Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4679
DünənDünən4879
Bu həftəBu həftə23858
Bu ayBu ay19031
Bu günə qədərBu günə qədər8507923

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Əflatun Amaşov Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri təyin ediləcək

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovun Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin olunması təklif edilib.

"Dalğa TV"nin xəbərinə görə, bu məsələ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" sənəddə əksini tapıb. Sənədə əsasən Ə. Amaşov bu vəzifədə Qənirə Paşayevanı əvəz edəcək.

Layihə martın 4-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Abxaziyadakı separatçı rejim Dağlıq Qarabağ və Dnestryanı bölgələr üçün vizasız rejim tətbiq etməyi planlaşdırır

Gürcüstandan ayrılmış Abxaziya regionu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və Moldovanın Dnestryani bölgəsi üçün vizasız rejim həyata keçirilməsini planlaşdırır.

"Dalğa TV"nin "georgiatoday.ge" saytına istinadən xəbərinə görə, bu barədə Suxumidəki separatçı hökumətdən Rusiyan mətbuatına verilən açıqlamada bildirib. Separatçı rejim sərhəddə vizaların verilməsini təmin etmək üçün xüsusi sərhəd məntəqələrinin yaradılmasını da nəzərdə tutub. Bununla yanaşı, Abxaziyanın müstəqilliyini tanımayan bütün ölkələr üçün sərt viza rejiminin tətbiq edilməsi də planlaşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya tərəfindən dəstəklənən hökumət aprelin 1-dən Abxaziyanın "müstəqilliyi"ni tanıyan ölkələrin vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq edəcəyi ilə bağlı açıqlama vermişdi.

Rusiya qoşunları Türkiyə istiqamətində cəmlənir - FOTO

Hərbi manevrlər davam etdirilir.

Rusiya prezidenti Vladimir Putinin qəfil əmri ilə Cənub hərbi dairəsinin, Xəzər və Qara dəniz donanmalarının, əlahiddə desant diviziyalarının hərbi hazırlığının yoxlanılması rəsmən fevralın 12-də başa çatsa da manevrlərin hələ davam etdiyini, qoşunların Türkiyə istiqamətində cəmləşdirildiyi üzə çıxıb. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin məlumatlarına istinadla Ukraynanın "Obozrevatel" nəşri yazır.

"Dalğa TV" Virtualaz.org-a istinadən xəbər verir ki, fevralın 12-dən bu günə, 22-nə qədər olan məlumatlara əsasən Rusiya cənub istiqamətində bütün hərbi bazalarında döyüş hazırlığını yoxlayıb.

Bura Ermənistandakı 102-ci hərbi baza və onun aviasiya hissəsi olan Erebuni hava bazası, separatçı Abxaziya və Cənubi Osetiyada dislokasiya olunmuş qüvvələr, habelə Çeçenistan, Dağıstan və Krımdakı qoşunlar,Xəzər və Qara dəniz donamaları daxildir. Rusiya ordusunun bu manevrləri Türkiyə ilə Səudiyyə Ərəbistanının Suriyaya quru müdaxiləsi hazırlıqları barədə xəbərlərin yayıldığı, habelə Ukraynada növbəti siyasi qeyri-stabillik əlamətlərinin özünü göstərdiyi bir vaxtda baş verir.

Qəfil manevrlərin başa çatmasının elan edilməsindən üç gün sonra-fevralın 15-də zərbə ordu aviasiyasının təlimləri başlayıb. Çeçenistandakı əlahiddə vertolyot polku döyüş maşınlarının Gürcüstan və Ukrayna ilə sərhəddəki aerodromlara "atılmasını" sınaqdan keçirib. Krımda Mi-28 döyüş vertolyotlarının və Su-25 bombardmançılarının iştirakı ilə yerüstü hədəflərin vurulması təlimləri olub. Pilotlar şərti düşmənin hava hücumundan müdafiə sistemini dəf etmək üçün "radardan aşağıdan"-5 metrə qədər hündürlükdən uçublar. Habelə Qərb hərbi dairəsindən minlərlə desantçı Ukrayna yaxınlığındakı poliqonlara göndərilib.

Manevrlər çərçivəsində Rusiya özünün nüvə qüvvələrini də yoxlayıb. Sibirdəki raket diviziyonları "Topol" qitələrarası ballistik raketləri ilə şərti raket zərbələrini sınaqdan keçiriblər. Eyni vaxtda Cənub və Qərb hərbi dairələrinin radiasiya, kimyəvi və biloji hücumdan müdafiə qoşunları şərti düşmənin kimyəvi silah hücumuna qarşı təlimlər keçiriblər.

