Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3519
DünənDünən5123
Bu həftəBu həftə3519
Bu ayBu ay32982
Bu günə qədərBu günə qədər8521874

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Tbilisidə "Xocalıya ədalət!" aksiyası keçirilib

Bu gün Tbilisidəki Şota Rustaveli prospektində "Xocalıya ədalət!" yürüş aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə gürcü və azərbaycanlı tələbələr iştirak edib.

Borçalı İrəli İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən mitinqdə 5 mindən çox Xocalıdan bəhs edən buklet paylanılıb.

Aksiya iştirakçıları Rustaveli metrosunun qarşısından başlayaraq, Gürcüstan parlamentinin Tiflisdəki binasının qarşısınadək yürüş keçiriblər. Yürüşdə "Xocalıya ədalət!" və digər şüarlar səsləndirilib. Yol boyu Xocalı soyqırımının tarixindən bəhs edən bukletlər paylanılıb.

Borçalı İrəli İctimai Birliyinin sədri Məhəbbət İmanov APA-ya açıqlamasında bildirib ki, aksiyanın keçirilməsində məqsəd soyqırımı dünya ictimaiyyətinə çatdırmaqdır: "Aksiya çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Gürcüstan ictimaiyyətinə, xüsusən Tbilisinin mərkəzindəki Rustaveli prospekti boyunca və digər küçələrdə Xocalı soyqırımını təbliğ etdik, bukletlər payladıq. Bununla yanaşı, parlamentin binası qarşısında 150 nəfər gənc toplaşaraq Xocalıya aid şüarlar səsləndirildi, Xocalıya ədalət tələb olundu. Aksiyada Azərbaycan və Gürcüstan bayraqlarını dalğalandırdıq. Tədbirdə beynəlxalq hüquq təşkilatlarını Xocalı soyqırımına hüquqi qiymət verilməsinə səslədik, Gürcüstan və Azərbaycanın işğal olunan 20% torpaqlarının azad olunmasını tələb etdik".

Xocalı soyqırımı qurbanları Dövlət Dəniz Administrasiyasında anılıb

Dövlət Dəniz Administrasiyasında (DDA) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

DDA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, faciə qurbanlarının xatirəsi ehtiramla anılaraq, həmin dövrdə baş verənlərə bir daha nəzər yetirilib.

DDA rəisi Qüdrət Qurbanov çıxış edərək bildirib ki, erməni təcavüzkarları Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər: “Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdi. Misli görünməyən qırğın törədildi. Xocalıda törədilən kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Heydər Əliyev fondunun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində təşkil olunan sərgilər, keçirilən anım mərasimləri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan «Xocalıya ədalət» beynəlxalq kampaniyası” Xocalı soyqırımına dair həqiqətlərin dünyada tanıdılmasında mühüm rola malikdir".

 

Xocalı soyqırımı İzmitdə anılıb

Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  APA-ya verilən məlumata görə, TADEF-in təşəbbüsü və  İzmit Bələdiyyəsinin dəstəyi ilə 2015-ci ildə rəsmi açılışı olmuş “Xocalı şəhidləri” abidəsinin qarşısında baş tutan tədbirdə İzmit Bələdiyyəsinin sədr müavini İbrahim Bulut, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Bakının Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, yazıçı Sabir Rüstəmxanlı, yerli ictimaiyyətin nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, yerli KİV təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edən TADEF sədri B.Dündar Xocalı faciəsinin Azərbaycan və Türkiyənin ortaq dərdi olduğunu qeyd edərək abidənin ucaldılmasındakı xidmətlərinə görə İzmit Bələdiyyəsinə və Bələdiyyənin sədri Nevzat Doğana təşəkkür edib. B.Dündar tarixin müxtəlif dövrlərində azərbaycanlılar və türklərə qarşı törədilən soyqırımı aktları nəticəsində xalqlarımızın eyni taleyi yaşadığını qeyd edib. O, ermənilərin özlərinin uydurduqları qondarma erməni soyqırımı yalanlarını bütün dünyaya yayaraq  Xocalı və digər faciələrdə azərbaycanlılar və türklərə qarşı insanlıqdan kənar cinayətlərini ört-basdır etdiklərini bildirib. B.Dündar dünya ictimaiyyətinin bu ədalətsizliyə göz yumduğunu və ikili standartlardan çıxış edərək Xocalı faciəsini törədənlərin bu günə kimi cəzalandırılmadığını təəssüflə diqqətə çatdırıb.

