Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün955
DünənDünən5027
Bu həftəBu həftə30122
Bu ayBu ay25295
Bu günə qədərBu günə qədər8514187

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

FETÖ-nun İstanbul üçün qorxunc planı - “Sübutum var”

Türkiyənin paytaxtı Ankaranın bələdiyyə başqanı Melih Gökçek çox qorxunc bir iddia ilə çıxış edir.

O, bildirir ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) İstanbulda süni zəlzələ edəcək ki, güclü zərər dəysin. Tam olaraq iddiasını bu cür bəyan edir:

"İnanaraq və israrla söyləyirəm... İqtisadiyyatımızı çökdürmək üçün xarici qüvvələr İstanbulda süni bir zəlzələ planlayır. Bunu bütün Dünya bilsin... Söylədiklərimin ən əsaslı sübutu var. Şimali Kateya nüvə silahını sınaqdan keçirdi və 5.3 bal gücündə zəlzələ oldu...”.

Başqanın sözlərinə görə, FETÖ bunu 14 avqusta da etmək istəyib və buna görə hətta ABŞ onlara köməklik edəcəkmiş: "Mən televiziyada danışandan sonra bu oyun pozuldu".

Gürcüstanda iki yeni nazir - Təyinatı

Gürcüstan hökumətinə iki yeni nazir təyin edilib.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Gürcüstanın kənd təsərrüfatı naziri vəzifəsinə Levan Davitaşvilini, energetika naziri vəzifəsinə isə İlya Eloşvilini təyin edib.

Məlumata görə, baş nazirin keçmiş müavini, energetika naziri Kaxa Kaladze və keçmiş kənd təsərrüfatı naziri Otar Danelia parlament seçkilərində iştirak etdiklərinə görə qanunla vəzifələrindən istefa veriblər.

Gürcüstan hökumətinin başçısı yeni təyin etdiyi nazirlər barədə müsbət fikir bildirib: “İlya və Levan özlərinin şəxsi keyfiyyətləri ilə fərqlənirlər. Mən fəxr edirəm ki, belə peşəkarları iki vacib posta təqdim edirəm. Onlara uğurlar arzulayıram. Həmçinin seçki prosesinə qoşulan nazirlərə də təşəkkürümü bildirirəm. Onların vacib tapşırıqları var və mən ümidvaram ki, onlar bu tapşırıqların öhdəsindən gələcəklər,” Kvirikaşvili bildirib.

Qeyd edək ki, Kaxa Kaladze hökumət işinə 2012-ci il parlament seçkilərində “Gürcü Arzusu”nun qələbəsindən sonra başlayıb. O, partiya siyahısında birinci olub. Otar Danelia isə kənd təsərrüfatı naziri vəzifəsinə 2014-cü ildə təyin olunub.

Stoltenberq: “Gürcüstan NATO üzvlüyünə hazırlıq üçün bütün praktik mexanizmlərə malikdir”

Tiflisdə NATO-nun qərarverici orqanı – Şimali Atlantika Şurasının və NATO-Gürcüstan Komissiyasının iclasları keçirilir.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, NATO-Gürcüstan Komissiyasının toplantısından əvvəl çıxış edən baş katib Yens Stoltenberq Gürcüstana rəsmi səfərindən şad olduğunu bildirib. O, ölkənin müstəqilliyinin 25-ci ildönümü münasibətilə gürcü xalqını təbrik edib.

Y. Stoltenberq toplantıda Qara dəniz regionunun təhlükəsizliyi və Gürcüstana hərtərəfli dəstək paketinin həyata keçirilməsi üzrə bir sıra məsələlərin müzakirə olunacağını bildirib: “NATO-Gürcüstan Komissiyası tərəflər arasında siyasi dialoq və əməkdaşlıq üçün forum kimi 2008-ci ildə yaradılıb. Biz Qara dəniz regionunda təhlükəsizlik məsələlərini və əhatəli şəkildə işlənib hazırlanmış dəstək paketində göstərilən məsələləri müzakirə edəcəyik. Bu paket 2014-cü ildə NATO-nun Uels sammitində irəli sürülüb və bu ilin iyulunda keçirilmiş Varşava sammitində gücləndirilib. Müttəfiqlər Gürcüstana dəstəyi gücləndirmək qərarına gəliblər. Gürcüstan NATOüzvlüyünə hazırlıq üçün bütün praktik mexanizmlərə malikdir və müttəfiqlər bu yolda ona yardım göstərməyə hazırdır”.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili isə qeyd edib ki, NATO-ya qoşulmaq gürcü xalqının qəti iradəsidir: “Hökumət bu iradənin gerçəkləşməsi üçün hər şeyi edir. Bu görüş Varşavada keçirilən NATO sammitinin mühüm hissəsidir və Gürcüstanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ölkəmizin üzvlüyə hazırlanmasına yönəlib”.

