Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün206
DünənDünən4961
Bu həftəBu həftə24346
Bu ayBu ay19519
Bu günə qədərBu günə qədər8508411

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Saakaşvili özündən şikayət etdi

Sabiq prezident şikayət ərizəsi yazıb.

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili özündən şikayət etmək üçün dekabrın 10-da Ukrayna Milli Korrupsiya əleyhinə Bürosunun ofisinə gəlib.

"Dalğa TV" "Ukraynskaya Pravda"ya istinadən xəbər verir,Gürcüstanın sabiq prezidenti böhtan və informasiya müharibəsi ittihamlarına belə cavab verib.

"Mən bura, baş nazir Arseniy Yatsenyukun tərəfdarları tərəfindən mənə qarşı söylədikləri ittihamların yoxlanılması üçün gəlmişəm", - Saakaşvili qeyd edib.

Gürcüstan Rusiyanı təxribatda ittiham etdi

Ölkənin Xarici İşlər Nazirliyi bəyanat yaydı.

Gürcüstan Xarici İşlər Nazirliyi ölkənin hava məkanının Rusiya tərəfindən pozulmasını təxribat kimi qiymətləndirir.

"Dalğa TV" "Qruziya Online"a istinadən xəbər verir ki, bunula bağlı Gürcüstan XİN bəyanat yayıb.

Bəyanatda bildirilir ki, son iki gün ərzində Gürcüstanın hava məkanı iki dəfə pozulub.

"9 dekabr 2015-ci ildə, saat təxminən 18:48 radələrində, Çxinval regionunda Rusiyaya məxsus pilotsuz uçan apparat Qori bələdiyyəsinin Koşka və Ququtiantkari kəndlərində Gürcüstan DİN-in nəzarəti altında olan postların üstündən uçaraq ölkənin hava məkanını pozub.

10 dekabr 2015-ci il tarixində, saat təxminən 12:48 radələrində, Çxinval regionunda Rusiyaya məxsus Mİ-8 vertolyotu Qori bələdiyyəsinin Mereti kəndində Gürcüstan DİN-in polis bölməsinin üzərindən uçaraq keçib.

Suveren dövlətə qarşı həyata keçirilən bu təxribat bir daha göstərir ki, Rusiya Federasiyası beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur.

Gürcüstan XİN Rusiya Federasiyasını beynəlxalq hüququn öhdəliklərini və 2008-ci il avqustun 12-də bağlanmış atəşkəsin şərtlərini yerinə yetirməyə çağırır", - bəyanatda bildirilir.

Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəvətəndaşlığından məhrum edilib.


"Dalğa TV"nin məlumatına görə, müvafiq sərəncamın mətni Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin rəsmi saytında yerləşdirilib.

Dünən G. Marqvelaşvili Gürcüstan Ədliyyə Nazirliyindən rəy alıb. Həmin sənəddə ölkə başçısına müəyyən prosessual hərəkətlərlə əlaqədar M. Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi barədə tövsiyə yer alıb. G. Marqvelaşvili nazirliyin təklifini nəzərdən keçirib və müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, M. Saakaşvili 2015-ci ildə Ukrayna vətəndaşlığını alıb.

Moskvada "Günəşli" yatağında baş verən yanğın nəticəsində həlak olanların xatirəsi anılıb

Xəzər dənizində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olanların xatirəsi Rusiya paytaxtında anılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün axşam saatlarında Azərbaycanın Rusiyadakı səfirliyinin binası qarşısında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülünün fotoları olan lövhənin qarşısına yüzlərlə insan gəlib.

Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) və Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD) nümayəndələri, habelə Rusiyada təhsil alan gənclər yanğın nəticəsində həlak olanların xatirəsini yad edərək lövhənin qarşısına gül dəstələri qoyublar.

Boğazdakı hadisə ilə əlaqədar Rusiya səfiri Türkiyə XİN-ə çağırılıb

Bu gün Rusiya Federasiyasının Ankaradakı səfiri Andrey Karlov Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Dalga TV-nin  “Hürriyet”ə istinadən verdiyi məlumata görə, səfirə dekabrın 6-da İstanbul boğazından keçən Rusiya hərbi gəmisinin göyərtəsində bir əsgərin nümayişkaranə şəkildə çiynində aviasiya əleyhinə zenit-raket kompleksi tutması faktı ilə əlaqədar rəsmi etiraz bildirilib.