Sonra M. İbrahimqızı "Xocalı şəhidləri" abidəsinin ucaıdılmasında xidmətləri olan İzmit Bələdiyyəsinin sədrinə təşəkkürünü bildirib. O, Türkiyə və Azərbaycanın bütün maneələrə baxmayaraq, beynəlxalq platformlarda qondarma erməni soyqrımı yalanlarına qarşı birgə fəaliyyətin əhəmiyyətini qeyd edib.

S. Rüstəmxanlı çıxışında Türk dünyasının birliyinin vacibliyini diqqətə çatdıraraq Türkiyənin Türk dünyasının ən inkişaf etmiş ölkəsi kimi bu istiqamətdə səylərini artırmasının əhəmiyyətini vurğulayıb.

İ. Bulut isə çıxışında, anım mərasiminin Xocalıda qətl edilənlərin xatırlanması ilə yanaşı, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması və böyüməkdə olan yeniyetmələrin, gənclərin bu hadisələri bilməsi və unutmaması baxımından vacibliyini diqqətə çatdırıb. Sədr müavini 2015-ci ildə açılmış Xocalı abidəsinin qarşısındakı anım mərasimlərinin mütəmadi təşkil ediləcəyini qeyd edərək bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyini bildirib.

 

İstanbulda Xocalı soyqırımına həsr edilmiş toplantı keçirilib

alt

İstanbulun Bağcılar bələdiyyəsinin iclas salonunda  Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş  toplantı keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının İstanbuldakı baş konsulluğu və Bağcılar bələdiyyəsinin birgə təşkil etdiyi toplantının açılışında çıxış edən başqan Lokman Çağırıcı deyib: “Xocalı soyqırımını unutmamaq, unutdurmamaq üçün lazım olan bütün tədbirləri görməliyik. Tədbirlər çərçivəsində bələdiyyəmiz yaxın gələcəkdə Türkiyə-Azərbaycan Xocalı dostluq  parkının təməlini qoyacaq. 32 min kvadrat metrlik parkı Xocalı soyqırımının növbəti ilində açmağı planlaşdırırıq”- deyib.

Toplantıda çıxış edən Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Məsim Hacıyev dünya ölkələrinin Xocalı soyqırımın getdikcə daha çox tanıdıqlarına diqqəti cəlb edərək Türkiyənin soyqırımı gündəmdə saxlamasından məmnun qaldıqlarını vurğulayıb: ”Türkiyə Böyük Millət Məclisindəki iqtidar və müxalifət partiyalarının təmsilçiləri hər il Məclisdə gündəmdən kənar çıxış edərək Xocalı faciəsini yad edirlər. Buna görə Türkiyəyə minnətdarlığımı bildirirəm”.

Bağcılar icra hakimiyyətinin başçısı Orxan Çiftçi isə toplantıdakı çıxışında dünyada əksər qətliamların müsəlmanlara qarşı həyata keçirildiyini xatırladaraq, hər şeydən əvvəl, müsəlman ölkələrinin öz aralarında əlbir olmasının lüzumunu vurğulayıb.

Toplantıda Azərbaycanlı tarixçi-yazar, doktor Aygün Həsənoğlu “erməni məsələsi” çərçivəsində  erməni terrorunun tarixi kökləri, səbəb və məqsədləri barədə iştirakçılara məlumat verib, təhlillər aparıb.

 

Lüksemburqda Xocalı qurbanları yad edilib

Fevralın 23-də Lüksemburqda “Le Royal” otelində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisi tərəfindən “Xocalıya Ədalət !” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Xocalı qətliamının qurbanlarının anım tədbiri keçirilib.

TEAS-dan APA-ya bildirilib ki, pianoçu Nəzrin Əfəndiyeva Astrid Gallez (fleyta) və Mari-Karmen Suarezin (skripka) müşayiəti ilə Azərbaycan, Almaniya, Rusiya və Fransa bəstəkarlarının müxtəlif klassik və müasir əsərlərini ifa edib.

