Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1010
DünənDünən5027
Bu həftəBu həftə30177
Bu ayBu ay25350
Bu günə qədərBu günə qədər8514242

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Türkiyə Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədi

"Prezidentlər Azərbaycan ilə birgə həyata keçirəcəkləri strateji layihələri müzakirə ediblər".

Dünya Humanitar Sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili görüşüb.

"Dalğa TV" "Qruziya online" istinadən xəbər verir ki, tərəflər siyasi, iqtisadi və mədəni əlaqələri, eləcə də qarşıdakı NATO sammitini müzakirə ediblər.

Ərdoğan Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bir daha bildirib. Tərəflər, həmçinin NATO-nun Varşavada keçirilməsi planlaşdırılan sammitini də müzakirə ediblər.

Türkiyə prezidenti bəyan edib ki, Gürcüstan mütləq NATO-ya qəbul olunmalıdır. Görüşdə iki ölkənin tərəfdaş ölkə Azərbaycanla birgə gerçəkləşdirdiyi vacib strateji layihələrə də toxunuldu. Bakı-Tbilisi-Qars dəmir yolu xətti müzakirə edildi.

Ərdoğan ümid etdiyini bildirdi ki, layihənin icrası bu il başa çatacaq. Gələcək əməkdaşlıq məsələləri də nəzərdən keçirildi”, - görüşdə iştirak edən Gürcüstan Prezidenti Administrasiyasının rəhbəri Georgi Abaşişvili bildirib.

Görüşdə, həmçinin Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi İrina İmerlişvili, eləcə də Gürcüstanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri İrakli Koplatadze iştirak edib.

Baş nazirin siyahısı Ərdoğanda – Yeni hökumətdə kimlər var?

Türkiyə Ədalət və İnkişaf partiyasının sədri Binəli Yıldırım prezident Rəcəb Tayyib Ərdoğana hökumətin yeni siyahısını təqdim edib.


"Dalğa TV" yerli KİV-lərə istinadən xəbər verir ki, Prezident kompleksində keçirilən görüş əsnasında Ərdoğanın siyahını təsdiqləməsi gözlənilir.

Qeyd edək ki, hökumətin tərkibi təsdiqləndikdən sonra Yıldırım rəsmən Baş nazir vəzifəsinə başlamış olacaq.

Azərbaycan və Türkiyə prezidentləri arasında görüş keçirilib

BMT-nin İstanbulda keçirilən I Dünya Humanitar Sammitində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, görüşdə prezident İ. Əliyev sammitinin keçirilməsinin bəşəriyyət üçün çox faydalı olduğunu, sammitdə qəbul ediləcək qərarların icrasında Azərbaycanın yaxından iştirak edərək lazımi dəstəyi verəcəyini deyib.

Öz növbəsində, R. T. Ərdoğan Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində öhdəliklərinə daim əməl etdiyinə görə prezident İ. Əliyevə təşəkkür edib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsi də aparılıb.

İstanbulda BMT-nin Humanitar sammiti keçirilir

İlham Əliyev Sammitdə çıxış etdi

“Ermənistan silahlı birləşmələri Azərbaycan əhalisinə qarşı qadağan olunmuş kimyəvi silah olan fosforlu bombadan istifadə edib”.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib.

Prezident bildirib ki, Ermənistanın həyata keçirdiyi hərbi işğal və təcavüz nəticəsində 20 ildən artıqdır ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır:

“Azərbaycanın 1 milyondan artıq əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, əhaliyə qarşı soyqırım törədib. Ermənistan Silahlı bölmələrinin 1992-ci il 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb”.

İlham Əliyev qeyd edib ki, Ermənistan silahlı qüvvələri bu il aprelin əvvəlində yenidən Azərbaycanın dinc əhalisinə qarşı yeni hücumlar təşkil edib. O qeyd edib ki, Ermənistanın aprel hücumu zamanı Azərbaycanın əsgər və zabitləri, o cümlədən 6 dinc sakini ölüb, 30-a yaxın sakin yaralanıb. "Azərbaycan Silahlı Qüvvələri dinc əhalisini qorumaq məqsədi ilə Ermənistan birləşmələrinə layiqli cavab verib və bundan sonra hücumlar dayanıb. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmir”.

