Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün637
DünənDünən4961
Bu həftəBu həftə24777
Bu ayBu ay19950
Bu günə qədərBu günə qədər8508842

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan XİN rəhbəri Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda səfərdə olan Gürcüstan xarici işlər naziri Mixeil Canelidze Heydər Əliyevin məzarını ziyarət edib.

"Dalğa TV"nin məlumatına görə, o, H. Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Gürcüstan xarici işlər naziri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən M. Canelidzeyə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

BMT yanında nümayəndəlik: "Dağlıq Qarabağ münaqişəsində bütün itkilərin yeganə səbəbi Azərbaycanın ərazilərinin işğalıdır"

"20 ildən çoxdur Azərbaycan və Ermənistan arasında beynəlxalq silahlı münaqişə gedir".

"Dalğa TV"nin məlumatına görə, bu barədə 1 mart tarixində BMT İnsan Hüquqları Şurasının 31-ci sessiyasının yüksək səviyyəli seqmenti zamanı Ermənistanın xarici işlər nazirinin çıxışına cavab olaraq Azərbaycan nümayəndə heyətinin üzvünün çıxışında deyilib. Çıxışda bildirilib ki, münaqişə zamanı hər iki tərəfdən çoxsaylı itkilər olub: "Bütün bu itkilərin yeganə səbəbi Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun Ermənistan Respublikası tərəfindən hərbi işğalıdır. Yaxşı məlum olduğu kimi, bir ölkənin başqa bir ölkənin ərazisini qanunsuz işğal etmək üçün güc tətbiq etdiyi və münaqişəni sülh yolu ilə həll etmək barədə beynəlxalq öhdəliklərə məhəl qoymadığı halda Ermənistanın özünü qurban ölkə elan etməsi və Azərbaycanın güc tətbiq etməməyə dair öhdəlikləri yerinə yetirməməsi barədə iddiaları gərəksizdir.

Bu cür iddialar işğalçı tərəfindən yaradılmış hazırkı vəziyyətin qanuniləşdirilməsini qaçılmaz etməklə yanaşı, qeyri-qanuni işğal nəticəsində əldə olunan nəzarətin qorunub saxlanmasına xidmət edir, ədalətin qələbə çalması əvəzinə cəzasızlığı təşviq edir. 1992-ci ildə Ermənistan tərəfindən kobud şəkildə pozulmuş güc tətbiq etməmək barədə prinsiplər BMT TŞ-nin hələ də yerinə yetirilməyən 4 qətnaməsində göstərildiyi kimi, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarından tam çıxarılması ilə qüvvəyə düşməlidir. Bu, münaqişənin yeganə həll yoludur".

Yanukoviç Ukraynaya qayıtmaq istəyir

"Bunun üçün hüquqi addımlar atılır".

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin vəkili Vitali Serdyuk bəyan edib ki, sabiq prezident ölkəyə qayıtmaq istəyir və bunun üçün hüquqi addımlar atılacaq.

"Dalğa TV" xəbər verir ki, Serdyuk bu barədə "Qlavkom" nəşrinə verdiyi müsahibəsində bildirib.

"Onun Ukraynaya qayıtmaq niyyəti var və bunun üçün hüquqi addımlar atılacaq. Yanukoviç prezident səlahiyyətlərini üzərindən götürməyib və ölkə rəhbərliyindən özü uzaqlaşmayıb", - vəkil qeyd edib.

Bununla yanaşı, Serdyukun sözlərinə görə, Yanukoviç sabiq prezidentə dair işi aparan Ukraynanın hüquq-mühafizə orqanları nümayəndələri ilə görüşdən boyun qaçırmayıb, əksinə "istintaqın gedişatında iştirak etməyə hazır olduğunu bildirib".

Amma vəkilin qeyd etdiyinə görə, sabiq prezidentin niyyəti güc strukturlarının işçiləri tərəfindən anlayışla qarşılanmır.

"Faktiki olaraq Yanukoviç öz işləri üzrə müstəntiqləri çoxdan axtarır", - Serdyuk qeyd edib.

Kaladze Bakı səfərindən danışdı: Faktiki razılıq əldə etmişik

"Bizim sahəyə lazım olan nəticəni əldə edəcəyik".

