Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1180
DünənDünən5027
Bu həftəBu həftə30347
Bu ayBu ay25520
Bu günə qədərBu günə qədər8514412

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan 4 azərbaycanlı deputat mandat qazandı

Gürcüstanda keçirilən parlament seçkilərində 4 nəfər azərbaycanlı deputat mandatı qazanıb.
Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, hakim partiyanın majoritar siyahıdan namizədləri Savalan Mirzəyev seçicilərin 50,02 faizinin, Ruslan Hacıyev isə 56,13 faizinin səslərini toplayaraq deputat mandatı qazanıblar.

Ölkənin əsas ana müxalifəti sayılan “Vahid Milli Hərəkat” partiyasının üzvü Azər Süleymanov isə proporsional siyahı üzrə mandat əldə edib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, artıq bülletenlərin 99 faizindən çoxu sayılıb və ilkin hesablamalara görə, proporsional siyahı üzrə cəmi 3 partiya parlamentə keçə bilib. “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası 48,65 faiz, “Vahid Milli Hərəkat” Partiyası 27,11 faiz, “Gürcüstan Vətənpərvərlər Alyansı” isə 5 faiz səs toplayıb. Əsas müxalifət partiyalarından olan “İrakli Alasaniya-azad demokratlar” partiyası 4,62 faizlə mandat qazana bilməyib. Parlamentdə təmsil olunmaq üçün hər bir partiya 5 faizlik həddi keçməlidir.

Gürcüstan MSK-nın məlumatına görə, əksər majoritar dairələrdə namizədlər lazım olan səsi toplaya bilməyiblər. Ona görə də həmin dairələrdə ikinci tur keçiriləcək. İkinci turun noyabrın 2-də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonu ərazisində təşkil olunmuş 36 saylı dairədə daha bir azərbaycanlı - Əhməd İmamquliyev qələbəyə daha yaxındır. Birinci turda o, seçicilərin 47,91 faizinin səsini qazanmaqla Tamaz Naverianini (43,41 faiz) üstələyib. Həmin dairədən daha az səs toplamış namizədlər ikinci tura buraxılmayacaqlar. Gürcüstan Seçki Məcəlləsinin tələbinə görə, ikinci tura birinci turda ən çox səs toplamış iki namizəd buraxılır.

Beləliklə Ə.İmamquliyev ikinci turda qələbə qazansa, Gürcüstan parlamentində təmsil olunacaq azərbaycanlı deputatların sayı müstəqillik dövründə ilk dəfə 5 nəfər olacaq.

Gürcüstanda seçkinin nəticələri açıqlandı

Gürcüstanda seçkinin nəticələrinə əsasən parlamentdə iki partiya olacaq.

Qafqazinfo” “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, səslərin 99,41% artıq hesablanıb. Məlumatına görə, "Gürcü arzusu" 48,61% və ya 851 min 945 səs, "Vahid milli hərəkat", 27,04% və ya 473 min 896 səs toplayıb.

"Vətənpərvərlər alyansı" partiyasına isə  5%-lik səddi keçmək üçün 0,01 % səs çatmayıb. Digər partiyalar da tələb olunan səsi toplaya bilməyib.

Gürcüstanda parlament seçkiləri keçirilir

alt

Oktyabrın 8-də səhər yerli vaxtla saat 8:00-da Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər başlayıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jivaniya bildirib ki, 3,53 milyon seçici bu gün 150 deputatı seçməlidir. Onlardan 77 nəfəri proporsional, 73 nəfəri isə majoritar qaydada seçiləcək.

Səsvermə saat 20:00-da başa çatacaq.

Deputatlığa namizədlər əsas 25 subyekt - 19 siyasi partiya və 6 seçki bloku tərəfindən həm proporsional, həm də bu subyektlərin təşəbbüs qrupları tərəfindən majoritar qaydada irəli sürülüb.

Səsvermənin gedişini yerli müşahidəçilərlə yanaşı, 55 beynəlxalq təşkilatdan 1440 müşahidəçi izləyəcək.

Azərbaycanlı deputatlar Sabir Hacıyev AŞPA, Əli Məsimli GUAM PA, Əflatun Amaşov və Hikmət Məmmədov isə Milli Məclisin xətti ilə səsvermənin gedişini müşahidə edəcəklər.

Səsvermə prosesini 184 KİV-in 5368 əməkdaşı izləyəcək.

Seçkilərlə əlaqədar Gürcüstanda 73 seçki dairəsi üzrə 3636 məntəqə seçki komissiyası yaradılıb.

Bu seçki məntəqələrindən 207-si birbaşa azərbaycanlılar yaşayan ərazilərdə, bir neçəsi isə azərbaycanlıların gürcü və digər millətlərin nümayəndələri ilə birgə yaşadıqları ərazilərdə yaradılıb.

