Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4713
DünənDünən4879
Bu həftəBu həftə23892
Bu ayBu ay19065
Bu günə qədərBu günə qədər8507957

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Putin: "Saakaşvilinin Ukraynada işləməsi Ukrayna xalqının üzünə tüpürməkdir"

"Rusiya Gürcüstanla viza rejimini ləğv etməyə hazırdır".

"Dalğa TV"nin məlumatına görə, bu bəyanatla Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında çıxış edib.

O, hazırkı Gürcüstan rəhbərliyinin davranışlarında münasibətlərin normallaşmasına dair əlamətlər görüdüyünü deyib: "2008-ci il hadisələrindən sonra bizim münasibətlərimizdə deqredasiya baş verdi. Bu hadisələrin baş verməsinin məsuliyyəti isə birbaşa o vaxtkı prezident Mixail Saakaşvilinin üzərinə düşür. Məhz onun yol verdiyi avantüra nəticəsində vəziyyət bu yerə gəldi, Gürcüstan ərazilərinin bir hissəsini itirdi.

Təsəvvür edin ki, indi həmin adam Odessanın qubernatoru vəzifəsindədir. Saakaşviliyə ABŞ-a işçi vizası vermədirlər, Ukraynaya göndərdilər ki, orada işləsin. O da hazırda orada aktiv fəaliyyət göstərir. Qərb bununla Ukraynaya göstərir ki, təkcə onu idarə etmir, həm də oraya onu idarə edən adamlar göndərir. Bu isə Ukrayna xalqının üzünə tüpürməkdir".

V. Putin deyib ki, Cənubi Osetiya və Abxaziya ilə bağlı yaranmış məsələləri Gürcüstan onlarla danışıb razılığa gəlməlidir: "Biz istənilən razılaşmanı dəstəkləməyə hazırıq".

Türkiyə, Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində birgə Bəyannamə imzalanacaq

Türkiyə, Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində ortaq Bəyannamə imzalanacaq.

"Dalğa TV" Apa-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz deyib. Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin İstanbulda keçirilən ikitərəfli və üçtərəfli görüşlərindən sonra mediaya açıqlama verən İ. Yılmaz bildirib ki, bugünkü görüşlər hərbi təhlükəsizlik sahələrində ikitərəfli və regional münasibətlərin inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malikdir:"Regional və qlobal dialoqa əvvəlkindən çox ehtiyac olduğu bir vaxtda üç ölkənin apardığı müzakirələrin əhəmiyyəti böyükdür. Bu əməkdaşlıq və dialoq bütün ölkələrə örnək ola biləcək xarakterdədir. Sülh dolu bir gələcəyin hazırlanması nöqtəsindən hərəkət edərək ikitərəfli və üçtərəfli əməkdaşlığımızın bir nişanəsi kimi gördüyümüz müdafiə sahəsində əməkdaşlıq bəyannaməsinin ən qısa müddətdə imzalanmasının önəmini də vurğuladıq".

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli isə üç ölkə arasındakı əməkdaşlığın istər bölgədə, istərsə də dünyada sülhə xidmət edəcəyini söyləyib. O, Türkiyə kimi bölgənin digər iki ölkəsi olan Azərbaycan və Gürcüstanın hərbi təhlükəsizlik məkanındakı gələcəkdəki yerinin NATO olduğunu vurğulayıb.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə diqqəti bölgə ölkələrinin silahlı qüvvələri arasında təhsil-təlim sahəsindəki əməkdaşlığın önəminə cəlb edib. Regiondakı münaqişələrin ölkələrin ərazi bütövlüyü təməlində və beynəlxalq hüquq normaları əsasında həll edilməsinin lüzumundan bəhs edən Z. Həsənov İstanbuldakı görüşün bölgədə sülh və əmin-amanlığa nail olunmasına xidmət etdiyini bildirib: "Sülhün tam şəkildə bərqərar olması üçün biz regionda güclü olmalı və bəzi layihələri həyata keçirməliyik. Bu gün qəbul etdiyimiz mühüm qərarlar üç dost-qardaş dövlətin silahlı qüvvələrini möhkəmləndirməyə xidmət edir. NATO proqramları çərçivəsində də biz Türkiyənin və Gürcüstanın təcrübələrindən istifadə edəcəyik. Regionda təhlükəsizliyə nail olunması bütün dövlətlərin mənafeyinə uyğun olacaq".

