Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1127
DünənDünən5027
Bu həftəBu həftə30294
Bu ayBu ay25468
Bu günə qədərBu günə qədər8514359

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Almaniya Gürcüstana vizasız rejimin tətbiqinə ehtiyatla yanaşır

Almaniyada hökumət dairələrində Avropa İttifaqının Gürcüstan, o cümlədən Ukrayna və Kosova vətəndaşları üçün viza rejiminin ləğv edilməsi planı narazılıqla qarşılanır.

< span style="font-size: 12pt;">"Dalğa TV"nin “Die Welt” nəşrinə istinadən verdiyi məlumata görə, almanlar “gürcü oğrular”dan və miqrant axınından qorxurlar.

Bu məsələ Almaniya daxili işlər naziri Tomas de Mezerlə parlamentdə keçirilən qapalı görüşdə də geniş müzakirə olunub. Daxil i işlər naziri Almaniyada xarici cinayətkar qrupların ölkədə oğurluq hallarının artmasındakı rolundan danışıb. T. Mezer hüquq-mühafizə orqanlarının xüsusən son dövrlər Gürcüstandan olan çoxlu sayda oğrular aşkarladığını, bu &ou ml;lkədə mütəşəkkil cinayətkarlığın inkişaf etdiyini bildirib. Buna görə də Almaniya Avropa İttifaqı ölkələrinin ayrılıqda hər hansı ölkə ilə bağlı viza rejimini ləğv etməsi hüququ ilə bağlı xüsusi düzəlişin qəbul edilməsini təklif edir. Fransa da bu məsələdə Almaniyaya dəstək verir. Rəsmi Berlin mərhələlərlə viza rejiminin ləğvi ideyasını da irəli sürüb. “Die Welt” yazır ki, Avropa Komissiyası tədricən Gürcüstan, Ukrayna, Kosova və Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvini nəzərdə tutsa da, Almaniya bu prosesin addım-addım aparılmasını zəruri sayır.

Ərdoğan: “Almaniya parlamentinin qərarı ikitərəfli əlaqələrə ciddi təsir edəcək”

Almaniya parlamentinin uydurma "erməni soyqırımı"nı tanımasına münasibət bildirib.

"Dalğa TV"nin NTV telekanalına istinadən verdiyi məlumata görə, Keniyada səfərdə olan R. T. Ərdoğan baş nazir Binəli Yıldırımla əlaqə saxladığını və qərarla bağlı ilk addımı müəyyənləşdirdiklərini bildirib: “İlk addım kimi səfiri geri çağırdıq. Almaniya parlamentinin qərarı Almaniya-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir edəcək. Vətənə qayıtdıqdan sonra oturub, geniş təhlil aparacağıq və sonrakı addımları müəyyənləşdirib, yekun qərar verəcəyik”.

Azərbaycan XİN: Bundestaqda qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilən qətnamə qərəzli və qeyri-obyektivdir

"Almaniya parlamentində qondarma "erməni soyqırımı" ilə əlaqədar 2 iyun 2016-cı il tarixində qəbul edilmiş qətnaməni qərəzli və qeyri-obyektiv hesab edirik. Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir".
"Dalğa TV"nin məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniya parlamentinin "erməni soyqırımı" ilə əlaqədar qəbul etdiyi qətnaməni şərh edərkən deyib.

O qeyd edib ki, Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən "erməni soyqırımı" kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir: "Bu tarixi saxtakarlıq faktına parlament səviyyəsində münasibətin bildirilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir".

Türkiyəli deputatlar Bundestaqın qondarma “soyqırımı”nı tanımaq qərarını şərh ediblər

Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri Bundestaqının uydurma "erməni soyqırımı"nı tanımasına dair qərarına münasibət bildiriblər.

Milliyyətçi Hərəkat Partiyasının Kayseri millət vəkili Yusif Halaçoğlu APA-nın Türkiyə bürosuna bildirib ki, Almaniya ikinci dünya müharibəsində faşistlərin yəhudilərə qarşı törətdiyi soyqırımına şərik axtarır: ""Almaniya bu suala cavab versin: Türklər ermənilərə "soyqırımı" yapdılarsa, ermənilər ABŞ-da, Fransada, Rusiyada, Livanda, Suriyada, Türkiyədə necə yaşayırlar? İndi də yenidən necə Türkiyəyə sığındılar? Niyə Bundestaq ermənilərin qətlə yetirdiyi 518301 türkün aqibətiylə maraqlanıb, onların soyqırımına məruz qalması ilə bağlı qərar qəbul etmir? 1915-ci ildə İttihad və Tərəqqi hökumətinin baş qərargahı üzərində Almaniyanın çox böyük təsir gücü vardı. Ermənilərə "soyqırım" yapıldısa, almanlar niyə əngəl olmadılar? Türkiyəyə qarşı heç bir əsası olmayan bir qanun qəbul edilib. Əmin olsunlar ki, biz bu qanunu olduğu kimi onlara qaytaracağıq".