Seçkilərdə 40-a yaxın azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb.

Gürcüstan Seçki Məcəlləsinin tələbinə əsasən majoritar sistem üzrə mübarizə aparan namizədlər lazım olan səsləri toplaya bilmədikdə seçkilərin ikinci turu təşkil olunacaq.

Tamar Jivaniya bildirib ki, majoritar sistem üzrə deputatlığa namizəd seçicilərin 50 faizindən çoxunun səsini qazanmalıdır. Əgər dairə üzrə namizədlərdən heç biri bu baryeri keçməsə ikinci tur olacaq. İkinci turda ən çox səs toplamış iki namizəd mübarizə aparacaq. Namizədlərin bir neçəsi eyni səs toplayarsa, o zaman, onların hamısı ikinci turda iştirak edirlər.

İkinci turda ən çox səs toplamış namizəd deputat mandatı qazanacaq.

MSK sədri bildirib ki, ikinci tur birinci turdan 25 gün sonra keçiriləcək. Bu da təxminən noyabrın 2-nə təsadüf edəcək.

Azərbaycan prezidenti: “Avropa Parlamenti hələ də təəssüf edir”

“Bu il bizim beynəlxalq mövqelərimiz möhkəmlənib. Bir çox beynəlxalq təşkilatda Azərbaycana bir daha dəstək nümayiş etdirilib. Bu təşkilatlar arasında iki təşkilatı xüsusilə qeyd etmək istərdim. Biri İslam Əməkdaşlıq Təşkilatıdır ki, builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıb, kontakt qrupu artıq işə başlayır. Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu. Bu yaxınlarda Qoşulmama Hərəkatının - BMT-dən sonra ən çox üzvü olan bu təşkilatın Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Dövlət başçısı bildirib ki, digər təşkilatlarda da bu gözəl meyilləri müşahidə olunmaqdadır: “Avropa Parlamenti. Bu yaxınlarda Avropa Parlamentitərəfindən səslənən rəsmi bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirdi. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, bir il ərzində Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələri kəsmişdir, Avronest qurumundan çıxıb. Bunun da səbəbi var, ictimaiyyət bunu bilir. Sadəcə olaraq, demək istəyirəm ki, bu, bizim günahımızdan olmayıb. Biz günahkar deyilik. Bizə qarşı ədalətsizlik nümayiş etdirildi. Biz təhqir olunduq. Bizə qarşı diplomatiyada qəbuledilməz sözlər işlədildi. Təbii olaraq, biz də öz sözümüzü dedik. Azərbaycan Milli Məclisi də çox əsaslı, arqumentli, kəskin, yəni, Avropa Parlamentinin o qətnaməsinə uyğun, elə o səviyyədə cavabını verdi. Bir il münasibətlərimiz dondurulmuşdu. Yəni, bunu Azərbaycan xalqı heç hiss etməyib. Mən də o vaxt demişdim, münasibətlər olsa yaxşıdır, olmasa da, hər halda bunun bizim işimizə heç bir təsiri yoxdur. Nəticədə nə oldu? Münasibətləri bərpa etmək üçün özləri gəldilər. Gördülər ki, təhqir, təzyiq yolu ilə keçmir. Halbuki bunu çoxdan bilməli idilər ki, keçmir və keçməyəcək. Gəldilər ki, münasibətləri bərpa etsinlər. Bizim də bəzi təkliflərimiz olub. O təkliflər müsbət qəbul edildi və bu təkliflərin nəticəsində birgə bəyanat da səsləndi. O bəyanatda ifadə olundu ki, Avropa Parlamenti belə hərəkətlərə yol verdiyinə görə təəssüf edir. Orada göstərilir ki, gələcəkdə bu cür hərəkətlərin təkrar olunmaması üçün işlər aparılacaq. Biz də konstruktiv mövqe nümayiş etdirərək qərar qəbul etdik ki, artıq bu, bizi qane edir və münasibətlər indi bərpa olunur”.

Prezident İlham Əliyev deyib ki, Biz 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik.

“Mən özümüzü tərifləmək istəmirəm, heç vaxt da tərifləməmişəm, halbuki tərif üçün bir çox məqam var. Heç kimə imkan vermərik ki, bizi təhqir etsin. Qəbuledilməz hər bir hərəkətə cavabımızı veririk, sözümüzü deyirik, heç kimdən çəkinmirik, nəinki bizə aid olan məsələlərdə, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdiririk. Dünyada gedən işlərlə bağlı bizim mövqeyimiz var və biz bu mövqeyi çəkinmədən ifadə edirik” – deyə, o bildirib. 