Siyasətçi, diplomat, tələbə və mətbuat nümayəndələrindən ibarət 130 iştirakçı qarşısında çıxış edən TEAS-ın Benelüks Ofisinin direktoru Mark Vervilghen bildirib ki, TEAS bu tədbirləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edir.

Xocalı qətliamı 1992-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli vəhşiliyi kimi tarixə düşərək, 613 azərbaycanlı mülki şəxsin ölümü ilə nəticələnib. Həlak olanlar arasında 106 qadın, 63 uşaq və 70 ahıl insan da olub. Bu vəhşiliyi törətmiş ermənilərin kimliyi hamıya məlumdur və onlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. İnanırıq ki, bu hadisələri törədənlərə qarşı məhkəmə işi uğurlu ola bilər. Hətta Haaqa Beynəlxalq Cinayət Məhkəməsi qarşısında belə məsələ qaldırmaq olar. Azərbaycanlı qaçqın və məcburi köçkünlər hələ də ölkənin müxtəlif yerlərində yerləşən düşərgələrdə yaşayırlar. 9,7 milyon əhalisi olan xalq üçün bu rəqəm dünyada adambaşına hesablanan ən yüksək dərəcələrdən biridir” – deyə, o, əlavə edib.

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov 1992-ci ilin fevral ayında Xocalıda baş vermiş qətliamın bəşəriyyətə qarşı vəhşilik olduğunu xatırladıb: “Azərbaycan öz tolerantlığı, zəngin mədəni irsi və Avropa dəyərləri ilə məşhurdur. Əhalisinin böyük hissəsi müsəlman olan Azərbaycan Demokratik Respublikası 1918-ci ildə qadınlara ümumbəşəri seçki hüququnu verib. Bu da Azərbaycanın Avropa yönümlü olmasına çoxsaylı misaldan biridir. Xocalıdan olan 613 qurban da təkcə azərbaycanlı deyil, həm də avropalı idi!” 

Tiflisdə “Münaqişələrin perspektivləri” mövzusunda elmi konfrans keçirilib

İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin nəzdindəki Qafqazşünaslıq İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə “Münaqişələrin perspektivləri” mövzusunda elmi konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri universitetin prorektoru Mixail Tsxenkeli açaraq mövzunun aktuallığı barədə fikirlərini bildirib. Sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Milli Məclisinin üzvü Elman Məmmədov, Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze, Qafqazşünaslıq İnstitutunun rəhbəri Tsira Baramidze, professor Liya Axaladze, AMEA-nın İnsan Hüquqları İnstitutunun əməkdaşı Faiq İsmayılov və başqaları çıxış edərək Cənubi Qafqazdakı Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli yolları haqqında fikirlərini ifadə ediblər.

Səfir D. Həsənov çıxışında Gürcüstanda Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində silsilə tədbirlər həyata keçirildiyini və artıq Xocalı soyqırımını bütün dünyanın bilməsinin vacibliyini vurğulayıb. Milli Məclisin üzvü, Xocalı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elman Məmmədov Azərbaycan və Gürcüstanın XX əsrin sonunda və XXI əsrin əvvəllərində beynəlxalq güclərin, bir sıra ölkələrin təzyiqi, təhriki ilə separatizmin və ədalətsizliyin qurbanı olduğunu bildirib.

Professor Sardion Zedelaşvili Qarabağ münaqişəsinin həllinin sülh və qarşılıqlı anlaşma şəraitində mümkün olduğunu vurğulayıb: “Rusiyaya Azərbaycanda sabitlik əl vermir. Xocalı soyqırımı Rusiyanın törətdiyi soyqırımıdır. BMT və Avropa İttifaqı bu bölgədə heç bir iş görə bilməyəcək. Hələlik danışıqların perspektivi görünmür”.

Konfrans çıxışlarla davam edib. 

Milli Məclisdə “Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar” qərar layihəsi müzakirə olunur

Azərbaycan Milli Məclisinin Xocalı soyqırımının 25 illiyi münasibəti ilə plenar iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda “Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar” qərar layihəsi müzakirə olunur.

