Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün14
DünənDünən4308
Bu həftəBu həftə27030
Bu ayBu ay57692
Bu günə qədərBu günə qədər8800978

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan prezidenti xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı fərman imzalayıb

Azərbaycan prezidenti İlham ƏliyevRəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. 

APA-nın məlumatına görə, bu məqsədlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi www.azexport.az internet portalında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”) bölməsinin yaradılmasını dörd ay müddətində, habelə Azərbaycanda istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə etmələrinə, ixrac gömrük bəyannaməsinin, habelə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin göndərilməsinə imkan verən elektron xidmətlərin Portalda yaradılmasını üç ay müddətində təmin etməlidir. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vergilər Nazirliyi ilə birlikdə elektron imzanın, o cümlədən “ASAN imza”nın, habelə xarici ölkələrdə verilmiş və “Elektron imza və elektron sənəd haqqında” qanuna əsasən Azərbaycanda tanınmış elektron imza sertifikatlarının Portala inteqrasiyasını təmin etməlidir, Portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görməlidir. 

Dövlət Gömrük Komitəsi isə 4 ay müddətində Portalın fəaliyyətini təmin edəcək hüdudlarda öz informasiya resurslarının Portala inteqrasiyasını, habelə Portal vasitəsilə bağlanılmış müqavilələrə uyğun olaraq, ixrac gömrük bəyannamələrinin real vaxt rejimində doldurulmasını, təqdim edilməsini, habelə gömrük nəzarətinin nəticəsinin real vaxt rejimində qeyd edilməsini təmin edəcək texniki imkanların yaradılmasını təmin etməlidir. 

Müvafiq tədbirlərin maliyyələşdirilməsi məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 450 min manat ayrılıb.

İlham Əliyev: “Azərbaycan-İtaliya əməkdaşlığı hazırda ən yüksək səviyyədədir”

alt

Azərbaycan prezidenti İlham Əliyevin İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşü olub.

APA-nın məlumatına görə, prezident İlham Əliyev İtaliyanın Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında fəal iştirakının əhəmiyyətinə toxunub.

Dövlət başçısı bildirib ki, bu, müxtəlif sahələrdə sürətlə inkişaf edən əməkdaşlığımızın daha bir göstəricisi olmaqla yanaşı, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla həyata keçirilməsi baxımından da çox əhəmiyyətlidir. Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığa dair Bəyannamənin qəbul edildiyini deyən prezident İlham Əliyev diqqətə çatdırıb ki, hazırda siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımız ən yüksək səviyyədədir və ölkələrimiz arasında əlaqələrin inkişafı şaxələndirilir.

Karlo Kalenda isə ölkəsi üçün önəmli olan TAP layihəsinin həyata keçirilməsinə görə İtaliya hökuməti adından dövlət başçısına minnətdarlığını çatdırıb. O, bu mühüm tədbirdə İtaliyanın bir sıra şirkətlərinin nümayəndələrinin də iştirak etdiklərini vurğulayıb, ölkələrimiz arasında müxtəlif sahələrdə əhəmiyyətli layihələrin icra edildiyini bildirib.

Qonaq İtaliyanın baş naziri Paolo Centiloninin ötən ilin sonunda xarici işlər və beynəlxalq əməkdaşlıq naziri kimi Azərbaycana səfərini xatırlayıb.

Söhbət zamanı ölkələrimiz arasında energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Bildirilib ki, İtaliya Azərbaycandan böyük həcmdə neft və enerji məhsulları idxal edir.

Diqqətə çatdırılıb ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti arasında keçirilən görüşün nəticəsi olaraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı zamanı SOCAR ilə həmin şirkət arasında əməkdaşlığa dair memorandum imzalanacaq.

İlham Əliyev: "Cənub Qaz Dəhlizi"nin icrasına heç nə mane ola bilməz"

"2011-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təməlini qoyduğumuz Trans-Anadolu Qaz Boru Xətti (TANAP) "Cənub Qaz Dəhlizi" layihəsinin dönüş nöqtəsi olub". "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısında çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, "Cənub Qaz Dəhlizi"nin əsas parçası olan TANAP layihəsi çərçivəsində işlərin 65%-i, "Cənub Qafqaz Boru Xətti" layihəsinin 80%-i, Trans-Adriatik Qaz Boru Xətti (TAP) layihəsinin 35%-i tamamlanıb. Ölkə başçısı əlavə edib ki, "Şahdəniz" yatağının 90%-i işlənilib.

