Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1222
DünənDünən5027
Bu həftəBu həftə30389
Bu ayBu ay25562
Bu günə qədərBu günə qədər8514454

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Spiker Zahid Orucdan şikayət etdi - Gərginlik artır

"Neçə ildir Milli Məclisdə çalışırıq. Hər kəsə söz verilir, danışır və vaxtı bitir. Hər bir çıxışa reaksiya da ola bilər. Axı burada qızışmağa nə var?!"

Bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsi YAP icra katibinin müavini Siyavuş Novruzov MM-in növbədənkənar sessiyasının sonuncu plenar iclasında deyib.

Komitə sədrinin sözlərinə görə, parlament sədri istənilən məsələyə müdaxilə etmək hüququna malikdir və edir: "Burada gərək etika qaydalarına riayət edək. Azərbaycanda mövcud adət ənənə böyük-kiçik məsələsi var. Milli Məclisdəki əvvəlki vəziyyətləri görmüşük. Deyirsiz ki, həmin dövrə qayıdaq? Fikir bildirdin, bitdi. Hər kəs deyə bilməz ki, bu fikir düzdür. Hər kəsin öz fikri var. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Söz verildi danışırıq mikrafon söndüsə deməli söhbət bitdi. Yoxsa hər kəs yerdən bir söz desə onda bizim Milli Məclis hansı vəziyyətə qalar? Ona görə də gələcəkdə bu məsələni nəzərə almalıyıq".

Milli Məclisin sədri Oqtay Əsədov isə parlamentin İntizam Komissiyasının sədri Ağacan Abiyevə müraciət edərək deputat Zahid Orucun etik-davranış qaydalarına düzgün riayət etmədiyinə görə komissiyaya dəvət edilməsini və məsələnin araşdırılmasını istəyib.

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyasının sonuncu iclasında MM sədri Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında mübahisə düşüb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrdə, millət vəkilinin çıxışı saxlanılıb, o isə buna etiraz edərək danışmaq istədiyini bildirib. Spiker ona irad tutaraq deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur. O.Əsədov deyib ki, bir daha ona söz verməyəcək: “Çünki Zahid, sən özünü düzgün aparmırsan. Sənin səviyyən yoxdur. Bunu da bu gün gördüm”.

Z.Oruc isə bildirib ki, sədrin “səviyyəsiz” sözünü işlətməsi düzgün deyil.

Roma papasının Ermənistana səfəri başlayıb

Roma papası Fransiskin Ermənistana səfəri başlayıb.

"Dalğa TV" "armenpress.com"saytına istinadən verdiyi xəbərə görə, İrəvanın "Zvartnots" beynəlxalq hava limanında Roma papası Fransiskin gəlişi münasibətilə təntənəli qarşılanma mərasimi təşkil edilib.

Papanı uşaq xoru qarşılayaraq, ona Ermənistanın "milli rəmzi" – lavaş və ərik veriblər.

Prezident terminalında papanın Ermənistan prezidenti Serj Sarkisyan və katolikos II Qareginlə qısa görüşü olacaq. Bunun ardınca isə o, Eçmiadzinə gedəcək.

Bundan sonra papanın Ermənistana dövlət səfəri başlamış olacaq.

Tiflisdə Azərbaycan Silahlı Qüvvələrinin 98-ci ildönümü qeyd olunub

Gürcüstan paytaxtında Azərbaycan Silahlı Qüvvələrinin 98-ci ildönümü təntənəli şəkildə qeyd olunub.

Tədbirdə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. "Dalğa TV"nin Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin 98-ci ildönümünə həsr olunan təntənəli tədbiri Azərbaycanın Silahlı Qüvvələrinin Gürcüstandakı hərbi attaşesi, polkovnik Xəzər Abbasov açaraq çıxış edib. O, tədbir iştirakçılarına Azərbaycan Silahlı Qüvvələrinin yaradılma tarixi haqqında ətraflı məlumat verib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşesi, polkovnik Xəzər Abbasov çıxışında Azərbaycan və Gürcüstan Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın genişləndirildiyini və inkişaf etdirildiyini qeyd edib.

Azərbaycan Silahlı Qüvvələrinin 98-ci ildönümünə həsr olunan təntənəli tədbirdə Gürcüstan Silahlı Qüvvələrinin qərargah rəisi general-mayor Vaxtanq Kapanadze, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri və əməkdaşları, Gürcüstanda akkreditə olunan müxtəlif dövlətlərin hərbi attaşeləri, həmçinin diplomatik korpus rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, gürcü və Azərbaycan jurnalistləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hərbi attaşe, polkovnik Xəzər Abbasov jurnalistlərə açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin getdikcə gücləndiyini və torpaqlarımızı azad etməyə qadir olduğunu bildirib: “Son aprel hadisələrində Azərbaycan maddi-texniki, istərsə mənəvi-psixoloji cəhətdən düşməndən qat-qat üstün olduğunu nümayiş etdirib. Azərbaycan regionda öz sözünü deyən dövlət və xalqdır.
Mən inanıram ki, bizim ordu işğal altında olan torpaqlarımızı tezliklə azad edəcək və biz o torpaqlarda əmin-amanlıqla yaşayacağıq”, - deyə X. Abbasov vurğulayıb.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin 98-ci ildönümü münasibətilə ziyafət verilib.