Cümhuriyyət Xalq Partiyasının Antalya millət vəkili Niyazi Nəfi Kara APA-ya deyib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarı olduğu halda Bundestaqın belə bir qərar qəbul etməsi anlaşılmazdır: "Soyqırımı məsələsində özünə ortaq axtaran Almaniya Türkiyənin əleyhinə bu qərarı qəbul edib. Biz sədr Kamal Kılıçdaroğluyla birlikdə Bundestaqın üzvlərinə dəfələrlə başa saldıq ki, bu əsassız layihədən vaz keçsinlər. Fransanın Şükrü Ələkdağla bağlı qəbul etdiyi qərar və həmçinin, Avropa İnsan Haqları Məhkəməsinin Perinçəklə bağlı verdiyi hökm bu məsələni Avropanın gündəmindən həmişəlik çıxarmalı olduğu halda Bundestaqın belə bir qərar qəbul etməsi çox üzücüdür. Biz dəfələrlə dedik ki, tarixi məsələlərlə məşğul olmaq parlamentlərin yox, alimlərin işidir. Bu, Almaniyanın bizə qarşı qərəzli münasibətini göstərir, eyni zamanda ,Türkiyənin xarici siyasətinin uğursuzluğunu bir daha nümayiş etdirməkdədir. Ölkənin xarici siyasəti düzgün qurulmayıb, milli məsələlərlə bağlı xaricdə təsirli mübarizə aparılmır. Bundan sonrakı dönəmdə Bundestaqın və digər ölkələrinin parlamentlərinin qərarlarının ləğv etdirilməsi üçün Türkiyə XİN-in bütün imkanlardan istifadə etməsi lazımdır".

Ədalət və İnkişaf Partiyasının Van millət vəkili Burhan Kayatürk isə APA-ya açıqlamasında Bundestaqın qərarının Türkiyənin xoşniyyətli addımlarına da əngəl törədəcəyini bildirib: "Almaniya Parlamentinin qəbul etdiyi "soyqırımı" qərarı Türkiyəyə qarşı qərəzli münasibətin ifadəsidir. Hazırda Türkiyə tarixinin ən güclü dönəmlərindən birini yaşayır, öz haqlı mövqeyini, başda Almaniya olmaqla, Avropa ölkələrinə qəbul etdirmək üçün təsirli mövqe tutur. Bundestaqın bugünkü qərarını da bu çərçivədə dəyərləndirmək lazımdır. Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatası təxminən 1.5 il əvvəl qəbul etdiyi qərarda 1915-ci il hadisələrinin "soyqırımı" kimi xarakterizə edilə bilməyəcəyinə işarə etmişdi, buna rəğmən Almaniya parlamenti bu qərarı qəbul etdi. Bundan sonra Türkiyə öz haqlı mövqeyini müdafiəyə davam edəcək və subyektiv qərar qəbul edən Almaniyaya lazımi cavabı verəcək".

Almanların tarixdə ikinci səhfi

Almaniya Bundestaqı uydurma "erməni soyqırımı"nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

"Dalğa TV"nin "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqlara tətbiq edilən soyqırımın xatırlanması və anılması" adlanan qətnamə layihəsinin təşəbbüskarları iqtidardakı xristian birlik partiyaları (CDU/CSU) və müxalifətdəki Yaşıllar Partiyası olub. Layihənin əleyhinə 1 nəfər səs verib, daha 1 parlament üzvü isə bitərəf qalıb.

İclas Bakı vaxtı ilə saat 13.25-də Bundestaqın sədri Norbert Lammertin çıxışı ilə başlayıb. 1915-ci il hadisələrini soyqırım adlandıran N. Lammert o vaxtkı Almaniya İmperiyasının cinayətin iştirakçısı olduğunu bildirib: "Yüz il öncə baş verənlərə görə bugünkü Türkiyə məsuliyyət daşımır. Amma gələcək üçün məsuliyyət daşıyır".

