türkiyəyə, İran, Suriyaya təsir etmək və Bəşər Əsədi zəiflətmək üçün. Onlar Yaxın Şərqin dağıdılması üzrə iş görürlər ki, qaçqınlar Avropaya getməyə davam etsinlər. Beləliklə Avropa Birliyi ABŞ-nın əlində qalır”, - deyə Jirinovski bildirib.

Siyasətçi əmindir ki, bununla da Birləşmiş Ştatların planları məhdudlaşmır. O gözləyir ki, nəticədə İŞİD teror qruplaşmasının hazır ordusunu Orta Asiyaya və daha sonra Qərbi Çinə göndərsin.

İlham Əliyev İslamı müdafiə etdi – Parisdə

Ötən gün Fransanın paytaxtı Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da iştirak ediblər.

Forumda çıxış edən dövlət başçısı əvvəlcə noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verib. Prezident İlham Əliyev keçmişdə çoxsaylı terror hadisələrindən əziyyət çəkən Azərbaycanın terrorizmə qarşı mübarizədəki rolundan danışıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində erməni işğalının qurbanı olub: "Bu gün Avropanın qarşılaşdığı miqrasiya böhranı ilə bağlı xəbərlərə baxanda biz anlayırıq ki, bu insanlar evlərini tərk etmək məcburiyyətində qalıblar. Amma eyni zamanda 1991-ci, 1992-ci illəri xatırlayırıq. Həmin vaxt Azərbaycan 1 milyon insanı yerləşdirməli olmuşdu. Bu dünyada ən böyük qaçqın və məcburi köçkün axınlarından biri idi.

Dövlət başçısı Azərbaycan torpaqlarının işğalı nəticəsində tarixi, dini, mədəni abidələrin dağıdıldığını vurğulayıb:"Siz Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə dağıdılmış beş yüzdən çox tarixi və memarlıq abidələrinin şəkilləri ilə internet vasitəsi ilə tanış ola bilərsiniz. Siz Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən qorunan erməni kilsəsini də görə bilərsiniz. Bu multikulturalizmə, dini tolerantlığa yanaşmadakı fərqlilikdir. Bu onu göstərir ki terrorun, dini milliyyəti yoxdur. Buna görə də İslamı terrorizmlə bağlamaq qəbuledilməzdir."

Daha sonra Fransa Prezidenti Fransua Olland çıxış edib. O, Parisdə törədilən son terror aktlarından bəhs edib, Fransanın terrorçulara sərt cavab verəcəyini bildirib. Fransa Prezidenti terrorizmin bəşəri dəyərlərə böyük təhdid olduğunu qeyd edib.

Antalyada G 20 sammitinə qarşı etiraz aksiyası - Video

Türkiyədə G20 etirazlarla müşayiət olunur

Türkiyənin Antalya şəhərində keçirilən G 20 zirvəsi zamanı etiraz aksiyası keçirilib.

"Dalğa TV"nin anspress-ə istinadən məlumatına görə, bir qrup tələbə sammitin keçiriləcəyi yerə yürüş etmək istəyib. Tələbələr dünya liderlərinə yazılan məktubu oxuyublar. Daha sonra həmin məktubu liderlərə təqdim etmək üçün sammit bölgəsinə yürüş ediblər.

Polislər etiraz edən qrupun qarşısını alıb. Etirazçılar daha sonra oturaq aksiyaya başlayıblar. 20 dəqiqəyə yaxın davam edən aksiyada 4 nəfər polis tərəfindən saxlanılıb.

“Gürcü Arzusu” Parisdə baş verən teror aktı ilə əlaqəli baş sağlığı verdi

"Dalğa TV" xəbər verir ki, "Gürcü Arzusu - Demokratik Gürcüstan" Parisdə həyata keçirilən teror aktı ilə əlaqəli kədər hissini bildirdi.

"Teror aktı zamanı günahsiz insanlar həyatını itirdilər" - bu haqda partiya tərəfindən yayılan bəyanatda bildirilir.

"Bu ağır anlarda bizim dost ölkə Fransa dövlətinə və fransız xalqına həmrəyliyimizi bildiririk. Tələf olan insanların ailələrin kədərinə şərik oluruq. Bu qeyri-insani addım bir daha sülh və təhlükəsizliyi təmin etmək üçün hər bir dövlətin birgə durması və əməkldaşlığının nə dərəcədə vacib olduğunda bizləri bir daha əmin etdi", - deyə baş sağlığı məktbunda qeyd olunub.
Rəsmi məlumata əsasən Parisdə baş verən teror zamanı 128 insan həlak olub, 600 nəfərədək isə yaralı var.

İlham Əliyev Barak Obama ilə görüşdü - VİDEO

Noyabrın 15-də Türkiyənin Antalya şəhərində "Böyük İyirmilik" ölkələri liderlərinin Sammiti öz işinə başlayıb.

"Dalğa TV" xəbər verir ki, "Böyük İyirmiliyə" (G20) daxil olan ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və digər ölkə rəhbərlərinin iştirak etdiyi sammitə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Sayca onuncu dəfə keçirilən bu Sammitdə Azərbaycan xüsusi dəvətli qonaq statusunda təmsil olunur.

Zirvə görüşünün iştirakçıları birgə foto çəkdiriblər. Bu mərasim öncəsi Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obama ilə görüşüb.

 

Mehriban Əliyeva “Böyük İyirmiliyin” tədbirində

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva “Biznes-20”/“Qadınlar-20” (“Business-20”/“Women-20”) sessiyasında iştirak ediblər.

ANS PRESS-in məlumatına görə, “Biznes-20”/“Qadınlar-20” (“Business-20”/“Women-20”) sessiyası noyabrın 15-də “Böyük İyirmiliyin” Antalyada keçirilən Sammiti çərçivəsində təşkil olunub.

Tədbirdə əvvəlcə qaçqın qadınların problemlərinə həsr edilən videoçarx nümayiş olundu.

Sessiyada çıxış edənlər bu problemin artıq qlobal xarakter aldığını bildirdilər. Qeyd edildi ki, həlli vacib olan belə problemlərin aradan qaldırılması ilə yanaşı, onların qarşısını almaq da zəruridir.

Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailə üzvləri G20 sammitində

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan sessiyada çıxış edərək dedi ki, sammit çərçivəsində təşkil olunan bu tədbir qadınların, xüsusilə qaçqın qadınların problemlərinin həllinə yeni bir baxış gətirəcək. Əminə Ərdoğan terrorçuluğa qarşı mübarizə, Suriyadakı vəziyyət, bu ölkədən olan qaçqınların məsələlərinə də toxundu. Bildirdi ki, dünyanın müxtəlif yerlərində törədilən terror aktlarından ən çox əziyyət çəkən qadınlar və uşaqlardır. Bu problemin indiyədək həllini tapmaması təəssüf doğurur. Türkiyə Prezidentinin xanımı Antalya Sammitini suriyalı və iraqlı qaçqınların problemlərinin həllinə kömək baxımından böyük fürsət kimi dəyərləndirdi.

Sessiyada digər çıxış edənlər milliyyəti və sərhədi olmayan terrorun yaratdığı təhlükələrin aradan qaldırılmasında dünya xalqlarının birgə fəaliyyətlərinin zəruriliyindən danışdılar.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Saytda Axtarış

Son xəbərlər