Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3459
DünənDünən5123
Bu həftəBu həftə3459
Bu ayBu ay32922
Bu günə qədərBu günə qədər8521814

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan prezidenti: “Rusiya əsgərləri Abxaziyada vandalizm törədir”

"Abxaziyanın Tsabal kəndində 19-cu əsrə aid kilsə və polyak qəbristanlığı dağıdılıb. Rusiya və Abxaziya onun yerində poliqon yaratmaq niyyətindədir".

APA-nın "kavkaz-uzel"ə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib. O bildirib ki, kilsənin dağıdılması Rusiya tərəfinin təşəbbüsüdür: "Bu, qəsdən həyata keçirilən vandalizm aktıdır və 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq hüquq normaların kobud şəkildə pozulması deməkdir. Beynəlxalq ictimaiyyət, UNESCO və digər beynəlxalq təşkilatlar Gürcüstan ərazisində Rusiyanın işğalçı qüvvələrinin qanunsuz hərəkətlərinə lazımi qiymət və müvafiq reaksiya verməlidir".D

Qeyd edək ki, Gürcüstanın separatçı Abxaziya regionu Rusiya tərəfindən müstəqil dövlət kimi tanınıb.

Ermənilər Kəlbəcərdə istirahət kompleksi tikirlər

Ermənistanın müvafiq qurumları Azərbaycanın işğal altındakı Kəlbəcər rayonundakı məşhur "İstisu" bulağı ətrafında yeni müalicəvi istirahət kompleksi yaratmağı planlaşdırır.

"Dalğa TV" Modern.az-a istinadən xəbər verir ki, bu haqda erməni geoloq Akop Mkrtçyan bildirib.

Onun sözlərinə görə, "İstisu" mineral bulağı ətrafında istirahət komleksinin salınması üçün yaxşı perspektiv var və Ermənistanın müvafiq qurumları bu haqda düşünür.

Akop Mkrtçyanın sözlərinə görə, perspektivdə əcnəbi turistlərin kütləvi şəkildə bura cəlb olunması mümkündür.

İşğal altındakı Kəlbəcər rayonunun adını dəyişdirərək "Karvaçar" edən işğalçılar 1992-ci ildən bəri orada qarət və talanla məşğuldurlar. Ermənilər uzun müddətdir ərazidəki qızıl yataqlarını, mineral su və ağac ehtiyatını istismar edirlər.

Xatırladaq ki, işğal altındakı "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya salınmışdı.

Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu su dünyada məşhur olan "Karlovı-Varı" bulaqlarının (Çexiya) oxşarıdır və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

Gürcüstanda azərbaycanlı deputat Vahid Milli Hərəkat partiyasının sıralarını tərk edib

Gürcüstan parlamentinə proporsional qaydada deputat seçilən Azər Süleymanov Vahid Milli Hərəkat partiyasını tərk edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.

A. Süleymanovun “Gürcüstanın Avropa Gələcəyi Naminə” parlament fraksiyasına daxil olduğu bildirilir.

Yerli mətbuata açıqlama verən A. Süleymanov qərarının partiya daxilində baş verən münaqişə ilə bağlı olmadığını bildirib: “Mən artıq partiyanın Siyasi Bürosunun üzvü deyiləm. Partiyadan çıxan yalnız mən deyiləm”.

A. Süleymanov Milli Hərəkat Partiyasının qurultayında heç bir qarşıdurma olmayacağını bildirib.

APA-nın Gürcüstan bürosunun müxbiri dəfələrlə A. Süleymanovla əlaqə yaratmağa çalışsa da, onun telefonu bağlı olub.

Qeyd edək ki, azərbaycanlı deputatlardan Ruslan Hacıyev bu gün parlamentdə qeydiyyatdan keçən "Gürcü Arzusu - mühafizəkarlar" fraksiyasının, Savalan Mirzəyev isə “Gürcü Arzusu-sosial demokratlar” fraksiyasının üzvü olub.

Putin Ərdoğan və Nazarbayevlə danışdı

alt

Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı və türkiyəli həmkarları Nursultan Nazarbayev və Rəcəb Tayyib Ərdoğanla danışıb.

Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub. Ərdoğan Rusiya liderinə zəng edərək “Tu-154” təyyarəsinin Qara dənizdə qəzaya düşməsi ilə bağlı başsağlığı verib.

Danışığa Rusiyada işgüzar səfərdə olan Nursultan Nazarbayev də qoşulub.

Qeyd olunur ki, tərəflər Suriydakı vəziyyəti də müzakirə ediblər.