"2011-ci ildə Rəcəb Tayyib Ərdoğanla TANAP-a imza atdıq. İstanbuldakı imzalanma mərasimi dönüş nöqtəsi oldu. Bundan sonra digər anlaşmalar imzalandı. TANAP anlaşması olmasaydı, bu layihə reallaşmazdı", - deyə prezident vurğulayıb.

Ölkə başçısı onu da qeyd edib ki, TANAP layihəsinin icrası zamanı optimallaşdırma işləri aparılıb və layihənin xərcləri azaldılıb.

"Cənub Qaz Dəhlizi" layihəsinin icrasına heç nə mane ola bilməz. Layihənin icrasında gecikmələrə yol verilməməlidir. Ekoloji problemləri bəhanə edənlər ola bilər. Layihə çərçivəsində ekoloji tələblərə tam riayət olunur. Nəticənin müsbət olacağına əminəm. Bir daha qeyd edirəm ki, layihə vaxtında icra olunacaq", - deyə o bildirib.
 

Xocalı soyqırımına dair ABŞ-da çəkilmiş ilk sənədli filmin premyerası keçirilib

ABŞ kinematoqraflarının Xocalı soyqırımına dair ekranlaşdırdığı sənədli filmin Los Ancelesdə premyerası keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya bildirilib ki, film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir. “Zülmətdən qaçarkən” (Running from the Darkness) adlı film dünyanın ən böyük və nüfuzlu yəhudi təşkilatlarından olan, 400 min yəhudi ailəsini özündə birləşdirən Simon Vizental (Simon Wisenthal) Mərkəzinin Tolerantlıq Muzeyində nümayiş etdirilib. Qeyd edək ki, Tolerantlıq Muzeyi dünyada Holokosta (yəhudilərin soyqırımı) həsr olunmuş ən böyük muzeylərdəndir.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkil etdiyi premyerada Kaliforniya ştatının ali seçkili orqanlarının nümayəndələri, müxtəlif şəhərlərin merləri və şəhər şuralarının üzvləri, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin Los Anceles nümayəndəliyinin aparıcı əməkdaşları, Dövlət Departamentinin təmsilçiləri, xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsulları, Los Ancelesin xristian, yəhudi, müsəlman və digər dini icmalarının nüfuzlu din xadimləri, KİV təmsilçiləri və digər şəxslər iştirak edib.

Tolerantlıq Muzeyinin direktoru Lib Qeft belə bir önəmli tədbirə ev sahibliyi etməkdən məmnun olduqlarını bildirib. O qeyd edib ki, öz yaxın tarixində yaşadığı ağrılı faciələrə baxmayaraq, tolerantlıq ənənələrini qoruyub saxlayan Azərbaycan bu gün bütün dünyaya gözəl bir örnəkdir.

Baş konsul Nəsimi Ağayev çsadəcə Azərbaycan xalqının deyil, bütöv bəşəriyyətin yaddaşına qanlı ləkə kimi düşən Xocalı soyqırımının ekran əsəri vasitəsilə daha geniş ictimaiyyətə çatdırdıqlarına görə filmi ərsəyə gətirən bütün kinematoqraflara dərin təşəkkürünü bildirib. Diplomat qeyd edib ki, gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Azərbaycan bu istiqamətdə daim ictimai maarifləndirmə işinin aparılmasına böyük önəm verir.

Filmin istehsalçısı, Los Ancelesin “J-Connect” təşkilatının sədri Coş Kaplan rəhbərlik etdiyi təşkilatın xalqlar arasında sülhün təşviqinə və gücləndirilməsinə böyük önəm verdiyini bildirərək, Xocalı faciəsinin dəhşətləri ilə tanış olduqdan sonra bu faciənin daha geniş beynəlxalq ictimaiyyətə çatdırılması işinə laqeyd qala bilmədiklərini vurğulayıb. Filmin çəkiliş prosesi barədə danışan C. Kaplan layihə ilə əlaqədar kinematoqrafların dəfələrlə Azərbaycan səfər etdiklərini, Xocalı soyqırımının canlı şahidlərilə birbaşa təmas saxladıqlarını, onları ətraflı dinlədiklərini və onların ağrılarını filmdə əks etdirməyə çalışdıqlarını qeyd edib.  

