Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3266
DünənDünən5027
Bu həftəBu həftə32433
Bu ayBu ay27606
Bu günə qədərBu günə qədər8516498

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Vaan Martirosyan: "Ermənistanda məscidlər dağıdılır, Azərbaycanla bağlı tarix yenidən yazılır"

"Azərbaycan və Ermənistan QHT-ləri, yazıçılar, publisistlər, müxtəlif ictimai xadimlər xalqlara artıq barışmaq vaxtı olduğu fikrini aşılamaqda yardım edəcək".

"Report" xəbər verir ki, bunu "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar" mövzusunda keçirilən konfransda ermənistanlı hüquq müdafiəçisi Vaan Martirosyan deyib.

"Ermənistan KİV-i burada danışdıqlarımız və müzakirə olunan məsələlər barədə həqiqəti yazmayacaq və ya onlar olanları Ermənistan hakimiyyətinin xeyrinə təhrif edəcəklər. Amma səfirliklər və Azərbaycan KİV nümayəndələrinin dəstəyi ilə burada müzakirə olunan məsələləri dünya ictimaiyyətinin diqqətinə çatdıra biləcəyik", - deyə V.Martirosyan bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın müvafiq formatı dəstəkləyərək Ermənistanla barışıq üçün növbəti addımları atdığı ilk hal deyil.

"Ermənistanda hələ belə şey olmayıb. Hələlik orada güclə hakimiyyəti ələ keçirən, Xocalıda soyqırımı törədən və bu gün də öz xalqına qarşı soyqırımı həyata keçirən insanlar mövcuddur. Onlar Bakıda dövlət tərəfindən mühafizə olunan erməni kilsəsinin olduğunu əhalidən gizlədirlər", - deyə hüquq müdafiəçisi vurğulayıb və bu gün Azərbaycanda 38 min erməninin yaşadığını sözlərinə əlavə edib.

V.Martirosyan Azərbaycanın müxtəlif rayonlarında müqəddəs erməni ziyarətgahlarının olduğunu və onların mühafizə edildiyini bildirib.

"Ermənistanda isə vəziyyət tamamilə bunun əksidir - məscidlər dağıdılır, Azərbaycanla bağlı tarix yenidən yazılır", - deyə o qeyd edib.

O, həmçinin xatırladıb ki, erməni əsilli məşhur rusiyalı aktyor Armen Ciqarxanyanı Ermənistanda təkcə "azərbaycanlılar və ermənilər barışmalıdırlar" deməsinə görə xain adlandırıblar.

Onun sözlərinə görə, münaqişənin həlli yolları çoxdur, diplomatiya da onlardan biridir, amma yekunda münaqişəni ondan ən çox əziyyət çəkənlər həll edir və indiki halda bunlar Azərbaycan və Ermənistan xalqıdır.

"Əminəm ki, tezliklə addımlarımızın ilk nəticələrini görəcəyik. Ermənistanda Qarabağ müharibəsinin ailəsinə bir damla sevinc və xoşbəxtlik gətirdiyini deyən ağlı başında heç kimi tapa bilməzsiniz. Yalnız münaqişədən mənfəət əldə edənlər istisnadır. Onların sayı isə 500 nəfərdir. Məhz elə onlar da Haaqa tribunalına çıxarılmalı və insanlığa qarşı cinayətlərinə görə sorğulanmalıdır", - deyə V.Martirosyan bildirib.

Georgi Kvirikaşvili: "Azərbaycan və Gürcüstanın birgə reallaşdırdıqları layihələr regionun inkişafına xidmət edir"

“Bizim qardaş və dost Azərbaycan ilə çox vacib, strateji tərəfdaşlığımız var. Biz ikitərəfli əlaqələrimizi bütün sahələrdə dinamik inkişaf etdiririk. Bu əlaqələr hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edir”.

“Report"un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri jurnalistlərə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə ikitərəfli əlaqələrimizin dinamik inkişafı qlobal layihələrin reallaşmasında da mühüm rol oynayır: “Bizim logistika, nəqliyyat daşınmaları, enerji daşıyıcıları, eləcə də hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edən təhlükəsizlik sahəsində çox mühüm əməkdaşlığımız var. Eyni zamanda, yeni İpək Yolu layihəsinin inkişafı bizim üçün çox vacibdir. Bu layihələr təkcə Azərbaycan və Gürcüstan üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də çalışırıq ki, öz infrastrukturumuzu modernləşdirək, inkişaf etdirək. Nəticə etibarilə də bu layihələri reallaşdıra bilək”.