İclası açıq elan edən spiker Oqtay Əsədov gündəliklə bağlı müzakirələrə yer verib.

Layihəni Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov təqdim edir.

Layihədə bildirilir ki, qərar layihəsi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Milli Məclisin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq ediləcək.

Qərarla Milli Məclis deputatlarına bir vəzifə olaraq tapşırılacaq ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son yüz ildən artıq dövrdə azərbaycanlıların məruz qaldıqları soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqədar üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.

"Hüquq mühafizə orqanlarına tövsiyə olsun ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri davam etdirsinlər. Müvafiq dövlət və qeyri-hökumət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilsin ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər. Xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına müraciət edilsin ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırımı cinayəti kimi tanısınlar", - deyə qərar layihəsində qeyd olunub.

Xatırladaq ki, erməni silahlı birləşmələrinin törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 nəfər girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın bu günədək taleyi məlum deyil.

Prezident: “Ondan çox ölkənin Xocalı soyqırımını tanıması bu cinayəti törədənlərin mühakiməsi baxımından əhəmiyyətlidir”

 

alt

Azərbaycan prezidenti İlham ƏliyevCibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycan ilə Cibuti arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən dövlət başçısı Cibuti Respublikası parlamentinin Xocalı soyqırımının tanınması barədə qəbul etdiyi qərara görə minnətdarlığını bildirib, bunu qardaşlıq münasibətlərimizin və ölkəmizə dəstəyin mühüm göstəricisi kimi dəyərləndirib.

Ondan çox ölkənin artıq Xocalı soyqırımını tanıdığını vurğulayan prezident İlham Əliyev bunun tarixi həqiqətlərin doğru əks etdirilməsi və bu dəhşətli cinayəti törədənlərin mühakiməsi baxımından əhəmiyyətini qeyd edib. Dövlət başçısı Azərbaycan ilə Cibutinin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini deyib, ölkələrimizin vacib məsələlərin müzakirəsi zamanı bir-birini daim dəstəklədiyini vurğulayıb. Güclü siyasi əlaqələrin iqtisadi sahədə də əməkdaşlığın inkişafına zəmin yaratdığını bildirən prezident İlham Əliyev hazırda əməkdaşlığımızın praktik şəkildə inkişafının müşahidə olunduğunu qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin nəqliyyat və yük daşımaları sahəsində çox yaxşı perspektivləri olduğunu bildirib, bu istiqamətdə həyata keçirilən qarşılıqlı səfərlərin və təmasların vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin Azərbaycana səfərinin uğurlu və səmərəli olacağına, səfərin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Nazir Mahmud Əli Yusuf isə Cibuti Respublikasının prezidenti İsmayıl Ömər Gellenin məktubunu prezident İlham Əliyevə çatdırıb. Qonaq qeyd edib ki, Bakı kimi gözəl bir şəhərdə qardaşcasına qarşılanmasından məmnunluq duyur. Azərbaycan ilə Cibuti arasında bir çox oxşarlıqların olduğunu deyən qonaq ölkələrimizin mürəkkəb regionda yerləşdiklərini vurğulayıb. Azərbaycan ərazisinin bir hissəsinin işğala məruz qaldığını qeyd edən nazir münaqişənin sülh yolu ilə həll olunması istiqamətində gedən prosesləri yaxından izlədiklərini bildirib və bu sahədə beynəlxalq səviyyədə qazanılan bir sıra diplomatik uğurların önəmini qeyd edib. 1993-cü ildə Cibutinin BMT Təhlükəsizlik Şurasının üzvü olduğu dövrə toxunan Mahmud Əli Yusuf o zaman ölkəsinin beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınamağa çağırdığını və bu məsələdə sərt mövqe nümayiş etdirdiyini vurğulayaraq BMT Təhlükəsizlik Şurasının işğalı pisləyən 4 qətnamə qəbul etdiyini xatırlayıb. Azərbaycanın artıq güclü bir dövlətə çevrildiyini məmnunluqla qeyd edən Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycanın ədalətli mövqedə olduğunu, buna görə də beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Cibuti arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb

alt

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.

Dalga tv xəbər verir ki, Berat Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təbriklərini və salamlarını çatdırdı.