Ukraynanın "Defence Express" konsaltinq şirkətindən hərbi ekspert Sergey Zqurtsa deyib ki, Pskovdan tutmuş Ermənistana qədər Rusiya qoşunlarının manevrləri Türkiyəyə qarşı yönəlib. "Söhbət ondan gedir ki, manevrlərin başa çatmasından sonra qoşunlar həmin regionda mövqe tutacaqlar.2008-ci ildə Gürcüstana qarşı müdaxilə ərəfəsində və 2014-cü ildə Donbassa qoşun yeridilməsi ərəfəsində də belə olmuşdu"- ekspert deyib.

Kaxa Kaladze Bakıya gəlir

Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze fevralın 29-da Azərbaycana səfər edəcək.

"Dalğa TV" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, K. Kaladze Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.

"Biz "Şahdəniz" yatağından əlavə həcmdə təbii qaz almaq üçün danışıqlarımızı davam etdiririk. Çox nikbinik və danışıqların müsbət nəticələnəcəyini düşünürük", - deyə K. Kaladzenin bəyanatında qeyd edilib.

Tiflis Bəyannaməsində Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünə tam dəstək ifadə olunub

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Türkiyə ilə sarsılmaz həmrəyliklərini bir daha təsdiqləyərək terrorla mübarizədə Türkiyə ilə möhkəm tərəfdaşlıqlarını qeyd ediblər

"Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərindəki münaqişənin, Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya regionundakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, eləcə də BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamə və qərarlarına müvafiq olaraq tez bir müddətdə sülh yolu ilə nizamlanması əlahiddə vacibdir".

Azərbaycan XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, bu barədə Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Tiflis görüşünün sonunda qəbul olunan yekun Bəyannamədə deyilir. Sənəddə bildirilir ki, regionda mövcud olan münaqişələr sülh, sabitlik və iqtisadi inkişafa mane olur və beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü prinsipləri əsasında dinc yolla həll olunmalıdır.

Bəyannamədə üçtərəfli formatda müntəzəm görüşlərin keçirilməsindən məmnunluq ifadə edilir. Nazirlər üç ölkə arasında yüksək səviyyəli ikitərəfli və üçtərəfli əlaqələri alqışlayaraq strateji tərəfdaşlıq və siyasi dialoqun, eləcə də regional layihələrin həyata keçirməsində strateji əməkdaşlığın dərinləşdirilməsinə dair əzmlərini bir daha vurğulayıblar.

Sənəddə 17-18 fevral 2016-cı il tarixlərində müvafiq olaraq Ankara və Diyarbəkrdə törədilmiş, mülki əhali və hərbi qulluqçuları hədəfə almış, 35-dən çox insanın ölümü, çoxsaylı insanın yaralanması ilə nəticələnmiş dəhşətli terror hücumları ən ağır sözlərlə qınanıb və bir daha terrorizmin əsl mahiyyəti ifşa olunub: “Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Türkiyə ilə sarsılmaz həmrəyliklərini bir daha təsdiqləyir, türk xalqına dərin başsağlığı verir və terror hədəsi ilə mübarizədə Türkiyə ilə möhkəm tərəfdaşlıqlarını bir daha qeyd edirlər”.

Nazirlər Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi, Xəzər hövzəsindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına karbohidrogen ehtiyatlarının nəqlini nəzərdə tutan digər layihələrə tam dəstəklərini ifadə edib və cəlb olunan bütün ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsində bu layihələrin həlledici rolunu vurğulayıblar.

Bəyannamədə nəqliyyat, enerji, ticarət sahələrində və “İpək Yolu” marşrutu üzrə insanlararası əlaqələrin yaradılmasında əməkdaşlığı daha da gücləndirəcək tarixi “İpək Yolu”nun bərpa olunmasında üç ölkənin xüsusi rolu qeyd olunub. Nazirlər Asiya və Avropa arasında rəqabətli nəqliyyat daşımalarının asanlaşdırılmasında Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətli roluna diqqət çəkiblər, 2015-ci ildə dəmir yolunun Gürcüstan hissəsinin uğurlu sınağını məmnunluqla qeyd ediblər və Bakı-Tbilisi-Qars dəmir yolunun ən qısa müddətdə fəaliyyətə başlamasının böyük əhəmiyyətini bir daha ifadə ediblər. Bu xüsusda, 12 fevral 2016-cı il tarixində keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Əlaqələndirmə Şurasının üçtərəfli nazirlər görüşündəki məhsuldar məsləhətləşmələr alqışlanıb.

Nazirlər 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində üçtərəfli layihələrin həyata keçirilməsini qiymətləndiriblər və turizm, enerji, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, humanitar, gənclər və idman sahələrində sahəvi əməkdaşlığın mövcud potensialından tam istifadənin vacibliyini qeyd ediblər.