Qeyd edək ki, Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Sezar Kunikov” adlı desant gəmisi dekabrın 6-da İstanbuldan keçərkən gəminin göyərtəsində bir rus əsgəri çiynində hava hədəflərini vurmaq üçün istifadə olunan silah tutub. Bu silahın “Strela” və ya “İqla” daşınan zenit-raket kompleksi (PZRK) olduğu güman edilir. Əsgərin fotoları Türkiyə mediasında yayıldıqdan sonra xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya hərbçilərinin bu hərəkətini provokasiya adlandırıb. Dənizçilik, kommunikasiya və rabitə naziri Binəli Yıldırım isə bu addımı 1936-cı ildə imzalanmış və Türkiyə boğazlarındakı hüquqi rejimi müəyyən edən Montrö Konvensiyasının pozulması kimi qiymətləndirib. Xatırladaq ki, həmin sənədə əsasən Türkiyə özünə qarşı hər hansı ölkədən hərbi təhlükə hiss edərsə, boğazları həmin ölkənin hərbi gəmiləri üçün bağlaya bilər. Hadisədən sonra NATO-ya məxsus 3 hərbi gəmi boğazda lövbər salıb.

Gürcüstan XİN rəhbəri “Günəşli” yatağında baş verənlərlə əlaqədar başsağlığı verib

Gürcüstan xarici işlər naziri Georgi Kvirikaşvili “Günəşli” neft yatağında baş verən yanğın zamanı ölənlərin ailələrinə başsağlığı verib.

APA-nın məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilir.

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırması nəticəsində güclü yanğın baş verib. Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub. Yanğın nəticəsində 32 nəfər təxliyə olunub. İki nəfər həlak olub, 29 nəfər itkin düşüb.

Azərbaycan 2016-cı ilin yanvarından GUAM-a sədrlik edəcək

Belqradda GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

"Dalğa TV"nin "Regnum"; agentliyinə istinadən verdiyi xəbərə görə, toplantıda əməkdaşlıq üzrə cari məsələlər, siyasi, digər sahələr və parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub. Şura Gürcüstan nümayəndəsi Valeri Çeçelaşviliyə GUAM baş katibi kimi uğurlu fəaliyyətinə görə təşəkkür edib. İclasda 1 yanvar tarixindən başlayaraq təşkilata sədrliyin Azərbaycan keçəcəyi, baş katibin isə Altay Əfəndiyev olacağı bildirilib.

Görüşdə GUAM-ın ABŞ, Yaponiya kimi tərəfdaş ölkələr, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığına yüksək qiymət verilib.

“Azərbaycan Türkiyəyə 20 milyard sərmayə qoyacaq” - İlham Əliyev

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan mövqeyini dəstəklədiklərinə görə Türkiyə xalqına, dövlətinə təşəkkür edirəm".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, uzun illərdir Azərbaycan erməni işğalından əziyyət çəkir: "Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. Şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıb.

BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul edib. Qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyri-şərtsiz çıxarılması nəzərdə tutulur. Ancaq Ermənistan buna məhəl qoymur. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalıb. Bu və bütün başqa münaqişələr beynəlxalq hüquq əsasında ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa həll yolu yoxdur".

Prezident İlham Əliyev bildirib ki, baş nazir Əhməd Davudoğlu ilə görüşdə Azərbaycan və Türkiyəni birləşdirən enerji-nəqliyyat layihələri haqqında fikir mübadiləsi aparıblar: "Burada da ölkələrimiz, xalqlarımız, bölgə və dünya üçün gördüyümüz işlər böyük məna daşıyır. Xüsusilə TANAP layihəsini qeyd etmək istəyirəm. Layihə Türkiyə və Azərbaycanın ortaq layihəsidir. Biz bu layihəni birgə icra etməyə başladıq. Bu gün bu layihə beynəlxalq layihə kimi dünya miqyasında diqqət mərkəzindədir. Layihənin icrasında heç bir problem yoxdur. Bu gün bu məsələni bir daha müzakirə etdik. Əminəm ki, vaxtında-2018-ci ildə, bəlkə də ondan da tez bu layihə icra ediləcək. Beləliklə Azərbaycan Türkiyəyə, ondan sonra Avropaya daha böyük həcmdə təbii qazı ixrac edə biləcək. Türkiyə və Avropa ölkələri yeni alternativ mənbəyə çıxışı əldə edəcəklər. Bütün tərəflər bu layihənin icrasından ancaq fayda görəcəklər. Azərbaycanın çox zəngin təbii qaz yataqları var".