Gürcüstanın sabiq birinci xanımı deputat mandatından imtina edib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı, “Vahid Milli Hərəkat” partiyasından deputat seçilmiş Sandra Rulofs noyabrın 7-də deputat mandatından rəsmən imtina edib. Xanım siyasətçi bununla bağlı Gürcüstan Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

MSK-dan “Report”un Gürcüstan bürosuna bildiriblər ki, Sandra Rulofs parlamentə proporsional siyahı üzrə deputat seçilmişdi. O, siyahıda ikinci olub.

MSK S.Rulofsu deputat mandatından məhrum edə bilməz. Bu barədə qərar parlamentdə qəbul olunmalıdır. Bununla belə, MSK onun yerinə parlamentdə mandat əldə edə biləcək şəxsin – partiya siyahısında 28-ci olan namizəd, Kaxetinin sabiq qubernatoru Georgi Qviniaşvilinin adını parlamentə təqdim edəcək.

“Vahid Milli Hərəkat” partiyası parlament seçkilərində proporsional siyahı üzrə 27 deputat mandatı əldə edib.

“Gürcü arzusu-demokratik Gürcüstan” partiyası parlamentin sədri vəzifəsinə İrakli Kobaxidzenin namizədliyini irəli sürüb

Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası yeni parlamentin sədri vəzifəsində bu siyasi qurumun icra katibi İrakli Kobaxidzeni görmək istəyir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Kobaxidzenin namizədliyi “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası Siyasi Şurasının noyabrın 6-da keçirilən iclasında irəli sürülüb.

İclasda oktyabr ayında keçirilmiş parlament seçkilərinin nəticələri, parlament sədri və sədr müavinləri vəzifələrinə namizədlər və digər məsələlər müzakirə olunub.

Hakim partiyanın üzvü, parlamentin deputatı Mahir Dərziyev “Report”a müsahibəsində deyib: “Siyasi şuranın iclasından sonra partiyanın sədri, baş nazir Georgi Kvirikaşvili, partiyanın baş katibi Kaxa Kaladze və icra katibi İrakli Kobaxidze partiyanın parlamentdəki çoxluq fraksiyasının üzvləri ilə görüşüblər. Görüşdə siyasi şurada müzakirə olunan məsələlərə baxılıb və bəzi məsələlər razılaşdırılıb”.

M.Dərziyevin sözlərinə görə, partiya üzvləri parlamentin sədri vəzifəsinə icra katibi İrakli Kobaxidzenin namizədliyini irəli sürüblər.

Parlament sədrinin birinci müavini postuna Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının sabiq sədri Tamara Çuqoşvlinin, sədrinin müavinləri postuna isə Giya Volskiy və Zviad Dzidziqurinin namizədlikləri irəli sürülüb.

Siyasi şuranın iclasında parlamentin komitə sədrləri və sədr müavinlərinin də namizədlikləri müzakirə olunub, tövsiyələr irəli sürülüb. Çoxluq fraksiyası komitə sədrləri və sədr müavinləri postuna irəli sürülmüş namizədlərə münasibət bildirib.

M.Dərziyev bildirib ki, siyasi şuranın və çoxluq fraksiyasının qərarları parlamentin ilk iclasında müzakirə olunaraq təsdiq ediləcək. İlk iclas isə noyabrın 19-dək keçiriləcək.

Qeyd edək ki, oktyabrın 8-də Gürcüstanda parlament seçkiləri keçirilib. Bəzi dairələrdə seçkilərin nəticələri ləğv olunduğundan, 73 majoritar dairənin 50-də namizədlərin heç biri 50 faizdən çox səs toplamadığından oktyabrın 22-də təkrar seçkilər, oktyabrın 30-da isə majoritar dairələrdə səsvermələrin ikinci turu keçirilib.

Hakim partiya proporsional və majoritar dairələrdə parlamentdəki 150 yerdən 115-i əldə edərək mütləq çoxluğa sahib olub.

Karasin: "Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə hazır deyil"

alt

Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə hazır deyil.

