Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3445
DünənDünən4879
Bu həftəBu həftə22624
Bu ayBu ay17797
Bu günə qədərBu günə qədər8506689

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstanın müdafiə naziri sabah Azərbaycana rəsmi səfərə gəlir

Gürcüstanın müdafiə naziri, xanım Tinatin Xidaşelinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-də Azərbaycana rəsmi səfərə gələcək.

"Dalğa TV"nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

Səfər dekabrın 3-dək davam edəcək

Tinatin Xidaşeli: Gürcüstan MAP deyil, NATO-ya üzv olmaq istəyir

Gürcüstan MAP deyil, NATO-ya üzv olmağı istəyir – bu haqda müdafiə naziri Tinatin Xidaşeli "Xronika" verilşində bildirib.

Tina Xidaşelinin dediyinə əsasən MAP nə məqsəd nə də əsas məsələ deyil.
"Əsas odur ki, Gürcüstan NATO üzvləri yolunda dursun. Bunun real şansı və imkanları var", - deyə Xidaşeli bildirib.
Nazirin dediyinə görə, "1 dekabr tarixində Xarici İşlər Nazirliyindən çıxacaq sənədlər çox müsbət olacaq. Bu isə Gürcüstanın Varşavaya yolunu açacaq".
Tinatin Xidaşeli bildirib ki, MAP olmadan da Gürcüstanın NATO üzvləri yolunda durmağa böyük şansı var.
"Sabah İsveç qərar versə, necə düşünürsünüz, deyəcəklər ki, siz hələ MAP-ı keçməlisiniz və daha sonra üzv olacaqsınız? Buna hamının eyni cavabı var, bu belə olmayacaq", - bildirib Almanıyadan canlı yayıma qoşulan Xidaşeli.
Xatırladaq ki, Gürcüstan müdafiə naziri Almaniyada səfərdədir və səfər çərçivəsində alman həmkarı ilə görüşdü.

İrakli Garibaşvili Fransaya yola düşür

Gürcüstanın baş naziri İrakli Garibaşvili Fransa prezidenti Fransua Olandın şəxsi dəvəti ilə Parisdə BMT-nin İqlim Dəyişiklikləri Çərçivə Konvensiyasının tərəflər konfransında (COP21) iştirak edəcək.

"Dalğa TV" xəbər verir ki ,Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına əsasən İrakli Garibaşvili Fransaya bu gün səfər edəcək. Gürcüstan hökumət başçısı Parisə səfəri zamanı 13 noyabr tarixində parisdə baş verən teror qurbanlarının xatirəsini yad edcək.

30 noyabr tarixində İrakli Ğaribaşvili konfransda nitqlə çıxış edəcək.

Elmar Məmmədyarov: “İlin sonunadək Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin daha bir görüşü keçiriləcək”

"Türkiyə ilə enerji məsələlərində eyni mövqedəyik".


"Dalğa TV"nin məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Bakı-Tiflis-Qars dəmir yolu xəttinin inşasının uğurla həyata keçirildiyini deyən E. Məmmədyarov ilin sonunadək 3 ölkənin xarici işlər nazirlərinin görüşünün təşkili barədə razılığın əldə olunduğunu bildirib.

"İqlim şəraiti yaxşı olsa, tikinti aparılan yerə də gedəcəyik. İnanırıq ki, çox önəmli olan bu dəmir yolu xətti bu il olmasa da, gələn il fəaliyyətə başlayacaq. Əminəm ki, bu xətt Azərbaycan-Türkiyə əməkdaşlığını yeni müstəviyə çıxaracaq", - deyə o vurğulayıb.

İlham Əliyevdən Türkiyəyə böyük - Jest

Prezident İlham Əliyevin təlimatıyla Orta Asiyaya gedən türk yük maşınları Azərbaycandan keçəcək.
AzNews.az xəbər verir ki, Azərbaycan Rusiya gömrüyündə maneələrlə rastlaşan yük maşınlarının Qazaxıstan, Qırğızıstan və Tacikistana getməsi üçün öz qapılarını Türkiyəyə açıb.

Türkiyə Xarici İşlər Nazirliyinin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinə (UND) verdiyi məlumata görə, Rusiyadan tranzit keçid etmək istəyən Türkiyə nömrəli maşınlar Xəzər dəhlizindən istifadə edəcək.

Mevlüt Çavuşoğlu Azərbaycana səfəri zamanı bu problemi həmkarı Elmar Məmmədyarovla bölüşüb.

Məmmədyarov sözügedən məsələni Azərbaycan dövlət başçısı İlham Əliyevə çatdırdığı bildirib.

Əliyev bu xahişi müsbət qarşılayıb, türk yük maşınlarının keçidi üçün bütün növ xidmətin göstərilməsi təlimatını verib.

Təlimatdan sonra iki ölkə nümayəndələri məsələni müzakirə edib, türk sürücülərin viza və digər problemlərlə rastlaşmayacaqlarıı qeyd olunub.