Sosial Demokrat Partiyasının xarici siyasət üzrə sözçüsü Rolf Mützenich deyib ki, qırğınların müharibə zamanı baş verməsi bunun soyqırım olmadığı mənasına gəlmir. O da Almaniyanın cinayətin iştirakçısı olduğunu vurğulayıb. Yaşıllar Partiyasının həmsədri, türk əsilli Cem Özdəmir də layihənin qəbuluna tərəfdar olduğunu söyləyib.

Çıxışlar 1 saat 15 dəqiqə davam edib. Baş nazir Angela Merkel, baş nazirin müavini Sigmar Qabriel və xarici işlər naziri Frank-Valter Ştaynmayer başqa proqramları olduğu səbəbilə səsverməyə qatılmayıblar. Toplantını Türkiyənin Berlindəki səfirliyinin nümayəndəsi Gül Özgə Kaya da izləyib. İştirakçılar arasında Almaniyadakı erməni icmasının təmsilçiləri və erməni din adamları da olub.

Qətnamədə bildirilir ki, Almaniya parlamenti Osmanlı İmperiyasında erməni və digər xristian azlıqlara qarşı 100 il öncə başlayan məcburi köçürülmə və qətliamın qurbanlarının xatirəsi önündə hörmətli əyilir: "O dövrün "gənc türklər" rejiminin təlimatı ilə 24 aprel 1915-ci ildə Osmanlı Konstantinopolisində 1 milyondan artıq etnik erməninin sistematik köçürülməsi və qətli başladı. Onların taleyi XX əsrdə yaşanan qorxunc kütləvi qətllərin, etnik təmizliklərin, köçürülmələrin və hətta soyqırımların bir örnəyidir".

Mətndə Osmanlının müttəfiqi Alman İmperiyasının yaşanan hadisələrdəki rolu "utan verici" olaraq qiymətləndirilir, bildirilir ki, Almaniya diplomatik nümayəndəliklərinin və missionerlərin xəbərdarlıqlarına baxmayaraq, Almaniya insanlıq əleyhinə bu cinayəti dayandırmayıb.

Sənəddə Osmanlıda yaşayan assuriyalılar, süryanilər və keldanilər kimi xristian azlıqların da soyqırıma məruz qaldığı iddia edilir, bu mövzunun Almaniyada dərs kitablarına salınması və gələcək nəsillərə çatdırılması tövsiyə olunur. Qeyd edilir ki, bu məsələ Almaniyada yaşayan türk və erməni əsilli vətəndaşların uyğunlaşmasına kömək edəcək. Almaniya hökumətindən isə Ermənistan və Türkiyə arasındakı uzlaşma cəhdlərini təşviq etmək və dəstəkləmək tələb olunur.

Avropa İttifaqı Gürcüstanla viza rejiminin sadələşdirilməsini təxirə salıb

İttifaqına üzv ölkələr Gürcüstan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi barədə qərarının verilməsini təxirə salıb.

"Dalğa TV"nin məlumatına görə, bu barədə Reuters agentliyinə Avropa İttifaqındakı mənbə bildirib.

Qeyd olunur ki, viza rejiminin sadələşdirilməsi sahəsində bu kimi qərar Türkiyə, Ukrayna və Kosovo-ya da şamil edilə bilər.

Qərarın Avropada yaşanan miqrant böhranı ilə əlaqədar olduğu vurğulanır.

Prezident İlham Əliyev: “İmkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”

"Bir daha demək istəyirəm, nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. O ki qaldı Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar orada necə yaşayırlar, elə də yaşasınlar. Düzdür, Ermənistan rəhbərliyi bizim mövqeyimizi öz xalqına həmişə təhrif edərək çatdırır. Amma mən bir daha demək istəyirəm, bizim mövqeyimiz ondan ibarətdir ki, kim harada yaşayıb orada da yaşamalıdır".

Bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməli, status-kvo dəyişdirilməlidir: "Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Çünki status-kvo Ermənistanı qane edir, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu status-kvo əbədi qalsın. Onlar istəyirlər ki, bu danışıqlar sonsuz olsun. Yəni, görüntü, imitasiya naminə danışıqlar aparılsın. Biz dəfələrlə demişik ki, bu, mümkün deyil. Biz artıq 20 ildən çoxdur ki, gözləyirik. Vasitəçilər həmişə bizə gözləyin, sülh yolu ilə həll edin deyirlər. Son vaxtlar bunu daha da tez-tez təkrarlayırlar. Biz də istəyirik ki, sülh yolu ilə həll olunsun. Kim istəyər ki, müharibə başlasın?! Amma biz istəyirik ki, həll olunsun. Burada Ermənistan ilə Azərbaycan arasında fərq məhz bundadır. Ermənistan istəyir ki, sülh yolu ilə həll olunsun, amma bunun həllini əngəlləyir, ortaya süni əngəllər qoyur".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan dünya miqyasında multikulturalizm, dini, milli tolerantlıq baxımından nümunəvi bir ölkədir: "Sadəcə olaraq Ermənistanın siyasi rəhbərliyi, millətçi qruplar, Azərbaycana daim nifrətlə yanaşan insanlar bütün bu müsbət meylləri pozmaq, üzərindən xətt çəkmək istəyirlər. Ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və hesab edirəm ki, Vyana görüşü uğurlu görüş idi. Biz gözləyirik ki, tezliklə, vaxt itirmədən çox ciddi, vasitəçilərin dedikləri kimi substantiv, yəni, mənalı danışıqlar başlasın".

Prezident İlham Əliyev bildirib ki, bununla bərabər Azərbaycan gələcəkdə də hərbi gücünü artırmalıdır: "Neçə ildir ki, ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun döyüş qabiliyyəti, maddi-texniki təminat yüksək səviyyədədir. Ən müasir silahlar, texnikalar gətirilir, eyni zamanda, Azərbaycanda istehsal olunur. Azərbaycanda artıq mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu gün Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasındadır. Mən bunu dəfələrlə demişəm. Aprel ayında Ermənistanın törətdiyi təxribat, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı bunu həm Ermənistana, həm bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır. Biz gələcəkdə bu istiqamətdə əlavə tədbirlər görəcəyik və artıq müvafiq göstərişlər verilib. Mən onları açıqlamaq istəmirəm. Maddi-texniki təminat baxımından və əlavə müasir avadanlıq alınması üçün lazımi tədbirlər görülür. Azərbaycan xalqı əmin olsun ki, bu məsələ daim diqqət mərkəzindədir. Biz öz gücümüzü bilirik, öz gücümüzdən istifadə etmirik, sadəcə olaraq təxribatlara layiqli cavabımızı vermişik, veririk, lazım gələrsə, verəcəyik və çalışacağıq ki, bu məsələ tezliklə və sülh yolu ilə həll edilsin".

Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin 98 yaşı tamam olur

Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 98 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.



Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur.

M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib. İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov - hərbi nazir
Məmmədhəsən Hacınski - xarici işlər naziri
Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri
Xəlil bəy Xasməmmədov - ədliyyə naziri
Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri
Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri
Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri
Camo bəy Hacınski - dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söyləyib.

Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə.Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə H.Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca F.X.Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırılıb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Qeyd edək ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.

Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı-Respublika Günü kimi qeyd edlir. Bu tarix ölkəmizdə qeyri-iş günü elan olunub.

Azərbaycan prezidentinin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.

Eyni zamanda prezident İlham Əliyevin sərəncamı ilə AXC qurucuları Məhəmməd Əmin Rəsulzadənin, Əlimardan bəy Topşubaşovun, Fətəli xan Xoyskinin və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd edilib, xatirələri əbədiləşdirilib.

Azərbaycan prezidenti Respublika Günü münasibətilə hər il rəsmi qəbul keçirir.

Respublika Günü münasibətilə ölkənin bütün strukturları, Azərbaycanın diplomatik nümayəndələri və diaspor təşkilatları tədbirlər təşkil edirlər.

Tiflisdə 26 May-Müstəqillik Günü və 28 May – Respublika Günü münasibəti ilə tədbir keçirilib

Mayın 27-də Gürcüstan paytaxtındakı İ.Çavçavadze adına Tiflis Dövlət Universitetində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Gürcüstanın və Azərbaycanın müstəqilliyinə həsr olunan 26 May-Müstəqillik Günü və 28 May – Respublika Günü münasibəti ilə tədbir keçirilib.

Tədbiri Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət üzrə attaşesi Samirə Ağayeva açaraq Gürcüstan və Azərbaycanın müstəqilliyi münasibəti ilə gürcü və azərbaycan xalqını təbrik etdikdən sonra, iştirakçılara ilk Azərbaycan Cümhuriyyəti dövlətinin yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verib.