13:24 / Ərdoğan Humanitar sammitin açılışında çıxış edib

Türkiyə Suriya və İraqdan olan qaçqınlara yardım üçün 10 milyard dollar xərcləyib. ANS PRESS-in məlumatına görə, bunu Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Birinci Humanitar sammitdə çıxış edərkən bildirib. 

"Suriyadan və İraqdan olan qaçqınlar bizdə sığınacaq tapıblar. Biz bombalardan canını qurtarmaq istəyənlər üçün qapımızı heç vaxt bağlamayacağıq. Təkcə 2014-cü ildə biz humanitar məqsədlər üçün 6,4 milyard dollar xərcləmişik və bu rəqəm ildən-ilə artır. Bizim qaçqınlar üçün 10 milyard dollar xərclədiyimiz bir vaxtda dünya birliyi bu istiqamətdə yalnız 456 milyon dollar xərcləyib", - deyə Ərdoğan sammitin açılışında bildirib.

O əlavə edib ki, cari beynəlxalq yardım sistemi  operativ həll tələb edən problemləri aradan qaldıra bilmir: "Bu köməyin ağırlığı ayrı-ayrı ölkələrin çiyinlərinə düşür, amma hər kəs bacardığını etməlidir".

 

10:28 / Dünya liderləri işgüzar sammitdə

Türkiyədə Birinci Dünya Humanitar Sammiti öz işinə başlayıb. ANS PRESS-in məlumatına görə, ev sahibi ölkənin rəhbəri Rəcəb Tayyib Ərdoğanzirvənin keçirildiyi İstanbul Konqres Mərkəzinə gəlib.

Sammitdə 60-a yaxın ölkə və hökumət rəsmisi iştirak edir. 

Ərdoğan zirvənin proqramına uyğun olaraq iştirakçılarla səhər yeməyində görüşüb. Toplantı mətbuata qapalı keçiriləcək. İştirakçılar ailə şəkli çəkdirəcəklər.

Sammit Ərdoğanın çıxışı ilə başlayacaq.

 
Angela Merkel Humanitar sammit çərçivəsində keçirilən səhər yeməyində
Angela Merkel Humanitar sammit çərçivəsində keçirilən səhər yeməyində

09:23 / İstanbulda Beynəlxalq sammit başlayır

Bu gün Türkiyədə Birinci Dünya Humanitar Sammiti öz işinə başlayacaq. Sammit İstanbul şəhərində baş tutacaq. Sammit böhranların qarşısını almaqda hazırlığın təmin edilməsində dönüş mərhələsi olacaq, eyni zamanda böhranlara və beynəlxalq birliyin insan iztirablarına son qoyulmasına yanaşma tərzini dəyişəcək.

İlham Əliyev Türkiyəyə gedib

Sammitdə iştirak etmək üçün dünya liderləri ötən gündən başlayaraq İstanbula toplaşmağa başlayıblar. İki gün davam edəcək tərbirdə BMT-nin baş katibi Pan Gi Munla yanaşı, bir çox dünya liderinin də iştirakı nəzərdə tutulub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Humanitar Sammitində iştirak etmək üçün mayın 22-də Türkiyə Respublikasına işgüzar səfərə gediblər. İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İstanbulun Atatürk Beynəlxalq hava limanında
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İstanbulun Atatürk Beynəlxalq hava limanında

Sammitdə “Təhsil gözləmir” Fondunun yaradılması rəsmən elan ediləcək. BMT-nin xəbərlər mərkəzinin məlumatına görə, bu tədbir döyüş əməliyyatlarının, erkən nikahların, icbari əmək və insan alverinin qurbanı olan “itirilmiş” uşaq nəslini xilas etmək üçün yeganə şansdır.

Dünya böhran həddinə çatıb. İkinci Dünya müharibəsindən bəri iztirabların bu cür miqyası görülməyib. Ona görə də Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun bu qurumun fəaliyyət göstərdiyi 70 il ərzində ilk dəfə humanitar məsələlər üzrə Dünya Sammitini (İstanbul, 23-24 may, 2016-cı il) çağırır.