Sonra filmin nümayişi keçirilib. Filmin əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Eyni zamanda, Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə, eləcə də, erməni hüquq müdafiəçisi Vahan Martirosyanın Xocalı faciəsinə görə Ermənistan rəhbərliyini sərt şəkildə tənqid edən fikirlərinə yer verilib. Filmdə V. Martirosyan qeyd edir ki, Xocalı qətliamı erməni xalqının vicdanında qara bir ləkədir. Xocalı soyqırımı zamanı azərbaycanlıların məruz qaldığı qəddarlıqları əks etdirən foto və video materiallar film boyunca tamaşaçıları dərindən kədərləndirib.     

Filmdə, 2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının əldə etdiyi nailiyyətlərindən, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində kampaniyanın oynadığı mühüm roldan bəhs olunub.

Tamaşaçıların böyük rəğbəti ilə qarşılanan nümayişdən sonra tədbirdə iştirak edən Los Ancelesin müsəlman icmasının rəhbərlərindən Mahomed Xan, Los Anceles “Piko Şul” yəhudi sinaqoqunun ravvini Yona Bookstayn və Los Ancelesin xristian dini icmasının tanınmış xadimlərindən olan, 40-dan çox kilsənin yaradıcısı yepiskop Xuan Karlos Mendez öz müvafiq dini ənənələrinə uyğun olaraq, Xocalı qurbanlarının ruhuna və Azərbaycanda və dünyada sülhün güclənməsi naminə birgə dua ediblər.

Tədbirdə sözügedən din xadimləri Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən təsis edilmiş “Dinlərarası Tolerantlıq Mükafatı” ilə təltif olunublar. Təltifolunma mərasimindən sonra hər üç din xadimi Azərbaycanın multikultural dəyərləri və güclü tolerantlıq irsi barədə çıxış edib, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüblər.

Tədbir Azərbaycan və Avropa klassik musiqi əsərlərindən nümunələrin canlı ifası ilə başa çatıb. 

 

Gürcüstan prezidenti Azərbaycana səfər edəcək

alt

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 16-17-də Azərbaycana səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Giorgi Marqvelaşvilinin prezidentlərin iştirakı ilə “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda keçiriləcək iclasda çıxışı gözlənilir. İclasda Latviya, Makedoniya, Albaniya, Monteneqro və digər ölkələrin fəaliyyətdə olan prezidentlərinin çıxışları planlaşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirlən forumda bir sıra ölkələrin hazırkı və sabiq prezidentləri, hökumət başçıları,  tanınmış siyasətçilər, ictimai xadimlər və ekspertlər iştirak edəcək.

“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin - transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, Giorgi Marqvelaşvili 2016-cı ildə keçirilmiş IV Qlobal Bakı Forumun da iştirakçısı olub.

İlham Əliyev: “Azərbaycan-Yaponiya siyasi əlaqələri razılıq doğurur”

Azərbaycan prezidenti İlham ƏliyevYaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Yaponiyanın dövlət naziri Y. Matsumura xanım Mehriban Əliyevanın Azərbaycanın I vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin çox yaxşı və uzun tarixə malik olduğunu deyən dövlət başçısı ölkələrimizin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Prezident İlham Əliyev siyasi sahədə əlaqələrimizin razılıq doğurduğunu deyib. Dövlət başçısı Yaponiyanın maliyyə dəstəyi ilə Azərbaycanda bir çox mühüm layihələrin icra olunduğunu, Yaponiya hökumətinin kreditləri ilə ölkəmizdə çox önəmli infrastruktur layihələrinin artıq istismara verildiyini qeyd edib.

Azərbaycanın neft-qaz sektorunda da Yaponiya şirkətlərinin fəaliyyət göstərdiyini vurğulayan prezident İlham Əliyev bu şirkətlərin gələcəkdə də ölkəmizin yeni neft-qaz sahələrində iştirak edəcəklərinə ümidvar olduğunu bildirib. Ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün gözəl imkanların olduğunu deyən dövlət başçısı Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı bütün bu mövzuların və xüsusilə ticarət dövriyyəsinin artırılması istiqamətində görüləcək işlərin müzakirə ediləcəyinə, geniş fikir mübadiləsi aparılacağına və əməkdaşlıq haqqında qərarlar qəbul ediləcəyinə əminliyini ifadə edib.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Y. Matsumura prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu deyib. O, ölkəmizə səfərinin Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğu bir vaxta təsadüf etməsinin və Azərbaycan-Yaponiya İqtisadi Komitəsinin 9-cu iclasında iştirakının onda böyük sevinc hissi yaratdığını deyib. Y. Matsumura ölkəsinin Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsində maraqlı olduğunu deyib.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən qeyri-neft sektoru, sənaye, kənd təsərrüfatı, səhiyyə, insan resursları, yeni yaradılmış sənaye zonalarına texnologiyaların gətirilməsi, sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev fevralın 22-də Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda vandalizm törədilib”

Bu gün Gürcüstan parlamentində daha bir azərbaycanlı Xocalı faciəsinin 25 illiyi ilə bağlı çıxış edib.  