Sonra Tiflisdəki Qafqazşünaslıq İnstitutunun professoru Tsira Baramidze, Tiflisdəki gürcü və azərbaycanlıların təhsil aldığı 64 nömrəli orta məktəbin məktəbli gənclər mədəniyyəti şöbəsinin rəhbəri Ceyran Qurbanova və İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetindəki "Azərbaycan Dostluq Klubu"nun rəhbəri Leyla Əmrahova çıxış edərək Gürcüstan və Azərbaycan dostluğundan, mədəniyyətlərimizin inkişafından və dövlətlərimizin müstəqilliyindən, təhsilin inkişafından söhbət açıblar.

Tədbirdə Tiflisdə fəaliyyət göstərən "Ceyran" folklor ansamblının üzvləri olan azərbaycanlı rəqqasə qızlar gürcü və azərbaycan rəqslərini məharətlə nümayiş etdiriblər.Tədbirdə gənc aşıqların və müğənnilərin ifasında mahnılar səsləndirilib. Sonda müstəqillik gününə həsr olunan konsertdə çıxış edən müğənnilərə və aparıcılara 64 nömrəli orta məktəbin diplomları təqdim olunub.

Gürcüstan və Azərbaycanın müstəqillik günlərinə həsr olunan tədbirdə Gürcüstanın ali məktəblərində təhsil alan gürcü və azərbaycanlı tələbələr, Tiflis sakinləri iştirak ediblər.

Obama İlham Əliyevi təbrik etdi

"Ən xoş arzularımı qəbul edin".

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin Respublika günü münasibəti ilə təbrik edib.

"Dalğa TV"nin məlumatına görə, təbrik məktubunda deyilir:

“Sizi və Azərbaycan xalqını dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin yaranmasının 98-ci ildönümü münasibətilə Amerika Birləşmiş Ştatları adından təbrik edirəm. Həmçinin Sizi qarşıdan gələn əlamətdar hadisə - Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasının 25 illiyi münasibətilə təbrik edirəm.

Azərbaycan son 25 ildə, xüsusilə, Avropanın enerji şaxələndirilməsini və təhlükəsizliyini dəstəkləyən enerji lideri kimi böyük uğur qazanıb. Biz terrorçuluğa qarşı mübarizə səyləri də daxil olmaqla, Azərbaycanın təhlükəsizlik üzrə əməkdaşlığını yüksək qiymətləndirir və Azərbaycan ilə birlikdə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında xidmət etməkdən şərəf duyuruq.

Azərbaycan bütün vətəndaşları üçün təhlükəsizlik, firavanlıq və ifadə azadlığını daha da möhkəmləndirdikcə biz ona yardım etməyə hazırıq. Biz, həmçinin ölkənizin və qonşularının əmin-amanlıq və sabitlik şəraitində yaşamaları üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan ilə işləməyə davam edəcəyik.

Azərbaycanın və Birləşmiş Ştatların xalqları sıx əlaqələrə malikdir. Biz mədəni, siyasi və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsini arzu edirik.

Cənab Prezident, xahiş edirəm Respublika Günü münasibətilə ən xoş arzularımı qəbul edin”.

lham Əliyev: Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb

"Biz öz taleyimizin sahibiyik".

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan xalqı və dövləti torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək.

"Daığa TV"nin APA-ya istinadən verdiyi məlumatına görə, bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir, iqtisadiyyat şaxələndirilir, islahatlar aparılır

"Bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi ilə bağlı icrası nəzərdə tutulan bütün tədbirlər görüləcək. 2016-cı ilin də ölkəmiz üçün uğurlu olacağına əminəm. Qazanılan bütün nailiyyətlər ancaq müstəqillik illərində əldə olunub.

Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, müstəqil ölkəyik, azad xalqıq. Biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq, bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik", - deyə dövlət başçısı bildirib.

Pilot Savçenko Vətəninə uçur

Poroşenko onun ardınca prezident təyyarəsini göndərib.

Ukraynalı pilot, Ali Radanın deputatı Nadejda Savçenkonun içində olduğu prezident təyyarəsi Rusiyanın Rostov şəhərindən havaya qalxaraq Kiyevə yola düşüb.

"Dalğa TV" xəbər verir ki, bu barədə UNN agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb. Rostovda N. Savçenkonu Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko və Ali Radanın sədr müavini İrina Geraşşenko qarşılayıblar.

Prezident Pyotr Poroşenkonun isə Kiyev hava limanında N. Savçenkonu qarşılayacağı xəbər verilir.

Saytda Axtarış

Son xəbərlər