Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün15
DünənDünən4961
Bu həftəBu həftə24155
Bu ayBu ay19328
Bu günə qədərBu günə qədər8508220

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Erməni deputat ilə türk nazir arasında mübahisə yarandı – VİDEO

"300 ofis yandırılıb".

Türkiyə parlamentində Kürd Demokratik xalqlar partiyasının erməni deputatı Karo Paylyan və əmək və sosial təminat naziri Süleyman Soylu arasında mübahisə düşüb.

"Dalğa TV" "Hurriyet"ə istinadən xəbər verir ki, Karo Paylyan nazirə onun Demokratik xalqlar partiyasının ünvanına hədələməsindən sonra Türkiyədə 300 ofisinin yandırıldığını deyib.

Bu bəyanat Süleyman Soylunun xoşuna gəlməyib. Mübahisə qızışıb, mübahisənin gedişatında nazir terrorçu "Kürd fəhlə partiyasının" (PKK) yaraqlılarının Demokratik xalqlar partiyasının (kürd yaraqlılarının siyasi qolu - red.) başında "sındırılacağını" bildirib.

Karo Paylyan buna "Həddini bil, mən deputatam!" deyərək çox kəskin reaksiya verib.

Davudoğlu: Krım Ukraynanın ayrılmaz tərkib hissəsidir

"Biz Ukraynanı hərtərəfli dəstəkləyirik".

Türkiyə Krımı Ukraynanın ayrılmaz tərkib hissəsi hesab edir.

"Dalğa TV" "112.ua" saytına istinadən xəbər verir ki, bunu Ukraynada səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu həmkarı Arseni Yatsenyukla görüşdə deyib.

"Bizim üçün Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi təməl dəyərdir, ona görə biz Krımı Ukraynanın tərkib hissəsi sayırıq və Sovet İttifaqının dağılmasından sonra üzləşdiyi çətinliklərin həllində Ukraynanı dəstəkləyirik", - Ə.Davudoğlu bildirib.

Baş nazir Ukrayna ilə Türkiyə arasında azad ticarət zonasının yaradılması haqqında saziş imzalamağa hazır olduqlarını da bildirib.

"Biz Ukrayna ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazırıq", - Ə.Davudoğlu bildirib.

Saakaşvili Münhendə Medvedevin çıxışı zamanı zalı tərk edib

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Rusiyanın baş naziri Dmitri Medvedevin Mühhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı zalı tərk edib.

"Dalğa TV"nin məlumatına görə, Medvedev səhnədə dünya təhlükəsizliyi mövzusunda çıxış edərkən, Saakaşvili nümayişkaranə zalı tərk edib.

Xatırladaq ki, Sakkaşvilinin 2013-cü ildə BMT Baş Assambleyasında çıxışı zamanı Rusiya nümayəndə heyəti zalı tərk etmişdi.

Ərdoğanın Bakıya səfərinin - Səbəbi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn həftə Azərbaycana səfəri reallaşacaq. Səfərin fevralın 18-də baş tutması gözlənilir.

AzNews.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqunun ans-ə verdiyi eksklüziv müsahibəsində bildirib ki, Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak üçün gəlir.

"Gələn həftə hörmətli prezidentimizi Azərbaycanda qonaq edəcəyik. Bu, Türkiyə və Azərbaycan prezidentlərinin hər il bir dəfə qarşılıqlı həyata keçirdikləri siyasi iş birliyi çərçivəsində reallaşacaq. Bu dəfə Azərbaycan ev sahibliyi edəcək. Cənab prezidentin dəvəti ilə gələcək. Azərbaycan tərəfi ev sahibi olduğu üçün onlar rəsmi açıqlama verəcəklər. Mən sadəcə onu deyim ki, görüş gələn həftə Bakıdan xaricdə baş tutacaq", - İsmayil Alper Coşqun bildirib.

Türkiyə prezidenti ötən ilin iyun ayının 12-də Bakıda səfər edib. Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Prezidenti həyat yoldaşı Əminə Ərdoğan, turizm və mədəniyyət naziri Ömer Çelik, müdafiə naziri İsmet Yılmaz, enerji və təbii qaynaqlar naziri Taner Yıldız, gənclik və idman naziri Akif Çağatay Kılıç, keçmiş nəqliyyata, dənizçilik və rabitə naziri Binali Yıldırım, Prezidentin sözçüsü İbrahim Kalın, Anadolu xəbər agentliyinin rəhbəri Şenol Kazancı müşayiət edib.