Xatırladaq ki, Şimali Atlantika Şurası və NATO-Gürcüstan Komissiyasının iclasında iştirak etmək üçün alyansın baş katibi Yens Stoltenberqin başçılığı ilə ittifaqa üzv ölkələrin NATO qərargahındakı səfirləri Gürcüstana səfər edib. 

Tiflisdə Gürcüstanın baş naziri ilə NATO baş katibi arasında görüş keçirilib

Bu gün Tiflis şəhərində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, görüşdə Gürcüstanda demokratik islahatlar, parlament seçkilərinə hazırlıq məsələləri, NATO-Gürcüstan münasibətlərinin gücləndirilməsi, əlaqələrin perspektivi əsas müzakirə mövzuları olub.

 
Baş nazir G. Kvirikaşvili NATO baş katibinin Gürcüstana səfəri münasibətilə ona minnətdarlığını bildirib. Hökumət başçısı bu səfərin Gürcüstana NATOdəstəyinin bir təsdiqi olduğunu vurğulayıb. O, oktyabrda keçiriləcək parlament seçkilərinin demokratik norma və beynəlxalq standartlar çərçivəsində gerçəkləşməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Tərəflər Gürcüstanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və NATO-nun bu prosesdə roluna xüsusi diqqət yetiriblər.

Görüşdə NATO baş katibinin müavini Aleksandr Verşbou, Qafqaz və Mərkəzi Asiya üzrə NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay,NATO-nun Gürcüstan ofisinin rəhbəri Uilyam Lahue, Gürcüstanın xarici işlər naziri Mixail Janelidze, daxili işlər naziri Georgi Mqebrişvili, ədliyyə və müdafiə nazirləri, Avropa və avroatlantik məkana inteqrasiya məsələləri üzrə dövlət naziri David Bakradze, Gürcüstanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Maysuradze, hökumət administrasiyasının rəhbəri Nino Kobaxidze və başqa rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, Tiflisdə NATO-nun qərarverici orqanı – Şimali Atlantika Şurasının və NATO-Gürcüstan Komissiyasının iclası keçiriləcək. İclasda iştirak etmək üçün alyansın baş katibi Yens Stoltenberqin başçılığı ilə ittifaqa üzv ölkələrin NATO qərargahındakı səfirləri Gürcüstana səfər edib.

Qüdsi Osmanov Azərbaycanın Moldovada, Ramin Həsənov isə Almaniyada səfiri təyin olunub

Prezident İlham ƏliyevQüdsi Osmanovun Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Ramin Həsənov Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Məlumata  görə, Qüdsi Osmanova həmçinin fövqəladə və səlahiyyətli səfir rütbəsi də verilib.  

Bakı bulvarında Türkiyəyə dəstək aksiyası

Bu gün axşam saat 10 radələrində Bakıda, dənizkənarı bulvarda Türkiyəyə dəstək aksiyası keçirilib.

Qafqazinfo”nun Musavat.com-a istinadən məlumatına görə, aksiyada Türkiyənin istiqlal marşı, milli mahnıları ifa olunub.

Hər kəsin əlində Türkiyə və Azərbaycan bayraqları var. Aksiyaçılar eyni zamanda "Şəhidlər ölməz, vətən bölünməz" və digər bu kimi şüarlar səsləndiriblər.

Rəyi soruşulanlar - uşaqdan böyüyə hər kəs Türkiyənin yanında olduğunu bildirib.

Xatırladaq ki, dünən gecə Türkiyədə bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib, 200 nəfərə yaxın ölən, 1450 yaralanan var. 3 minə yaxın hərbçi və bir o qədər də başqa peşə sahibləri həbs olunub.

Gürcüstan XİN: "Türkiyədə baş verən hadisələrdən narahatıq"

“Biz qonşu, strateji və dost ölkə olan Türkiyədə baş verən hadisələrdən narahatıq. İyulun 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Ümid edirik ki, qonşu və dost ölkədə yaxın günlərdə vəziyyət tezliklə dəyişəcək və stabilləşəcək”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri Mixail Canelidze bildirib.

Gürcü nazir açıqlamasında həmçinin Türkiyədə olan Gürcüstan vətəndaşlarını küçələrə çıxmamağa çağırıb. Onun sözlərinə görə, Gürcüstanın Türkiyənin Ankara şəhərindəki  səfirliyində və İstanbuldakı baş konsulluğunda qaynar xətt yaradılıb və ehtiyac olarsa, Gürcüstan vətəndaşlarının həmin qaynar xəttə müraciət etmələri tövsiyə olunub.

