Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4653
DünənDünən4879
Bu həftəBu həftə23832
Bu ayBu ay19005
Bu günə qədərBu günə qədər8507897

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Giorgi Kvirikashvili: “Azərbaycan prezidentinin Gürcüstana səfəri gözlənilir”

Azərbaycan prezidenti İlham Əliyev tezliklə Gürcüstana səfər edəcək.

"Dalğa TV"nin məlumatına görə, bu barədə Azərbaycan prezidenti ilə görüşündən sonra Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bildirib.

Onun sözlərinə görə, Davosda baş tutan görüşdə qaz təchizatı mövzusuna toxunulmayıb: "Prezident İlham Əliyevlə görüş səmimi dostluq şəraitində keçib. Biz, həqiqətən, qaz təchizatı barədə danışmadıq. Qeyd etmək istəyirəm ki, bu, texniki xarakterli məsələdi. Dövlətlərimiz arasında heç bir anlaşılmazlıq yoxdur. Biz birgə İpək Yolu, Bakı-Tiflis-Qars layihələrini həyata keçiririk, ölkələrimizin iqtisadi yüksəlişi üçün vacib mənbə yaradırıq," deyə Kvirikaşvili bildirib.

Gürcüstan baş nazirinin sözlərinə görə, yaxın gələcəkdə Azərbaycan prezidentinin Gürcüstana səfəri gözlənilir: "Biz cənab Əliyevin tezliklə Gürcüstana səfərə edəcəyinə dair razılığa gəldik", deyə baş nazir əlavə edib.

Davosda Azərbaycan prezidenti ilə Gürcüstanın baş naziri arasında görüş keçirilib

Azərbaycan prezidenti İlham Əliyev Davosda Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

"Dalğa TV"nin məlumatına görə, Gürcüstan baş nazirinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasındakı mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı Gürcüstanla Azərbaycan arasında siyasi, iqtisadi və enerji siyasəti sahəsində əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

İlham Əliyevin Davos zarafatı - VİDEO

Prezident İlham Əliyevin Davos Forumunda OPEC-lə bağlı zarafatı maraqla qarşılanıb.

"Dalğa TV" "Qafqazinfo"-ya istinadən xəbər verir ki, prezident ona ünvanlanan "siz OPEC üzvü olmadan gündəlik 800 min barell neft istehsal edirsiniz. Heç OPEC-lə əlaqə yaradıb, "Azərbaycanda çətinlik çəkirik, bununla bağlı bir şeylər etməliyik" demisinizmi?" sualını cavablandırıb.

Dövlət başçısı qeyd edib ki, bu mövzu OPEC üzvü olan ölkələrlə müzakirənin bir hissəsi olub:

"OPEC üzvləri və böyük qeyri-OPEC istehsalçıları arasında neft istehsalının azaldılması ilə bağlı koordinasiya olarsa, bir nəticə əldə edə bilərik".

Daha sonra prezident İlham Əliyev yarızarafatla OPEC üzvlərinin hər görüşündən sonra neftin qiymətinin düşdüyünü təəssüflə vurğulayıb:

"Bu səbəbdən də yeni görüşdən ehtiyatlandıqlarını əlavə edib. Bəlkə də, bu görüşü keçirməmək daha yaxşıdır".

Bu səmimi etiraf Forum iştirakçıları, eyni zamanda prezident tərəfindən də gülüşlə qarşılanıb.

Ərdoğan Kamal Kılıçdaroğlundan 100 min lirə təzminat tələb edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin aparıcı siyasi partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlundan 100 min lirə təzminat tələb edib.

"Dalğa TV"nin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb K.Kılıçdaroğlunun prezident haqqında işlətdiyi ifadələr olub. CHP lideri yanvarın 19-da Türkiyə Böyük Millət Məclisinin qrup toplantısındakı çıxışında və şəxsi “Tvitter” hesabında Türkiyə prezidentinə qarşı bir sıra ittihamlar səsləndirib.

Həmin çıxışlarda Türkiyə prezidentinin şərəf və ləyaqətinin alçaldan ifadələrin olduğu iddia olunub.

Spiker Zahid Oruca əsəbiləşdi: Sənin yerin görünür

Bəzi millət vəkilləri də bu replikanı alqışla qarşılayıb.

Energetika Nazirliyi niyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən SOCAR var.

"DaLğa TV" Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında məmurların sayının azaldılması məsələsindən danışarkən deyib.

O qeyd edib ki, elə bil ki bu nazirliyi bir adama görə yaratmışıq:

"Natiq müəllim təcrübəli şəxsdir. Neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma ayrıca bir nazirliyə ehtiyac yoxdur.

Bundan əlavə, "Azərenerji"ni niyə dövlət saxlayır, axı onun səlahiyyətlərini yerinə yetirəcək olan "Azərişıq" adlı qurum var".

Millət vəkilinin bu çıxışına spiker Oqtay Əsədov "sənin gələcək yerin görünür..."- replikası ilə cavab verib.

Bəzi millət vəkilləri də bu replikanı alqışla qarşılayıb.