Ərdoğan Bakıda Rusiya prezidenti Vladimir Putin ilə də görüşüb. Görüşdə diqqət çəkən məqam ondan ibarət idi ki, danışıqlar bağlı qapı arxasında keçirilib.

ABŞ-ın Nebraska ştatı Xocalı qətliamını tanıdı – FOTO

Bəyannaməni Nebraskanın qubernatoru imzalayıb.

ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Riketts bəyannamə imzalayaraq fevralın 26-sını bütün Nebraska ştatında"Xocalını Anma Günü" elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb.

Bu barədə Oxu.Az-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Məlumata görə, konsulluğa daxil olan bəyannamədə Xocalı qətliamı dəhşətli faciə kimi pislənilib.

Qeyd edək ki, bu bəyannamə, Nebraska ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilən ilk sənəddir.

Sənəddə 24 il əvvəl - 1992-ci ilin 26 fevralında Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən çoxlu sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir.

"Human Rights Watch" təşkilatının bu qətliamı regionda baş verən ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunub ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.

Bəyannamə, eyni zamanda Nebraska ştatının dövlət katibi Con Qeyl tərəfindən də imzalanıb. Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb.

Gürcüstanın baş naziri ilə İran prezidenti arasında telefon danışığı olub

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

"Dalğa TV"nin gürcü mətbuatına istinadən məlumatına görə, söhbət Gürcüstan tərəfinin təşəbbüsü ilə baş tutub.

Danışıq zamanı tərəflər cari ticarət-iqtisadi əməkdaşlığı müzakirə ediblər, turizm sahəsində əməkdaşlığın gücləndirilməsinə ümidvar olduqlarını bildiriblər. Gürcüstan tərəfi İranla viza rejiminin ləğvi istiqamətində konkret addımlar atacağını qeyd edib.

Giorgi Kvirikaşvili ABŞ və Avropa İttifaqının sanksiyalarının aradan qaldırılması ilə bağlı Həsən Ruhaninı təbrik edib. Tərəflər həmçinin regiondakı hazırkı vəziyyəti müzakirə edərək, beynəlxalq təhlükəsizliyin inkişafının vacib olduğunu qeyd ediblər.

Giorgi Kvirikaşvili: "Qazprom" şirkəti ətrafında aparılan siyasi spekulyasiyalara son qoyulmalıdır”

Gürcüstanda Rusiyanın "Qazprom" şirkəti ətrafında aparılan siyasi spekulyasiyalara son qoyulmalıdır.

"Dalğa TV"nin məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bəyan edib.

O qeyd edib ki, energetika naziri Kaxa Kaladze ilə "Qazprom" nümayəndələri ilə aparılan danışıqlar Gürcüstanda ajiotaj yaradıb. G. Kvirikaşvili jurnalistlərə açıqlamasında Gürcüstanın Azərbaycan ilə strateji əməkdaşlıq etdiyini bildirib: "Biz o cümlədən SOCAR-la əməkdaşlıq edirik. Bizi bu əməkdaşlığa görə heç bir təhlükə gözləmir. Bunu mən bir daha bəyan edirəm", deyə baş nazir qeyd edib.

Giorgi Kvirikaşvili "Rustavi" televiziya kanalına "Qazprom"la bağlı danışıqların texniki problemlərə aid olduğunu deyib: "Söhbət hər hansı strateji danışıqlardan getmir. Bu məsələ artıq sona çatıb. "Qazprom" ilə danışıqlar sırf texniki olub və bunu siyasi spekulyasiya kimi əsassız olaraq davam etdirmək olmaz".

"Qazprom" ilə danışıqların davam etməsinə səbəb Rusiyanın Ermənistana göndərdiyi təbii qazın əvəzində Gürcüstana pul ilə ödəniş təklif etməsi olub", deyə Q. Kvirikaşvili bildirib.

