Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4942
DünənDünən4879
Bu həftəBu həftə24121
Bu ayBu ay19294
Bu günə qədərBu günə qədər8508186

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan neftinin qiyməti 35 dolları ötdü

Hərracların yekunları.

Azərbaycan nefti bahalaşıb.
"Dalğa TV"nin məlumatına görə, ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,31 dollar və ya 0,88% artaraq 35,40 dollar təşkil edib.

Davudoğlunun kortejinin yolunda partlayış – TƏCİLİ

Baş nazir Mardinə gedirmiş.

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun kortejinin yolunda partlayış baş verib.

"Dalğa TV" Türkiyə mətbuatına istinadən xəbər verir ki, kortej Mardin istiqamətində hərəkət edirmiş.

Xəbər yenilənir.

“Gürcü Arzusu” fraksiyasının rəhbəri: “Azərbaycan və Gürcüstan Xəzər regionunda açar rolu oynayır”

“Bizim qaz təchizatı sahəsində Azərbaycanla strateji tərəfdaşlığımıza və münasibətlərimizə heç nə təsir edə bilməz”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri parlamentdəki “Gürcü Arzusu” fraksiyasının sədri Giya Volski deyib. O bildirib ki, Avropa Xəzər hövzəsindən enerji ehtiyatlarının nəqlində maraqlıdır: “Gürcüstanın qaz bazarında kiçik həcmdə çatışmayan qazı başqa mənbələrdən təmin etməyimiz Azərbaycanla strateji və siyasi münasibətlərimizə zərər vurmaz. Xəzər regionu və hövzəsində Azərbaycan və Gürcüstan açar və həlledici rol oynayır. Buna görə də biz nəinki münasibətlərimizi möhkəmləndirmək istəyirik, siyasi taleyimiz də bizi bu istiqamətə aparır və heç cür aramızda ayrılıq ola bilməz”.

Gürcüstan prezidenti hökuməti "Qazprom"la şəffaf danışıqlar aparmağa çağırıb

Gürcüstan prezidenti Georgi Marvelaşvili hökuməti Rusiyanın "Qazprom" şirkəti ilə şəffaf danışıqlar aparmağa çağırıb. "APA-Economics" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə başçısı parlamentdə hesabat xarakterli çıxışı zamanı bildirib.

"Bir daha ölkə başçısı kimi bildirirəm ki, biz qonşularımıza xoşməramlı münasibətə üstünlük veririk. Bu münasibətlərin təməlində ilk növbədə milli mənafeyimizə, ərazi bütövlüyümüzə göstərilən hörmət dayanmalıdır. Gürcüstan hökumətinin "Qazprom"la apardığı danışıqlar maksimum şəffaf olmalıdır... Qonşu ölkə (Rusiya - red.) ilə münasibətlərimizdə müşahidə olunan yumşaq gücdən xilas olmalıyıq və bunun üçün Qərbdən olan tərəfdaşlarımızla koordinasiya vacibdir. Anlamaq lazımdır ki, "Qazprom"la aparılan danışıqların predmeti yalnız enerji deyil", - deyə prezident bildirib.

Gürcüstanın əsas qaz təchizatçısı Azərbaycandır. Bununla yanaşı, gürcüstanda istehlak olunan qazın 12%-ni Rusiya nəql edir. Söhbət Gürcüstan üzərindən Rusiyadan Ermənistana nəql olunan qaza görə, tranzit haqqından gedir. Gürcüstan hökuməti Rusiya tərəfinin nəql etdiyi qazın həcmini artırmaq üçün "Qazprom"la danışıqlar aparır. Gürcüstan müxalifəti isə buna etiraz edir. Müxalifət bildirir ki, bu, Gürcüstanlın enerji təhlükəsizliyinə təhdiddir.

Erməni millət vəkilindən Türkiyəyə zərbə - İndi Diyarbəkirə göz dikiblər (Fotofakt)

Erməni millət vəkili Türkiyəyə qarşı hörmətsizlik edib.