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kub metrdir: "Bizim əsas resurs bazamız "Şahdəniz" layihəsidir. Ancaq onun kənarında da çox böyük digər qaz yataqlarımız var. Bizim əsas ixrac yolumuz da artıq bəllidir, bu Türkiyədir. Türkiyə üzərindən digər Avropa ölkələridir. Məmnunam ki, bununla bərabər qarşılıqlı sərmayə qoyuluşu da uğurla həyata keçirilir. Həm Türkiyə, həm də Azərbaycan şirkətləri qarşılıqlı olaraq sərmayə qoyurlar. Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard dollara yaxın sərmayə qoyacaq. O sərmayənin artıq bir hissəsi qoyulub. Bu bir daha bizim siyasi iradəmizi əks etdirir. Ancaq dost ölkələrin iqtisadiyyatlarına bu qədər sərmayə qoyula bilər".

Prezident vurğulayıb ki, Azərbaycan və Türkiyə bütün digər sahələrdə də, o cümlədən humanitar sahədə sıx əməkdaşlıq edir: "Hərbi sahədə də çox gözəl əməkdaşlıq aparılır. Azərbaycan Türkiyədən ordumuza lazım olan silahları alır. Eyni zamanda, biz artıq bir neçə dəfədir ki, hərbi təlimlərdə keçirmişik. Həm Türkiyədə, həm də Azərbaycanda. Bu bir daha bizim birliyimizi nümayiş etdirir, bizim gücümüzü artırır. Bu gün həm regional işlərdə, həm də Avropada gedən proseslərdə hər iki ölkə ciddi faktor kimi mövcuddur. Son illər ərzində Türkiyənin inkişafı, güclənməsi, dünya miqyasında Türkiyənin artan rolu qardaş və dost ölkə kimi bizi çox sevindirir. Biz gücümüzə güc qatırıq. Bu əsas məsələdir. Bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək və bir birimizin yanında olacağıq".

Poroşenko Azərbaycana gəlir

Ukrayna prezidenti Pyotr Poroşenko 2016-cı ilin ilk yarısında Azərbaycana rəsmi səfər etməyi planlaşdırır.


Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat Ukrayna Prezident administrasiyasının rəsmi saytında yerləşdirilib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko arasında baş tutan telefon danışığı zamanı dövlət başçıları iki ölkə arasında yüksək səviyyədə siyasi dialoqun fəallaşdırılmasına hazır olduqlarını ifadə ediblər.

Rusiya və Türkiyə XİN rəhbərləri görüşdü

Belqradda Rusiya xarici işlər naziri Sergey Lavrovla Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilir.

AzNews.az APA-ya istinadən xəbər verir ki, görüş ATƏT Xarici İşlər nazirləri Şurası çərçivəsində baş tutur.

Qeyd edək ki, ötən gün S. Lavrov tədbir çərçivəsində türkiyəli həmkarı ilə görüş üçün müraciət edib.

Azərbaycan prezidenti Gürcüstanın müdafiə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 2-də Gürcüstanın müdafiə naziri, xanım Tinatin Xidaşelini qəbul edib.

"Dalğa TV" məlumatına görə, dövlət başçısı bu yaxınlarda Gürcüstana rəsmi səfərini və keçirdiyi görüşlər zamanı ikitərəfli əlaqələrimizi əhatə edən müxtəlif məsələlər ətrafında aparılan səmərəli müzakirələri xatırladıb. Prezident İlham Əliyev ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı Gürcüstan müdafiə nazirinin Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Gürcüstanın müdafiə naziri də Azərbaycana səfərinin ölkələrin hərbi strukturları arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. T. Xidaşeli ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.

İlham Əliyevdən Ərdoğana daha bir - Jest

Azərbaycan gəmiçilik tariflərini azaldıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AzNews.az-a verilən məlumata görə, Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq göstərişlərini rəhbər tutaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edir.

Yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1,200 ABŞ dolları məbləğində müəyyənləşdirilir. Geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə bir qədər də aşağı, cəmi 2,100 ABŞ dolları təşkil edəcək.

Saytda Axtarış

Son xəbərlər