M. Canelidze hadisələr baş verən zaman Gürcüstan vətəndaşları ilə daim əlaqə saxlanıldığını da bildirib. 

Gürcüstanın müdafiə naziri vəzifədən gedir

Gürcüstanın Respublikaçılar Partiyası seçkiqabağı kampaniyaya start verib və bir neçə gündən sonra partiyanın üzvləri - müdafiə naziri Tina Xidaşeli ilə barışıq və vətəndaş bərabərhüquqluluğu üzrə dövlət naziri Paata Zakareişvili öz postlarını tərk edəcəklər”.

Dalga TV-nin  "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Respublikçılar Partiyasının lideri, Gürcüstan parlamentinin sədri David Usupaşvili deyib. O bildirib ki, Respublikaçılar Partiyasından olan hər iki nazir ölkələri üçün çox iş görüblər: “Bir necə gündən sonra baş nazirin razılığı əsasında onlar öz işlərini yekunlaşdıraraq partiyanın təbliğat fəaliyyətinə qoşulacaqlar. Ətraf mühit naziri Giqla Aqulaşviliyə gəldikdə isə, o başqa seçim edib və partiyadan çıxaraq hökumətdə qalıb”.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək. Artıq ölkədə seçkiqabağı kampaniya başlayıb.

Çavuşoğlu Rusiyaya gedir

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Soçi şəhərində keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) tədbirində iştirak edəcək.

QDİƏT tədbiri iyulun 1-də baş tutacaq.

Bundan əvvəl Rusiya tərəfi Türkiyənin tədbirdə iştirak etmək üçün dəvət etdiyini bildirib.

Ərdoğan niyə üzr istədi? - Şərh

Türkiyə-Rusiya münasibətləri yaxın bir neçə gündə qaydasına düşə bilər".

Bunu AzNews.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə Su-24 təyyarəsinin pilotunun çlümü ilə bağlı başsağlığı məktubunu şərh edərkən deyib. O bildirib ki, Türkiyənin bu addımının arxasında yaxın qonşularla münasibətləri qaydasına salmaq ideyası durur: "İsraillə münasibətlər qaydasına düşdü. Rusiya ilə münasibətlərin qaydaya düşməsi istiqamətində də 3 aydır ki, danışıqlar gedir. Bunun üçün xüsusi komissiya təşkil olunub. Danışıqlar komissiya vasitəsi ilə aparılır. Nəticə etibarilə tərəflər arasında həm üzr istəmənin, həm kompensasiya çdənilməsinin yolu müəyyənləşib. Bu formada razılaşma indi başa çatıb. Məhz buna gçrə də Ərdoğan həlak olmuş təyarəçinin ailəsindən üzr istədi və kompensasiya çdəniləcəyini vəd verdi".

Q.Hüseynli yaxın günlərdə də R.T.Ərdoğanın Rusiya prezidenti ilə telefon danışqıları aparacağını qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb. Məktubda Su-24 təyyarəsinin pilotunun çlümü ilə bağlı Türkiyə prezidenti rus pilotun ailəsinin dərdinə şərik olduğunu bildirib və üzr istəyib.

Gürcüstan prezidenti müdafiə nazirinin məcburi hərbi xidmətin ləğvi ilə bağlı qərarına etiraz edib

"Müdafiə naziri Tina Xidaşelinin məcburi hərbi xidmətin ləğv olunması ilə bağlı müstəqil qərar verməyə haqqı yox idi".

APA-nın "Qruziya Online"a istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib. O bildirib ki, məsələ çağırışın ləğv olunması ilə deyil, müdafiə nazirinin öz kvotasını istifadə etməməsi ilə bağlıdır: "Onun nə dərəcədə doğru olmasından asılı olmayaraq, bu kimi qərarlar bir rəsmi şəxs tərəfindən verilməməli, məsələyə həm hökumətin, həm də Təhlükəsizlik Şurasının kollegiya iclasında baxılmaldır".

Prezident müdafiə naziri tərəfindən verilən qərardan əvvəlcədən xəbərdar olmadığını söyləyib.

Xatırladaq ki, Gürcüstanın müdafiə naziri Tina Xidaşeli ölkəsində məcburi həqiqi hərbi xidmətin ləğv olunması ilə bağlı sərəncam imzalayıb.