Qeyd edək ki, keçən il dekabrın 31-dən Rusiyanın "Qazprom" şirkəti ilə razılaşmanın vaxtı sona çatıb və Gürcüstanın energetika nazirliyi şirkətdən kommersiya qiymətinə qaz almaq niyyətində olduğunu bildirib.

Gürcüstan İranla viza rejimini ləğv edir

Tbilisi ikitərəfli münasibətlərdə yeni səhifə açmağa hazırdır.

Tehran və Tbilisi bütün sahələrdə münasibətləri yaxşılaşdırmalıdırlar.

"Dalğa TV" "Regnum"a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İran prezidenti Həsən Ruhani Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə telefon söhbəti zamanı bildirib.

"İran və Gürcüstan arasında iqtisadi və mədəni əməkdaşlıq iki xalqın maraqlarına müvafiq olaraq möhkəmləndirilməlidir", - Ruhani vurğulayıb.

İran prezidenti Tehran və Tbilisinin iqtisadi əməkdaşlığı yaxşılaşdırmaq üçün böyük potensiala malik olduqlarını əlavə edərək, iki ölkə arasında viza rejiminin ləğv edilməsinin münasibətlərin inkişafına yardım edəcəyini qeyd edib.

Georgi Kvirikaşvili öz növbəsində, Gürcüstanın ikitərəfli münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu qeyd edib.

Gürcüstanın baş naziri, həmçinin yaxın zamanda Tehrana səfər edəcəyini bildirərək, İran prezidentini də Tbilisiyə dəvət edib.

Azərbaycanlı nazirin arxasından Qarabağı sildilər – FOTO

Türk mətbuatında ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik olub.

Türkiyənin məşhur saytlarından birində Azərbaycana qarşı hörmətsizlik edilib.

"Dalğa TV"nin ANS PRESS-ə istinadən verdiyi məlumatına görə, Türkiyənin "Sabah" qəzetinin saytı Dünya Turizm Forumu çərcivəsində keçirilən "nazirlər toplantısı" haqqında məqalə hazırlayıb.

Məqalənin fotosunda Azərbaycanın, Makedoniyanın, Qana və Türkiyənin nazirləri yer alıb. Onların arxa fonunda ölkələrinin bayrağı əks edilən xəritələri yerləşdirilib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin arxa fonundakı Azərbayacanın xəritəsində işğal altında olan Dağlıq Qarabağ göstərilməyib.

Bununla da Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik olub.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlanılıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov ANS PRESS-ə açıqlamasında fotonun montaj olduğunu deyib.

"Forumda nazirlərin fonunda belə bir şəkil olmayıb. Bu, sonradan fotoşopla hazırlanıb. Bununla bağlı mütləq tədbir görülməlidir", - deyə qurum rəsmisi vurğulayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də məsələdən xəbərdar olduğunu və bu barədə səfirliyə məlumat verildiyini qeyd edib.

Turizmin Davosu adlandırılan Dünya Turizm Forumu 2016-cı il fevralın 4-də İstanbulda keçirilib. Forumda Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, Makedoniyanın Dövlət naziri Furkan Çako, Qananın mədəniyyət və turizm naziri Elizabet Ofosu Agyare və Türkiyənin turizm naziri Mahir Ünal iştirak edib.

Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev Azərbaycanda turizmin qeyri-neft sektoru arasında artan payı və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən bir sıra layihələr haqqında məlumat verib. Dövlətin turizmin inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edən nazir, Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyasının hazırlandığını d

Kaxa Kaladze Azərbaycana səfərinin nəticələri barədə məlumat verib

"Hazırda Gürcüstana gün ərzində 11 milyon kubmetr qaz daxil olur".

"Dalğa TV"nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

"6 milyon kubmetri Qazax boru kəməri ilə SOCAR-dan, 2,9 milyon kubmetri "Şah-Dəniz" yatağından alırıq, qalan 1,2-2 milyon kubmetr isə Rusyanın Ermənistana Gürcüstan ərazisindən ötürdüyü qaz üçün tranzit haqqı kimi ödədiyi qazdır"", deyə K. Kaladze bildirib.