Ərdoğanın sözçüsü: “Rusiyadan üzr istəməyəcəyik"

"Türkiyənin Rusiyadan üzv istəməsi və ya təzminat ödəməsindən söhbət gedə bilməz".

APA-nın xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın "Habertürk" ə müsahibəsi zamanı deyib.

İ. Kalın bildirib ki, iki ölkə arasında gərginlikdən sıravi insanlar da zərər görür: "Bunun bizim turizm sektorumuza təsiri olub, amma Rusiya tərəfində də problemlər var. Rusiyanın milli günü münasibətilə məktubu isə cənab prezident dövlət ənənəsi olaraq göndərib".

"Orada, əlbəttə, bir mesaj var. Bu gündən sabaha nəsə dəyişiklik ola biləcəyini demək isə hələlik tezdir, bunun üçün çalışmaq lazımdır. Lakin üzr istəmək və ya təzminat ödəməkdən söhbət gedə bilməz", - deyə o qeyd edib.

Erməni deputat: “Xocalı qətliamını törədənləri lənətləyirəm”

"Əlbəttə ki, mən erməniyəm, amma eyni zamanda, Türkiyə vətəndaşıyam və mənim də inandığım dəyərlər var”.

Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili, erməni əsilli Markar Esayan deyib.

M. Esayan bildirib ki, ölkəsi Türkiyənin mənafeyi onun üçün hər şeydən öndədir: "Eyni zamanda, əxlaq meyarlarımız da var. Əgər siz bir bölgədə digər bölgəyə su vermirsinizsə, suyun qarşısını kəsib insanları susuz qoyursunuzsa, bunu kimin etməsindən asılı olmayaraq, mən buna qarşı olacağam. Kiminsə pislik etməsini onun irqinə və ya millətinə görə dəyərləndirə bilmərik. Erməniyəm deyə mən hansısa yanlışlıqlara göz yuma bilmərəm, məsələlərə bu aspektdən baxıram. Elə Xocalı qətliamına da bu gözlə baxıram, hər il bunu edənləri lənətləyirəm. Biz bu baryerləri aşmalıyıq. Yəni, doğru yerdə durmağa çalışıram, amma bunun da bir bədəli olur. Olsun, nə edə bilərik ki?..”

Türkiyəli millət vəkili Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyanın ona qarşı kobud hərəkətlərə və təhqirlərə yol verməsinə də toxunub: "Yanvar sessiyasında Azərbaycanla bağlı hesabatların lehinə səs verdiyim üçün erməni nümayəndə heyətinin üzvü mənə söyüş və təhqirlər yağdırdı. Təbii ki, Avropa Şurası içində bu, qəbuledilməz bir hərəkət idi. Ermənistan nümayəndə heyətinin digər üzvləri isə gəlib məndən üzr istədilər və o qadının başqa partiyadan olduğunu və Ermənistanda bu sahədə məşhur olduğunu bildirdilər, hadisədən çox üzüldüklərini söylədilər. Biz də öz növbəmizdə bu məsələni AŞPA Bürosu və sədrinin diqqətinə çatdırdıq. Biz onları xəbərdar etsək də, rəsmən üzr istəyən olmadı və nizamnamədə belə məsələlərlə bağlı hansısa müddəanın olmadığını bildirdilər. Yəni, biz şikayətimizi verdik, AŞPA sədri bunu diqqətə aldı, ancaq başqa bir şey olmadı”.

Prezident İlham Əliyev Nardaran sakinləri ilə görüşüb - FOTO

Bu gün Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşüb.

“Dalga TV”nin xəbərinə görə, dövlət başçısı görüşdə çıxış edib.

Qəsəbə sakini Ağasəid Orucov göstərdiyi yüksək diqqət və qayğıya görə nardaranlılar adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Kaladze: "Gürcüstanla Azərbaycan arasındakı münasibətlər ildən-ilə möhkəmlənir"

Gürcüstan üçün böyük əhəmiyyət kəsb edən enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu çox böyükdür.

"Dalğa TV"nin məlumatına görə, bunu Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib.

K. Kaladze deyib ki, Azərbaycanın neft-qaz məhsulları nəinki region üçün, eləcə də Avropa üçün olduqca vacibdir: "Gürcüstan və Azərbaycan arasında mövcud olan dostluq münasibətləri ildən-ilə möhkəmlənir. Azərbaycan bizim strateji tərəfdaşımızdır".

