Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3810
DünənDünən5123
Bu həftəBu həftə3810
Bu ayBu ay33273
Bu günə qədərBu günə qədər8522165

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Medvedev Rusiya və Türkiyə üçün prioritet məsələni açıqlayıb

alt

Ümumi Suriya üzrə vəziyyətin normallaşması Rusiya və Türkiyə üçün prioritet məsələdir və bu bütün regionun xeyrinə olacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev türkiyəli həmkarı Binəli Yıldırımla görüşündən sonra bildirib.   

O, Suriyada vəziyyətin çox gərgin olaraq qaldığını qeyd edib: “Bununla belə, Rusiyanın mövqeyi ondan ibarətdir ki, Suriya böhranının nizamlanması və ölkənin gələcəyinin müəyyənləşməsi, ilk növbədə, ölkədaxili dialoq əsasında baş verməlidir”.      

“Bütün bunlar suriyalıların özlərinin nəzərdə tutduqları və hazırladıqları prosedurların daxilində baş verməlidir”, - deyə Medvedev qeyd edib.   

Binəli Yıldırım Putinlə görüşdü

Rusiya prezidenti Vladimir Putin Türkiyənin Baş naziri Binəli Yıldırımı Kremldə qəbul etdi.

AzNews.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı rus-türk əməkdaşlığının ticari-iqtisadi sferada inkişaf etdirilməsi müzakirə edilib. 

Görüş zamanı Putin hər iki ölkə arasındakı münasibələrin müxtəlif sahələrdə bərpa olunmasından məmnunluq ifadə edib. Rusiya prezidenti hesab edir ki, Binəli Yıldırımın səfəri növbəti sammitdə Türkiyə prezidenti ilə yüksək səviyyəli görüşü üçün əsas rol oynayacaq.

Merkelə 11 dəqiqə əl çaldılar

Almaniya kansleri Angela Merkel doqquzuncu dəfə Xristian-Demokratik İttifaqı (XDİ) partiyasının sədri seçilib. 

AzNews.az The Huffington Post nəşrinə istinadən xəbər verir ki, Essen şəhərində partiyası tərəfində şərəfinə təşkil olunmuş gecədə Merkel 77 dəqiqəlik nitq söyləyib. Nitqinin sonunda xanım siyasətçini partiya tərəfdaşları 11 dəqiqə dayanmadan alqışlayıb.

Bu 11 dəqiqə ərzində səhnədə qalan Merkel baş əyib, minətdarlıq əlaməti olaraq əlini qaldırıb, səhnədə gəzişib, hətta bir neçə dəfə stula da əyləşib. Amma bütün bu jestlər alqışları dayandıra bilməyib.

Türkiyə Rusiya ilə viza rejiminin ləğv olunması gözləyir

Rusiya ilə viza rejiminin ləğv olunması Ankaranın ən böyük gözləntisidir. “Report” RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Moskvaya işgüzar səfərindən qabaq Türkiyənin baş naziri Binəli Yıldırın bildirib.

"Bu, Şimali Kipr və Azərbaycana olan ənənəvi səfərlərdən sonra xaricə ilk səfərimdir. Biz Rusiya baş naziri Dmitriy Medvedevlə, prezident Vladimir Putinlə və Federasiya Şurasının rəhbəri Valentin Matvienko ilə görüşlər keçirəcik. Moskvadan sonra Kazan şəhərini ziyarət edəcik və Tatarstan prezidenti Rüstəm Minnixanovla görüşəcik. Görüşlərdə iki ölkə arasında viza rejiminin ləğv edilməsi ən böyük gözləntimizdir”, - Binəli Yıldırım Ankara aeroportunda jurnalistlərə bildirib.

Qarabağda nə baş verir? - Erməni əsgərləri güllələnib

alt

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində bir neçə erməni əsgər yaralanıb.

Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, onların işğalçı ordunun nəzarəti altındakı Xocavənd rayonunda güllə yarası aldıqları bildirilir. Ermənistan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalının direktoru Aram Asaturyan bildirib ki, yaralanmış əsgərlərdən ikisinin vəziyyəti ağırdır, onların həyati təhlükəsi var.

