Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4856
DünənDünən4879
Bu həftəBu həftə24035
Bu ayBu ay19208
Bu günə qədərBu günə qədər8508100

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Ağsu, Füzuli və Siyəzən İcra hakimiyyətləri rayonlarda baş verən hadisələrə münasibət bildirib

Ağsu rayonunda yerli sakinlər tərəfindən etiraz aksiyası keçirilməyib.

"Dalğa TV" xəbər verir ki, bu barədə APA-ya rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov bildirib.

Onun sözlərinə görə, rayonun bir qrup sakini qiymət artımı, əsasən də unun qiymətinin artırılması ilə bağlı İcra Hakimiyyətinə gəlib.

Sakinlər Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tərəfindən qəbul olunub. İH başçısı sakinləri dinləyib, onlara bildirib ki, süni qiymət artımının qarşısı alınacaq. Sahibkarlarla bununla bağlı görüş keçirilib.

Məlumata görə, son günlər rayonda unun qiymətində artım olsa da, hazırda 50 kiloqramlıq un kisələri 27 manat 50 qəpiyə satılır.

";Füzulidə baş verən etiraz aksiyasına səbəb qiymət artımıdır". Bunu APA-ya açıqlamasında Füzuli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov deyib.

B. Aslanov qeyd edib ki, rayon icra hakimiyyəti rəhbərliyinin sakinlərlə apardığı danışıq nəticəsində etirazçılar dağılışıb: "Saxlanılan və xəsarət alan olmayıb".

Siyəzəndə də sabitlik təmin olunub. Bunu APA-ya açıqlamasında Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev bildirib.

O qeyd edib ki, rayonda keçirilən aksiyada ölən və yaralananların olması barədə yayılan informasiyalar həqiqətə uyğun deyil: ";Bu barədə yayılan məlumatlar yalandır. Hazırda rayonda sakitlik bərpa olunub, hər şey nəzarət altındadır".

Gürcüstan parlamentinin üzvü: "Gələcəyimizi Azərbaycanla qarşılıqlı münasibətlərdə görürük"

"Bir neçə aydır Gürcüstan hakimiyyəti ilə Rusiyanın "Qazprom" şirkəti arasında gizli sövdələşmə gedir və bu barədə əhali məlumatlandırılmır. Gürcüstanın strateji tərəfdaşı var. Bu, Azərbaycandır".


Bunu açıqlamasında Gürcüstan parlamentinin üzvü, müxalif Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Nuqzar Tsiklauri deyib.

Deputat bildirib ki, əgər Gürcüstan hökuməti bu addımı atsa, ölkə çox şeyi itirəcək: "İndiyədək görməmişik ki, Azərbaycan Gürcüstana ixrac edilən qazın həcmini azaltsın və yaxud qiymətində dəyişikliklər etsin, danışıqlar nəticəsində qəbul edilən şərtləri dəyişsin", - deyə o qeyd edib.

N. Tsiklaurinin sözlərinə görə, Gürcüstanın gizli sövdələşmə nəticəsində əmələ gələcək işğalçı tərəfdaşı hər an bağlanacaq müqaviləni poza bilər: "Halbuki Azərbaycan Rusiyadan fərqli olaraq bizə təbii qazı əhəmiyyətli dərəcədə ucuz qiymətə verir. Azərbaycan prezidenti Gürcüstana səfəri zamanı bəyan edib ki, Azərbaycanın kifayət qədər təbii qazı var və nəinki Gürcüstanı, eləcə də Avropanı 100 il müddətində təbii qaz ilə təmin edə bilər. Biz buna inanırıq və Azərbaycana etibar edirik. Əgər Gürcüstan hakimiyyəti sövdələşmə məsələsində geri çəkilməsə, güclü etirazımızla qarşılaşacaq. Çünki biz Cənubi Qafqazda gələcəyimizi qardaş Azərbaycanla qarşılıqlı münasibətlərdə görürük. Energetika naziri Kaxa Kaladzenin "Qazprom"un nümayəndəsi ilə danışıqları şəxsi xarakterlidir. Bu danışıqlar Gürcüstanın milli maraqları ilə uyğun gəlmir".

İvanişvilinin iqamətgahı qarşısında aksiya keçirilir

Aksiya iştirakçıları "Qazprom" ilə danışıqların əleyhinədirlər.

Milyarder Bidzina İvanişvilinin iqamətgahı önündə Rusiyanın qaz nəhəngi olan "Qazprom" ilə danışıqlara etiraz olaraq aksiya keçirilir. Aksiya iştirakçıları "Qazprom"un gürcü bazarına girməsinə icazə verməyəcəklərini bəyan ediblər.

"Dalğa TV" "Qruziya Online"a istinadən xəbər verir ki, etiraz edənlər “Qazprom”un Gürcüstan bazarına daxil olmasını Gürcüstanın Rusiyadan asılı vəziyyətə düşməsi demək olduğunu bəyan edirlər.