APA-nın məlumatına görə, bu sözləri "RİA Novosti"yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. O bildirib ki, son 4 ildə ikitərəfli əlaqələri sağlamlaşdırmaq mümkün olub: “Rusiya Gürcüstanın əsas xarici iqtisadi tərəfdaşları siyahısına düşüb, nəqliyyat əlaqələri normallaşıb, ənənəvi humanitar, mədəni  əlaqələr inkişaf edir. Yəni iki xalqının maraqları çərçivəsində irəliləyişlər əldə olunub. Lakin digər tərəfdən, Gürcüstan tərəfi yenə də Rusiya ilə 2008-ci ilin sentyabrında pozduğu diplomatik münasibətləri bərpa etməyə hazır deyil. Rəsmi Tbilisi mütəmadi olaraq ölkəmizə qarşı ritorikalar səsləndirir. Bu, yumşaq desək, yuxarıda sadaladığım müsbət irəliləyişə dayanıqlılıq gətirmir”.

Q. Karasin hazırki dövrdə iki ölkə prezidenti arasında hər hansı təmasın planlaşdırılmadığını söyləyib.

Azərbaycanda yaşamaq və işləmək istəyən əcnəbi iş adamlarına xüsusi güzəştlər tətbiq olunur

Əcnəbilərə və ya vətəndaşlığı olmayan iş adamlarına Azərbaycan ərazisində yaşamaq və işləmək izni ilə bağlı güzəştlər tətbiq olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Miqrasiya Məcəlləsinə əlavələr təklif edilir.

Layihəyə əsasən, məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə görə, Azərbaycanda təsis edilmiş və təsisçisi, yaxud təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşama icazəsi veriləcək.

Məcəllənin 64-cü (İş icazəsinin alınması tələb olunmayan hallar) maddəsinə təklif edilən əlavəyə görə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, yaxud Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərdən işləmək üçün icazənin alınması tələb olunmayacaq.

Təklif olunan digər əlavəyə görə də Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi, yaxud təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə də bu tələblər irəli sürülməyəcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılacaq. 

Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir

alt

Oktyabrın 30-da Gürcüstan parlamentinə seçkilərin ikinci turu keçirilir. İkinci tur 50 majoritar dairədə təşkil olunub. Səsvermə ilə əlaqədar 2229 seçki məntəqəsi yaradılıb. Bu məntəqələrdə 2 milyon 478 min 42 seçici səs verir.

Seçki məntəqələri səhər saat 8:00-da açılıb. Səsvermə saat 20:00-da başa çatacaq.

Dairələrdə 100 namizədin mübarizə aparacağı gözlənilir.

Seçkilərin ikinci turunu 7 xarici ölkədən 582 jurnalist, 10 beynəlxalq təşkilatdan 221 müşahidəçi izləyir. Yerli müşahidəçilərin sayı isə 12 min 122 nəfərdir.

Gürcüstan Mərkəzi Seçki Komissiyası bəyan edib ki, səsvermənin ilkin nəticələri barədə məlumatlar səsvermə başa çatandan iki saat sonra veriləcək.

İkinci turda namizədlər adi səs çoxluğu ilə qalib hesab ediləcəklər.

Səsvermənin ikinci turu azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı 36 saylı dairədə də keçirilir. Bu dairədə azərbaycanlı, “Vahid milli hərəkat” partiyasının namizədi Əhməd İmamquliyev mübarizə aparır. Onun rəqibi “Gürcü arzusu” partiyasının namizədi Tamaz Naverianidir.

Gürcüstan parlamenti deputatlarının 77-si proporsional sistem, 73–ü isə majoritar qaydada seçilir. Oktyabrın 6-da keçirilmiş birinci turda proporsional sistem üzrə 77 deputat seçilsə də, majoritar dairələrin 50-də namizədlərin heç biri səslərin 50+1 faizini toplaya bilməmişdi. Ona görə də həmin 50 dairədə seçkilərin ikinci turu keçirilir.