Məlumata görə, ağır yaralanmış hərbçilər 24 yaşlı Xadjik Badalyan və 19 yaşlı Karapet Mikaelyandır. Onlardan biri qarın nahiyəsisindən və sağ budundan qəlpə yaraları alıb. Digərinin başından yaralandığı söylənilir. Erməni hərbçilərin hansı şəraitdə yaralandığı barədə hələ ki rəsmi məlumat açıqlanmasa da, sosial şəbəkələrdə hadisənin Azərbaycan tərəfinin açdığı atəş nəticəsində baş verdiyi bildirilir.

Hər iki hərbçinin Xankəndindəki hospitaldan Yerevandakı hərbi xəstəxanaya aparıldığı qeyd olunur. Daha bir erməni əsgərin isə Xankəndi hospitalında olduğu bildirilir. Ermənistan tərəfi hələ ki yaralı sayının neçə nəfər olduğunu rəsmən açıqlamayıb.

Ermənistanın bəzi informasiya saytları isə ölkə rəhbərliyinə daxil olan bir sıra rəsmilərin Qarabağdakı situasiya ilə bağlı təşvişə düşdükləri barədə xəbərlər yayıblar. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün Facebook səhifəsində Azərbaycanla təmas xəttində atışmanın ara-sıra davam etdiyini bildirsə də, situasiyanın təhlükəli olmadığını vurğulayıb. "Hazırda əməliyyat və taktiki vəziyyət sabitdir”, -deyə o bildirib. Artsrun Ovannisyan qeyd edib ki, Qarabağdakı işğalçı ordu vəziyyəti nəzarət altında saxlayır. O, medianı dezinformasiya və yoxlanılmamış məlumat yaymaqdan çəkinməyə çağırıb.

Ermənistan prezidentin sözçüsü David Babayan da mediaya Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib. O, təmas xəttində qeyri-adi heç bir şeyin baş vermədiyini bildirərək, Azərbaycan tərəfini atəşkəsi pozmaqda ittiham edib. O, Qarabağdakı erməni ordusunun vəziyyətə nəzarət etdiyini söyləməyi də unutmayıb: "Hazırda hər iki tərəfdən cavab atəşləri açılır. Amma vəziyyət o həddə çatmayıb ki, biz apreldə olduğu kimi yeni müharibənin başlandığı barədə həyəcan siqnalı verək. Vəziyyət aprel müharibəsindən sonrakı situasiyadan fərqlənmir, dəyişməyib".

Saakaşvilinin tərəfdarları Kiyevdə aksiya keçirir

Mixail Saakaşvili və onun bir neçə yüz tərəfdarı Kiyevin mərkəzində, Vyaçeslav Çernovolun abidəsi yaxınlığında aksiya keçirir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə,  “Hazırkı Radanın son qışı!” şüarı ilə keçirilən aksiyada keçirilən aksiyada Ukraynada yeni Seçki Məcəlləsi əsasında, yeni tərkibdə Mərkəzi Seçki Komissiyası vasitəsi ilə təcili növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb edilir.

Aksiyaçılar deputat toxunulmazlığının da ləğv edilməsini istəyirlər. M. Saakaşvili aksiyada çıxışında deyib ki, Ukraynanı böyük dövlətə çevirməyin yolunu bilir və birlikdə bu arzunu həyata keçirəcəklər: “Biz qalib gələcəyik və Ukraynanın zənginliklərini və ölkənin potensialına inamı xalqa qaytaracağıq. Biz tək yeni siyasi qüvvə yox, həm də yeni siyasi sinif yaradacağıq”.

Qeyd edək ki, Ukraynanın sabiq prezidenti M. Saakaşvili noyabrın əvvəlində bu ilin mayında təyin edildiyi Odessa qubernatoru vəzifəsindən istefa verib. M. Saakaşvili Ukrayna prezidenti də daxil olmaqla, ölkə rəhbərliyini korrupsiyada, şəxsi mənfəətlər güdməkdə ittiham edib. Qanunverici orqan olan Ali Radaya yeni seçkilərin keçirilməsi və hökumətin dəyişməsini qarşıya məqsəd qoyan M. Saakaşvili yeni siyasi hərəkat yaratdığını da bəyan edib. 

Georgi Kvirikaşvili Gürcüstanın baş naziri təyin olunub

Gürcüstan prezidenti Georgi Marqvelaşvili ötən gün parlamentin etimad göstərdiyi Georgi Kvirikaşvilinin ölkənin baş naziri təyin olunması barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.

"Gürcüstan Konstitusiyasının 80-ci maddəsinin 8-ci bəndinə əsasən, Georgi Kvirikaşvili Gürcüstanın baş naziri təyin olunub", - deyə prezidentin fərmanında bildirilir.