Z. Həsənov növbəti görüşün Bakıda keçiriləcəyini, görüşün tarixinin dəqiqləşdirilərək elan olunacağını əlavə edib.

Mixail Saakaşvili: “Vəzifəmi tərk etməyəcəm”

Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib.

"Dalğa TV"nin "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə M.Saakaşvili televiziyadakı çıxışında bəyan edib.


"Hesab edirəm ki, Odessada yaxşı işlər görürəm. Söz verirəm ki, korrupsiyaya qurşanmış hökumət üzvlərinin məsuliyyətə cəlb edilməsi üçün əlimdən gələni edəcəm", deyə M.Saakaşvili vurğulayıb.

Xatırladaq ki, dekabrın 14-də Ukrayna Milli İslahat Şurasının iclasında Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ilə daxili işlər naziri Arsen Avakov və baş nazir Arseni Yatsenyuk arasında qalmaqal baş verib. Tərəflər bir-birinin ünvanına ağır ittihamlar, təhqirlər səsləndiriblər.

Saakaşvili və Ukrayna Daxili İşlər Naziri dalaşdı - VİDEO

Saakaşvili və Ukrayna Daxili İşlər Naziri Prezidentin və Baş Nazirin iştirak etdiyi iclasda dalaşdı.

 

Ukraynanın daxili işlər naziri Arsen Avakov Odessa qubernatoru Mixail Saakaşvilinin onu əsəbiləşdirdiyini və onu buna görə "cəzalandırdığını" deyib.

Ukrayna mətbuatı yazır ki, Saakaşvili naziri "korrupsiyaya uğramış şəxs" adlandırıb, özünü isə "təmiz adam" kimi təqdim edib.

"Mən özümü Saakaşvilini vurmaqdan zorla saxladım, əvəzində isə stəkandakı suyu onun üzünə çırpdım" - deyə Avakov yazır.

Nazirin sözlərinə görə, o, bunu Saakaşvili açıq təhqirlərə keçəndən sonra etməyə məcbur olub.

Avakov daha sonra Saakaşvilinin ünvanına ağır təhqiramiz ifadələr işlədib. Onu "ağlını itirmiş populist", "heç nəyə görə cavabdeh olmayan boşboğaz", "həyasız", "davakar əclaf" adalndırıb.

Xatırladaq ki, Saakaşvili hələ noyabr ayında Avakovu sərt tənqid edərək onu dövlət pullarını oğurlamaqda suçlamışdı.

"Dalğa TV" bu gün Ukranyada keçirilən hökümət nümayəndələrinin növbəti qalmaqallı iclasının video görüntülərini təqdim edir.

 

 

İrakli Qaribaşvili vizaliberalizasiya haqqında: Avropa İttifaqının Gürcüstanla problemləri yoxdur

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin bəyanatına əsasən Avropa İttifaqının Gürcüstana dair vizaliberalizasiya məsələsi ilə əlaqəli heç bir problemi yoxdur.

"Dalğa TV" xəbər verir ki , baş nazir jurnalistlərlə söhbət zamanı qeyd edib ki, Avropa Komissiyasının Gürcüstan haqqında hesabatının dərc edilməsinin təxirə salınması yalnız texniki detallarla əlaqədardır.

"Hər hansı texniki detallardan söz gedir. Bu bizim ölkəyə aid deyil. Buna görə sizdən xahiş edirəm ki, Avropa Komissiyasının son hesabatını gözləyək. Bu hesabatın dərc edilməsi ən yaxın günlərdə baş verəcək", - deyə İrakli Qaribaşviliqeyd edib.