Giorgi Marqvelaşvili: “Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq və strateji tərəfdaşlığın daha da güclənəcəyinə əminəm”

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir:

"Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni sahələrdə tərəqqi, rifah və uğurlar əldə edib.

Gürcüstan Sizin ölkənizlə dostluq əlaqələrinə böyük əhəmiyyət verir. Əminəm ki, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq, strateji tərəfdaşlıq və xalqlarımız arasındakı çoxəsrlik dostluq əlaqələri birgə səylərimiz nəticəsində daha da güclənəcək və dərinləşəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə bir daha minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə dərin ehtiramımı ifadə edərək xoşbəxtlik, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar diləyir, dost Azərbaycan xalqına isə sülh və rifah arzulayıram".

Gürcüstan və Ermənistan müdafiə nazirləri əməkdaşlıq planı imzalayıblar

Gürcüstanın müdafiə naziri Levan İzoriya və onun ermənistanlı həmkarı Vigen Sarkisyan Tbilisidə 2017-ci il üzrə ikitərəfli hərbi əməkdaşlıq haqqında saziş imzalayıblar.

"Repotr" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin məlumatında deyilir.

Tərəflər strateji planlaşdırma, hərbi təhsil, tibb sahələrində əməkdaşlığı planlaşdırırlar.

Qeyd edək ki, V.Sarkisyan bu gün Gürcüstana ikigünlük səfərə gedib.

Rəcəb Tayyib Ərdoğan qətlə yetirlən Rusiya səfiri ilə bağlı xatirələrini bölüşüb

Andrey Karlov bəyəndiyim dost diplomatlardan biri idi”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Avrasya tüneli”nin açılış mərasimindəki çıxışında deyib.

R.T.Ərdoğan qeyd edib ki, qətlə yetirilən səfirlə sonuncu görüşü bir həftə əvvəl olub: "Bir həftə əvvəl Rusiyanın Tatarıstan Respublikasının prezidenti ilə yanıma gəlmişdi. Birlikdə müzakirələr aparmışdıq. Çox səmimi bir insan idi. Dünən axşam uğradığı sui-qəsd çox üzüntülüdür. Şəxsən öz adımdan və millətim adından bu terroru şiddətlə və qətiyyətlə qınayıram”.

Lavrov və Çavuşoğlu görüşdü - “Hər kəs cəzasını alacaq...”

alt

Türkiyədə rus səfirinin öldürülməsindən sonra hər iki ölkənin Xarici işlər naziri Rusiyada görüşüb.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Sergey Lavrov və həmkarı Mövlud Çavuşoğlu səfir Andrey Karlovun ölümünün hər iki ölkənin münasibətini pozmağa yönəldiyini deyib. Rusiya XİN rəhbəri səfirin qətlini alçaq terror hadisəsi adlandırıb. O, hadisəyə dərhal reaksiya verdiyinə görə Türkiyəyə minnətdar olduğunu deyib.

Həmkarı ilə söhbət zamanı Mövlud Çavuşoğlu bildirib ki, bu terror aktının törədilməsi və təşkil edilməsinin bütün təfərrüatları tezliklə aydınlaşdırılmalıdır. O, “Andrey Karlovun ölümündə günahkar olan hər kəs cəzasını alacaq. Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə səfir Andrey Karlovun adı veriləcək ”,-deyib.

Azərbaycan prezidenti Ərdoğana başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığı məktubunda deyilir: “Kayseridə törədilmiş amansız terror aktı nəticəsində türk əsgərlərinin şəhid olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi. Bu qanlı hadisəni lənətləyir, dəhşətli bəlaya çevrilmiş terrorizmə qarşı mübarizənizdə Sizi dəstəkləyir və daim qardaş Türkiyənin yanındayıq.

Baş vermiş bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”
Qeyd edək ki, dekabrın 17-də Türkiyənin Kayseri şəhərində hərbçiləri daşıyan avtobusun partladılması nəticəsində 13 nəfər şəhid olub, 48-i hərbçi, 7-si mülki şəxs olmaqla 55 nəfər yaralanıb.

Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb

alt

Dekabrın 16-da Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənəd müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzoria ilə keçirilən görüşü zamanı imzalanıb.

Görüşdən əvvəl Gürcüstanın nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.

Gürcüstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.

Nazir Z.Həsənov gürcüstanlı həmkarını yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Ölkələrimizin hərbi əməkdaşlığının ikitərəfli və NATO çərçivəsində həyata keçirilən proqramlar, treninqlər vasitəsilə, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını xatırladan Z.Həsənov vurğulayıb ki, gələn il də ikitərəfli və üçtərəfli təlimlərin keçirilməsi planlaşdırılır.