Əliyev Merkellə görüşdə Rusiya amilini QABARTDI

Gürcüstanın baş naziri Qiorqi Kvirikaşvili Gürcüstanın müsəlman vətəndaşlarını müqəddəs Ramazan ayının başlanması münasibəti ilə təbrik edib.

"Səmimi qəlbdən mənim müsəlman həmvətənlilərimi müqəddəs ramazan ayının başlanması münasibəti ilə təbrik edirəm. Ramazan ayı hər bir müsəlman üçün vacib aydır. Hər bir kəsə sülh, firəvanlıq, xoşbəxtlik arzu edirəm. Bizim dostluğumuz əsrlər boyu davam edir. İnanıram ki, bu münasibət daha da dərinləşəcək və ağır, eləcə də xoş günlərdə yaşadığımız qardaşlığımızı bir daha təsdiq edəcək və bAzərbaycan prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə təkbətək görüş keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçıları görüşdən sonra jurnalistlərin suallarını cavablandırıblar.

İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən danışaraq mövcud status-kvonunu qəbulolunmaz olduğunu bəyan edib.
"Cəbhə xətti boyunca tez-tez atışmalar olur, atəşkəs rejimi çox kövrək və qeyri-stabildir. Bugünkü status-kvo qəbul olunmazdır. Aprel ayından bəri Ermənistan bizə qarşı təxribatlara əl atır".

Azərbaycan prezidenti həmçinin, Rusiyanın Qarabağ münaqişəsində rolunun çox konstruktiv olduğunu deyib.

"Azərbaycan Rusiyanı starteji tərəfdaş kimi görür. ATƏT-in sədri kimi Rusiyanın addımları da çox pozitivdir. ".
Prezident İlham Əliyev onu da bildirib ki, "Azərbaycan demokratiya və insan haqları prinsipinə sadiqdir".

O, Almaniya kansleri ilə görüşdə hansı məsələlərin müzakirə olunduğu haqda da danışıb.

"Kanslerlə görüşdə Azərbaycandakı siyasi vəziyyət də müzakirə edilib. Bu məsələlərin inkişafı üçün, o cümlədən sərbəst toplaşma, ifadə azadlığı sahəsində bir sıra addımlar atılıb. Azərbaycanda internet azaddır.

Həmçinin ölkəmizdə din və etiqad azadlığı mövcuddur. Bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Azərbaycanda müxtəlif dinlər birgə yaşayır".irlikdə bizim ölkəmizi gücləndirəcəyik", – deyilir Qiorqi Kvirikaşvilinin təbrik məktubunda.

Gürcüstanın yeni təhsil və elm naziri Aleksandre Cecelava oldu

İstifadəçilərin qiymətləndirməsi: / 1
ZəifƏla 

Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidzeni Aleksandre Cecelava əvəz edəcək, – bu haqda bir neçə dəqiqə öncə Gürcüstanın baş naziri keçirdiyi xüsusi brifinqdə bəyan etdi.

“Rusiyanın Ermənistana silah satması...” - İlham Əliyev

"Rusiya Azərbaycanla qonşu, dost ölkədir. Rusiya ilə yaxşı, konstruktiv münasibətlərimiz mövcuddur".

Bunu Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.

İ. Əliyev bildirib ki, Azərbaycanın Rusiya ilə təhlükəsizlik, nəqliyyat, ticarət sahəsində yaxşı münasibətləri var: "Rusiyanı strateji tərəfdaş hesab edirik. Rusiyanın da Azərbaycana münasibəti eynidir. Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur. Lakin bu, Ermənistanda allergiya doğurur".

Azərbaycan prezidenti qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan aldığı silahlara görə pul ödəyir: "Azərbaycan təkcə Rusiyadan deyil, həmçinin Türkiyə, İsrail, Belarus və İrandan silah alır. Çünki biz silahlı qüvvələrimizi müasirləşdirməliyik. İşğal altında olan və çətin geosiyasi konfiqurasiyada yerləşən dövlət bunu etməlidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Biz Rusiyanın burada rolunu pozitiv qiymətləndiririk. Ümid edirik ki, Rusiya, Fransa və ABŞ bütün potensialından istifadə edərək Ermənistanı ona məxsus olmayan torpaqlardan çıxmağa inandıracaq".

İlham Əliyev: “Ermənistan vəziyyətə nəzarət edə bilmir

İyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışı olub.

"Dalğa TV" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib.

Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel Azərbaycan Prezidentini salamlayaraq bu Forumun keçirilməsindən məmnun olduğunu bildirdi. O, bir neçə gündən sonra Bakıda baş tutacaq "Formula-1" yarışlarının uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Ziqmar Qabriel "Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyətinə toxunaraq onu Xəzərin karbohidrogen ehtiyatlarını Avropaya çatdıracaq yeni layihə kimi xarakterizə edib.