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Tbilisidə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 28-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə regionda həyata keçirilən və hazırlanan yeni layihələr, strateji tərəfdaşlığın inkişaf perspektivləri, eləcə də, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

D.Kumsişvili deyib ki, Gürcüstan dost və qardaş Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır: "Bu gün xalqlarımız, dövlət və hökumət rəhbərlərimiz arasındakı dostluq münasibətləri əlaqələrimizin hərtəfəli inkişafı üçün geniş imkanlar yaradır. Bizim bir sıra layihələrimiz var və çalışırıq ki, həmin layihələri tez bir zamanda reallaşdıraq".

Nazir bildirib ki, bu layihələr iki xalqın və dövlətin ümumi rifah halının yaxşılaşmasına və dövlət maraqlarına uyğundur. D.Kumsişvilinin sözlərinə görə, bu layihələr həm də, strateji tərəfdaşlığın daha möhkəmlənməsinə xidmət edir.

Şahin Mustafayev göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. O bildirib ki, Azərbaycanla Gürcüstan strateji tərəfdaşdırlar: "Bizim birgə iştirakımızla həyata keçirilən irimiqyaslı və regional layihələr təkcə bizim xalqlarımızın deyil, ümumilikdə regionun inkişafına, sülhün və təhlükəsizliyin təminatına xidmət edir".

Nazir nümayəndə heyətlərinin beynəlxalq tədbirlərdə də mövqelərinin birgə müdafiə olunmasının vacibliyini qeyd edib. O bildirib ki, hər iki dövlətin əraziləri işğal olunub: "Torpaqlarımız işğaldan azad olunduqdan sonra regional əməkdaşlığımız daha genişlənəcək".

DTX-nin keçirdiyi əməliyyatın təfərrüatı: terrorçu Bakı-İstanbul avtobusunu partlatmaq istəyib - EKSKLÜZİV

Azərbaycan Respublikası Dövlət Təhlükəsiziliyi Xidmətinin (DTX) bir neçə gün əvvəl terrorçulara qarşı keçirdiyi əməliyyatın bəzi təfərrüatı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, terrorçulardan “Ömər” ləqəbli A.Quliyev oktyabrın 26-da Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində zərərsizləşdirilib.

Belə ki, DTX əməkdaşları terrorçuluq fəaliyyətində şübhəli bilinən 21 yaşlı A.Quliyevin Bakı-Ələt yolunda hərəkətdə olan Bakı-İstanbul avtobusunda olmasını müəyyənləşdirib.

Əməliyyatçılar A.Quliyevi avtobusdan endirmək istəyərkən o, üzərində olan əl qumbarasını partlatmaq istəyərək müqavimət göstərməyə çalışıb. “Bu zaman DTX əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirərək avtobusda olan şəxslərin və Bakı-Ələt yolunda olan digər nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə “Ömər”ə atəş açaraq onu zərərsizləşdirib”, - deyə, hüquq-mühafizə orqanlarındakı mənbə vurğulayıb.

Xatırladaq ki, DTX-nin İctimai əlaqələr şöbəsi keçirilmiş əməliyyatla bağlı məlumat yayıb. Məlumata əsasən, A.Quliyevlə yanaşı daha bir terrorçu məhv edilib, daha biri isə tutulub.

Məlumatda bildirilib ki, Azərbaycan Respublikasında terror aktları və silahlı basqınlar törətməyi planlaşdıran, ölkə hüdudlarından kənardakı silahlı münaqişələrdə iştirak edən terrorçu silahlı birləşmələrin tabeçiliyini qəbul edərək onlarla əlaqəli qanunsuz fəaliyyət göstərən silahlı dəstə yaradıldığı barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib. Müəyyən olunub ki, Azərbaycan Respublikasının vətəndaşları F.Rüstəmov, A.Quliyev, A.Gülməmmədov və digərləri ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal dini terrorçu silahlı birləşmələrin nümayəndələrinin internet vasitəsi ilə göndərdikləri gizli tapşırıqlar əsasında terror təşkilatının Azərbaycanda “Qafqaz camaatı” adlı silahlı qolunun yaradılması, rəhbərinin seçilməsi, təşkilatlanaraq dini ekstremizm zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədi ilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüblər. Onlar müxtəlif tarixlərdə gizli toplaşaraq ölkədən kənarda fəaliyyət göstərən terror təşkilatının rəhbərinə mütləq tabeçiliklərini və sədaqət andını bəyan etmələrinin videoçəkilişini aparıb, cinayətkar niyyətlərinin həyata keçirilməsi, əlavə silah-sursat əldə edilməsi, vəsait toplanılması üçün tədbirlər görüb, ayrı-ayrı şəxslərə hədə-qorxu altında aylıq ödənişlər tətbiq edib, basqın ediləcək konkret şəxslərin güdülməsini həyata keçirib, ictimai qaydanı pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə planlaşdırılan xüsusilə ağır cinayət əməlinin törədilməsi ilə bağlı dəstə üzvləri arasında vəzifə bölgüsü aparıblar.

