Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün198
DünənDünən4961
Bu həftəBu həftə24338
Bu ayBu ay19511
Bu günə qədərBu günə qədər8508403

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Giorgi Kvirikaşvili: “Məqsədimiz avroatlantik məkana inteqrasiyadır”

"Bizim məqsədimiz Avropaya, avroatlantik məkana, NATO-ya inteqrasiya olunmaqdır. Hökumət NATO ilə əməkdaşlığı davam etdirir. Bu, ölkənin sabitliyi və təhlükəsizliyinin təminatıdır".

"Dalğa TV"nin Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan parlamentinin növbədənkənar iclasında baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Giorgi Kvirikaşvili deyib. O, üç il əvvəl hakimiyyətə gələn “Gürcü Arzusu”nun yeni siyasi mədəniyyət yaratdığını və bu yola sadiq olacaqlarını bildirib.

G. Kvirikaşvili çıxışında hökumətin demokratik proseslərə dəstək verəcəyini və qarşıdan gələn parlament seçkilərini azad və demokratik şəkildə keçirəcəklərini söyləyib. O, iqtisadiyyatın inkişaf etdirilməsinin də hökumətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, parlamentdə baş nazir vəzifəsinə Giorgi Kvirikaşvilinin, xarici işlər naziri vəzifəsinə isə Mixail Canelidzenin namizədliklərinin təsdiq ediləcəyi gözlənilir. Hökumətin tərkibində başqa dəyişiklik olmayacaq.

Kvirikaşvili: “Gürcüstan Rusiyaya qarşı praqmatik siyasət yürütməkdə davam edəcək”

Gürcüstan hökuməti Rusiyaya qarşı praqmatik siyasət yürütməkdə davam edəcək.

"Dalğa TV"nin Sputnik-ə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan baş naziri postuna namizəd Qeorqi Kvirikaşvili ölkə parlamentində çıxış edərkən deyib.

"Biz elə işləyəcəyik ki, qonşularımızla münasibətlərdə olan mövcud potensial tam şəkildə gerçəkləşsin. Rusiya ilə münasibətlərə gəldikdə, biz praqmatik siyasət yürütməkdə davam edəcəyik. Təbii ki, Rusiya Gürcüstanın müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşması şərti ilə", deyə Qeorqi Kvirikaşvili bildirib.

Qeyd edək ki, İrakli Qaribaşvilinin istefasından sonra Gürcüstanın parlamenti rəsmi olaraq xarici işlər naziri Qeorqi Kvirikaşvilinin namizədliyini baş nazir postuna irəli sürüb. Onun namizədliyini Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili də dəstəkləyib.

Gürcüstan parlamentinin sədri nazir namizədləri ilə görüşür

Görüş Kutaisidə, Parlamentdə bağlı formatda keçirilir.

"Dalğa TV" xəbər verir ki, Gürcüstan parlamentinin sədri Davit Usupaşvili nazir namizədləri ilə görüşür.

Media üçün nazirliyə namizədlərin və parlament sədrinin nə haqda söhbət apardıqları naməlumdur. Xatırladaq ki, hökumətin yeniləşdirilmiş tərkibini bu gün parlamentdə, komitələr və fraksiyalarda dinləyəcəklər.

Gürcüstan XİN rəhbəri vəzifəsinə namizədin adı məlum olub

"Mən baş nazir vəzifəsinə namizəd kimi, indiki mərhələdə Gürcüstan parlamentinə təsdiqlənməsi üçün hökumətin tərkibini dəyişməz olaraq təqdim edəcəm. Xarici işlər naziri vəzifəsinə isə Mixail Janelidzenin namizədliyini təqdim edəcəm".

"Dalğa TV" nin məlumatına görə, bu sözləri bu gün baş nazir vəzifəsinə namizəd olan Giorgi Kvirikaşvili açıqlamasında bildirib.


Onun sözlərinə görə, əgər parlament ona etimad edib baş nazir vəzifəsinə təsdiq edərsə, onda o, baş nazir mövqeyindən çıxış edərək, hər bir nazirliyin və nazirin fəaliyyəti ilə dərin və hərtərəfli tanış olacaq.

G. Kvirikaşvili yaxın gələcəkdə hökumətin tərkibində dəyişikliklərin də olacağını bildirib.

Marqvelaşvili baş nazirin namizədliyini təsdiqlədi

Seçimi Qaribaşvili də dəstəklədi.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib və etimadını bildirmək üçün parlamentə yollayıb.

"Dalğa TV"nin "Novosti-Qruzii" saytına istinadən verdiyi xəbərə əsasən, 23 dekabr tarixində İrakli Qaribaşvili heç bir izahat vermədən istefa verdikdən sonra Gürcüstanın baş naziri vəzifəsi boş qalmışdı.

"Baş nazir vəzifəsinə namizədlik irəli sürülmüşdü. Mən artıq gələn təklifi təsdiq etmək üçün parlamentə yollamışam. Bu günlərdə mən baş nazirin istefasını dəstəklədiyim kimi, yeni baş nazirin namizədliyini də dəstəkləmişəm", - deyə Marqvelaşvili bildirib.

Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə namizədliyini İrakli Qaribaşvili də dəstəkləyib.

Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutulub

"Dalğa TV"nin məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Füzuli rayon şöbəsində əməliyyat keçirib. Əməliyyat zamanı şöbənin rəis müavini Yasər İbrahimov saxlanılıb. SHXÇDX-nın Füzuli rayon şöbəsindən Y. İbrahimovun tutulması faktını təsdiqləyiblər.

 

Gürcüstanda baş nazir vəzifəsinə irəli sürüləcək namizədin adı məlum olub

Gürcüstanın baş naziri vəzifəsinə Giorgi Kvirikaşvilinin irəli sürülməsi haqqında qərar qəbul olunub.

"Dalğa TV"nin məlumatına görə, bu barədə gürcü mətbuatı məlumat yayıb. Məlumata görə, Gürcüstanın baş naziri vəzifəsinə xarici işlər naziri vəzifəsini icra edən Giorgi Kvirikaşvili namizəd olacaq. Baş nazir vəzifəsinə kimin namizəd irəli sürüləcəyi məsələsini müzakirə edən zaman parlament çoxluğu bu qərarı təsdiqləyib.

"Gürcü Arzusu"nun fraksiya lideri Giorgi Volski bildirib ki, dekabrın 24-də Gürcüstanın parlament sədri ilə parlament çoxluğu üzvləri baş nazir vəzifəsinə namizədləri müzakirə ediblər.

"Baş nazir vəzifəsinə 4 nəfər namizəd var idi, lakin biz onlardan yalnız Giorgi Kvirikaşvili barədə razılığa gəldik," Volski bildirib.

Onun sözlərinə görə, istefa verən baş nazir vəzifəsini icra edən İrakli Qaribaşvili dekabrın 25-də Giorgi Kvirikaşvilini baş nazir vəzifəsinə namizəd olaraq parlament çoxluğuna təqdim edəcək.

Gürcüstan prezidentinin 23 dekabr sərəncamına əsasən, hökumətin yeni tərkibi təsdiq edilənədək keçmiş nazirlər və eləcə də baş nazir vəzifələrini icra edən rəsmilər kimi fəaliyyət göstərəcəklər.

İrakli Qaribaşvili “Gürcü arzusu” partiyasının sədrliyindən də istefa verib

Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili "Gürcü arzusu" partiyasının sədrliyindən istefa verib.

"Dalğa TV"nin məlumatına görə, bu barədə İPN-nin yaydığı xəbərdə deyilir.

Qeyd edək ki, İ. Qaribaşvili dekabrın 23-də baş nazir postundan istefa verib. Onun istefası nəticəsində hökumət üzvləri səlahiyyətlərinin icrasını dayandırmalı olublar.

 

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. O, 1961-ci il dekabrın 24-də-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakıda orta məktəbdə oxuyub.1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994- cü illərdə özəl biznez sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqustunadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə sonra isə birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

İki dəfə- 1995 və 2000-ci illərdə Milli Məclisə seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib.

1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Republikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

Beş il sonra, 2008-ci ildə yenidən prezident seçilib və hazırda prezident vəzifəsini icra edir.

Rus, ingilis, fransız və türk dillərini bilir.

Dalga TV  saytı olaraq və Gürcüstanda yaşayan soydaşlarımız adından  Hörmətli cənab Prezidenti ad günü münasibəti ilə təbrik edir, ona can sağlığı, uzun ömür və uğurlar arzu edirik.
Məhz onun düşünülmüş və milli maraqlarımıza cavab verən siyasəti Azərbaycanın qüdrətlənməsinə və beynəlxalq aləmdə nüfuzunun artmasına, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızın  problemlərinin həllinə  səbəb olur.
Onunla fəxr edirik, apardığı siyasətin daima müvəffəqiyyətlə nəticələndiyinin fərqindəyik, xalqımızın tarixinə şanlı səhifələr yazdığının şahidiyik.
Azərbaycan xalqı  öz dəyərli oğlu ilə qürur duyur!

Mehriban Əliyeva federasiya prezidenti oldu

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dekabrın 24-də yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli altıncı ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.

Səsvermə nəticəsində, həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcraiyyə Komitəsinə üzv seçiliblər.

Azərbaycan və Rusiya arasında əməkdaşlığa dair sənəd təsdiq edildi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında ikitərəfli hərbi-texniki əməkdaşlığın gedişində istifadə edilən və əldə edilmiş əqli fəaliyyətin nəticələrinə hüquqların qarşılıqlı mühafizəsi haqqında 4 dekabr 2006-cı il tarixli Sazişdə dəyişiklik edilməsi barədə 2015-ci il oktyabrın 14-də Bakı şəhərində imzalanmış Protokolun təsdiqi haqqında sərəncam imzalayıb.

Azərbaycanın Nazirlər Kabinetinə bu sərəncamda göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək, Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Bu gün İlham Əliyevin doğum günüdür

Dövlət başçısının 54 yaşı tamam olur.

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.

1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə qələbə qazanıb.

Qeyd edək ki, İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı var.

Saytda Axtarış

Son xəbərlər