Baş nazirin məlumatına əsasən vizaliberalizasiya ilə əlaqəli Gürcüstan tərəfindən həyata keçirilən iş haqqında hesabatın dərc edilməsi bu gün planlaşdırılırdı, lakin təxirə salındı.

ABŞ prezidenti Gürcüstanın baş nazirini Nüvə sammitinə dəvət edib

ABŞ prezidenti Barak Obama Gürcüstanın hökümət başçısı İrakli Garibaşvilini 2016-cı ildə Vaşinqtinda keçiriləcək Nüvə təhlükəsizliyinə dair beynəlxalq sammitə dəvət edib.


"Dalğa TV"nin "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, martın 31-dən aprelin 1-dək keçiriləcək tədbirdə ABŞ başda olmaqla nüvə silahına malik ölkələrin, habelə nüvə silahının yayılmamasında maraqlı olan ölkələrin liderləri iştirak edəcək.
Sammitin əsas məqdəsi nüvə terrorçuluğu ilə mübarizə aparmaq və nüvə silahı ehtiyatını azaltmaqdır.
Obamanın Tiflisə göndərdiyi məktubda qeyd olunur ki, "Gürcüstan nüvə təhlükəsizliyi sahəsindəki dəstəyini aydın şəkildə ortaya qoyub".

Putin-Ərdoğan görüşü olmayacaq - Rəsmi açıqlama

“Ərdoğan və Putinin sabahkı görüşü baş tutmayacaq”.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat yayıb. Açıqlamada bildirilir ki, sabah Rusiyada keçiriləcəyi gözlənilən zirvə toplantısı baş tutmayacaq.

Xatırladaq ki, Türkiyə prezidenti ilə Rusiya prezidenti 15 dekabrda görüşməklə bağlı razılığa gəlmişdilər. Lakin, 24 noyabrda Rusiyanın SU-24 təyyarəsinin vurulmasından sonra keçiriləcək bir çox toplantılar təxirə salınıb.

Milli Təhlükəsizlik Nazirliyi ləğv olundu – FƏRMAN

Azərbaycanda 2 yeni qurum yaradıldı.

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

"Dalğa TV" dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılsın.

2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə tapşırılsın ki, əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikasının 2015-ci il və 2016-cı il dövlət büdcələrində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin 2015-ci və 2016-cı illərdə fəaliyyətinin maliyyələşməsini təmin etsin;

3.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təşkili üçün maddi-texniki təminatı ilə bağlı məsələləri həll etsin;

3.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Qiorqi Marqvelaşvili Əfqanıstan İslam Dövlətinin prezidenti ilə görüşdü

Türkmənistanda iş səfəri çərçivəsində Qiorqi Marqvelaşvili Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşdü.


"Dalğa TV" xəbər verir ki, Görüş zamanı tərəflər arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi müzakirə olundu. Söhbət zamanı nəqliyyat əlaqəsi baxımından "Lapis Lazuli" layihəsindən də danışıldı. Bu layihə əfqan tərəfinin təşəbbüsü ilə Əfqanıstanın qərbindən nəqliyyat, tranzıt və ticarət sahələrində əməkdaşlığı nəzərdə tutur.

Qiorqi Marqvelaşvilinin bəyanatına əsasən Gürcüstan kəskin şəkildə günahsız insanların qurbanı olduqları terorizmi, Əfqanıstanda şiddətin bütün formalarını pisləyir.

Məhəmməd Əşrəf Qani Qiorqi Marqvelaşviliyə Əfqanıstanda NATO-nun "Güclü dəstək missiyası"nda Gürcüstanın iştirakı üçün təşəkkürünü bildirdi. Öz növbəsində Gürcüstan Əfqanıstan dövlət strukturlarında həyata keçirilən nailiyyətli islahatlar baxımından yardım təklif etdi.

Azərbaycan və Gürcüstan arasında yaranmış strateji tərəfdaşlıq Heydər Əliyevin xidmətidir

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü qeyd olunub.