Giorgi Kvirikaşvili: “NATO və Avropa İttifaqına inteqrasiya Gürcüstanın yeni hökumətinin prioritetidir”

NATO və Avropa İttifaqına inteqrasiya Gürcüstanın yeni hökumətinin prioritetidir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri bu gün Gürcüstan parlamentində deputatlar qarşısında çıxış edən Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Kvirikaşvili bildirib. Onun sözlərinə görə, qonşu ölkələrlə əməkdaşlıq, Rusiya ilə münasibətlərin normallaşdırılması siyasəti, Gürcüstanın avroatlantik məkana inteqrasiya məsələləri Gürcüstanın yeni hökumətinin əsas prioriteti olaraq qalır.

Baş nazir deputatlar qarşısında çıxışında Avropa İttifaqı standartlarına cəhdin Gürcüstanın əsas prioriteti olduğunu bildirib: “Əlbəttə, həm Aİ və NATO-ya inteqrasiya və alyansa üzv olmaq bizim dövlətimizin dönməz məqsədidir. Bu istiqamətdə bizim çoxlu fikirlərimiz var və biz onlardan axıradək istifadə etməyi planlaşdırırıq,” baş nazir Kvirikaşvili qeyd edib.

G. Kvirikaşvili Gürcüstanın qonşu ölkələrlə mehriban qonşuluq əlaqələrinin inkişaf etdirilməsinin davam edəcəyini vurğulayıb: "Bizim Azərbaycanla münasibətlərimiz çox mühüm strateji xarakter daşıyır, həmçinin Türkiyə ilə strateji əlaqələrimiz, Ermənistanla isə ənənəvi mehriban qonşuluq münasibətlərimiz var”.

Çıxışında Rusiya mövzusuna toxunan G.Kvirikaşvili gələcək hökumətin Rusiya ilə münasibətlərdə praqmatik siyasəti davam etdirəcəyini deyib. O, eyni zamanda, Rusiya ilə münasibətlərin normallaşması prosesində Gürcüstanın ərazi bütövlüyü və suverenliyi məsələləri üzrə kompromisin olmayacağını qeyd edib. Baş nazir, həmçinin Gürcüstan dövləti olaraq bütün beynəlxalq platformalarda Abxaziya və Tsxinvali bölgələrinin müstəqilliyinin tanınmaması siyasəti istiqamətində işlərini davam etdirəcəyini bildirib.

Ərdoğan Putinə zəng etdi

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında tərəflər Suriya krizisinin həlli yollarını, eləcə də ikitərəfli siyasi, iqtisadi-ticari əlaqələri, aktual beynəlxalq problemləri müzakirə ediblər.

Anar Məmmədov Trampın andiçməsinə dəvət olunub

alt

“Amerika-Azərbaycan” Alyansının sədri, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın innaqurasiya mərasiminə dəvət olunub. 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, iş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq. 

Qeyd edək ki, biznesmen Anar Məmmədovun Donald Trampla iş birliyinin olması haqda Azərbaycan mətbuatında dəfələrə məlumatlar dərc olunub. O, eyni zamanda Bakının Xətai rayonu ərazisində yerləşən “Tramp” adlı böyük bir plaza da inşa etdirib. 

Ərdoğandan Ermənistana MESAJ: “Qarabağı tərk edin”

“Türkiyə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına qarşıdır”.

Dalga TV-nin Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, işğal heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq və Ermənistan tez bir zamanda Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməlidir.

Türkiyə Prezidenti söyləyib ki, işğal olunan ərazilər əsl sahiblərinə qaytarılmalıdır: “Bu torpaqların əsl sahibləri azərbaycanlılardır və onlar öz torpaqlarına qayıtmalıdırlar. ABŞ, Rusiya və Fransa isə üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Gürcüstanın yeni hökumətinin tərkibi açıqlanıb

Gürcüstanın baş naziri vəzifəsinə namizəd Georgi Kvirikaşvili yeni hökumətin tərkibini açıqlayıb.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Kaxa Kaladzenin namizədliyi yenidən energetika naziri vəzifəsinə irəli sürülüb.

Mixeil Canelidze isə xarici işlər naziri postuna namizəddir.

Yeni hökumətin tərkibi təsdiqlənmək üçün parlamentə təqdim ediləcək. 

Saytda Axtarış

Son xəbərlər