Onlar qeyd edirlər ki, bu planın həyata keçirilməsində Bidzina İvanişvili fəal iştirak edir.

Bu dəqiqələrdə Energetika Nazirliyində Kaxaber Kaladzenin gürcü ekspertləri ilə görüşü keçirilir. Nazir onları "Qazprom" ilə danışıqlarn şərtləri ilə tanış edir.

Daha öncə Kaladze Rusiya tərəfinin tranzitin əvəzini əvvəl vəd etdikləri ümumi qaz həcminin 10%-i əvəzinə pul ödəməyi qəti bildirdiyini bəyan etmişdi.

Nazirin sözlərinə görə, hələlik heç bir razılıq əldə edilməyib.

“Süni bahalaşmaya son qoyulmalıdır” - İlham Əliyev (Video)

"İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər".

"Dalğa TV"nin məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, əlbəttə ki, müəyyən dərəcədə biz ərzaq məhsulları ilə bağlı idxaldan asılıyıq:

"Hələ ki, bu məhsullar ilə 100 faiz özümüzü təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar, işbazlar sui istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşöul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun".

Gürcüstan XİN: Türkiyə Gürcüstana viza tətbiq etməyəcək

Türkiyə Gürcüstana viza rejimi tətbiq etməyəcək.

"Dalğa TV"nin "apsny.ge" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. "Biz Türkiyədəki səfirimizlə danışdıq. O bildirdi ki, Türkiyə informasiya saytlarında yayılan bu məlumat Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təkzib edilib", - deyə XİN-dən qeyd olunub.

Gürcüstanın xarici işlər naziri Mixael Canelidze də Türkiyənin Gürcüstanla vizasız rejimi ləğv etməsi üçün hər hansı səbəb olmadığını söyləyib: “Biz iki ölkə arasında vizasız rjimin dəyişməsinə səbəb olacaq bir şərait və ya zərurət görmürük”.

Qeyd edək ki, Türkiyə saytları Türkiyənin Avropa İttifaqı ilə imzaladığı viza sadələşdirilməsi və readmissiya sazişi çərçivəsində 2016-cı ilin iyunundan etibarən Aİ üzvü olmayan 89 ölkəyə, o cümlədən Azərbaycan və Gürcüstana viza rejimi tətbiq edəcəyi ilə bağlı məlumat yayıb. Artıq Türkiyənin Azərbaycandakı səfirliyi də məlumatı təkzib edib

Gürcü nazirin Azərbaycana qarşı gizli planı - Ortaya çıxdı

Gürcüstanın energetika naziri Kaxa Kaladze Rusiyanın “Qazprom” şirkətinin nümayəndələri ilə gizli görüş keçirib.

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə Gürcüstan eksperti Soso Tsiskarişvili xəbər yayıb.

Kaladze "Qazprom"un ixrac rəhbəri Yelena Burmistrova ilə qaz məsələsi barədə müzakirələr aparmaq üçün dekabrın 27-də gözlənilmədən İsveçrəyə gedib.

Tsiskarişvilinin sözlərinə görə, Gürcüstan Azərbaycandan ixrac etdiyi "mavi yanacağ"ın 50%-ni Rusiya qazı ilə əvəz etmək niyyətindədir.

Fondun rəhbəri David Saqanelidze bu məlumatı şərh etməyib. Tsiskarişvili bildirib ki, Energetika Nazirliyi də görüş haqqında heç bir söz demir, hərçənd ki, Burmistrova ilə görüşü təsdiqləyirlər.

Müqavilənin şərtləri üzərində işləyəcək dövlət qurumu – Beynəlxalq neft və qaz şirkəti Bidzina İvanişvili tərəfindən yaradılıb və qurumu “Tərəfdaş fondu” idarə edir.

Kaladzenin İran və Rusiya ilə ilk gizli qaz danışıqları ötən ilin sentyabrında üzə çıxmışdı. Amma həmin vaxt heç bir tərəflə razılaşma əldə olunmamışdı.

Hazırda isə Gücüstanın qaz bazarında ən böyük pay SOCAR-a məxsusdur. Qaz qalmaqalı böyüdüyü bir vaxtda Gürcüstanın baş naziri Azərbaycana, prezident İlham Əliyev isə Gürcüstana müxtəlif vaxtlarda səfər etdi. Həmin vaxtda qaz qalmaqalı səngimişdi.

Amma son bir neçə gün ərzində Gürcüstanın Rusiya və İrandan qaz alması müzakirə mövzusuna çevrilib. Məlumata görə, Gürcüstan hökuməti İranla qaz danışıqları aparır. Gürcü ekspertlər İrandan Gürcüstana qaz nəqlinin real olmadığını irəli sürürlər. Onlar buna səbəb kimi infrastrukturun olmamasını göstərirlər.

