Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1262
DünənDünən5027
Bu həftəBu həftə30429
Bu ayBu ay25602
Bu günə qədərBu günə qədər8514494

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan Milli Təhlükəsizlik Şurasına yeni katib təyin edilib

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili reinteqrasiya məsələləri üzrə keçmiş dövlət nazirinin müavini David Rakviaşvilini Milli Təhlükəsizlik Şurasının katibi təyin edib.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, MTŞ-nin katibi vəzifəsi keçmiş katib İrina İmerlişvilinin Gürcüstan Konstitusiya Məhkəməsinin hakimi olmasından sonra boşalıb.

"Rakviaşvilinin böyük təcrübəsi var, o, reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini kimi çalışıb, Cenevrə danışıqlarında, insidentlərin qarşısının alınması mexanizmində (IPRM) iştirak edib. Buradan irəli gələrək demək olar ki, onun həm ABŞ, həm də Rusiya ilə münasibətlərdə ciddi təcrübəsi var" - G.Marqvelaşvili bildirib.

Prezident həmçinin D.Rakviaşvilinin dövrünün ən görkəmli alpinistlərindən biri olduğunu qeyd edib.

Ümumiyyətlə, Gürcüstan Təhlükəsizlik Şurası ölkənin ali baş komandanı olan prezidentin məşvərətçi orqanıdır. Şura Gürcüstanın milli hərbi strategiyası və müdafiə sisteminin təşkili ilə məşğul olur. Təhlükəsizlik Şurası həmçinin ölkədə müharibə və ya fövqəladə vəziyyət elan etmək səlahiyyətinə malikdir.

Saakaşvilinin həyat yoldaşı parlament seçkilərində iştirak etməyəcək

altGürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovs Zuqdidi şəhərində birmandatlı dairə üzrə parlament seçkilərinin ikinci turunda iştirak etməyəcəyini açıqlayıb.

S. Rulovs bunu bu gün “Odişi Nyus” telekanalına açıqlamasında bildirib.

Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd olan S. Rulovs deyib ki, səsvermə prosesinin gedişində ciddi pozuntular olub və seçkilərin ikinci turunda iştirak etməyi məqsədəuyğun saymır.

Qeyd edək ki, MSK-nın məlumatına görə, Zuqdidi dairəsi üzrə seçkilərin ilkin nəticələrinə əsasən S. Rulovs bu dairədə seçicilərin səslərinin 44,48 faizini, hakim Gürcü Arzusunun namizədi Edişer Toloraya isə səslərin 48,63 faizinin səsini toplayıb. Namizədlərdən heç bir 50 faiz+1 səs toplamadığı üçün seçkilərin ikinci turu təşkil olunacaq. S. Rulovs ikinci turda iştirak etmək istəmədiyini açıqlasa da, seçki qanunvericiliyinə əsasən ikinci turda da onun adı seçki bülletenində olacaq.

Gürcüstanda təkrar seçkilərdə qələbə qazana bilməyən namizədlər mübarizəni ikinci turda davam etdirəcəklər

alt

Xəbər verdiyimiz kimi, oktyabrın 22-də Gürcüstanın 2 seçki dairəsinin 4 məntəqəsində təkrar seçkilər keçirilib. Majoritar sistem üzrə keçirilmiş təkrar seçkilərdə namizədlərin heç biri lazım olan səs çoxluğunu toplaya bilməyib. Ona görə də oktyabrın 30-da həmin dairələr üzrə seçkilərin ikinci turu keçiriləcək.

Xatırladaq ki, Gürcüstanda oktyabrın 8-də keçirilmiş parlament seçkilərində 50 seçki dairəsində majoritar sistem üzrə namizədlər səslərin 50+1 faizini toplaya bilməmişdi. Gürcüstan Mərkəzi Seçki Komissiyası bunu nəzərə alaraq həmin dairələrdə ikinci turun keçirilməsi barədə qərar qəbul edib.

MSK-nın məlumatına görə, ikinci turda namizədlər adi səs çoxluğu ilə seçiləcəklər. Birinci turda hər bir namizəd 50+1 faiz səs qazanmalı idi. İkinci turda isə namizədlər sadə səs çoxluğu qazandıqları halda deputat seçiləcəklər. İkinci turda birinci turda ən çox səs toplamış iki namizəd iştirak edəcək.

İkinci tur majoritar sistem üzrə 50 dairədə keçiriləcək.