DTX: Etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi

"Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin".

Bəzi rayonlarda baş verən etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi.

"Dalğa TV" "Report"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

"Sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər. Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik", - M.Quliyev əlavə edib.

O qeyd edib ki, bütün dünyada, o cümlədən, neft ölkələrində böhran baş verib:

"Amma Azərbaycanda bu vəziyyətin aradan qaldırılması üçün analoqu olmayan addımlar atılır. Baxın, ölkədə unun qiyməti aşağı salındı, digər ərzaqların da qiymətləri nəzarətdə saxlanılır. Milli valyutamızın dəyərini qoruyub-saxlamağa çalışırıq. Hər şey Prezident İlham Əliyevin nəzarətindədir".

İlham Əliyev müşavirə keçirdi – TƏCİLİ + VİDEO

İqtisadi və sosial məsələlərin həlli müzakirə edildi.

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.

"Dalğa TV"nindövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyev bildirdi ki, 2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər və bu proses indi də davam edir.

Son bir ildə neftin qiymətinin 4 dəfə düşdüyünü, bunun isə gəlirlərin azalmasına təsir etdiyini deyən dövlətimizin başçısı hazırda Azərbaycanın vəziyyətdən çıxmaq üçün addımlar atdığını, digər neft ölkələri ilə müqayisədə ən az itki ilə üzləşdiyimizi diqqətə çatdırdı. Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycanın çətinliklərdən asanlıqla çıxacağını deyən Prezident İlham Əliyev ölkədə islahatların dərinləşməsinin vacibliyini vurğuladı, bununla bağlı səslənən təkliflərin artıq icra olunmağa başladığını dedi.

İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılacağını deyən dövlətimizin başçısı son illərdə ölkədə həyata keçirilən işlərin insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldiyini bildirdi. Bu yaxınlarda pensiya və əmək haqlarının 10 faiz qaldırılmasının bu istiqamətdə atılan önəmli addım olduğunu dedi.

Prezident İlham Əliyev çıxışında süni bahalaşmaya da münasibət bildirdi, bu problemə qarşı ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğuladı. İşbazların qiymətləri süni şəkildə bahalaşdırmağa çalışdığını deyən dövlətimizin başçısı görülən tədbirlər nəticəsində çörəyin və unun qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü bildirdi.

Struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır. Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlətimizin başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxundu, Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacağını dedi.

Bundan əlavə, Prezident İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi.
Dövlətimizin başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxundu, hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını dedi.

Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını deyən dövlətimizin başçısı bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirdi, bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını dedi.

Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər. Qeyri-neft sektorunun inkişafının indiki vəziyyətdə prioritet olmasının vacibliyini bildirən dövlətimizin başçısı Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirdi.

Prezident İlham Əliyev çıxışında daha bir vacib məsələyə toxundu, iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verdi. Bununla yanaşı, dövlətimizin başçısı ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırdı.

Son 10 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu deyən Prezident İlham Əliyev bunu bütün beynəlxalq və maliyyə qurumlarının təsdiq etdiyini dedi, bu il ərzində Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problemin olmayacağına əminliyini ifadə etdi.

Hökumət üzvləri də müzakirələrdə çıxış etdilər.

ABŞ səfiri: “Gürcüstan şəffaf enerji siyasəti yeritməlidir”

"Gürcüstan hakimiyyəti şəffaf enerji siyasəti yeritməlidir".

"Dalğa TV"nin "apsny.ge" saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli jurnalistlərə açıqlamasında bildirib.

"Hökumətin enerji siyasəti sahəsində şəffaf olması həmişə vacibdir. Gürcüstanın qısamüddətli enerji ehtiyatı var. Hesab edirəm ki, potensial enerji mənbəyi axtarışında olmaq uzaqgörən addımdır. Əlbəttə, biz Rusiyanın Gürcüstan ərazilərini işğal etməsindən narahatıq. Halbuki Gürcüstan hökumətinin bu çağırışları anlaşdığını düşünürəm", - deyə diplomat qeyd edib.

Qeyd edək ki, Gürcüstanın illik qaz istehlakı 2,5 milyard kubmetr təşkil edir. Qazın böyük qismini Azərbaycandan, qalan qismi isə Rusiyadan alınır.

Rustavidə azərbaycanlı fəallar və ağsaqqallarla görüş keçirilib

Rustavidə azərbaycanlı fəallar və ağsaqqallarla görüş keçirilib.

"Dalğa TV" APA-ya istinadən xəbər verir ki, tədbirdə Kvemo Kartli bölgə qubernatoru Paata Xizanişvili bir illik fəaliyyəti barədə hesabatla çıxış edib. O, azərbaycanlıların həmişə Gürcüstanda dövlətçiliyinə dəstək verdiyini bildirib. Xizanaşvili azərbaycanlı ağsaqqallara müraciət edərək bildirib ki, hazırda onların bütün işlərə rəhbərlik etməsinin vaxtı gəlib: "Bizim qapımız hər bir insana açıqdır. Biz bir-birimizi başa düşməyə başlamışıq, aramızda etibar yaranıb".