David Usupaşvili: “Seçkilərin yüksək səviyyədə keçirilməsi milli qürur məsələsidir”

alt

Gürcüstan parlamentinin hazırkı sədri, Respublikaçılar Partiyasının lideri David Usupaşvili 8 oktyabr parlament seçkilərini ləyaqətlə keçirməyi şərəf işi adlandırıb.

 
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, D. Usupaşvili bildirib ki, seçkilərin yüksək səviyyədə keçirilməsi milli qürur məsələsidir. O qeyd edib ki, bütün partiyalar və siyasi liderlər seçki administrasiyasının elan etdiyi nəticələri tanımalı və öz nəticələrinə istinad etməməlidirlər: “Bu, vacibdir. Gürcüstan siyasi azadlıq və seçki demokratiyası istiqamətində mühüm addımlar atıb və biz inamla Gürcüstan dövlətinə şərtsiz etibar etməliyik”.
 
D. Usupaşvili bir çox majoritar seçki dairələrində ikinci tur ola biləcəyini istisna etməyib: “Sabah axşam seçkilərin nəticələri məlum olmayacaq. Parlamentin gələcək üzvləri, hökumət və ictimaiyyət nümayəndələri mühüm imtahan qarşısındadır. Biz oktyabrın 8-dən başlayan yolu gələcək seçkilərə qədər ləyaqətlə keçməliyik”.
 
Qeyd edək ki, seçkilərdə 19 siyasi partiya, 6 seçki bloku və müstəqil namizədlər mübarizə aparacaq. Hazırkı parlament yeni seçilmiş parlamentin ilk toplantısına qədər öz səlahiyyətlərini icra edəcək.

Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak edəcək azərbaycanlı namizədlər Şahismayıl Şəmməd oğlunun efirində qonaq olub - VİDEO

İstifadəçilərin qiymətləndirməsi: / 1
ZəifƏla 

alt

 

“Mən bu ölkəyə heyran olaraq gəlmişəm” - Papa

“Cənab Sədr, hörmətli hökumət və diplomatik korpusun üzvləri, xanımlar və cənablar, Azərbaycanda səfərdə olmaqdan şadam və məni görüşdüyümüz bu bina kimi yeni binalar sayəsində köklü şəkildə dəyişən bu şəhərdə, ölkənin paytaxtında, Xəzər dənizinin sahilində səmimi qəbul etdiyinizə görə sizə təşəkkür edirəm”.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu Roma Papası Fransisk bu gün Heydər Əliyev Mərkəzində hökumət nümayəndələri, cəmiyyət və diplomatik korpus ilə görüşündə çıxışında deyib.

O qeyd edib: “Cənab Prezident, Azərbaycan xalqı və hökuməti adından mənə ünvanladığınız səmimi salamlara və ötən il hörmətli xanımınızla Vatikana səfərinizdən sonra cavab səfəri ilə Sizi ziyarət etmək imkanına görə xüsusilə təşəkkür edirəm. Mən bu ölkəyə tarix boyu bu torpaqlarda məskunlaşan bir çox xalqların töhfəsinin bəhrəsi olan mürəkkəb və zəngin mədəniyyətinizə tam heyran olaraq gəlmişəm. Onlar müasir cəmiyyəti səciyyələndirən və müasir Azərbaycan dövlətinin çiçəklənməsində əks olunan təcrübəyə, dəyərlərə və fərqləndirici əlamətlərə həyat veriblər. Oktyabrın 18-də Azərbaycanda müstəqilliyin iyirmi beş illiyi qeyd olunacaq. Bu hadisə bu onilliklərin, əldə edilmiş tərəqqi və ölkənin üzləşdiyi çətinliklərin nəticələrinə hərtərəfli yekun vurmaq imkanı verir. Bu günə qədər keçilən yol institutların möhkəmləndirilməsi və millətin iqtisadi və vətəndaş artımına kömək istiqamətində atılan əhəmiyyətli səyləri aydın göstərir”.

“Azərbaycana gəlişiniz tarixi bir səfərdir” - Prezidentdən Papaya + Yenilənib

alt

Oktyabrın 2-də Azərbaycana pastoral səfərə gələn Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi olub.

Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı meydanda Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib.

İlham Əliyev Roma Papası Fransiski qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Roma Papası Fransiskə raport verib.

Müqəddəs Taxt-Tacın və Azərbaycanın himnləri səslənib.

Prezident İlham Əliyev və Roma Papası Fransisk fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Roma Papası Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Roma Papası Fransiskə, Müqəddəs Taxt-Tacın nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Roma Papası Fransiskin qarşısından keçib.

Prezident İlham Əliyev və Roma Papası Fransisk rəsmi foto çəkdiriblər.

***

Bu gün rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşü olub.