ABŞ vitse-prezidenti Azərbaycan prezidentinə zəng edib

Mayın 20-də Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın məlumatına görə, söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişaf dinamikası müzakirə olunub. Prezident İlham Əliyev bu il mart ayının sonlarında Vaşinqtonda Co Bayden ilə keçirdiyi görüşü məmnunluqla xatırladıb.

Dövlət başçısı və ABŞ-ın vitse-prezidenti həmin görüş zamanı səmərəli müzakirələrin aparıldığını vurğulayıblar. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə bu yaxınlarda Vyanada keçirilən görüşlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əhəmiyyəti qeyd olunub.

Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin vacibliyini bildirib.

Söhbət zamanı uğurla inkişaf edən Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

GUAM-a üzv dövlətlərin nəqliyyat üzrə işçi qrupunun iclası keçirilib

"İştirakçılar Odessa Bəyannaməsinin layihələrini təsdiqləyiblər".

GUAM-ın Kiyevdəki Baş Katibliyində Moldovanın sədrliyi ilə nəqliyyat üzrə işçi qrupun 11-ci iclası keçirilib.

"Dalga TV" AzərTAc-a istinadən xəbər verir ki, tərəflər Azərbaycan, Gürcüstan və Qazaxıstan şirkətləri tərəfindən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun və onun koordinasiya komitəsinin yaradılması ilə əlaqədar GUAM nəqliyyat dəhlizinin yeni imkanlarına dair fikir mübadiləsi aparıblar.

İştirakçılar "GUAM-Tranzit-2" xüsusi konfransının nəticələri ilə bağlı məsələləri müzakirə ediblər və onların tezliklə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Tərəflər həmçinin GUAM-a üzv dövlətlərin nəqliyyat nazirlərinin iştirakı ilə işçi qrupunun 31 may 2016-cı ildə keçiriləcək növbəti iclasına hazırlıq məsələlərini də müzakirə ediblər.

İclas iştirakçıları əsasən GUAM üzv ölkələrin nazirlərinin Odessa Bəyannaməsi layihələrini və GUAM nəqiyyat dəhlizi ilə yüklərin artırılması barədə fəaliyyət planını müzakirə edərək qəbul ediblər.

Medvedev və Sarkisyan görüşdü

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində kömək etməyə həmişə hazırdır. Ona görə də sizin Azərbaycan prezidenti İlham Əliyevlə görüşünüzü alqışlayırıq".

Anspress-in məlumatına görə, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib. O qeyd edib ki, Qarabağda əldə edilən razılığı qorumaq vacibdir.

"Biz indi sizinlə bu məsələ ilə bağlı olan hər şeyi müzakirə edəcəyik. Vyana görüşü zamanı Minks qrupunun həmsədrlərinin səyləri nəticəsində dialoqun saxlanılması, 1994-95-ci illərdə əldə olunan atəşkəsə riayət olunması barədə məsələlər müzakirə olunub.

Görüşdə əhəmiyyətli qərarlar qəbul edilib. Regionda sülh və sabitliyin qorunması üçün biz əlimizdən gələni edəcəyik", - deyə Medvedev bildirib.

Serj Sarkisyan da Vyana görüşündə mühüm qərarların qəbul olunduğunu deyib. “Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin qəbul etdikləri qərarlar yerinə yetiriləcək".

Ermənistan prezidenti Azərbaycan torpaqlarını işğal etdiklərini etiraf edib

"Aprel hadisələri zamanı 800 hektar ərazi itirmişik".


"Dalğa TV"nin "Panarmenian"a istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Vyanadan qayıdarkən təyyarədə jurnalistlərə deyib.