Azərbaycandan əlavə qaz alışına dair razılıq demək olar ki əldə edilib.

"Dalğa TV" "Georgia Online"a istinadən xəbər verir ki, bunu Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, "Şahdəniz" boru kəmərindən əlavə qaz həcmi almaq imkanı mövcuddur.

"Bakıya səfərim çərçivəsində mən Azərbaycan prezidenti İlham Əliyevlə, o cümlədən SOCAR-ın rəhbəri ilə görüşdüm. Görüşlərdə "Şahdəniz" layihəsi müzakirə olundu.

SOCAR prezidenti ilə görüşdə biz əlavə qaz həcmlərinin alınmasını müzakirə etdik. Bu, bizim daxili tələbatımız üçün olduqca mühüm məsələdir.

Faktiki olaraq, əlavə qaz həcmlərinin alınması ilə bağlı razılıq əldə olunub", - Kaladze bildirib.

Baş nazirin müavini əlavə edib ki, Gürcüstan hökumətinin Rusiyanın "Qazprom" şirkəti ilə apardığı danışıqlar gələn həftə yekunlaşmalıdır.

"Bununla əlaqədar biz çox güman ki, bir neçə günə danışıqları yekunlaşdıracağıq və ölkəmizə və bizim sahəyə lazım olan nəticəni əldə edəcəyik", - Kaladze bəyan edib.

Xocalı soyqırımında iştirak edən ordunun daha bir vəhşiliyi- Video, 18+

Müharibə öz qəddar qanunları ilə milyonlarla insana faciə yaşadıb.

Elə xalqımız da ona qarşı aparılan amansız qırğınların şahidi olub. "Dalğa TV" təəssüflə bildirir ki, bir neçə gün öncə elə soydaşlarımız da sosial şəbəkələrdə belə qırğınlar törədən ordulardan birinin yaranma gününü bayram hesab edərək bir-birini təbrik edirdi. 1990-cı ildə Bakıda dinc əhaliyə amansız divan tutan Sovet ordusunun varisi olan Rusiya ordusu bir neçə il sonra Çeçenistanda dinc əhaliyə qarşı eyni davranışı nümayiş etdirdi. Bu günlərdə Rusiya ordusunun törətdiyi vəhşilikləri əks etdirən yeni görüntülər ortaya çıxıb. Görüntülərdə Xocalı soyqırımında da iştirak edən ordunun Çeçenistanda da günahsız insanları xüsusi qəddarlıqla güllələdiyi əks olunub.

Məlumat üçün qeyd edək ki, 1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etsə də, heç bir ölkə tərəfindən tanınmadı. Bununla belə çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayev prezident seçildi. 11 dekabr 1994-cü ildə Qroznıya girən rus qoşunları 50 minə yaxın dinc sakini qətlə yetirdi.

Mogerini Qarabağ münaqişəsinin həllini tələb edir

"Tərəflərin bu yolda davam etmələrinə imkan vermək olmaz".

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı status-kvo qəbuledilməzdir.

"Dalğa TV" xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın "Mediamax" agentliyinə müsahibəsində deyib.

"Keçən il boyunca təmas xəttində, eləcə də Ermənistan və Azərbaycan arasında beynəlxalq cəhətdən tanınmış sərhəd boyunca zorakılıq hallarının artması müşahidə edilib", - F.Mogerini deyib.

O həmçinin ağır silahlardan istifadə olunduğunu, dinc əhali hədəfə alındığını bildirib. Mogerini münaqişənin beynəlxalq hüquqa əsaslanan siyasi həlli həmişəkindən daha vacib olduğunu vurğulayıb.

"Bizim ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərinə dəstəyimiz davamlıdır. Avropa İttifaqı danışıqlar prosesində əldə olunan istənilən irəliləyişi dəstəkləyəcək. Vəziyyəti sabitləşdirmək üçün təhlükəsizliklə bağlı edilən istənilən səylər, o cümlədən insidentlərin qarşısını almaq mexanizmi Aİ tərəfindən tam dəstəklənəcək.