Roma Papası səmimi qarşılanmaya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev deyib: “Sizi Azərbaycanda salamlamaqdan məmnunluq duyuram. Sizin Azərbaycana səfəriniz tarixi bir səfərdir. Çox minnətdaram ki, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etmisiniz. Ümid edirəm ki, siz vətənə xoş təəssüratlarla dönəcəksiniz. Sizin bu səfəriniz Vatikan-Azərbaycan əlaqələri üçün, eyni zamanda sivilizasiyalararası dialoqu üçün çox əhəmiyyətlidir”.

Dövlət başçısı deyib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi sülh və mehriban şəraitdə yaşayırlar.

***

“Azərbaycanda bütün dini azadlıqlar təmin edilib.

Bunu Roma Papası Fransisk prezident İlham Əliyevlə görüşündə deyib.

Roma Papası bildirib ki, indiki dövrdə xüsusilə Avropa dövlətlərində mənəvi və mədəni zənginliklər çox əhəmiyyət kəsb edir: “İndiki zamanda bu, insanlar üçün vacib olan məqamlardır. Bununla biz əlaqələrimizin məhsuldarlığından danışa bilərik”.

Roma Papası Azərbaycanda ona göstərilən isti münasibətə görə təşəkkürünü bildirib.

Ərdoğan: “Rusiya ilə münasibətlərimizi yeni səviyyəyə çatdırmaq niyyətindəyik”

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan  Rusiya ilə münasibətləri 2015-ci ilin noyabrınadək (“Su-24” təyyarəsinin vurulmasınadək – red.) olan səviyyədən daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib.

APA-nın xəbərinə görə, bunu Ərdoğan Ankarada parlamentin payız sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.

“Biz qonşularımızla münasibətləri normallaşdırırıq. Rusiya ilə müxtəlif sahələr – kənd təsərrüfatı, energetika, iqtisadiyyat, turizm sahələri üzrə danışıqlar aparılır. Biz göstəricilərimizi əvvəlki səviyyəyə qaytarmaq və hətta ondan daha yuxarı səviyyəyə çatdırmaq niyyətindəyik”, - deyə Ərdoğan qeyd edib.    

Batumidəki azərbaycanlılar səs verdi

Gürcüstanın Batumi şəhərində olan Azərbaycan vətəndaşları Konstitusiyaya təklif olunan dəyişikliklərə Batumidəki Baş konsulluqda səs verirlər.

AzNews.az-ın məlumatına görə, səsvermə prosesi sentyabrın 26-da yerli vaxtla saat 08:00-da başlayıb.

Baş konsul Rəşad İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycanın Batumidəki Baş konsulluğunda 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin nəzdində 53 saylı seçki məntəqəsi yaradılıb.

Hazırda Batumidə 84 nəfər Azərbaycan vətəndaşı qeydiyyatdadır. Lakin səsvermə ilə əlaqədar onların sayının daha çox olacağı gözlənilir.

Konsulluğun foyesindəki stenddə seçicilərin siyahısı asılıb. Seçki prosesi Azərbaycanın seçki qanunvericiliyinə tam uyğun təşkil olunub.

Məntəqədə səsvermə ilə əlaqədar bütün zəruri işlər görülüb. Baş konsul Rəşad İsmayılov səs verib. 

Referendum başa çatdı

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) başa çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə başa çatıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfərdir.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. 

Obama İlham Əliyevə məktub göndərdi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Mişel və mən Sizi, bütün dünya müsəlmanlarını və Həcc ziyarətini uğurla başa vurmuş zəvvarları Qurban bayramı münasibətilə təbrik edirik.

Həcc ziyarəti fərqli mədəniyyətə malik və müxtəlif ölkələrdən olan milyonlarla insanın dualar etmək, dərindən düşünmək və xoş niyyətlərini bölüşmək üçün bir araya gəlməsinin bariz nümayişidir.

Qurban bayramı müsəlmanların İbrahim peyğəmbərin oğlunu qurban verməyə hazır olmasını yad etməklə özlərinin savab işlər gördükləri bir xeyriyyəçilik məqamıdır. Birləşmiş Ştatlarda və dünyanın hər yerində milyonlarla müsəlmanın ehtiyacı olanlara yardım etmələri məni ruhlandırır.

Milyonlarla insanın münaqişə və təbii fəlakət nəticəsində evlərini və öz icmalarını itirməsi, yeni yurd-yuva qurmağa çalışması ehtiyacı olanlara yardım etməyə mənən borclu olduğumuzu bizə daim xatırladır. Yardım, fədakarlıq və sülhyaratma bütün etiqadlardan olan insanların ortaq dəyərlərinin əsasını təşkil edir.

Amerika xalqı adından dünyanın hər yerindəki müsəlman icmalarını mübarək Qurban bayramı münasibətilə təbrik etmək istərdik.

Qurban bayramınız mübarək, Həcc ziyarətiniz qəbul olsun”. 

Saytda Axtarış

Son xəbərlər