UND icra heyəti başçısı Fatih Şener açıqlamasında indiyənədək xərclərin yüksək olduğu üçün bu tranzit yoldan istifadə etmədiklərini bildirib.


Şener Orta Asiya, Qafqaz və Türkiyəni bir-birinə bağlayacaq bu yolun daimi olmasının vacibliyini qeyd edib:

“Rusiya böhranı yaşandığı bir vaxtda Azərbaycan zərər çəkmiş yük maşınlarımıza sahib çıxdı. Azərbaycan dövlət başçısı İlham Əliyev tranzit keçidlərinin asanlaşdırılması təlimatını verdi və bunun üçün iqtisadiyyat naziri başçılığında bir komitə yaradıldı. Azərbaycan tərəfindən də gəmi və liman qiymətlərində 50 faiz endirim gözləyirik”.

Nazir Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri ilə görüşüb

Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 26-da Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazir qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib, hər iki nazirlik arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Öz növbəsində, Giorgi Mğebrişvili Azərbaycan FHN-in yaradılmasının 10 illik yubileyi ilə bağlı təbriklərini çatdırıb. Qonaq Azərbaycanla Gürcüstanın fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında əlaqələrin daha da dərinləşməsi və inkişaf etdirilməsinin böyük əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə olunması və Əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.

Gürcüstan və Azərbaycan xarici işlər nazirləri arasında görüş keçirilib

Gürcüstan paytaxtında Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin qeyri-rəsmi toplantısı çərçivəsində Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarov və Georgi Kvirikaşvili arasında ikitərəfli görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq, regionda və dünyada baş verən proseslər müzakirə edilib. Nazirlər bütün sahələrdə əlaqələrin daha da inkişafını vacib sayıblar.

Qeyd edək ki, E. Məmmədyarov “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin geniş formatda 6-cı qeyri-rəsmi görüşündə iştirak edəcək. Tədbirə Aİ tərəfdən Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissar Yohannes Han, sağlamlıq və ərzaq təhlükəsizliyi komissarı Vytenis Andriukaitis və Aİ Xarici Siyasət İdarəsinin sədr müavini Helqa Şmidt qatılacaq.

Ekstremistlərdən dövlətə qarşı sərt təhdidlər - “Hamısını öldürəcəyik” - FOTO

Bu gün Nardaranda baş verən məlum silahlı insidentdən sonra bir qrup radikal dindar sosial şəbəkədə təhdidedici paylaşımlar edib.

"Dalğa TV" qafqazinfo-a xəbər verir ki, Qabil Həmidov adlı Nardaran sakini Hacı Talehin aparıldığı polis bölməsinə qumbara atacaqlarını bildirib. Q.Həmidovun təhdid dolu statuslarını olduğu kimi təqdim edirik:

"Kənddə atdığımız qumbaradan birini də Hacı olan polis bölməsinə atacağıq! Bu dəfə rəis qarısıq hamısını öldürəcəyik, insaAllah!

Avtomat və güllədən boluq, bu qan yerdə qalmayacaq"

Gürcüstanın DİN rəhbəri Bakıya gəldi

Rəsmi şəxslər ilə bir sıra görüşlər planlaşdırılır.

Gürcüstanın Daxili işlər naziri Georgi Mqebrişvilinin noyabrın 26-da başlayan Azərbaycan səfərinin gedişatında Bakı və Tbilisi ikitərəfli əməkdaşlığının möhkəmləndirilməsini müzakirə edəcəklər.

"Dalğa Tv" xəbər verir ki, bu barədə Trend-ə Gürcüstanın Bakıdakı səfirliyindən bildiriblər.

Səfər zamanı Gürcüstan DİN rəhbəri Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərdə iki ölkənin əməkdaşlığının gələcəkdə möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.

Ərdoğan ordunu döyüşə hazır vəziyyətə gətirdi

Rusiyaya məxsus SU-24 bombardmaçı təyyarənin Türkiyə qırıcısı tərəfindən vurulmasından sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhəddə uçuşlar həyata keçirən hərbi təyyarələrin sayını artırıb.

ANS PRESS-in məlumatına görə, Baş Qərargahdan verilən açıqlamada bildirilir ki, Suriya sərhədində uçuşlar həyata keçirən Türkiyə Hava Qüvvələrinə məxsus F16 qırıcılarının sayı 18 ədədə çatdırılıb.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bütün quru və hava qoşun birliklərinə döyüşə hazırlıq əmri verib. “CNN Türk”ün məlumatına görə, bütün qoşun növlərində hazırlıq ən yüksək səviyyəyə çatdırılıb.

“Anadolu” agentliyi isə hərbi mənbələrinə istinadən məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri ölkənin qərb bölgəsindəki hərbi birləşmələrə məxsus 20 tankı Suriya ilə sərhədə göndərib.