Vitse-kansler ölkəmizin yüksək nailiyyətlər əldə etdiyini dedi, iqtisadi inkişafına görə Azərbaycanın bir neçə il dalbadal dünyada birinci olduğunu diqqətə çatdırıb.

Ölkəmizdə çalışan alman şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini deyən iqtisadiyyat və enerji naziri Azərbaycanın üzləşdiyi ən böyük problemdən - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edərək tərəflərin Vyana görüşündən sonra nizamlama ilə bağlı nikbinliyin yarandığını söyləyib. O, Almaniya ilə Azərbaycan arasında güclü əlaqələrin olduğunu bir daha vurğulayaraq bu Forumun ikitərəfli əlaqələrə güclü dəstək verəcəyini bildirib.

Forumda çıxış edən Prezident İlham Əliyev Almaniya ilə Azərbaycanın yaxşı tərəfdaşlar olduqlarını, ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını bildirib.

Münasibətlərin iqtisadi əlaqələrin inkişafına da təsir etdiyini deyən Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün təhlükəsizlik və sabitlik vacibdir. Son vaxtlar Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən hadisələrə diqqəti cəlb edən Prezident İlham Əliyev vurğulayıb ki, atəşkəs olduqca kövrəkdir, Ermənistan vəziyyətə nəzarət edə bilmir və status-kvo bu cür davam edə bilməz. İşğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin çıxarılmasının vacibliyini vurğulayan dövlətimizin başçısı Avropanın indi üzləşdiyi miqrasiya problemi nəticəsində yaranan humanitar böhranı Azərbaycanın 20 il bundan əvvəl yaşadığını qeyd etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyi üçün Ermənistana sanksiyaların tətbiq olunmamasından təəssüfləndiyini bildirib. "Münaqişənin tezliklə həll olunması regionun sabitliyinə xidmət edəcək", - deyən Prezident İlham Əliyev bildirdi ki, bu çətin vəziyyətə baxmayaraq, Azərbaycan uğurla inkişaf edir. Son 25 ildə ölkəmizdə çox güclü siyasi və iqtisadi islahatlar həyata keçirilib, bütün azadlıqlar təmin olunub. "Biz Ermənistan ilə atəşkəs müddətini ölkəmizin inkişafına sərf etmişik", - deyən dövlətimizin başçısı Azərbaycanın hazırda qlobal enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını vurğuladı. Avropaya qaz ixracını təmin edəcək layihənin 2012-ci ildən icra olunduğunu bildirən Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" layihəsinin mühüm qolu olan TAP-ın inşasının uğurla davam etdiyini deyib. Dövlət başçısı layihə üzrə güclü tərəfdaşlıq komandasının yarandığını vurğuladı, bu layihələrə Avropa İttifaqının da böyük dəstək verdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev bütün tərəfdaşlara fayda verəcək bu layihənin mənbələrin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini deyən Dövlət başçısı ixrac potensialının şaxələndirilməsi, kənd təsərrüfatının, informasiya-kommunikasiya texnologiyalarının, nəqliyyat sektorunun inkişaf etdirilməsinin prioritet məsələlər sırasında olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirib, Bakıda ən böyük dəniz limanının tikintisinin aparıldığını, bununla da ölkəmizin gələcəkdə logistik mərkəzə çevriləcəyini söyləyib.

Keçən il Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini diqqətə çatdıran Dövlət başçısı bu ay ölkəmizdə "Formula–1" yarışlarının, gələn il isə IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini dedi. Azərbaycan Prezidenti bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunduğunu bildirib.

"Biz Azərbaycanda daha çox alman şirkətlərini görmək istəyirik", – deyən Dövlət başçısı ölkəmizdə əməkdaşlıq üçün mühüm sahələrin olduğunu vurğulayıb, bu Forumun əlaqələrin daha da möhkəmlənəcəyinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra "Knauf" şirkətlər qrupunun icraçı direktoru, Şərqi Avropa ilə İqtisadi Əlaqələr üzrə Komitənin idarə heyətinin üzvü Manfred Qrunke və Almaniya-Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbəri Samir Axundov Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin inkişafından danışıblar.

Gürcüstanda parlament seçkilərinin tarixi məlum oldu

Marqvelaşvili fərman imzalayıb.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili parlament seçkilərinin keçirilmə tarixinin oktyabrın 8-nə təyin olunması barədə fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Eka Mişveladze məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan prezidentinin imzaladığı sərəncam artıq baş nazir Qeorqi Kvirikaşvili göndərilib.

Ölkədə seçkiqabağı kampaniyaya iyunun 8-dən start veriləcək.

Saytda Axtarış

Son xəbərlər