APA-nın Gürcüstan bürosunun məlumatına görə, müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov Xocalı soyqırımının erməni quldurları və 366-cı alay tərəfindən törədildiyini bildirib: “Mən bu ölkənin vətəndaşıyam, amma etnik azərbaycanlıyam. 25 il öncə mənim xalqıma qarşı Xocalıda vandalizm törədilib. Gecə yarısı dinc insanlara qarşı, qoca, qadın və uşaq demədən, hətta qundaqda olan körpələrə belə divan tutulub, insanlar qətlə yetirilib. Bu soyqırımı sovet ordusunun 366-cı alayı erməni quldurları ilə birlikdə törədib”.


Deputat Xocalı soyqırımını dünyanın 100-dən çox ölkəsinin tanıdığını da söyləyib: “Dünyanın 100-dən çox ölkəsində, o cümlədən ABŞ-da 21 ştat tərəfindən bu soyqırım tanınıb. Mən çox istərdim ki, Gürcüstan parlamenti də Xocalı soyqırımına düzgün qiymət versin”.

Oqtay Əsədov Milli Məclis adından Mehriban Əliyevaya təbrik məktubu göndərib

Milli Məclisin sədri Oqtay Əsədov Mehriban Əliyevaya təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, Milli Məclisin adından göndərilən təbrik məktubunda deyilir:

"Hörmətli Mehriban xanım!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik!

Dövlətimizin başçısı cənab İlham Əliyevin bu qərarı xalqımız tərəfindən minnətdarlıq duyğuları ilə qarşılanıb. Çünki Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyiniz dəyərli işlər, geniş ictimai və xeyriyyəçilik fəaliyyətiniz, səmimiliyiniz, sadəliyiniz, əhalinin qayğılarına həssas münasibətiniz Sizə insanların dərin inamını, hörmət və məhəbbətini qazandırıb.

Biz bu cür yüksək dövləti vəzifədə öz həmkarımızı görməkdən sonsuz qürur hissi keçiririk. Parlamentin fəaliyyətinə Sizin verdiyiniz töhfələr, xüsusən qanunvericilik təşəbbüsü hüququnuzdan səmərəli istifadə edərək on minlərlə insanı yenidən azadlığa qovuşdurmağınız Milli Məclisin tarixində və xalqımızın yaddaşında həmişəlik qalacaq.

Müasir dövrün çağırışları dövlətimiz qarşısında hər gün yeni vəzifələr qoyur. Belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət ölkəmizin geosiyasi təlatümlərə sinə gərərək, sabit və ardıcıl inkişafını təmin edir. İnanırıq ki, Sizə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin bilikləriniz, təşkilatçılıq qabiliyyətiniz dövlətimizin başçısı tərəfindən həvalə edilən vəzifələri yüksək səviyyədə yerinə yetirməyinizə kömək göstərəcək.

Hörmətli Mehriban xanım, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayırıq!"

Şotlandiya parlamenti Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib

alt

Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilib. 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ilin fevral ayının əvvəlində Şotlandiya  parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı faciəsinə siyasi qiymət verilməsi qərara alınıb və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin hadisələrə siyasi qiymət verilməsi haqqında qərarın mətni parlamentin saytında yerləşdirilib.

Şotlandiya parlamenti üzvlərinin mütləq əksəriyyəti öz adlarını qətnamə layihəsinin mətninə əlavə etməklə, təklif olunan qətnamənin qəbul olunmasına dəstək veriblər.