Milli Məclisdə qalmaqal - "Sənin səviyyən yoxdur"

Milli Məclin növbədənkənar sessiyasının sonuncu iclasında deputat Zahid Orucla sədr Oqtay Əsədov arasında qalmaqal yaşanıb.

İclasın açıq elan edilməsindən sonra deputatlar birbaşa gündəlikdə duran məsələlərin müzakirəsinə keçiblər. Deputatlar Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini müzakirə ediblər.
Bu haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O qeyd edib ki, təklif edilənlər vacib dəyişikliklərdir. Deputat Qüdrət Həsənquliyev bu dəyişiklikləri müdafiə etdiyini açıqlayıb.
Zahid Oruc isə deyib ki, Böyük Britaniyada Avropa Birliyindən çıxmaq xətti qalib gəldi:
"Avropa Birliyinin gələcəyi sual altına düşür. Bu iqtisadi bazarlara təsir edəcək. Artıq bu gundən funt strerlinqin qiyməti aşağı düşüb. Eləcədə avro dollar qarşısında zəifləməkdə davam edir. Odur ki, "tax-free" siyasətinə diqqətlə yanaşmaq lazımdır".
Spiker Oqtay Əsədov deyib ki, "tax free" dünyanın 130 ölkəsində işləyir: "Azərbaycan bura qoşulmaqla 131-ci ölkə olacaq. Bunun Avropa Birliyinə nə dəxli var axı?".
Spiker Oqtay Əsədovun bu fikirləri Zahid Orucun etirazına səbəb olub. Deputat yerdən spikerə etiraz edərkən qarşıdurma yaranıb. Spiker Zahid Orucu sakit olmağa dəvət edib: "Siz danışdınız, mən də sizə qulaq asdım və izahat verirəm. Xahiş edirəm yerindən danışma".
Zahid Orucun yerdən danışması spikeri yenidən əsəbləşdirib: "Otur yerində. Sakit ol. Səviyyəni gördük. Səviyyəsiz. Sənə söz verməyəcəm".


Deputat Siyavuş Novruzov tərəfləri sakitliyə dəvət edib. O, spikerin istənilən məsələ ilə bağlı fikrini demək hüququnda olduğunu bildirib: "Etika qaydalarına riayət edək. Azərbaycanda mövcud adət-ənənə, böyük-kiçik məsələsi var. Milli Məclisdəki əvvəlki vəziyyətləri görmüşük. Deyirsiniz ki, həmin dövrə qayıdaq? Fikir bildirdin bitdi. Hər kəs deyə bilməz ki, bu fikir düzdür. Hər kəsin öz fikri var. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Söz verildi, danışırıq, mikrafon söndüsə, deməli söhbət bitdi. Hər kəs yerdən bir söz desə, onda bizim Milli Məclis hansı vəziyyətə qalar? Bu məsələni nəzərə almalıyıq".
İclasın sonunda spiker Oqtay Əsədov Zahid Orucla bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılması ilə bağlı İntizam Komissiyasının sədri Ağacan Əbiyevə tapşırıq verib. O, komissiyanın iclasında Z. Orucun bu gün Milli Məclisdəki davranışının araşdırılmasını və ölçü götürülməsini tapşırıb.
Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev jurnalistlərə açıqlamasında deyib ki, Milli Məclisdə fikir ayrılıqları, mübahisələr ola bilər. "Ancaq Milli Məclis üzvünün Milli Məclis sədri ilə söz güləşdirməsi qəbuledilməzdir. Sədri Milli Məclisin üzvləri seçib. Onun vəzifəsi Milli Məclisin iclaslarını idarə etməkdir. Milli Məclis sədri deputatın mövqeyini müdafiə də edə, razı olmaya, irad bildirə bilər. Oqtay Əsədov həm də Zahid Orucdan yaşlıdır. Zahid Oruc kimi cavan deputat bu amilləri nəzərə alaraq, Oqtay Əsədovla söz güləşdirməməli, elə reaksiya verməməli idi.
A.Abıyev bu həftə ərzində İntizam Komissiyasının iclasının keçiriləcəyini nəzərə çatıdırıb. Komissiyada Zahid Orucla həmkar olaraq söhbət ediləcəyini deyən Ağacan Abiyev əlavə edib ki, 12 nəfər komissiya üzvü öz fikrini bildirəcək. "Burada hər hansı cəza yoxdur, ancaq tövsiyə verə bilərik. Zahid Oruc iclasa dəvət olunacaq və Milli Məclisdə sədrə qarış belə davranışının yolverilməz olduğu onun nəzərinə çatdırılacaq".

Saytda Axtarış

Son xəbərlər