“Ölkənin qərb regionlarında dislokasiya olunmuş 20 tank dəmiryolla ölkənin cənubundakı Qaziantep şəhərinə aparılıb. Həmin hərbi texnika buradan da hərbçilərin və polis qüvvələrin müşayiəti ilə Suriya sərhədinə yola salınıb” - deyə xəbərdə bildirilir.


Türkiyənin sərhədə aparılan ağır texnikası

Rusiya rəhbərliyi “Su-24” hərbi təyyarəsinin vurulmasından sonra Suriyadakı hərbi bazasına "S-400" zenit-raket kompleksi göndərməyi qərara alıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, hava hücumundan müdafiə sistemləri "Hmeymim" hərbi hava bazasına göndəriləcək.

Rusiya prezidenti Vladimir Putin "S-400" zenit-raket sistemləri ilə yanaşı "S-300" raketlərinin də Suriyaya göndəriləcəyini bəyan edib. Bu açıqlamadan qısa müddət sonra isə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Suriyada hərbi əməliyyatları davam etdirəcək.

Məlumat üçün bildirək ki, "S-400" raketləri 480 kilometr məsafədən hədəfə dəqiq zərbə vura bilir.


S-400 zenit-raket sistemləri

Putin ölkəsinin "Su-24" hadisəsinə ciddi şəkildə yanaşacağını bildirib. O bildirib ki, Rusiya bütün vasitələrini təhlükəsizliyin qorunması üçün səfərbər edəcək.

“Bizim Suriyada yerləşən hərbi bazamıza "S-300" havadan müdafiə kompleksi yerləşdiriləcək. Ümid edirəm ki, görülən bu və digər tədbirlər bizim uçuşların təhlükəsizliyini təmin edəcək”, deyə Putin bildirib.

Putin Türkiyəni hədələdi - VİDEO

"Bu, arxadan vurulan zərbədir".

Rusiya prezidenti Vladimir Putin Suriyada Su-24 təyyarəsinin vurulmasını terrorçuları dəstəkləyənlərin Rusiyaya arxadan vurduğu zərbə adlandırıb.

Onun sözlərinə görə, Su-24 Suriya ərazisində Türkiyə qırıcısından buraxılmış "hava-hava" tipli raketlə vurulub, prezident Putin İordaniya kralı II Abdulla ilə görüşdə bildirib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Rusiya liderinin sözlərinə görə, rusiyalı pilotlar heç bir halda Türkiyəni təhdid etməyiblər.

"Rusiya Türkiyəyə təkcə qonşu yox, həm də dost ölkə kimi yanaşırdı. Bunun kimə lazım olduğunu bilmirəm, lakin bizə lazım deyildi", - deyə, Rusiya dövlətinin başçısı bildirib.

Onun sözlərinə görə, Rusiya Suriyada təyyarəsinin başına gələnləri təhlil edəcək:

"Rusiyanın ABŞ ilə bu cür insidentlərdən qaçmaq barədə saziş bağlamasına baxmayaraq, Türkiyə bizim təyyarəmizə zərbə endirdi. Suriyada Rusiya təyyarəsi ilə bağlı faciə Moskva və Ankaranın münasibətləri üçün ciddi nəticələrə səbəb olacaq", - deyə, Putin bildirib.

Daha bir vəzifəli şəxs həbs edildi - Rüşvətə görə

Bakı şəhər sakini, II qrup əlilin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrinin qanunsuz əməlləri barədə şikayəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq-əməliyyat tədbirləri nəticəsində 2015-ci ilin iyun ayından 5 saylı TSEK-in sədri vəzifəsində işləyən Fəsad Mustafayev "Tibbi-sosial ekspert komissiyaları haqqında", "Əlilliyin müəyyən olunması meyarlarına dair"; Əsasnamələrə və Tibbi-Sosial Ekspertiza Mərkəzinin Nizamnaməsinə əsasən mərkəzin fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsinə, əlillik dərəcələrinin, müddəti və səbəbinin, şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq I, II və III qrup əlilliyin təyin olunmasına və sair səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar görmə qabiliyyətini itirmiş II qrup əlil olan Bakı şəhər sakininin əlillik dərəcəsinin təsdiq edilməsi üçün təkrar müayinənin və əlillik dərəcəsi üzrə təyinatın aparılmasına görə 2015-ci ilin noyabr ayında 1500 manat istəyərək, razılaşdırılmış 1200 manat pulu görmə qabiliyyəti həddən artıq zəif olduğuna köməklik etməsi məqsədi ilə qohumu ilə birgə gəlmiş şikayətçidən noyabrın 23-də xidməti otağında alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

F.Mustafayevin üzərində, xidməti otağı və avtomobilində həyata keçirilmiş baxış, axtarış və götürmə istintaq hərəkətləri zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik bir sıra sənədlər aşkar edilərək maddi sübut qismində götürülüb. Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb. F.Mustafayev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Saytda Axtarış

Son xəbərlər