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsindən danışan general-polkovnik Z.Həsənov bunun təkcə ölkələrimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını deyib.

Müdafiə naziri beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiklərinə, respublikamızın ərazi bütövlüyünü, Dağlıq Qarabağı onun ayrılmaz tərkib hissəsi kimi tanıdıqlarına görə gürcü xalqına minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Z.Həsənov ölkələrimizin hərbi qurumları arasında 2017-ci il üçün əməkdaşlıq planının səmərəli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Azərbaycanın müdafiə naziri görüşdə Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini diqqətə çatdırıb.

İlk rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluğunu bildirən L.İzoria bunun ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən Gürcüstanın müdafiə naziri bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

L.İzoria onu da bildirib ki, gələn ildən Gürcüstan da Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimlərində iştirak etməyə hazırdır.

Görüşdə Azərbaycanın və Gürcüstanın müdafiə nazirlikləri arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsinin imkanları, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq

Azərbacyanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini, iki ölkənin regional məsələlər üzrə baxışlarının üst-üstə düşdüyünü bildirib. Həmçinin iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunu və əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən L.İzoria Azərbaycan Prezidenti İlham Əliyev ilə çox maraqlı və faydalı görüş keçirdiyini bildirib. İki ölkə arasında strateji tərəfdaşlıq və dostluğun regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir iki ölkə arasında müdafiə sahəsində çox geniş əlaqələrin və hərtərəfli fəaliyyət proqramının mövcudluğunu vurğulayıb. 

Nazir həmçinin Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əsasda hərbi sahədə əməkdaşlığına toxunaraq, bu formatda nazirlər səviyyəsində tezliklə 5-ci görüşün keçiriləcəyini diqqətə çatdırıb.

Görüşdə nazirlər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ciddi riayət olunmasının zəruriliyini qeyd ediblər. Həmçinin, tərəflər Azərbaycan və Gürcüstanın qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməsini və hər iki ölkənin üzləşdiyi münaqişələrin məhz bu prinsiplər əsasında həll edilməsininə dair mövqelərini yükəsk qiymətləndirdilər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Heydər Əliyevin xatirəsi Azərbaycanın Gürcüstandakı səfirliyində anılıb

Dekabrın 12-də Azərbaycanın Gürcüstandakı səfirliyinin Heydər Əliyev zalında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitablar, jurnallar və bröşürlərlə, eləcə də fotolarla tanış olublar.

Səfir Azər Hüseyn çıxış edərək Heydər Əliyev şəxsiyyətinin miqyasını və nadirliyini, Azərbaycanın inkişafına verdiyi böyük töhfəni, dünya miqyasında ulu öndərin nüfuzunu, ölkənin milli mənafelərinin qorunmasında məqsədyönlü mövqeyini, yüksək insani keyfiyyətlərini qeyd edib. O bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Azərbaycanın müstəqilliyi bərpa ediləndən sonra xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin parçalanmasının qarşısını aldı və xalqımızın birliyini dünyaya nümayiş etdirdi.

Diplomat ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyini, xalqımızın inanılmaz tərəqqiyə şahid olduğunu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real gücə arxalandığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Gürcüstan parlamentinin Diaspora və Qafqaz məsələləri komitəsinin sədri Zviad Kvaçantiradze Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O bildirib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan və Gürcüstan iqtisadi inkişaf yoluna qədəm qoydu, Cənubi Qafqaz regionunda sülh və əmin-amanlıq bərqərar oldu. Bölgənin təhlükəsizliyinin yeni sistemi yarandı: "Məhz onun gərgin əməyi nəticəsində ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi".

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev regionda həyata keçirilən irimiqyaslı layihələrin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Sonra tarixçi alim Quram Marxuliya, Sadaxlı kənd 2 saylı məktəbin direktoru Adil Şərifov və başqaları çıxış edərək ulu öndərlə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə gürcü kinematoqrafçılarının ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən “Dostluğa çağırış” (“Zavet drujbı”) sənədli filmi nümayiş etdirilib.

Anım mərasimində Gürcüstanın dövlət və hökumət üzvləri, ölkə parlamentinin deputatları Mahir Dərziyev, Ruslan Hacıyev, “SOCAR-Georgia”, Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan, “Paşa Bank”, AZPROMO şirkətlərinin, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin əməkdaşları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Saytda Axtarış

Son xəbərlər