Dövlətimizin başçısı səmimi təbrikə və salama görə minnətdarlığını bildirdi, onun da salamının Türkiyə Prezidentinə və xanımına çatdırılmasını xahiş etdi.

Prezident İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında yüksək səviyyədə iştirak etməsinin önəmini xüsusi vurğuladı. Dövlətimizin başçısı bu toplantının gələcək planların uğurla reallaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirdi.

Türkiyədə keçiriləcək ümumxalq səsverməsinə toxunan Prezident İlham Əliyev referendumun yüksək səviyyədə təşkil olunacağına, Türkiyə xalqının iradəsinin əksini tapacağına və qardaş ölkənin həyatında bundan sonra yeni, daha sabit dövrün başlanacağına əminliyini bildirdi. Dövlətimizin başçısı TANAP layihəsinin uğurla icrasına verdiyi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə etdi.

Söhbət zamanı dünyada və Avropada baş verən siyasi, iqtisadi böhran fonunda Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olması məmnunluqla qeyd edildi.

 

Prezident “Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmana əsasən, qanunun tətbiqini təmin etmək məqsədi ilə aşağıdakılar qərara alınıb:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. iki ay müddətində:

1.2.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin on ikinci hissəsinə uyğun olaraq, nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.2. həmin Qanunun 53-cü maddəsinin birinci hissəsinə uyğun olaraq, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinin ünvanı göstərilməklə parklanma yerlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.3. həmin Qanunun 53-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq, parklanma yerlərinin təşkili qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.4. həmin Qanunun 53-cü maddəsinin doqquzuncu hissəsinə uyğun olaraq, yerləşdiyi inzibati binaların ətrafında ödənişli parklanma yerlərinin təşkil edilməsi qadağan olunan dövlət orqanlarının siyahısını və həmin dövlət orqanlarının hər biri üçün ayrılıqda parklanma yerlərinin təşkilinin qadağan edilməsi radiusunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.5. həmin Qanunun 53-cü maddəsinin on ikinci hissəsinə uyğun olaraq, parklanma yerinin yerləşdiyi ərazi, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqla nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.6. həmin Qanunun 53-cü maddəsinin səkkizinci hissəsinə uyğun olaraq, fərdi parklanma talonlarının formasını, habelə onların verilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

2.1. bu Fərmanın 3.2.3-cü yarımbəndinə uyğun olaraq müəyyən edilən yerlərdə sertifikatlaşdırılmış parkomatların və foto və ya videoqeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələrin quraşdırılmasını və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını 2017-ci il iyulun 1-dək təmin etsin;

2.2. parklanma qaydalarının pozulmasına dair inzibati xəta haqqında elektron protokollar barədə, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin on doqquzuncu hissəsində nəzərdə tutulmuş müddətin bitməsinə 1 (bir) saat qalmasına dair məlumatların Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra – Dövlət Agentliyi) “ASAN ödəniş” sisteminə ötürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsi istifadəçilərinin törədilən inzibati xəta barəsində, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin on doqquzuncu hissəsində nəzərdə tutulmuş müddətin bitməsinə 1 (bir) saat qalmasına dair vaxtında məlumatlandırılmasını təmin etmək məqsədi ilə bütün nəqliyyat vasitələri istifadəçilərinin mobil telefon nömrələrinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə daxil edilməsini və Dövlət Agentliyinə təqdim olunmasını 2017-ci il iyulun 1-dək təmin etsin.

3. Dövlət Agentliyi bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq “ASAN ödəniş” sisteminə daxil olan məlumatların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrinin istifadəçilərinə çatdırılması üçün tədbirlər görsün.

4. Yerli icra hakimiyyəti orqanları:

4.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin yeddinci hissəsinin birinci cümləsinə uyğun olaraq parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən pulsuz parklanma yerlərinin ayrılmasını təmin etsinlər;

4.2. həmin Qanunun 53-cü maddəsinin yeddinci hissəsinin ikinci cümləsinə uyğun olaraq fərdi parklanma talonuna dair məlumatların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsini təmin etsinlər.