Bolnisi Mədəniyyət Mərkəzində təşkil olunmuş mərasimdə çıxış edən “Ümid” qəzetinin redaktoru Əlixan Məmmədov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, xilaskar rolundan bəhs edib. Vurğulayıb ki, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın təməli Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dostluq münasibətləri daha da möhkəmlənir və inkişaf edir.

Mərasimdə çıxış edənlər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini xatırladıb, onun xatirəsinin Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən daim əziz tutulduğunu vurğulayıblar.

Ulu öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda ehtiramla yad edilib

Gürcüstanda Ulu Öndər Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibəti ilə anım mərasimləri keçirilib.

İlk öncə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və səfirliyin əməkdaşları Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət ediblər, önünə gül dəstələri qoyublar. Anım mərasimində vurğulanıb ki, 1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmaqla, Azərbaycanın xilaskarı olub. Heydər Əliyevin nüfuzu, ağılı və bacarığı sayəsində Azərbaycan qısa müddət ərzində düzgün inkişaf yoluna qədəm qoyub. Heydər Əliyev öz müdrikliyi sayəsində müasir Azərbaycanın memarı hesab edilir. Qeyd olunub ki, o hər zaman Gürcüstanın dostu olaraq qaldı və bu xatirəni biz hər zaman qoruyub saxlayacağıq. Ona təşəkkür edirik ki, bu gün biz bir yerdəyik. Təşəkkür edirik ki, bu gün Azərbaycan və Gürcüstan çox düzgün istiqamətdə olan yolla gedirlər.

 Sonra anım tədbiri Rustavi şəhərində davam etdirilib. Səfir və səfirlik əməkdaşları, habelə Rustavidə yaşayan azərbaycanlı ziyalılar şəhərdəki Heydər Əliyev adına parkın qarşısında ucaldılmış heykəlin önünə gül-çiçək dəstələri qoyublar. Anım mərasimində Ulu Öndərin zəngin siyasi fəaliyyətinə nəzər salınıb. Qeyd olunub ki , Heydər Əliyev Azərbaycanın çətin bir vaxtında, 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, sabitlik yarandı, iqtisadi sahədə islahatlara başlandı, neft strategiyasının əsası qoyuldu, ölkəyə xarici sərmayə cəlb olundu, Azərbaycanın beynəlxalq nüfuzu artmağa başladı.Həmin dövrdə Heydər Əliyev rəhbərliyi öz üzərinə götürməsəydi, bugünkü müstəqil Azərbaycan da olmazdı. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri danılmazdır. Ulu Öndərin ən böyük xidmətlərindən biri də özündən sonra Azərbaycanı layiqincə idarə edəcək bir siyasətçi -İlham Əliyev kimi rəhbər yetişdirməsidir. Sonra səfir Azər Hüseyn Rustavidə yaşayan və fəaliyyət göstərən bir qrup QHT rəhbəri, ziyalılar və gənclərlə görüşüb, onların problemləri ilə maraqlanıb.

 Qeyd edək ki, növbəti anım tədbiri Bolnisi rayonunda olacaq. Tədbir Bolnisi Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçiriləcək.

Ukrayna parlamentində əlbəyaxa dava – VİDEO

Hökumət başçısını tribunadan kənarlaşdırmağa çalışdılar.

Ukraynanın Ali Radasında ölkənin baş naziri Arseni Yatsenyukun çıxışı zamanı "Blok Pyotr Poroşenko" (Pyotr Poroşenkonun bloku) və "Narodnı front" (Xalq cəbhəsi) partiyalarının deputatları arasında dava düşüb.

"Dalğa TV" "İnterfaks ukraina"ya istinadən xəbər verir ki, hökumətə etimadsızlıq layihəsi üzrə imza toplayan xalq deputatı Oleq Barna ("Blok Pyotr Poroşenko") tribunaya baş nazirə bir dəstə qızılgül gətirib və onu qucağına alaraq tribunadan uzaqlaşdırmağa çalışıb.

Deputatlar tribuna qarşısında dalaşıblar, baş nazirin çıxışı bir neçə dəqiqəlik kəsilib.

 

Saytda Axtarış

Son xəbərlər