Bu məsələ ilə bağlı müsbət addımların atılması halında biz növbəti dəstək məsələsini də nəzərdən keçirməyə hazırıq. Müharibə başladıqdan sonra son 20 il ərzində sizin liderlərin cəsarət nümayiş etdirmək və sülh yolu ilə həll istiqamətində addım atmalarının vaxtı çatıb. Biz bu istiqamətdə irəliləyiş əldə etmək üçün əlimizdən gələni etməyə hazırıq", - F.Mogerini bildirib.

Davudoğlu: “Rusiya Suriyada Çeçenistan taktikasından istifadə edir”

"Türkiyə öz sərhədlərini qorumaq, etnik təmizliyi əngəlləmək və Suriya müxalifətinin zəifləməsinə yol verməmək üçün lazımi addımları atacaq. Türkiyə Suriyanın Azez qəsəbəsinə hücumlara əngəl olacaq, qətllər və etnik təmizliklə məşğul olan PYD terror təşkilatının yeni bir qaçqın dalğası yaratmasına imkan verilməyəcək. Türkiyə sərhədlərinin təhlükəsizliyini təhdid edən kim olursa olsun, eyni cavabla üzləşəcək".

"Dalğa TV"nin "Habertürk"ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən deyib. O bildirib ki, Suriyada baş verənlər insanlıq faciəsidir və Türkiyənin milli təhlükəsizliyini təhdid edir: "Rusiya təyyarələri "ağıllı" bombalardan istifadə etmir. Bombaları təyyarələrə yükləyib, hara gəldi boşaldırlar. Tel-Rıfat şəhərində 200 dəfə bombardman həyata keçiriblər. İstifadə müddəti bitmiş bombalarını utilizasiya edirlər. Türkmən və ərəblərə qarşı güclü bombardmanlar həyata keçirirlər. Rusiya və Əsəd PYD-nin əli ilə demoqrafik vəziyyəti dəyişir. Rusiya İŞİD-ə qarşı heç bir hücum həyata keçirmədən Əsəd rejimini gücləndirməyə çalışır. 5 il Suriya xalqı hər hansı orduya sahib olmadan Əsəd rejiminə qarşı dirəndi, sonra "Hizbullah" gəldi, yenə Hələbi, İdlibi ala bilmədilər. İranı da çağırdılar, o da yetmədi. Sonra bütün bu coğrafiyadakı şiə radikallarını gətirdilər, yenə Hələbi ələ keçirə bilmədilər. Nəhayət, böyük qardaşlarına – Rusiyaya üz tutdular, "bu qətliamı sən tamamla, sən qətliamı daha yaxşı bilirsən", dedilər. Bu xain, alçaq rus təyyarələri mülki əhali, qadın, uşaq, yaşlı demədən, 8 min dəfə bombardman həyata keçirdi".

Ə. Davudoğlunun sözlərinə görə, Suriyadakı təməl problem Bəşər Əsəd rejiminin ömrünün uzanmasıdır: "PYD, YPG, Rusiya mötədil müxalifəti arxadan vurur. PYD-YPG qətiyyən kürdlərin təmsilçisi deyil, Rusiyanın muzdlu əsgərləridir. Biz oynanan oyunu görürük və Suriya xalqının yanında olacağıq. İŞİD-i bəhanə edərək suriyalıları Suriyadan çıxarmaq üçün etnik qırğın törədirlər. Bu, Rusiyanın Çeçenistandakı taktikasının eynisidir. Rusiyanın bu suçunu onun üzünə vurmalı olan ABŞ və digər müttəfiqlərimizi yalnız "bu bombardmanı qınayırıq" deyirlər. Biz Allahdan başqa kimsədən qorxmadan deyirik: bu bombardmanı alçaq rus təyyarələri həyata keçirir. ABŞ-dan, Avropadan, BMT-dən açıq və konkret mövqe gözləyirik".

Ə. Davudoğlu qeyd edib ki, YPG Türkiyənin top atəşləri ilə əlaqədar irəliləyə bilmir: "Yenidən cəhd göstərsələr, şiddətli cavab alacaqlar. Oradakı aerodromu da istifadə edilməz hala salacağıq. PYD və YPG PKK terror təşkilatının qoludur və Rusiyanın kuklasıdır. Kürdlərin əsl dövləti, onların qoruyucusu Türkiyədir".