İrandan Gürcüstana qaz nəqli Ermənistanın ərazisindən nəzərdə tutulur. Amma maraqlıdır ki, Ermənistan hakimiyyəti bu barədə heç bir rəy irəli sürmür. Yəqin ki, Ermənistan Rusiyanın təziqi ilə məsələyə münasibət bildirmək istəmir. Çünki İranın Ermənistan ərazisindən Gürcüstana qaz ötürməsi Rusiyanın bazardan çıxması deməkdi.

Kaxa Kaladzenin apardığı enerji siyasətindən görünür ki, ucuz qaz axtarır. Ona görə ki, mətbuatda Kaladzenin gah İranla, gah da Rusiya ilə gizli qaz danışıqları ortaya çıxır. Gürcü nazir bununla rəqabət mühiti yaradıb, ucuz qiymətə “mavi yanacaq” əldə etmək istəyir. İran və ya Rusiyanın Gürcüstana qaz nəql etməsi isə Azərbaycana həm iqtisadi, həm də siyasi baxımdan sərf etmir. Qaz satışı həyata keçirilərsə SOCAR-ın Gürcüstan bazarındakı payı azala bilər. SOCAR Gürcüstana qazla bərabər neft və dizel də ixrac edir.

Bu, iqtisadi baxımdan Azərbaycanın maraqlarına uyğun gəlmir. Məsələnin siyasi tərəfi isə İrandan Gürüstana Ermənistan ərazisindən qaz ötürülməsidir. Çünki Azərbaycan 20 ildən çoxdur ki, Ermənistanı torpaqlarını işğal etdiyi üçün regionda həyata keçirilən enerji layihələrindən kənarda qoyur.

“Gürcü Arzusu” Qardabani rayonundakı namizədini təqdim etdi

"Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası Qardabanidə rayonun qamqebelisi namizədliyinə Qoça Camaraulini təqdim etdi.


"Dalğa TV" xəbər verir ki , yeni namizədi "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi Kaxa Kaladze Qardabani sakinləri ilə tanış etdi.

Obama İlham Əliyevi ABŞ-a dəvət etdi

Novruz Məmmədov tvit yazdı.

Azərbaycan Prezidenti İlham Əliyev bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunub.

"Dalğa TV"nin məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, ABŞ prezidenti Barak Obama dəvəti Prezident İlham Əliyevə 3 dekabr 2015-ci ildə ünvanladığı məktubda edib.

“Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir. Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcəkdir”, - deyə Obama məktubunda qeyd edib.

Xatırladaq ki, sammit yazda keçiriləcək.

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşünun tarixi məlum olub

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü yanvarın 23-də keçiriləcək.

"Dalğa TV"nin məlumatına görə, görüşün Tiflis şəhərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, görüş dekabrın 23-nə təyin edilsə də, sonradan təxirə salınıb. Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili baş nazir postuna təyin edildiyindən görüşdə ölkəni yeni xarici işlər naziri Mixail Canalidze təmsil edəcək.

GUAM-a sədrlik Azərbaycana keçib

Demokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat - GUAM-a sədrlik 2016-cı il yanvarın 1-dən Ukraynadan Azərbaycana keçib.

"Dalğa TV"nin xəbərinə görə, bu barədə GUAM Xarici İşlər Nazirləri Şurasının ötən ilin dekabrında Belqradda keçirilən toplantısında qərar qəbul edilib.

Təşkilatın baş katibi vəzifəsini isə qarşıdan gələn 4 il ərzində Azərbaycanın İspaniyadakı keçmiş səfiri Altay Əfəndiyev icra edəcək.

Qeyd edək ki, bundan əvvəl GUAM-ın baş katibi vəzifəsini gürcüstanlı diplomat Valeri Çeçelaşvili tutub.

“2016-cı il iqtisadi cəhətdən asan il olmayacaq” - Prezident İlham Əliyev

“2015-ci il sınaq ili olmuşdur. Dünyada gedən proseslər istər-istəməz bizə də təsir etmişdir. Ancaq 2015-ci ildə Azərbaycanda ictimai sabitlik təmin edildi, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşayır və yaşamalıdır. Baxmayaraq ki, indi ətraf bölgələrdə müşahidə olunan mənzərə çox acınacaqlıdır. Əfsuslar olsun ki, 2015-ci ildə həm dünyada, həm bölgədə qanlı toqquşmalar, müharibələr, ayrı-seçkilik və anlaşılmazlıq özünü daha qabarıq şəkildə büruzə verir”. Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı zaman sakinlərlə görüşündə deyib.