"Dalğa TV" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, deputat Selina Doğan Türkiyənin Diyarbəkir vilayətini "Tiqranakert" kimi təqdim edib.

O, öz feysbuk hesabında Diyarbəkir haqqında yazarkən buranı "Tiqranakert"adlandırıb.

Selina Doğanın bu açıqlaması türkiyəli milliyətçilərin narahatlığına səbəb olub.

Qeyd edək ki, Selina Doğan Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilidir.

Xatırladaq ki, erməni alimləri Azərbaycanın işğal olunmuş şəhəri Ağdamda yerləşən tarixi Gövürqala şəhərini də dünyaya "Tiqranakert" kimi tanıtdırmağa çalışırlar.

Qənirə Paşayeva: XİN Slovakiya ilə məsələni araşdırmalıdır

"Bizim XİN bu məsələni ciddi araşdırmalıdır".

Bizi Robert Uolterin "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" məruzəsinə AŞPA-da səsvermə zamanı ən çox təəccübləndirən Slovakiyanın mövqeyi oldu.

"Dalğa TV" xəbər verir ki, bu barədə haqqın.az saytına müsahibəsində millət vəkili, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

Q.Paşayevanın sözlərinə görə, həmin ölkənin nümayəndə heyətinin üzvləri nəinki Azərbaycanın haqlı mövqeyini dəstəkləməyiblər, hətta bu məruzənin əleyhinə səs veriblər.

"Hesab edirəm ki, bizim XİN sözügedən ölkənin nümayəndələrini bu məruzənin əleyhinə səs verməyə sövq edən səbəbləri ciddi araşdırmalıdır. Bu ölkənin Azərbaycandakı səfiri XİN-ə çağırılmalı və ona etiraz bildirilməlidir. Bundan savayı, Slovakiyadakı səfirliyimiz bu məsələ ilə məşğul olmalıdır", - millət vəkili belə deyib.

Onun dediklərinə görə, Slovakiyanın Azərbaycan üçün əhəmiyyətli məsələdə bu cür mövqe sərgiləməsi ciddi məsələdir və bu, XİN və Milli Məclis tərəfindən araşdırılmalıdır.

Gürcü nazir İrəvanda Azərbaycanın əhəmiyyətindən danışdı

"Gürcüstan onu dətəkləyən, ona yardım edən hər kəsə minnətdardır".

Azərbaycan və Türkiyə Gürcüstanın strateji tərəfdaşlarıdır, bunu Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Ermənistanın paytaxtı İrəvanda brifinq zamanı bəyan edib.

"Azərbaycan və Türkiyə bizim strateji tərəfdaşlarımızdır. Türkiyə - NATO üzvü olan qonşu ölkədir, bu isə münasibətlərimizi daha da dərinləşdirir və möhkəmləndirir. Gürcüstan onu dətəkləyən, ona yardım edən hər kəsə minnətdardır", - Xidaşeli deyib, "Dalğa TV" "Novosti Qruzii"yə istinadən xəbər verir.

Yanvar ayının 31-də başlayan səfər çərçivəsində Xidaşeli Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Ovik Abramyan, öz həmkarı Seyran Ohanyan, XİN rəhbəri Edvard Nalbandyan, eləcə də bütün ermənilərin Katalikosu İkinci Qareqin ilə görüşüb.

Gürcüstanın Baş naziri ölkənin hakim partiyasına üzv olub

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasına üzv olub.

Bu barədə qərar partiyanın siyasi şurasının yanvarın 30-da keçirilmiş iclasında qəbul edilib.

Bildirilib ki, Baş nazir partiyaya üzv olmaq üçün siyasi şuraya müraciət edib.

Qeyd edək ki, G.Kvirikaşvili bu günədək heç bir partiyanın üzvü olmayıb.