Nazir Gürcüstan hökumətinin Cənubi Qafqaz boru kəməri vasitəsi ilə Azərbaycandan əlavə qaz alacağına ümid etdiyini bildirib. O qeyd edib ki, rəsmi Tiflis 2011-ci ildən bəri Cənubi Qafqaz Boru Kəməri Konsorsiumuna Gürcüstana əlavə qaz verilməsinə dair dəfələrlə müraciət edib: "Lakin buna baxmayaraq, bizə yazılı şəkildə rədd cavabı verilib. Konsorsiumu inandıra bilsək, bizə qaz vermək üçün boru kəmərinin ötürmə imkanları var", deyə nazir bildirib.

Danışıqlar müsbət nəticə versə, qazın Rusiyadan alınmasına lüzum qalmayacaq. K.Kaladze qeyd edib ki, bu gün danışıqlar Rusiyadan alınacaq 300-400 milyon kubmetr qazın həcmi ətrafında gedir: "Biz nə ediriksə, ölkəmizin, onun sənayesinin inkişafı və xalqımızın rifahı üçün edirik. Buna görə də maksimum nəticə əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bizim öz mövqeyimiz var. Düşünürəm ki, sonda müəyyən bir razılığa gəlinəcək," deyə K Kaladze qeyd edib.

Gürcüstanın ədliyyə naziri azərbaycanlıların üzləşdiyi problemlərin həllini vəd edib

Gürcüstanın ədliyyə naziri Tea Tsulukianı ölkədə fəaliyyət göstərən KİV nümayəndələri ilə görüş keçirib.

"Dalğa TV"nin məlumatına görə, görüşdə azərbaycanlı jurnalistlər də iştirak ediblər.

Görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların sənədlərində ad və soyadlarındakı texniki səhvlər, mülkiyyət (ev, torpaq və s.), məsələləri, habelə əhalini narahat problemlər müzakirə olunub.

Nazir bildirib ki, qeyd olunan problemlər yalnız azərbaycanlıların yaşadığı bölgələrə aid deyil, Gürcüstanın bütün bölgələrinə xas olan problemlərdir. T. Tsulukiani bu problemlərin Saakaşvili hakimiyyəti dövründə həll olunmadığını deyib. O, sovet dönəmində rus dilində tərtib olunan sənədlərin gürcü dilində olan hissəsində yazılış qaydalarında yol verilən texniki səhvlərin həll olunacağını bildirib. Nazir həmçinin 2009-cu ilədək sənədlərdə gedən səhvlərin düzəlişlərinə amnistiya veriləcəyini qeyd edib.

Görüşdə soydaşlarımızın ad və soyadlarında gedən səhvlərin düzəldilməsi üçün ədliyyə evlərinə müraciət etməkləri tövsiyə edilib.

Gürcüstan prezidenti: "Qazprom"la danışıqlar çərçivədən kənara çıxmamalıdır"

"Gürcüstan hökumətinin Rusiyanın "Qazprom" şirkəti ilə apardığı danışıqların bir çərçivəsi olmalıdır və bu çərçivədən kənara çıxmaq olmaz".

"Dalğa TV" xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili "Maestro" telekanalının efirində deyib.

"Qazprom" mövzusu yalnız iqtisadiyyat və energetika ilə məhdudlaşmır. Burada təhlükəsizlik, xarici siyasət, geosiyasət kimi məsələlər də var. Məhz buna görə, ali hakimiyyət orqanları "Qazprom"la aparılan danışıqlarda vahid bir çərçivə cızmalı və bu çərçivədən kənara çıxmamalıdır.

Qeyd edək ki, Gürcüstanın əsas qaz təchizatçısı Azərbaycandır. Bununla yanaşı, Gürcüstanda istehlak olunan qazın 12%-ni Rusiya nəql edir. Söhbət Gürcüstan üzərindən Rusiyadan Ermənistana nəql olunan qaza görə, tranzit haqqından gedir. Gürcüstan hökuməti Rusiya tərəfinin nəql etdiyi qazın həcmini artırmaq üçün "Qazprom"la danışıqlar aparır. Gürcüstan müxalifəti isə buna etiraz edir. Müxalifət bildirir ki, bu, Gürcüstanlın enerji təhlükəsizliyinə təhdiddir.

Saytda Axtarış

Son xəbərlər