  

Qəbul olunmuş qətnamədə Azərbaycanla Şotlandiya arasında qarşılıqlı dostluq və faydalı əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanmaqla bərabər, ötən əsrin 90-cı illərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində həyata keçirilmiş işğal faktı qətiyyətlə pislənilir, Xocalıda baş verən qanlı hadisələr isə Dağlıq Qarabağın yerli əhalisinə qarşı soyqırımı kimi tanınır.  Parlament üzvlərinin 80%-nin tərəfdar çıxdığı qərarda Xocalı soyqırımını törədənlərin hərəkətləri müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, gələcəkdə bu cür hadisələrin dünyanın heç bir yerində baş verməməsi üçün belə bir qətnamənin qəbul olunmasının zəruriliyi qeyd olunur. 

Qərarda BMT tərəfindən qəbul olunmuş 4 qətnaməyə məhəl qoymayan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin hələ də işğal altında saxlanıldığı vurğulanır, münaqişənin  beynəlxalq hüquq normaları əsasında  həll olunmasına dəstək ifadə olunur.

Qətnamənin surəti Şotlandiya parlamentinin rəhbərliyi və parlamentdə təmsil olunmuş bütün siyasi fraksiyaların rəhbərləri tərəfindən bu gün Şotlandiya parlamentində olan Azərbaycan nümayəndə heyətinə təqdim olunub. Nümayəndə heyətinin Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, millət vəkili Cavanşir Feyziyev, Şotlandiyada Azərbaycan icmasının rəhbəri Fuad Ələkbərov və səfirliyin əməkdaşları tərkibində olublar.

Qeyd edək ki, ötən ilin noyabrında Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə və Milli Məclisin üzvü, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiyaya işgüzar səfər ediblər. Səfər zamanı Şotlandiya parlamentində bir sıra görüşlər keçirilib, görüşlərdə şotlandiyalı parlamentarilərə verilən ətraflı məlumatlar əsasında bu ilin fevral ayının əvvəllərində Şotlandiya  parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı faciəsinə siyasi qiymət verilməsi qərara alınıb və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin hadisələrə siyasi qiymət verilməsi haqqında qərarın mətni parlamentin saytında yerləşdirilib.

Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentiİlham Əliyevə telefonla zəng edib. 

APA-nın məlumatına görə, Türkiyə prezidenti xanım Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Sonra Türkiyə prezidenti xanım Mehriban Əliyeva ilə danışaraq onu Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, yüksək dövlət vəzifəsində fəaliyyətində uğurlar arzulayıb. Mehriban Əliyeva göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Bakıda Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyi qeyd edilib

Bakı Slavyan Universitetində Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, millət vəkilləri, digər şəxslər iştirak edib.

BSU-nun rektoru Nurlanə Əliyeva Azərbaycanın müstəqilliyinin bərpasından sonra Ukrayna ilə ikitərəfli münasibətlərin xüsusi yer tutduğunu deyib. O, hazırda universitetdə 44 tələbənin Ukrayna dilini öyrəndiyini, universitetdəki 11 mədəniyyət mərkəzi arasında ilk olaraq Ukrayna Mərkəzinin açıldığını nəzərə çatdırıb.
 
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət və məhəbbətə əsaslandığını söyləyib. Diplomatın sözlərinə görə, istər sovet vaxtında, istərsə də müasir zamanda bu münasibətlərin xüsusi statusu olub: “Hazırda Ukraynada 6 min azərbaycanlı tələbə oxuyur. Bu, həm də ona görə vacibdir ki, azərbaycanlılar Ukraynanın təhlükəsiz yer olduğunu anlayır”.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev qeyd edib ki, hər iki ölkə müstəqillikdən sonra öz ərazilərində hərbi münaqişələrin yaranması ilə rastlaşıb.

 
Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun sədri Maksim Kuryaçiy bildirib ki, Ukraynada münaqişə başladıqdan ordu sıralarına ilk qatılanların arasında azərbaycanlılar da olub. Ordunun yenidən qurulmasında və könüllülər hərəkatında azərbaycanlıların yaxından iştirak etdiyini deyən deputatın qənaətinə görə, bu, Ukraynada çox yüksək qiymətləndirilir: “Azərbaycan Qafqaz və Xəzər regionunda vacib oyunçudur. Buradakı neft-qaz layihələrində əsas iştirakçılardan biridir. Biz güclü, çiçəklənən və inkişaf edən Azərbaycan görməkdə maraqlıyıq”.

                     

Millət vəkili Rüfət Quliyev elm və mədəniyyət sahəsində münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Sonra tədbir bədii hissə ilə davam edib. 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.

Dalga tv xəbər verir ki, fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib.

Saytda Axtarış

Son xəbərlər