İrakli Qaribaşvili ötən il dekabrın 23-də Baş nazir vəzifəsindən istefa verdikdən sonra hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının sədri vəzifəsi də boş qalıb. Partiyanın sədri bu ilin yazında keçiriləcək qurultayda seçiləcək. Hələlik partiyaya rəhbərlik siyasi şura tərəfindən həyata keçirilir.

Almaniya səfiri Marneuliyə səfər edib

Bu gün Almaniyanın Gürcüstandakı səfiri Bettina Kadenbax azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edib.

"Dalğa TV"nin  məlumatına görə, bu barədə Marneuli rayon icra hakimiyyətindən bildirilib. Səfər çərçivəsində Almaniya səfiri Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili ilə görüşüb. Görüş çərçivəsində icra başçısı Almaniya səfirinə rayonda olan sosial-iqtisadi imkanlar barədə ətraflı məlumat verib.

Tərəflər rayonda turizmin inkişafı və əməkdaşlıq barədə müzakirələr aparıblar.
Almaniya səfiri söhbət zamanı rayon üçün lazım olan ehtiyac və problemlərin həllini tapmaq üçün Almaniyanın müvafiq nazirliklərinə məlumat verəcəyini və bölgəyə imkan dərəcəsində kömək edəcəyini qeyd edib.

Görüşdən sonra səfir azərbaycanlıların kompakt yaşadığı Qırıxlı kəndinə səfər edib və bu kənddə azərbaycanlı fermer Nihad Qurbanovun Almaniya İnkişaf Bankının krediti hesabına təşkil etdiyi təsərrüfata baxış keçirib.

Rusiya Gürcüstan vətəndaşlarına verdiyi vizaların sayını 5 dəfə artırıb

İsveçrənin Gürcüstandakı səfirliyi yanında Rusiya maraqları şöbəsi gün ərzində Gürcüstan vətəndaşlarına verdiyi vizaların sayını 5 dəfə artırıb.

"Dalğa TV"nin məlumatına görə, bu barədə "Sputnik Georgian" agentliyinə şöbənin rəhbəri Vadim Qorelov bildirib.

"İsveçrənin Gürcüstandakı səfirliyi yanında Rusiya maraqları şöbəsi viza almağa əsası olan hər kəsi qəbul etməyə hazırdır. 2013-cü ildə gün ərzində 70 viza verildiyi halda, hazırda azı 350 viza verilir", deyə Qorelov bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında Moskvanın Gürcüstan ilə viza rejimini tam ləğv etməyə hazır olduğunu bildirib. Rəsmi Tbilisi bu bəyanatı “müsbət addım” adlandırıb.

Kvirikaşvili: “Rusiya ilə diplomatik münasibətlərin bərpası üçün Gürcüstanın ərazi bütövlüyünə hörmət edilməlidir”

"Rusiya ilə dialoq labüddür, lakin diplomatik münasibətlərin bərpası üçün Gürcüstanın ərazi bütövlüyünə hörmət edilməlidir".

"Dalğa TV"nin "newsgeorgia.ge" saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bəyan edib.

"Diplomatik münasibətlərin qurulması üçün ilkin şərt Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsidir. İstənilən halda dialoq vacibdir və bizim dialoq üçün kanallarımız mövcuddur", - deyə G. Kvirikaşvili qeyd edib.

Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Gürcüstanla normal, mehriban qonşuluq siyasətinin yürüdülməsinin tərəfdarı olduğunu bildirib.

Lavrov: "Gürcüstanla viza rejimini ləğv etməyə hazırıq, lakin hələlik diplomatik münasibətlər bərpa olunmayıb"

"Moskva Gürcüstanla viza rejiminin ləğvinə hazırdır".


"Dalğa TV"nin məlumatına görə, bunu Moskvada keçirdiyi brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Məsələ ilə bağlı müzakirələrin aparılmasının təəccüb doğurduğunu deyən nazir hələlik iki ölkə arasında diplomatik münasibətlərin bərpa edilmədiyini xatırladıb.

Saytda Axtarış

Son xəbərlər