Qubernator bölgədə hələ də kadr məsələlərində nöqsanlar olduğunu, həmçinin informasiya boşluğunun olduğunu bildirib.

APA-ya açıqlama verən qubernator bölgə üzrə Ağsaqqallar Şurası yaradılacağını bildirib. O, azərbaycanlılar içində böyüdüyünü və az da olsa, Azərbaycan dilində danışa bildiyini deyib.

Gürcüstanda "Qazprom" əleyhinə etiraz aksiyaları başlayıb

Gürcüstanın keçmiş prezidenti, Ukraynada Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin "Vahid milli hərəkat" partiyası bu gün Gürcüstan hökumətinin "Qazprom"la əməkdaşlığı ilə bağlı etiraz aksiyası keçirib.

"Dalğa TV"nin "Vzqlyad" qəzetinə istinadən verdiyi məlumata görə, partiya üzvləri Energetika Nazirliyinin qarşısına toplanıblar. Piket zamanı yaxınlıqdakı körpüyə "Qazprom" əleyhinə plakatlar asmaq istəyən piket iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Aksiya zamanı "Qazproma" yox!" şüarları səsləndirilib.

Qeyd edək ki, Gürcüstan hökumətinin "Qazprom"la apardığı gizli danışıqlar müxalifətin etirazına səbəb olub. Müzakirə predmeti "Qazprom" tərəfindən Gürcüstana nəql olunan qazın həcminin artırılmasıdır. Gürcüstan müxalifəti iddia edir ki, danışıqlar ölkənin enerji sisteminin müstəqilliyinə təhlükə yaradır.

Hökumət rəsmiləri isə bildirir ki, SOCAR Gürcüstanın qaz olan tələbatını ödəmək iqtidarında deyil.

Gürcü müxalifəti Azərbaycan qazını müdafiə etdi

"Hansı təhlükələr gözlənilir?".

Gürcüstanın energetika naziri Kaxaber Kaladze "Qazprom"ilə danışıqların bütün detallarını açıqlamalıdır.

"Dalğa TV" "Qruziya online"a istinadən xəbər verir ki, bu barədə deputat Zurab Caparidze bildirib.

"Əgər Gürcüstana əlavə təbii qaz tələb olunursa bunu Azərbaycan təmin edə bilər. Və ümumiyyətlə, danışıqlar niyə başladı və nə haqqında gedir, hansı təhlükələr gözlənilir? Biz konkret informasiya almalıyıq, söhbətin nədən getdiyini bilməliyik ki, təhlükənin olub-olmamasını qərara alaq", - Z.Caparidze bəyan edib.

Bununla yanaşı, "Azad demokratlar"ın üzvü Georgi Tsaqareşvili Kaxaber Kaladzeyə narahatçılığı kəskinləşdirməməyi və "düşmən əhval-ruhiyyəsində olan ölkənin, düşmən əhval-ruhiyyəsində olan şirkəti" ilə danışıqlar barədə informasiyanı açıqlamağı məsləhət görür.

Qeyd edək ki, yanvar ayının 12-də Gürcüstanın sabiq baş naziri, milyarder Bidzina İvanişvilinin iqamətgahı önündə Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlara dair etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları "Qazprom"un Gürcüstan bazarına girməsinə imkan verməyəcəklərini bəyan ediblər.

Gürcüstanın baş naziri: “Siyasi spekulyasiyalara baxmayaraq, SOCAR-la gələcək əməkdaşlığı müzakirə etməyə hazırıq”

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tiflisdə səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb.

"Dalğa TV"nin APA-ya istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

G. Kvirikaşvili Azərbaycanın ölkəsinin strateji tərəfdaşı olduğunu vurğulayıb. O qeyd edib ki, siyasi spekulyasiyalara baxmayaraq, Gürcüstan hökuməti SOCAR-la gələcək əməkdaşlıq məsələlərini müzakirə etməyə hazırdır. "Azərbaycan dost ölkədir və bu, çox vacibdir. Biz problemləri həll etmək istəyirik. Hesab edirəm ki, əməkdaşlığımızın inkişafına heç bir texniki maneə ola bilməz", - deyə o bildirib.

Görüşdə Gürcüstanda yay və qış mövsümündə təbii qaz təchizatının balanslaşdırılması ilə bağlı məsələlər də müzakirə edilib. Qış mövsümündə Azərbaycandan Gürcüstana verilən qazın yetərli olmadığını bildirilərək qeyd olunub ki, mövcud boru kəmərlərinin maksimum güclə işləməsi məqsədilə onları əlavə həcmdə təbii qazla təmin etmək üçün bəzi tədbirlər həyata keçirilməlidir. Tərəflər vurğulayıblar ki, bu istiqamətdə işçi format çərçivəsində müzakirələr davam etdiriləcək.

Görüşdə Gürcüstanda 2016-cı ildə tikiləcək yeraltı qaz anbarı layihəsinin tikintisinə SOCAR-ın maraq göstərdiyi də bildirilib.

Saytda Axtarış

Son xəbərlər