Dövlət başçısının sözlərinə görə, respublikamızda bütün işlər normal məcrada davam edir: “Xalqımızın təhlükəsizlik şəraitində yaşaması təmin edilir, milli birlik, həmrəylik hökm sürür. Əlbəttə, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilmişdir. Şəhərlərimizin siması dəyişdi, Bakı dünyanın ən gözəl şəhərinə çevrildi. Ancaq görüləsi işlər çoxdur. Gələn il xüsusilə idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək. Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz xüsusilə idarəetmə sahəsində artıq yeni formatda daha böyük səmərə ilə işləməliyik. Bütün sahələrdə tam şəffaflıq təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri ilə bağlı heç bir problem olmasın. Biz elə işləməliyik ki, neftin qiymətindən asılılığı aradan götürək. Mən bunu dəfələrlə bəyan etmişəm və son illərdə qeyri-neft sektorunun inkişafı, bax, bu məqsədi güdür. Əgər biz bu islahatları aparmasaydıq, bu gün çox ağır vəziyyətdə ola bilərdik”.

İlham Əliyev deyib ki, ancaq neftdən asılılıq hələ ki, davam edir və davam edəcək: “Bu asılılığı ən aşağı səviyyəyə endirmək üçün həm iqtisadi islahatlar, həm idarəetmə sahəsində çox ciddi islahatlar aparılmalıdır. İlk növbədə, bütün sahələrdə şəffaflıq tam təmin edilməlidir. İcra orqanlarının, vergi-gömrük orqanlarının fəaliyyəti, ümumiyyətlə, bizim bütün maliyyə sistemimiz şəffaf olmalıdır. Biz dünyanın inkişaf etmiş ölkələrinin praktikasını tam şəkildə tətbiq etməliyik. Gəlirlərə, xərclərə nəzarət gücləndirilməlidir, xüsusilə ictimai nəzarət. Mən bu barədə də dəfələrlə demişəm ki, ictimaiyyət daha da fəal olsun”.

Dövlət başçısı vurğulayıb ki, əhaliyə göstərilən xidmətlərdə çox ciddi islahatlar aparılmışdır: ““ASAN xidmət” artıq iki ildir fəaliyyət göstərir, 7 milyondan çox insan bu xidmətin imkanlarından istifadə edib və əvvəlki illərdə olan pozuntular, nöqsanlar artıq yoxdur. Yəni, bunu etmək mümkündür. Hər bir sahədə şəffaflıq olmalıdır, yerli və mərkəzi icra orqanları, ilk növbədə, insanlara xidmət göstərməlidirlər, anlamalıdırlar ki, onlar insanlar üçün çalışırlar. Xalq tərəfindən onlara verilən qiymət, yəni, münasibət əsas meyardır. Mən onların fəaliyyətinə qiymət verəndə, ilk növbədə, bu amili nəzərə alıram və alacağam”.

İlham Əliyev bildirib ki, əlbəttə ki, 2016-cı il iqtisadi cəhətdən asan il olmayacaq: “Biz bunu bilməliyik. Ancaq elə işləməliyik ki, mənfi tərəfləri minimum səviyyəsinə endirək. Mən əminəm ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edəcək, heç bir sosial proqramın icrası ilə bağlı heç bir problem olmayacaq. Biz daha da ciddi sosial siyasət aparacağıq və çalışacağıq ki, daha çox xarici sərmayəni cəlb edək, israfçılığa yol verməyək. Qeyd etdiyim kimi, idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması işində daha da fəal işləyəcəyik”.

Mən bir daha sizi qarşıdan gələn bayramlar münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan inamla inkişaf edəcək. Biz inkişaf yolu ilə, müstəqillik yolu ilə gedirik, müstəqil siyasət aparırıq. Ona görə bəzi hallarda əsassız təzyiqlərə məruz qalırıq. Ancaq biz ləyaqətli siyasət aparırıq. Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür və mən bundan sonra da bu maraqları müdafiə edəcəyəm. Mən xalqın dəstəyini hiss edərək bu işləri daha da inamla aparıram. Bir daha sizi təbrik edirəm, bayramlarınızı təbrik edirəm”.

Gürcüstan hökumətinin yeni proqramı açıqlanıb

Gürcüstan hökumətinin "Güclü, demokratik və bütöv Gürcüstan uğrunda" adlı proqramında Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinə xüsusi diqqət ayrılıb.


"Dalğa TV" "Report"a istinadən xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.
Hökumət proqramında vurğulanıb ki, Gürcüstan bölgə üzrə müxtəlif proqram (TRASEKA) və layihə təşəbbüslərində ("Vikinq" bu təşəbbüs Baltikyanı ölkələrlə Gürcüstan arasında yük daşımalara aiddir. Həmin layihəyə Azərbaycan da dəvət edilib) fəal iştirak edir.

Saytda Axtarış

Son xəbərlər