Gürcüstanda bəzi dairələr üzrə təkrar seçkilər keçirilir

Bu gün Gürcüstanda 2 seçki dairəsi üzrə 4 məntəqədə təkrar seçkilər keçirilir.

Gürcüstan parlamentinə seçkilərin və oktyabrın 8-də bəzi bölgələr üzrə keçirilmiş növbədənkənar bələdiyyə seçkilərinin bir sıra məntəqələrdə nəticələri ləğv olunub. Ona görə də MSK həmin dairələrdə təkrar səsvermə keçirir.

Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı 36 saylı seçki dairəsindəki 48 saylı məntəqədə majoritar sistem üzrə parlament seçkiləri, Zuqduqi rayonundakı 66 saylı seçki dairəsinin 38, 79 və 108 saylı məntəqələrində isə majoritar sistem üzrə parlament seçkiləri ilə yanaşı, yerli bələdiyyə sədrinin də seçkisi keçirilir.

Seçki məntəqələri səhər saat 7:00-da açılıb və seçicilər saat 8:00-dan başlayaraq səsverməyə başlayıblar. Səsvermə saat 20:00-da başa çatacaq.

Marneulidəki 48 saylı məntəqədə 1436 seçici var.

Zuqduqidəki 38 saylı məntəqədə 1145, 79 saylı məntəqədə 925, 108 saylı məntəqədə isə 774 seçici qeydə alınıb.

Qeyd edək ki, Marenulidəki 36 saylı dairədə azərbaycanlı namizəd Əhməd İmamquliyev də mübarizə aparır. O, oktyabrın 8-də keçirilmiş səsvermədə seçicilərin 47,91 faizinin, onun rəqibi Tamaz Naveriani isə 43,41 faizini toplaya bilib.

Bugünkü səsvermədə namizədlərdən biri ən azı min səs toplamalıdır. Əks halda bu məntəqədə də ikinci tur təşkil olunacaq.

Ərdoğan: “Azərbaycanın beynəlxalq miqyasda tutduğu mötəbər yer Türkiyə üçün böyük qürur mənbəyidir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti  İlham Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, Ərdoğanın məktubunda deyilir:

“Hörmətli cənab prezident, əziz qardaşım. 18 Oktyabr – dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə zati-alinizə və qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hər il inkişaf edən və güclənən Azərbaycanın bu gün beynəlxalq miqyasda tutduğu mötəbər yer Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də böyük qürur mənbəyidir. Ümummilli lider Heydər Əliyevin və şəxsən sizin müdrik rəhbərliyinizin bu uğurda böyük rol oynadığı şübhəsizdir. Müstəsna əlaqələrə malik ölkələrimiz arasında əməkdaşlıq və həmrəyliyin qarşıdakı dövrdə də güclənib inkişaf edəcəyinə inanır, qardaş Azərbaycana lazım olan hər cür dəstəyi göstərməyə davam edəcəyimizi xüsusi vurğulamaq istəyirəm.

Bu xoş fürsətdən istifadə edib, zati-aliləri, əziz qardaşıma cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına bir daha əmin-amanlıq və rifah arzularımı çatdırıram”.

 

İlham Əliyev: "Kerrinin bəyanatı Qarabağ münaqişəsinin niyə həll olunmadığını bir daha göstərir"

“Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması diplomatik insidentdir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev“Sputnik” agentliyinə müsahibəsində deyib.

“Oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında da bu açıqlama ilə bağlı fikrimi bildirmişəm. Mən dedim ki, münaqişənin həll olunmamasının günahını Azərbaycanın üstünə atmaq ən azı insafsızlıqdır. Bu bəyanat ABŞ-ın mövqeyinə ziddir. Prezident Obama Fransa və Rusiya prezidentləri ilə birlikdə “status-kvo”nun qəbuledilməz olduğunu bəyan ediblər. Birdən-birə dövlət katibi deyir ki, münaqişənin həllini görmür və bunu İsrail-Fələstin münaqişəsinə nisbətən həll etmək daha çətindir. Bu nə siqnaldır və onu kimə göndərir? Bu, Ermənistana mesajdır ki, məsələni İsrail-Fələstin münaqişəsi kimi uzatmalısınız? Bu tamamilə qəbuledilməz bəyanatdır. Bu bəyanat bir daha münaqişənin niyə həll olunmadığını göstərir”, - deyə o vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərarları və qətnamələri yerinə yetirilmir: “Təcavüzkar ölkəyə təzyiq göstərilmir, əksinə bir qədər təcavüzkarın dəstəklənməsi siyasəti aparılır. Bizim problemimiz budur. Bizə deyirlər ki, münaqişə təkcə sülh yolu ilə həll olunmalıdır və sülh yolundan başqa yol olmamalıdır. Biz də deyirik ki, yaxşı gəlin həll edək. Axı beynəlxalq hüququ pozmaqla yanaşı, başqa ölkənin ərazisini zəbt etmək, əhalini oradan qovmaq və bu əraziləri nəzarətdə saxlamaq ədalətsizlikdir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan ordusu bir çox məsələlərin həlli üçün ciddi hərbi potensiala malikdir. Bizə deyirlər, sülh yolu, biz deyirik yaxşı, gözləyək. Lakin təcavüzkara təzyiq göstərmək əvəzinə biz belə bəyanatlar eşidirik”.