5. Müəyyən edilsin ki:

5.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin on ikinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

5.2. həmin Qanunun 53-cü maddəsinin birinci (ikinci halda), üçüncü, səkkizinci və doqquzuncu (hər iki halda) hissələrində, on ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

5.3. həmin Qanunun 53-cü maddəsinin ikinci hissəsində, on üçüncü hissəsinin birinci cümləsində, iyirmi beşinci hissəsində, 72-ci maddəsinin “Qeyd” hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

5.4. həmin Qanunun 53-cü maddəsinin birinci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

5.5. həmin Qanunun 53-cü maddəsinin yeddinci hissəsinin birinci cümləsində və üçüncü cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

5.6. həmin Qanunun 53-cü maddəsinin yeddinci hissəsinin üçüncü cümləsində (ikinci halda), on birinci hissəsində, on üçüncü hissəsinin ikinci cümləsində və on yeddinci hissəsində “müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;

5.7. həmin Qanunun 53-cü maddəsinin on dördüncü hissəsində, on doqquzuncu hissəsinin birinci və ikinci cümlələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Milli Məclisin üzvü Elman Məmmədov Gürcüstan parlamentində görüş keçirib

alt

Gürcüstanda səfərdə olan Azərbaycan Milli Məclisinin üzvü Elman Məmmədov bu ölkə parlamentinin Diaspor məsələləri və Qafqaz komitəsinin sədri Zviad Kvaçintaradze ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Koba Kobaladze, komitə üzvü Levan Qoqiçaişvili, parlamentin azərbaycanlı deputatları Savalan Mizəyev, Ruslan Hacıyev və Mahir Dərziyev iştirak ediblər.

Xocalı şəhər İcra Hakimiyyətinin sabiq başçısı E. Məmmədov Xocalı faciəsi haqqında Gürcüstan parlamentinin deputatlarına ətraflı məlumat verib. O, Xocalı soyqırımında Rusiyanın 366-cı alayının da iştirak etdiyini xatırladıb: “Qabaqda alayın hərbçiləri, arxada isə ermənilərin qüvvələri Xocalıya hücuma keçdilər. Biz əliyalın idik”.

Z. Kvaçintaradze Xocalı faciəsinin tarixdə qanlı ləkə olduğunu və bu hadisə zamanı 600-dən çox dinc sakinin öldürüldüyünü bildirib. O, əvvəllər Cənubi Qafqazda xalqların dostluq şəraitində yaşadığını vurğulayıb: “Əvvəllər biz dostluq şəraitində yaşayırdıq, lakin o zaman da bizim aramızda qarşıdurma yaratmaq istəyirdilər. Bu, əlbəttə, separatizm idi. Biz hazırda Abxaziya və Sxinvali bölgələrinin geri qaytarılması üçün mübarizə aparırıq”.

E. Məmmədov isə tarixdə alman, ingilis və fransız xalqları arasındakı müharibələri xatırladıb: “Bu müharibədə xalqların günahı yoxdur. Nə vaxtsa erməni xalqı da başa düşəcək ki, bu müharibədə onların liderlərinin günahı çoxdur”.

Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Koba Kobaladze indi Azərbaycanın məqsədyönlü siyasət apardığını bildirib: “Gürcüstanın Azərbaycanla tarixi bağlılığı var. Biz bütün istiqamətlərdə sülh istəyirik. Bizim babalarımız tarixən gürcü və azərbaycanlıların dostluğunu əziz tutublar və onu həmişə davam etdirməyə çalışıblar”.

K. Kobaladze Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

 

Gürcüstan baş naziri Azərbaycan prezidentinə zəng edib

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın Azərbaycan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gürcüstanın baş naziri xanım Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunması ilə bağlı təbriklərini çatdırıb və əminliyini ifadə edib ki, bu təyinat Gürcüstan-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi işinə öz müsbət təsirini göstərəcək.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Giorgi Kvirikaşvili siyasi, iqtisadi, energetika və digər sahələrdə əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Dövlət başçısı qeyd edib ki, bu gün “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı uğurla keçirilib və Gürcüstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunduğuna görə Giorgi Kvirikaşviliyə minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev və Gürcüstanın baş naziri gələcək təmaslar və səfərlər barədə də danışıblar.

Saytda Axtarış

Son xəbərlər