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü bu il Azərbaycanda keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşünün yeri açıqlanıb.

"Dalğa TV"nin Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda keçiriləcək.

Bu barədə nazirlərin bu gün keçirilən Tifilis görüşünün sonunda qəbul olunan bəyannamədə deyilir.

Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərləri Tiflisdə birgə bəyannamə imzalayacaqlar

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Tiflis bəyannaməsini imzalayacaqlar.


"Dalğa TV"nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bəyannamə xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekununda imzalanacaq.

Qeyd edək ki, sabah Tiflisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Gürcüstan xarici işlər naziri Mixael Canelidze arasında görüş keçiriləcək.

Ərdoğan: “Terroru PYD-nin törətdiyi təsdiqlənib, 14 nəfər saxlanılıb”

"Ankarada baş verən terror aktını PKK və onun Suriya qolu PYD-nin törətdiyi sənədlər və sübutlarla təsdiqlənib".

"Dalğa TV"nin xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Baş Qərargahını ziyarət edərkən deyib. O, ölkə daxilində keçirilən əməliyyatlarda bu məsələ ilə əlaqəsi olan 14 nəfərin saxlanıldığını açıqlayıb.

R. T. Ərdoğan ümid etdiyini bildirib ki, indiyə qədər PYD və YPG-ni terror təşkilatı saymayan ABŞ və digər dövlətlər son hadisədən sonra mövqeyini dəyişəcək.

Azərbaycanın xarici işlər naziri Gürcüstana yola düşüb

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, səfərin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin fevralın 19-da Tiflis şəhərində keçirilən üçtərəfli görüşündə iştirak etməkdir.

Qeyd edək ki, bu, üç ölkənin nazirlərinin bu formatda beşinci görüşü olacaq.

Ərdoğan Gəncəyə səfərini ləğv etdi

Görüş yeri dəyişdirilib.

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının keçiriləcəyi yer dəyişdirilib.

Oxu.Az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən Report-a verilən məlumata görə, Gəncədə keçirilməsi nəzərdə tutulan görüş Bakıda olacaq.

Dəyişikliyə Gəncədəki güclü duman səbəb olub.

“Əvvəlcədən xəbər verildiyi kimi, iclasda iştirak etmək üçün fevralın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək”, - səfirlikdən bildirilib.

Gürcüstan-Türkiyə Strateji Əməkdaşlıq Şurası yaradılır

Gürcüstan və Türkiyə hökumətləri Strateji Əməkdaşlıq Şurasının yaradılması barədə razılığa gəliblər.

"Dalğa TV"nin "vz.ru"ya istinadən verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şuranın ilk iclasının mart-aprel aylarında keçiriləcəyini bildirib. O deyib ki, yüksək səviyyəli orqanın fəaliyyəti çox vacibdir. Qeyd edilib ki, Şuranın yaradılması barədə qərar Davosda keçirilən dünya iqtisadi forumu çərçivəsində iki nazir arasında keçirilən görüşdə verilib.

M. Çavuşoğlunun sözlərinə görə, Ankara iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək və Gürcüstana ixracını artırmaq istəyir: "Bizi çoxsaylı layihələr birləşdirir. Bu, Batumi hava limanı, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Ceyhan neft kəmərləridir. İlin sonunda Bakı-Tbilis-Qars dəmir yolu da istismara veriləcək”.

Gürcüstanın strateji tərəfdaş olduğunu vurğulayan M. Çavuşoğlu NATO-nun iyulda Varşavada keçiriləcək sammitində Gürcüstana tam dəstək vəd edib. O, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini də bildirib.

Qeyd edək ki, fevralın 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana yola düşəcək.

Türkiyənin xarici işlər naziri Gürcüstana rəsmi səfər edəcək

Fevralın 17-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstana rəsmi səfərə gələcək.

"Dalğa TV"nin Gürcüstan bürosunun xəbərinə görə, Gürcüstan XİN-in məlumatına əsasən, Mövlud Çavuşoğlu Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Giorgi Kvirikaşvili və xarici işlər naziri Mixail Canelidze ilə görüşəcək.

Görüşlərdə tərəflər Türkiyə və Gürcüstan arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrə aid məsələləri müzakirə edəcəklər.

Səfər çərçivəsində Mövlud Çavuşoğlu Gürcüstanın birliyi uğrunda həlak olan naməlum əsgərlərin xatirəsini yad edərək Qəhrəmanlar meydanındakı abidə önünə əklil qoyacaq.

Fevralın 19-da Mövlud Çavuşoğlu Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. Nazirlər Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində magistral yolun Kartsax hissəsinə baxış keçirəcəklər.

Saytda Axtarış

Son xəbərlər