Prezident İlham Əliyev: “Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər”

“Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev“Sputnik” agentliyinə müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağəhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür: “Münaqişənin həllini biz bu cür görürük. Bu, hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə səsləşir. Lakin məsələnin həllini tapmamasının əsas səbəbi odur ki, Ermənistan 24 ildir, Minsk qrupu yaranandan bəri, danışıqlar prosesindəki ən kiçik irəliləyişin də qarşısını müxtəlif yollarla alır. Bizim mövqeyimiz ondan ibarətdir ki, insanlar harada yaşayırdısa, orada yaşamalıdır. Çünki onlar orada çoxdan yaşayırlar: erməni əhali 200 il, azərbaycanlılar daha çox. Lakin məsələ təkcə bunda  deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi, onların hamısı qovulub, evləri ya ələ keçirilib, ya da dağıdılıb. Buna son qoymaq lazımdır. Erməni əhali Dağlıq Qarabağda yaşayırdı, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Ermənistan bu münaqişədən nə qazandı? Bəli, milyonlarla azərbaycanlıya iztirab çəkdirdilər, lakin əvəzində özləri xoşbəxt oldular? Bəlkə daha çox inkişaf etdilər, daha təhlükəsiz şəraitdə yaşadılar? Əlbəttə ki, yox. Azərbaycanla münasibətlər normallaşmadan bu regionda inkişaf ola bilməz, onlar daim təzyiq altında yaşayacaqlar ki, birdən nəsə baş verdi. Biz sülh istəyirik və mövqeyimiz kifayət qədər konstruktivdir, lakin biz öz torpaqlarımızı geri istəyirik. Ermənistan isə başqasının ərazilərini geri vermədən sülh istəyir. Fərq bundadır”.        

Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz: "Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik”.

Türkiyədə 10 terrorçu öldürüldü

Türkiyənin Tunceli vilayətində Kutuderesi vadisində PKK-ya qarşı hava dəstəkli antiterror əməliyyatı aparılıb.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 10 terrorçu öldürülüb, 1 terrorçu yaralanıb.

Tunceli valiliyindən verilən açıqlamada 1 əsgərin xəsarət aldığı bildirilir.

Bölgədə terrorçulara qarşı əməliyyat davam etdirilir.

Gürcüstanda deputatlığa namizədlər narkoloji testdən keçəcəklər

Gürcüstanda deputatlığa namizədlər narkoloji yoxlanış testindən keçəcəklər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytında dərc olunmuş məlumatda bildirilir.

MSK qeyd edib ki, deputatların narkoloji testdən keçirən və nəticələrini MSK-ya təqdim edən klinikaların əvvəlcədən seçki komissiyası tərəfindən verilən müəyyən icazəsi olmalıdır: “Əgər namizəd narkoloji test yoxlanışından keçməsə və bu yoxlanışdan imtina etsə, onun deputat səlahiyyətləri tanınmayacaq. Həqiqi narkoloji yoxlanış hələ seçilməyən mojaritar namizədlərə də aiddir. Onlar seçkilərdən 7 gün sonra yoxlanış prosedurunu keçməlidirlər. Beləliklə, hazırkı mərhələdə “Gürcü Arzusu”ndan   67, “Vahid Milli Hərəkat” partiyasından 27 və “Gürcüstan Vətənpərvərlər İttifaqı”ndan 6  namizəddən narkoloji yoxlanışından keçmək tələb olunacaq”, - deyə MSK-dan bildirilib.

Xatırladaq ki, Gürcüstan parlamentinə 150 deputat seçiləcək. MSK-nın ilkin məlumatına görə, proporsional siyahı üzrə parlamentə keçən 77 deputatlığa namizəd və 20 mojaritar deputat narkoloji test yoxlanışından keçəcək.   