Baş nazir müharibəyə daxil olmadıqlarını, əksinə, Türkiyəni müharibədən uzaq tutmaq üçün zəruri addımları atdıqlarını vurğulayıb.

Vəzifələrini kobud şəkildə pozan səfirlər geri çağırılacaq

Əsasnamədə dəyişiklik edilib.

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib.

"Dalga TV"nin Report-a istinadən xəbərinə görə, dövlət başçısı İlham Əliyev bununla bağlı fərman imzalayıb.

İndiyədək səfir və ya səfirliyin digər əməkdaşları Azərbaycanın və ya qəbul edən dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycanın qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırıla bilərdi.

Dəyişikliklə, səfir və ya səfirliyin digər əməkdaşları xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin Azərbaycanın və ya qəbul edən dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırılacaqlar.

Qeyd edək ki, səfirlər Azərbaycan Prezidenti tərəfindən təyin edilir və geri çağırılır.

Ərdoğan: Azərbaycanlı qardaşlarımızın ağrılarını bölüşürük

Türkiyə prezidenti başsağlığı verdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı açıqlama verib.

"Dalga TV"nin Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, Ərdoğan bildirib ki, Ermənistan qoşunlarının 1992-ci ilin 26 fevralında Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə təşkil etdiyi hücumda 613 Azərbaycan vətəndaşı, o cümlədən, uşaq, qadın, qoca amansızcasına qətlə yetirilib:

“Türkiyə olaraq Xocalıdakı bu qeyri-insani qırğının acısını hər zaman ürəyimizdə hiss edir, azərbaycanlı qardaşlarımızın ağrılarını bölüşürük. Xocalı qətliamı bütün bəşəriyyətin dərs çıxarmalı olduğu hadisədir”.

Ərdoğan əlavə edib ki, beynəlxalq aləmdən bu faciəyə lazımı diqqət və həssaslıq gözləyir:

“Azərbaycan torpaqlarının 1/5-i hələ də Ermənistanın işğalı altındadır. Bir milyondan çox azərbaycanlı qardaşımız yurd-yuvasından didərgin düşüb. Bir daha təkrar edirik ki, Ermənistan 25 ilə yaxın bir müddətdə işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.

Hər zaman olduğu kimi, bundan sonra da bu haqq işində azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Xocalı qətliamında həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə Türkiyə prezidenti qeyd edib.

Prezident AzTV ilə bağlı dəyişiklik etdi

İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 23 mart tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

AzNews.az xəbər verir ki, Fərmanda deyilir:

1. “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 23 mart tarixli 213 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 171) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

1-1.1. Azərbaycan Respublikasının Prezidentinə:

1-1.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi;

1-1.1.2. Cəmiyyətin sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.

1-1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

1-1.2.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

1-1.2.2. Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi;

1-1.2.3. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

1-1.2.4. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

1-1.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

1-1.2.6. bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

1-1.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

1-1.3.1. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Gürcüstanın sabiq dövlət naziri güllələnib

Naməlum şəxslər Gürcüstanın Azad Demokratlar Partiyasının liderlərindən biri, Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə sabiq dövlət naziri Aleksi Petriaşviliyə hücum edib, ona fiziki xəsarətlər yetirirək hər iki ayağından güllələyiblər.

"Dalğa TV"nin "apsny.ge" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan DİN-in açıqlamasında deyilir.

İlkin informasiyaya əsasən A. Petriaşvili 3 dostu ilə birlikdə sabiq diplomat Levan Mikeladzenin məzarını ziyarət edərkən hücuma məruz qalıb. Hadisə barədə polisə cinayət hadisəsinin baş verdiyi ərazinin sakinləri xəbər verib.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər yetirmə) cinayət işi açılıb.

Gürcüstan DİN hadisə şahidlərini istintaqla əməkdaşlıq etməyə çağırıb. A. Petriaşvilinin vəziyyəti hazırda stabildir.

Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı" abidəsini ziyarət edib.

"Dalğa TV"nin məlumatına görə, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzüblər.

Saytda Axtarış

Son xəbərlər