“Nəyisə itirirsənsə, əvvəlcə anlamaq lazımdır ki, o hansı əhəmiyyətə malik olub. Bu, strateji, taktiki və bəzən psixoloji əhəmiyyət kəsb edə bilər”, - deyə o vurğulayıb.
Ermənistan Silahlı Qüvvələrinin təhlükəsizlik məqsədi ilə istifadə etdiyi 800 min hektar ərazinin 800 hektarını itirdiyini deyən S. Sarkisyan itirilən torpaqların heç bir strateji və taktiki əhəmiyyətə malik olmadığını vurğulayıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Artur Rasizadə Gürcüstanın baş naziri ilə görüşdü

Tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bu ölkədə səfərdə olan azərbaycanlı həmkarı Artur Rasizadə ilə görüşüb.

"Dalğa TV" "Qruizya Onlayn"a istinadən xəbər verir ki, administrasiyanın məlumatına görə, baş nazirlər Gürcüstan-Azərbaycan münasibətlərinin gündəmində olan məsələləri nəzərdən keçiriblər və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

“İlk növbədə, hamını iki ölkə üçün strateji əməkdaşlığın əsası olan Bakı-Supsa enerji dəhlizin 20 illik yubileyi münasibəti ilə təbrik etmək istəyirəm”, - Georgi Kvirikaşvili azərbaycanlı həmkarı ilə görüşə bu sözlərlə başlayıb.

Görüş zamanı iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığında müşahidə edilən intensiv inkişaf barədə söhbət danışılıb, əsasən də iqtisadi-ticarət, energetika və nəqliyyat sahəsində artan potensial qeyd edilib.

Tərəflər Gürcüstan və Azərbaycan tərəfindən birgə həyata keçirilən layihələr nəzərdən keçirilib.

Beynəlxalq enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi nöqteyi-nəzərdən iki ölkənin rolu da qeyd edilib.

Hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstannın baş nazirinin müavini Kaxaber Kaladze, baş nazirin müavini, energetika və dayanıqlı inkişaf naziri Dmitri Kumsişvili, Azərbaycanı energetika naziri Natiq Əliyev, SOCAR-ın prezidneti Rövnəq Abdullayev iştirak ediblər.

Polad Bülbüloğlu: Rusiya dostunu və düşmənini tanıdı – VİDEO

"Moskvada baxırlar, kim daha etibarlı dostdur".

Rusiya görür ki, Azərbaycan etibarlı partnyordur, ona inanmaq olar. Elə buna görə də bizim birbaşa əlaqələrimiz möhkəmlənir.

"Dalğa TV" xəbər verir ki, bu sözləri Azərbyacanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ANS TV-nin "Hesabat" verilişində Mir Şahinin sullarını cavablandırarkən deyib.

Son hadisələrindən sonra bəzi məqamların ortaya çıxdığını, Ermənistanın özündə Rusiyaya qarşı etirazların artdığını söyləyən səfir, bütün bu baş verənlərin fonunda Moskvanın kimin daha etibarlı tərəfdaş olduğunu müşahidə etdiyini bildirdi.

"Aprel hadisələri çox şeyi göstərdi, bəzi məqamlar özünü daha geniş büruzə verdi. Ermənistanda olan münasibətlər, İrəvanın özündə Rusiyaya qarşı etirazlar, rus səfirliyinə yumurta atmalar və s. Bunlar kiçik məsələlər deyil. Moskvada baxırlar, kim daha etibarlı dostdur, kimə daha çox etibar etmək olar",- deyə Polad Bülbüloğlu son vəziyyəti şərh edərkən bildirdi.

Səfir aprel hadisələri zamanı dünya azərbaycanlılarının birliyindən, insanlarda olan vətənpərvərlik ruhundan da fəxrlə danışdı. Bildirdi ki, ölkəmizin Rusiyadakı səfirliyinə döyüşlər gedən ərəfədə zənglərin ardı-arası kəsilməyib. Hər kəs torpaqlarımız uğrunda döyüşməyə, orduya kömək etməyə hazır olduğunu səfirliyə yazdığı məktublarla bildirib.

"Vladivostokdan Kalininqrada kimi nə qədər azərbaycanlı bizə könüllü olaraq orduya yazılmaq istəyi ilə müraciət etdi. Hər bir azərbaycanlıda böyük bir ruh oyanıb. Azərbaycan xalqı vətənpərvər xalqdır. Biz bu torpaqları azad edəcəyik. Torpaqlarımızı heç kimin əlində qoymayacağıq",- deyə səfir fəxrlə xalqımızdakı döyüş ruhundan da danışıb.