Putin Ermənistana gedir - Səfərin nəticələri nə olacaq?

alt

Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistana səfər edəcək. Kremldən verilən məlumata görə, prezident Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının toplantısında iştirak edəcək.

Bəs bu səfərdən gözləntilər nədir?

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə AzNews.az-a açıqlamasında bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyindən bu səfərin nəticələri Azərbaycan ictimaiyyəti üçün də maraq kəsb edir: “Rusiya Ermənistanı özünün strateji müttəfiqi hesab edir. Amma Ermənistanın apardığı siyasət onu çox zəif dövlət vəziyyətinə gətirib çıxardıb. Bu gün Dağlıq Qarabağ problemi Ermənistan dövlətinin boğazından ağır bir yük kimi asılıb və ondan heç çürə xilas ola bilmir. Rusiya Ermənistanın problemlərinin həllinə və onun cənub sərhədlərində müttəfiq kimi olmasına səy göstərir. Nə qədər ki, Dağlıq Qarabağ problemi var, bu, mümkün olan məsələdir”.

Deputat hesab edir ki, bu görüşdə əsasən Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq. Onun fikrincə, Ermənistanla iqtisadi münasibətlər Rusiya üçün əhəmiyyətsizdir: “Ermənistanın Rusiyanın xarici ticarət dövriyyəsində yeri həddən artıq aşağıdır və Rusiya üçün heç bir maraq kəsb etmir. Ermənistanda strateji obyektlər çoxdan Rusiya tərəfindən alınıb. Burada alınası hər hansı iqtisadi obyekt yoxdur. Dağlıq Qarabağ problemi həll edilməyənə kimi Ermənistan zəifləyəcək. Sonda isə o, dünya xəritəsindən silinə bilər. Ona görə Rusiya hakimiyyəti bacardığı qədər problemi tez və Ermənistan üçün az itkisiz həll etməyə çaılşır. Nəticəni əlbəttə ki, Azərbaycan gözləyəcək. Amma bununla belə problemin nə qədər tez həll olunması Ermənistan üçün daha vacibdir, nəinki Azərbaycan üçün. Buna görə də ortada olan hər vaiantlardan ya mərhələli şəkildə istifadə olunması, ya da birdəfəlik ərazi bütövlüyümüzün təmin edilməsi artıq Ermənistanın öz seçimidir. Seçim nə qədər tez edilsə, bu, Ermənistanın gələcəyi üçün bir o qədər əhəmiyyətlidir”.

Gürcüstanda noyabrın 2-nə qədər seçkilərin ikinci turu keçiriləcək

alt

Gürcüstanda parlament seçkilərinin ikinci turu noyabrın 2-nə qədər keçiriləcək. 

 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze keçirdiyi brifinqdə bildirib. O deyib ki, ilkin nəticələrə əsasən ikinci tur 50 dairədə keçirilməlidir: “Oktyabrın 27-də yekun qiymətləndirmə prosesi başa çatacaq. Noyabrın 2-nə qədər baş tutacaq ikinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək”.

Mətbuat katibi 73 dairədən cəmi 539 şikayət daxil olduğunu bildirib. O, hazırda şikayətlərin araşdırıldığını və məlumatların dəqiqləşdirildiyini söyləyib.

Xatırladaq ki, MSK proporsional sistem üzrə “Gürcü Arzusu”nun 48,67%, Vahid Mili Hərəkat Partiyasının 27,11% səs aldığını açıqlayıb. “Vətənpərvərlər İttifaqı”nın 5% səs aldığı bildirilsə də, hələ ki bu siyasi qüvvənin minimal baryeri keçib-keçmədiyi dəqiqləşməyib. Bəzi məntəqələrdə nəticələrin ləğv olunması bu məsələdə çətinlik yaradır.   

 

 
 

Ərdoğan: "Rusiya ilə münasibətlərin normallaşması prosesi tam sürətlə davam edəcək"

Türkiyə Moskva və Ankara arasında münasibətlərin normallaşması prosesinin tam sürətlə davam edəcəyinə əmindir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Türkiyə-Rusiya münasibətləri baxımından bu gün biz çox səmərəli işlər gördük, sazişlər imzaladıq. Əminəm ki, Rusiya ilə münasibətlərin normallaşması prosesi tam sürətlə davam edəcək”, deyə Ərdoğan bildirib.

Bu gün İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçirilib. Görüşdən sonra Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalanıb.

Saytda Axtarış

Son xəbərlər