Dini ekstremizm zəminində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılan cinayətkar birlikdə iştirak etmə, odlu silahdan istifadə etməklə terrorçuluğa və quldurluğa hazırlıq əməllərini törətmələrinə əsaslı şübhələr olan A.Quliyev, F.Rüstəmov və A.Gülməmmədovun saxlanılması üzrə 26-27 oktyabr 2016-cı il tarixlərində respublikanın müxtəlif rayonlarında kompleks əməliyyat tədbirləri həyata keçirilib, bu zaman saxlanılmasına müqavimət göstərərək ictimai yerdə "F-1" tipli əl qumbarasını partlatmağa cəhd edən A.Quliyev, habelə "Steçkin" markalı tapançadan istifadə edərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara atəş açıb, silahlı müqavimət göstərən F.Rüstəmov ətrafdakıların həyat və sağlamlığının ümumi təhlükəli, real və qəfil cinayətkar qəsddən qorunması və cinayətkar əməllərə qarşı cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, A.Gülməmmədov isə şübhəli şəxs qismində tutulub.

Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Rumıniyanın Gürcüstana yeni təyin olunmuş səfiri Marneulidə olub

alt

 Rumıniyanın Gürcüstana yeni təyin olunmuş səfiri azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfir Radu Xorumba səfər çərçivəsində Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı gənclərlə görüşüb.

Görüşdə Gürcüstanda NATO və və Avropaya  inteqrasiya məsələləri müzakirə olunub. Müzakirə çərçivəsində Radu Xorumba, Rondeli Fondunun prezidenti Yekaterina Metreveli və NATO-nun Gürcüstandakı İnformasiya Mərkəzinin direktoru Ketevan Çaçava çıxış edərək NATO və Gürcüstan, eləcə də Avropaya inteqrasiya məsələləri barədə fikirlərini bildiriblər.

Səfir Radu Xorumba Avropaya inteqrasiyanın əsasən gənclərin üzərinə düşdüyünü qeyd edib. “Dövlətin inkişafında milli azlıqlar mühüm rol oynayır. Bu gün milli azlıqların Gürcüstanın Avropaya inteqrasiya məsələlərində rolu böyükdür”, deyə səfir bildirib.

Sonda səfir tələbələrin suallarını cavablandırıb. Tədbirdə NATO-ya aid ədəbiyyat və informasiya bülletenlərinin sərgisi təşkil olunub.

Tədbir başa çatdıqdan sonra Rumıniya səfiri və digər rəsmi şəxslər Marneuli Gənclər Mərkəzinin həyata keçirdiyi layihələrlə tanış olublar. MGM-nin koordinatoru Emin Əhmədov Rumıniya səfirinə gələcək perspektiv planlar haqqında ətraflı məlumat verib. Görüş çərçivəsində səfir və digər görüş iştirakçıları MGM-nin gənc xalçaçılar dərnəyində toxunan xalçalara baxıblar.

Poroşenko: Ukraynanın Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyi dəyişməzdir

Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Azər Xudayar oğlu Xudiyev etimadnaməsini prezident Pyotr Poroşenkoya təqdim edib.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində hər iki ölkənin suverenlik və ərazi bütövlüyünün dəstəklənməsinə dair mövqeyinin dəyişməz qaldığını bildiriblər.

Tərəflər, həmçinin 2016-c ildə baş tutan Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası və Ukrayna-Azərbaycan iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyasının 11-ci iclası çərçivəsində əldə olunan razılaşmaların yerinə yetirilməsinin vacib olduğunu qeyd ediblər.

Əli Həsənov Türkiyə baş nazirinin müavinləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oktyabrın 25-də bir sıra görüşlər keçirib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.

Saytda Axtarış

Son xəbərlər