Gürcüstan Azərbaycanı hərbi təlimlərə dəvət etdi

"Sənədin imzalanması daha müfəssəl əməkdaşlığın həyata keçirilməsinə böyük zəmin yaradacaq".

Ölkələr arasında bu formatda keçirilən dördüncü görüşdə Anlaşma Memorandumunun imzalanacağı barədə yekun qərar qəbul olunub.

"Dalğa TV" xəbər verir ki, bu sözləri Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Qəbələdə keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə bildirib.

“Ölkələr arasında münasibətlərin təməli 25 il əvvəl qoyulsa da, sənədin imzalanması bizə daha müfəssəl əməkdaşlığın həyata keçirilməsi üçün böyük zəmin yaradacaq”, - deyə gürcü nazir bildirib.

Tinatin Xidaşeli həmçinin Azərbaycan və Gürcüstanın dövlət müstəqilliklərinə göstərdiyi dəstəyə görə Türkiyə Cümhuriyyətinə öz minnətdarlığını bildirib.

NATO və Gürcüstan əməkdaşlığından danışan nazir qeyd edib ki, ötən ilin avqustunda NATO və Gürcüstan birgə qiymətləndirmə mərkəzi açıblar:

“Bu mərkəz tam həcmdə fəaliyyət göstərir və biz Azərbaycan tərəfini keçirilən tədbirlərə dəvət etmək istərdik ki, ölkəniz Gürcüstan kimi NATO-nun tam bir paketindən faydalana bilsin”.

Hazırda Gürcüstanda ABŞ və Böyük Britaniya hərbçilərinin təlimindən danışan (“Noble Partner” – red.) Tinatin Xidaşeli ölkəsinin gələcəkdə bu tədbirləri mütəmadi olaraq Fransa, Almaniya, Türkiyə və Azərbaycan hərbçiləri ilə keçirəcəyini qeyd edib.

“Gürcüstan öz tərəfdaşlarını bu tədbirlərdə görməkdən şad olardı”, - deyə o bildirib.

Gürcü nazir onu da qeyd edib ki, ölkəsinin keçirdiyi tədbirlər heç kimə qarşı yönəlməyib:

“Təlimləri keçirməkdə məqsədimiz müttəfiqlərimizi, dostlarımızı dəvət etmək, regionda sülhə və sabitliyə nail olmaq, iqtisadi inkişafa yönəlmiş sabit qonşuluq siyasəti aparmaqdır”, - deyə o bildirib.

Zakir Həsənov: Bakı, Ankara və Tbilisi Anlaşma Memorandumu imzalayacaq

Müdafiə nazirləri regiondakı hərbi-siyasi vəziyyəti və təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkili, kibertəhlükəsizlik sahəsi üzrə əməkdaşığın inkişaf etdirilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov Qəbələdə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli Anlaşma Memorandumunun imzalanmasını nəzərdə tutur.

“Hazırda layihəsi razılaşdırılmaqda olan Anlaşma Memorandumunun imzalanması əməkdaşlığımızın hüquqi bazasının əsasını təşkil edəcək, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacaq”, - deyə Zakir Həsənov bildirib.

Azərbaycanın müdafiə naziri həmçinin gələcəkdə bu formatdan irəli gələn yeni təşəbbüs və layihələrin həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

Zakir Həsənov həmçinin qeyd edib ki, üçtərəfli görüşdə müdafiə nazirləri regiondakı hərbi-siyasi vəziyyəti və təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Həmçinin Qəbələ görüşündə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər, xüsusən son zamanlarda münaqişə zonasında gərginliyin artması da diqqət mərkəzində olub.

“Münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini və bir-birimizin suverenliyinə, ərazi bütövlüyünə qarşı beynəlxalq hüquq normaları çərçivəsində yanaşmanın vacibliyini bir daha qeyd etdik”, - deyə Zakir

Saytda Axtarış

Son xəbərlər